Məhkəmə qərarları › İş №2(103)-5448/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5448/2020

28.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5448/2020 28.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənova Ülkər Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-26/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı LPO İddiaçı ASC (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə C91/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2017-cı il tarixə cavabdehin iddiaçı qarşısında əsas borc üzrə 9 782,45 ABŞ dolları, faiz borcu üzrə 6 112,88 ABŞ dolları, cərimə borcu üzrə 2 200,82 ABŞ dolları, cəmi 18 096,15 ABŞ dolları, 65/13 nömrəli, xx xxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 554 790 manat, faiz borcu üzrə 323 438,97 manat, cərimə borcu üzrə 216 829,54 manat, cəmi 1 095 058,51 manat, C267/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 32 818,01 manat, faiz borcu üzrə 20 434,04 manat, cərimə borcu üzrə 2 204,42 manat, cəmi 55 456,47 manat, C13/11 nömrəli, xx xxxxxx 2011-ci il tarixli kredit müqaviləsinə əsasən isə əsas borc üzrə 266 999,31 ABŞ dolları, faiz borcu üzrə 170 797,55 ABŞ dolları, cərimə borcu üzrə 83 037 ABŞ dolları, cəmi 520 825,86 ABŞ dolları və ödənilmiş 30 manat dövlət rüsumunun, 1 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-26/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, beləliklə, əsassız qətnamə qəbul etmişdir, odur ki, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Ə.Yusubov apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun ifadə verərək, təmin edilməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: xx xxxxxx 2013-cü il tarixdə C13/11 saylı kredit xətti müqaviləsi üzrə 1 saylı əlavə bağlanılmış, həmin əlavəyə əsasən sözügedən kredit müqaviləsinin müddəti xx xxxxxx 2015-ci il tarixə qədər uzadılmışdır. C13/11 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixli əlavə bağlanılmış, həmin əlavəyə görə sözügedən kredit müqaviləsinə uyğun olaraq Cavabdeh ayrılmış 30 000 (otuz min) məbləğində kredit xəttinə 70 000 (yetmiş min) ABŞ dolları artırılaraq 100 000 (bir yüz min) ABŞ dolları məbləğinə çatdırılmışdır. C13/11 saylı kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixli əlavə də bağlanılmış, bununla da həmin kredit müqaviləsinə uyğun olaraq Cavabdeh ayrılmış 100 000 (bir yüz min) məbləğində kredit xəttinə 30 000 (otuz min) ABŞ dolları artırılaraq 130 000 (bir yüz otuz min) ABŞ dolları məbləğinə çatdırılmışdır. xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixli C13/11 nömrəli kredit müqaviləsi üzrə banka 266 999,31 ABŞ dolları əsas, 170 797,55 ABŞ dolları faiz, 83 037 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 520 825,86 ABŞ dolları məbləğində borcu vardır. xx xxxxxx 2012-ci il tarixdə bağlanılmış C267/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti borcalan Cavabdeh 24 ay müddətinə 50 000 manat məbləğində kart vasitəsi ilə bərpaolunan kredit xətti açmış, sonuncu isə həmin kredit xəttinin müqavilə ilə müəyyən olunmuş şərtlərlə istifadəsini və ödənilməsini qəbul etmişdir; müqavilənin 1.3-cü bəndinə görə plastik kartın alınması, istifadəsi ilə bağlı yaranacaq digər münasibətlər tərəflər arasında bağlanacaq plastik kart müqaviləsi ilətənzimlənəcəkdir. xx xxxxxx 2012-ci il tarixdə bağlanılmış C267/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixli əlavəyə görə, həmin kredit müqaviləsinə uyğun olaraq Cavabdeh ayrılmış 50 000 (əlli min) manat məbləğində kredit xətti 50 000 (əlli min) manat artırılaraq 100 000 (bir yüz min) manat məbləğinə çatdırılmışdır. xx xxxxxx 2012-ci il tarixdə bağlanılmış C267/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsi üzrə xx xxxxxx 2013-cü il tarixli əlavə də bağlanılmış, həmin əlavəyə görə sözügedən kredit müqaviləsinə uyğun olaraq Cavabdeh ayrılmış 100 000 (yüz min) manat məbləğində kredit xəttinə 50 000 (əlli min) manat artırılaraq 150 000 (bir yüz əlli min) manat məbləğinə çatdırılmışdır. xx.xx.2017-ci il tarixli maliyyə arayışına görə, Cavabdeh xx xxxxxx 2012-ci il tarixdə bağlanılmış C267/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsi üzrə banka 32 818,01 manat əsas, 20 434,04 manat faiz, 2 204,42 manat cərimə borcu olmaqla, cəmi 55 456,47 manat məbləğində borcu vardır. xx xxxxx 2013-cü il tarixdə bağlanılmış 65/13 saylı X1 Xətti müqaviləsinə görə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti borcalan Cavabdeh 12 ay müddətinə illik 15 % olmaqla 320 000 manat məbləğində bərpaolunan kredit xəttinin verilməsini, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada həmin krediti və faizlərini qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxx 2013-cü il tarixdə bağlanılmış 65/13 saylı X1 Xətti müqaviləsi üzrə banka 554 790 manat əsas, 323 438,97 manat faiz, 216 829,54 manat cərimə borcu olmaqla, cəmi 1 095 058,51 manat məbləğində borcu vardır. xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixdə bağlanılmış C91/13 saylı Kredit müqaviləsi üzrə banka 9782,45 ABŞ dolları əsas, 4968,58 ABŞ dolları faiz borcu olmaqla, cəmi 14751,03 ABŞ dolları məbləğində borcu vardır. Kassa məxaric orderlərindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən xx.xx.2011-ci il tarixdə 20 000 (iyirmi min) ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 30 000 (otuz min) ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 100 000 (bir yüz min) ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 130 000 (bir yüz otuz min) ABŞ dolları, xx.xx.2013-cü il tarixdə 320 000 (üç yüz iyirmi min) manat, xx.xx.2013-cü ildə 314 000 manat, xx.xx.2013-cü il tarixdə 15 700 (on beş min yeddi yüz) manat, xx.xx.2013-cü il tarixdə 37 000 (otuz yeddi min) manat, xx.xx.2013-cü il tarixdə 21 176 (iyirmi bir min yüz yetmiş altı) manat, xx.xx.2013-cü il tarixdə 7 880 (yeddi min səkkiz yüz səksən) manat, xx.xx.2013-cü il tarixdə 12 000 (on iki min) manat, xx.xx.2013-cü il tarixdə 27 000 (iyirmi yeddi min) manat, xx.xx.2013-cü il tarixdə 10 000 (on min) manat, xx.xx.2013-cü il tarixdə 10 000 (on min) manat, xx.xx.2013-cü il tarixdə 10 000 (on min) manat, xx.xx.2013-cü il tarixdə 10 000 (on min) manat, xx.xx.2013-cü il tarixdə 10 000 (on min) manat, xx.xx.2013-cü il tarixdə 33 000 (otuz üç min) manat, xx.xx.2013-cü il tarixdə 10 000 (on min) manat, xx.xx.2013-cü il tarixdə 10 000 (on min) manat məbləğində pul vəsaitlərini qəbul etmişdir; həmin kassa məxaric orderlərində Cavabdeh aid imza “faksimile”lə icra edilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh göndərilmiş bildirişin surətindən və onun cavabdehə göndərilməsini təsdiq edən qəbzdən görünür ki, cavabdehə kredit müqavilələrindən irəli gələn öhdəlikləri barədə xəbərdarlıq edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-1404/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, iflas proseduruna başlanılmış və qərar dərhal icraya yönəldilmişdir. Həmin qərara əsasən Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedici təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2018-cu il tarixli 17409 saylı rəyindən görünür ki, Cavabdeh banka xx xxxx 2013-cü il tarixli C91/13 saylı müqavilə üzrə xx.xx.2017-ci il tarixə 9 782,45 ABŞ dolları əsas, 6 112,88 ABŞ dolları faiz borcu, xx.xx.2013-cü il tarixli 65/13 saylı müqavilə üzrə xx.xx.2017-ci il tarixə 554 790,00 ABŞ dolları əsas, 323 438,97 ABŞ dolları faiz borcun, xx.xx.2012-ci il tarixli C267/12 saylı müqavilə üzrə xx.xx.2017-ci il tarixə 32 818,01 ABŞ dolları əsas, 20 434,04 ABŞ dolları faiz borcu, xx.xx.2011-ci il tarixli C13/11 saylı müqavilə üzrə xx.xx.2017-ci il tarixə 266 999,31 ABŞ dolları əsas, 170 797,55 ABŞ dolları faiz borcunun olduğu müəyyən edilmişdir. Məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxxx 2018-ci tarixli, 25417 saylı rəyində isə ekspert belə nəticəyə gəlmişdir ki, “1. a) ekspertizaya təqdim olunmuş, mülki işin 61- 62-ci, 133-134-cü vərəqələrində İddiaçı ilə Cavabdeh adından bağlanmış olan xx xxxxxx 2012-ci il tarixli C267/12 nömrəli kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsinin 1ci, 2-ci nüsxələrinin 1-ci vərəqələrində aşağı sağ küncdəki, 2-ci vərəqələrində “Borc alan” qrafalarındakı imzalar, 69, 144-cü vərəqələrində İddiaçı ilə Cavabdeh adından bağlanmış olan xx xxxxxx 2011-ci il tarixli C13/11 nömrəli kredit müqaviləsinə xx xxxxxx 2013-cü il tarixli 1 saylı əlavənin 1-ci, 2-ci nüsxələrində “Borc alan” qrafalarındakı imzalar – Eyni şəxs Cavabdeh tərəfindən icra olunmuşdur. b) ekspertizaya təqdim olunmuş, mülki işin 72-78-ci və 135-141-ci vərəqələrində İddiaçı ASC ilə Cavabdeh adından bağlanmış olan 65/13 nömrəli xx xxxxx 2013-cü il tarixli kredit xətti müqaviləsinin 1-ci, 2-ci nüsxələrində “Borc alan” qrafalarında əks olunmuş imzalar, 63, 64-cü vərəqələrində İddiaçı ilə Cavabdeh adından bağlanmış olan xx xxxxxx 2012-ci il tarixli C267/12 nömrəli kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsinə xx xxxxxx 2013-cü il tarixli və xx xxxxxx 2013-cü il tarixli əlavələrdə “Borc alan” qrafalarında əks olunmuş imzalar, 68, 70-ci, 145, 146-cı vərəqələrində İddiaçı ilə Cavabdeh adından bağlanmış olan xx xxxxxx 2011-ci il tarixli C13/11 nömrəli kredit xətti müqaviləsinə xx xxxxxx 2013-cü il tarixli, xx xxxxxx 2013-cü il tarixli əlavələrin 1- ci, 2-ci nüsxələrində “Borc alan” qrafalarında əks olunmuş imzalar, mülki işin 286-301-ci vərəqələrində xx xxxx 2013-cü il tarixli, xx xxx 2013-cü il tarixli, xx xxxxx 2013-cü il tarixli, xx xxx 2013-cü il tarixli, xx xxxxx 2013-cü il tarixli, xx xxx 2013-cü il tarixli, xx xxxx 2013- cü il tarixli, xx xxxxxx 2013-cü il tarixli, xx xxxx 2013-cü il tarixli, xx xxxxxx 2013-cü il tarixli, xx xxxx 2013-cü il tarixli, xx xxxx 2013-cü il tarixli, xx xxxx 2013-cü il tarixli “10000” məbləğ göstəricisi olan, xx xxxx 2013-cü il tarixli “33000” məbləğ göstəricisi olan, xx xxx 2013-cü il tarixli, xx xxxxx 2013-cü il tarixli kassa məxaric orderlərində “Təhvil aldım” qrafalarında əks olunmuş imzalar – Eyni şəxs Cavabdeh tərəfindən icra olunmuş imzanın əksidir. 2. Ekspertizaya təqdim olunmuş, mülki işin 66-67ci, 142-143-cü vərəqələrində İddiaçı ilə Cavabdeh adından bağlanmış olan xx xxxxxx 2011-ci il tarixli C13/11 nömrəli kredit xətti müqaviləsinin 1-ci, 2-ci nüsxələrində “Borc alan” qrafalarındakı imzalar – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 7845 saylı rəyinə görə isə, Cavabdeh banka xx.xx.2013-cü il tarixli 65/13 saylı müqavilə üzrə xx.xx.2014-cü il tarixə 554 790,00 manat əsas, 77 714,19 manat faiz, cəmi 632 504,19 manat borcu, xx.xx.2012-ci il tarixli C267/12 saylı müqavilə üzrə xx.xx.2014-cü il tarixə 32 818,01 manat əsas, 17 180,94 manat faiz, cəmi 50 178,95 manat borcu olduğu müəyyən edilmişdir. Hüquqi əsaslandırma: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iddaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739.2). Rayon məhkəməsi qeyd etmişdir ki, Bank, Cavabdehla xx xxxx 2013-cü il tarixdə C91/13 nömrəli kredit müqaviləsi bağladığını və məhz həmin müqavilənin əsasında cavabdehə illik 12 %-lə, 36 ay müddətinə 10 000 (on min) ABŞ dolları məbləğində kredit verdiyini irəli sürsə də, nə iddiasının faktiki əsası kimi istinad etdiyi həmin kredit müqaviləsini, nə də ki həmin məbləğin cavabdehə verilmiş olduğunu təsdiq edən kassa məxaric orderini dəfələrlə tələb edilməsinə və buna şərait yaradılmasına rəğmən məhkəməyə təqdim edə bilməmişdir. xx xxxxxx 2012-ci il tarixdə bağlanılmış C267/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsi üzrə(həmin müqaviləyə görə bank, Cavabdeh 24 ay müddətinə 50 000 manat məbləğində kart vasitəsi ilə bərpaolunan kredit xətti açmış, müqavilənin 1.3cü bəndinə görə plastik kartın alınması, istifadəsi ilə bağlı yaranacaq digər münasibətlər tərəflər arasında bağlanacaq plastik kart müqaviləsi ilə tənzimlənəcəyi, 2.1-ci bəndinə görə kredit xəttinin 1.1 bəndində göstərilən məbləği 3 (üç) iş günündən gec olmayaraq “Borcalan”ın kredit kartı üzrə açılan ssuda hesabına köçürəcəyi göstərilsə də), iddiaçı bununla bağlı nə plastik kart müqaviləsini, nə kredit xəttinin 1.1 bəndində göstərilən məbləği “Borcalan”ın kredit kartı üzrə açılan ssuda hesabına köçürməsini təsdiq edən bank sənədini, nədə ki, həmin kredit xətti müqaviləsi üzrə plastik kartın cavabdeh tərəfindən alınmış olduğuna dair sübutları dəfələrlə tələb edilməsinə və buna şərait yaradılmasına rəğmən məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə, xx xxxxxx 2012-ci il tarixdə bağlanılmış C267/12 saylı kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsi üzrə 18 və xx xxxxxx 2013-cü il tarixlərdə əlavələrin rəsmiləşdirildiyi, bununla da kredit xəttinin hər səfərində 50 000 manat artırılaraq müvafiq olaraq 100 000 və 150 000 manat məbləğinə çatdırıldığı aydın olmuş, lakin iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasının xx xxxxxxx 2018-ci tarixli, 25417 saylı rəyi ilə həmin əlavələrdəki “Borc alan” qrafalarında əks olunmuş imzaların – Cavabdeh tərəfindən icra olunmuş imzanın əksi (faksmile) olduğu qeyd edilmiş. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2018-ci il tarixli məktubu ilə də cavabdehin dövlət sərhədindən xx.xx.2013-cü il tarixdə çıxış edərək, xx.xx.2013-cü il tarixdə geri qayıtdığı, yəni həmin əlavələrin rəsmiləşdirildiyi tarixlərdə ümumiyyətlə ölkədə olmadığı müəyyən edilmişdir. Məhkəmə xətşünaslıq ekspertizasının xx xxxxxxx 2018-ci tarixli, 25417 saylı rəyi ilə İddiaçı ilə Cavabdeh adından bağlanmış olan xx xxxxxx 2011-ci il tarixli C13/11 nömrəli kredit xətti müqaviləsinin 1-ci və 2-ci nüsxələrində “Borc alan” qrafalarındakı imzaların – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunduğu göstərilmişdir. Həmin rəydə həmçinin sözügedən kredit xətti müqaviləsinə xx xxxxxx 2013-cü il tarixli, xx xxxxxx 2013-cü il tarixli əlavələrin 1-ci, 2-ci nüsxələrində “Borc alan” qrafalarında əks olunmuş imzaların Cavabdeh tərəfindən icra olunmuş imzanın əksi (faksmile) olduğu, başqa sözlə həmin imzaların bilavasitə icra olunmadıqları qeyd edilmişdir. Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2018-ci il tarixli məktubu ilə də cavabdehin dövlət sərhədindən xx.xx.2011-ci il tarixdə çıxış edərək, xx.xx.2011-ci il tarixdə geri qayıtdığı, başqa sözlə sözügedən müqavilənin bağlandığı tarixdə ümumiyyətlə ölkədə olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi xx xxxxx 2013-cü il tarixdə bağlanılmış 65/13 saylı X1 Xətti müqaviləsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı həmin kredit xətti müqaviləsinə əsasən cavabdehə illik 15 %-lə, 12 ay müddətinə 600 300 (altı min üç yüz) manat məbləğində kredit verdiyini göstərsə də,mülki iş materialları ilə bankın cavabdehə 12 ay müddətinə illik 15 % olmaqla 320 000 manat məbləğində bərpaolunan kredit xəttinin verilməsini öhdəsinə götürmüş olduğu aydın olmuşdur. Eyni zamanda, məhkəməxətşünaslıq ekspertizasının xx xxxxxxx 2018-ci tarixli, 25417 saylı rəyi ilə isə İddiaçı ilə Cavabdeh adından bağlanmış olan 65/13 nömrəli xx xxxxx 2013-cü il tarixli kredit xətti müqaviləsinin 1-ci, 2-ci nüsxələrində “Borc alan” qrafalarında əks olunmuş imzaların Cavabdeh tərəfindən icra olunmuş imzanın əksi (faksmile) olduğu qeyd edilmişdir. Bu isə sözügedən müqavilənin bağlanmasında da cavabdehin bilavasitə iştirakını istisna edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixdə hazırkı mülki iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320-ci maddəsində nəzərdə tutulan cinayət əlamətləri aşkar olunduğundan, cinayət işinin başlanması məsələsinin müzakirə edilməsi üçün Xüsusi Qərardad çıxarmışdır. Beləliklə, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçının üzərinə düşdüyündən və o, iddiasının faktiki əsası kimi istinad etdiyi halları sübuta yetirmədiyindən rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı LPO QSC İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-26/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar