Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5449/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyevdən və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)-34/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri Suraxanı rayon Bülbülə Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X10 qarşı “qərarın, aktın, çıxarışların, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyə ehtiyyatı fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Cavabdeh1 fərdi yaşayış evi tikmək məqsədi ilə 0,05 ha satılması barədə cavabdeh Bakı şəhəri Suraxanı rayon X12 xx xxxx 2004-cü il tarixli 11 №-li qərarın və cavabbdehlər Cavabdeh1 ilə Bakı şəhəri Suraxanı rayon Bülbülə Bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair tərtib olunmuş aktın, həmin sənədlərin əsasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X19 tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarışın, həmçinin sözügedən torpaq sahəsinə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və cavabdeh 4 saylı Bakı “Asandcidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş xx xxxxx 2017-ci il tarixli, AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsifıin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X19 tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarışın etibarsız hesab olunması, Cavabdeh2 və onun ailə üzvlərinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, ev 19 A ünvanında yerləşən ona məxsus evdən çıxarılmaqla həmin evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını və iş üzrə tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərinin aşkara çıxarılması halında bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 2005-ci ildə qohumların köməkliyi ilə Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev (keçmiş Oktyabrın 40 illiyi) küçəsində torpaq sahəsi alaraq, orada iki otaq və yardımçı tikililərdən ibarət fərdi yaşayış evi tikdirmiş, həmin evdə yaşamağa başlamışdır. Lakin 2008-ci ildə yol çəkilişi ilə əlaqədar evi Bakı şəhəri Suraxanı Rayon icra Hakimiyyəti tərəfindən sökülmüşdür. Sonradan məlum olmuşdur ki, həmin evin sökülməsinə ehtiyac yox imiş. Bunu bildikdən sonra müxtəlif instansiyalara müraciət etdikdə ona bildirmişlər ki, evi bərpa olunacaqdır. Bundan sonra evin bərpası ilə bağlı məsələlərin həlli üçün savadlı bir vəkil tapıb onunla müqavilə bağlamaq qərarına gəlmişdir. Qohumları Rafaelə müraciət etməsini məsləhət bilmiş, Rafaellə görüşüb problemi bildirdikdə sonuncu, Cavabdeh1 anası X7 məsləhət görərək onun səriştəli, bacarıqlı, savadlı və təcrübəli vəkil olduğunu bildirmişdir. Məryəmlə görüşdüyündə o bildirmişdir ki, məsələnin həlli çox çətin olduğuna baxmayaraq, mümkündür. Bunun üçün Məryəm Cəfərova onlardan 15,000 manat pul istəmişdir. Zəminə Aslanovanın, Sevda Hüseynovanın, Telli Əsgərovanın, Natella Əsgərovanın, Ramin Əsgərovun və Hidayət Aslanovun şahidliyi ilə Rafaelə və Məryəm Cəfərovaya 10.000 manat məbləğində pul vermişdir. Bununla yanaşı, Məryəm Cəfərovaya xx xxxxx 2010-cu il tarixdə etibarnamə də vermişdir ki, sonuncu lazımi instansiyalarda adından çıxış edə bilsin. Bir müddət sonra Məryəm Cəfərova evin tikintisinə başlamış, tikinti gedən ərəfədə o və qohumları dəfələrlə həmin yerə gedərək tikinti işlərinin yaxşı getdiyinin şahidi olmuşlar. Bu ərəfədə Məryəm Cəfərova bildirmişdir ki, evə dair sənədləri artıq hazırlayıb və tikinti başa çatdıqdan sonra onları evin açarı ilə birlikdə təhvil verəcəkdir. Evin tikintisi tamamlandıqdan sonra Məryəm Cəfərova ilə görüşüb borclu qaldıqları 5.000 manatı verməkləri müqabilində evin açarlarını təhvil verməsini xahiş eldikdə Məryəm Cəfərova bildirmişdir ki, evə çox xərci çıxıb, ona görə də əvvəl razılaşdıqları 5.000 manat deyil, 35.000 manat verməlidir. Həmin pul verilməyəcəyi təqdirdə isə evi təhvil verməyəcəkdir. Beləliklə, Məryəm Cəfərova ona məxsus olan evi zəbt etmiş və evi ona təhvil verməkdən imtina etmişdir. Odur ki, tərəfindən cavabdeh X8 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilərək, Bakı şəhəri. Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, Samir Əliyev (keçmiş Oktyabnn 40 illiyi) küçəsində yerləşən evindən cavabdehin ailə üzvləri ilə birlikdə digər yaşayış sahəsi verilmədən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ilə (hakm C.Qədimov, iş № 2(010)-2264/2012) onun X8 qarşı evdən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov-sədrlik edən və məruzəçi, İ.Vəliyev və A.Hüseynov, iş № 2(103)-3581 /2013) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin həmin iş üzrə xx xxxxxx 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qərarı ilə (hakimlər V.İbayev-sədrlik edən və məruzəçi, Ə.Əhmədov və M.Əhmədova, iş № 2(102)-399/2014) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2014-cü il tarixli qətnaməsi ilə (hakimlər A.İmanov-sədrlik edən və məruzəçi, F.Talışınski və İ.Əsədov, iş № 2(103)-12280/2014) apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2264/2012 saylı iş üzrə xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilmiş, X5 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, Samir Əliyev (keçmiş Oktyabrın 40 illiyi) küçəsində yerləşən ona məxsus evdən çıxarılması qət edilmişdir. Cavabdeh X11 və vəkili X3 şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2014-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qərarı ilə (hakimlər T.Dəmirov-sədrlik edən və məruzəçi, Ə.Rüstəmov və T.Qoldman, iş № 2(102)-4397/2014) cavabdeh X1 şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2014-cü il tarixli, 2(103)-2280/2014 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra qanuni qüvvəyə minmiş məhkəmə qərarları icra edilməsi üçün Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilmişdir. Qətnamələrin icra edilməsi Məryəm Cəfərovanın və onun qızı hazırkı Cavabdeh1 əsassız şikayətləri əsasında 1 il 6 ay müddətində yubadılmşdır. Nəhayət, xx xxxxxx 2015-ci il tarixdə sözügedən qətnamə Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinin icra məmurları tərəfindən icra edilərək, evin darvazasının açarı dəyişdirilməklə bir nüsxəsi ona verilsə də, məlum olmuşdur ki, ona məxsus evdə artıq Məryəm Cəfərova deyil, onun qızı Cavabdeh1 yaşayır. O yenidən məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə (hakim E.Ağayev, iş № 2(010)- 2360/20İ6) cavabbdeh Cavabdeh1 və onun ailə üzvlərinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabnn 40 illiyi küçəsi, ev 19 A ünvanında yerləşən ona məxsus evdən çıxarılması, həmin evin boşaldılaraq ona təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov-sədrlik edən və məruzəçi, T.Səmədov və T.Əliyev, iş № 2(103)-5639/2016) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin həmin iş üzrə xx xxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 qeyd olunan qətnamədən kassasiya şikayəti versə də Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə (hakimlər İ.Xələfov-sədrlik edən və məruzəçi, Ə.Mirzəliyev və A.Kalbalıyev, iş № 2(102)-407/2017) kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının həmin iş üzrə xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda isə məlum olmuşdur ki, guya cavabdeh Suraxanı rayon X12 xx xxxx 2004-cü il tarixli 11 Ns-li qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən hazırlanmış sənədlər nəzərə alınmaqla Suraxanı rayonu Bülbülə Bələdiyyə ehtiyyatı fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Cavabdeh1 fərdi yaşayış evFtfkmək məqsədi ilə 0,05 ha satılması qərara alınmış, daha sonra cavabbdehlər Cavabdeh1 və Suraxanı rayon Bülbülə Bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair akt tərtib olunmuşdur. Bundan sonra cavabbdeh Cavabdeh1 qeyd olunan sənədlərin əsasında Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində 0,0305 kv.m. torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması haqqında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X19ndən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarışın alınmasına nail olmuşdur. Daha sonra isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış və cavabdeh 4 saylı Bakı “Asan xidmət" mərkəzində notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş xx xxxxx 2017-ci il tarixli AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsi əsasında sözügedən torpaq sahəsinə dair sonuncunun adına digər cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X19 tərəfindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarış verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X19 tərəfindən verilmiş xx.xx.2017- ci il tarixli RX seriyalı ******* №-li çıxarışda Cavabdeh1 adına dövlət qeydiyyatına alınmış əmlakın “Bakı səhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində 0.0305 kv.m. torpaq sahəsi” kimi göstərilməsinə, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və cavabdeh 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş xx xxxxx 2017-ci il tarixli AN-İ seriyalı ******* Nə-li alqı-satqı müqaviləsində yuxarıda qeyd olunan əmlakın Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasının qeyd olunmasına baxmayaraq, nədənsə Azərbaycan Respublikası Əmlak Məsələiəri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X19 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarışda Cavabdeh2 adına dövlət qeydiyyatına alınmış əmlak “Bakı səhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 40 il Oktyabr küçəsi, 33 H saylı sahədə 0,0305 kv.m. torpaq sahəsi” kimi qeyd olunmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş sonuncu ekspert rəyində də iddia tələbinin əsaslı olması bir daha öz təsdiqini tapmışdır. Bundan əlavə, o, “xxxxxxxx” MMC-nin xx.xx.2006-cı il tarixli hesabatını təqdim edərək bildirdi ki, hesabatdan da görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur və 2005-ci ildə tikilmişdir. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)-34/2020 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Bakı şəhəri Suraxanı rayon Bülbülə Bələdiyyəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı Bakı ’’Asan Xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X10 qarşı “qərarın, aktın, çıxarışların, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməsi, iddia rədd edildiyi üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi, İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul alınaraq dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** X20 41 NABZ******************** SWİFT BİK CTREAZ 22), mütəxəssis rəyinin verilməsinə dair çəkilmiş xərcin dəyəri kimi 112,50 (bir yüz on iki manat əlli qəpik) manat isə tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, şikayətini iddia tələbinin dəlilləri ilə əsaslandırmış, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə tərəflər məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər (nümayəndəsi) və gəlməmələrinin səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin (nümayəndəsinin) iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Bələdiyyə Şurasının xx.xx.2004-cü il tarixli 11 nömrəli qərarından görünür ki, Suraxanı rayonu Bülbülə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı- satqı qaydasında Gəncə şəhər sakini Cavabdeh1 fərdi yaşayış evi tikmək məqsədilə 0.05 ha satılması barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən hazırlanmış sənədlər, nəzərə alınmaqla, Gəncə şəhər sakini Cavabdeh1 Bülbülə bələdiyyə ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Gəncə şəhər sakini Cavabdeh1 fərdi yaşayış evi tikmək məqsədilə 0.05 ha satılması qərara alınmışdır. “xxxxxxxx” MMC-nin xx.xx.2006-cı il tarixli 50 nömrəli hesabatından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən fərdi yaşayış evi İddiaçı məxsusdur və 2005-ci ildə tikilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 0.0305 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 715 nömrəli reyestr kitabının 67725 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı X8 qarşı evdən çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin həmin iş üzrə xx xxxxxx 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxxxxxx 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxx 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı iddiası təmin edilmiş, X5 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Bül-Bülə qəsəbəsi, Samir Əliyev (keçmiş Oktyabrın 40 illiyi) küçəsində yerləşən İddiaçı məxsus evdən İ çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qərarı ilə cavabdeh X1 şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın xx xxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2800/2015 nömrəli iş üzrə qəbul İetdiyi xx xxxxxxxx 2015-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon icra şöbəsinə qarşı mənzildən çıxarılma ilə bağlı cavabdehin qanunsuz hərəkətlərinin dayandırılması tələbinə dair iddia tələbi təmin edilmiş, cavabdeh Bakı şəhəri Suraxanı rayon icra şöbəsi (şöbənin icra məmuru) Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2280/2014 saylı xx.xx.2014-cü il tarixli qətnaməsinin icrası üzrə icraat 1 zamanı Cavabdeh1 və onun ailə üzvlərinin (uşaqlarının) Bakı şəhəri, Suraxanı 1 rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, ev 19A ünvanından çıxarılması ilə bağlı qanunsuz hərəkətlərdən çəkinməsi qərara alınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2360/2016 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia tələbi təmin edilərək, Cavabdeh1 və onun ailə üzvləri (yetkinlik yaşına çatmayan onunla birlikdə yaşayan) Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, ev 19A ünvanında yerləşən İddiaçı məxsus evdən çıxarılmaları, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, İ Oktyabrın 40 illiyi küçəsi, ev 19A ünvanında yerləşən İddiaçı məxsus levin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi: MKrpin xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 407/2017 nömrəli iş üzrə qəbul etdiyi xx xxxxxx 2017-ci il tarixli qərarı ilə Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MK-nın hazırki iş üzrə olan xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli 49 nömrəli məktubundan görünür ki, Bülbülə Bələdiyyəsində, ümumiyyətlə, İddiaçı aid və yaxud fərdi yaşayış evinə dair hər hansı bir sənəd qeydiyyatdan keçməmişdir. “xxxxxxxx” MMC-nin xx.xx.2016-cı il tarixli 02 nömrəli məktubundan görünür ki, müəssisənin arxivində vətəndaş İddiaçı adına heç bir sənəd qeydiyyatdan keçməmişdir. “xxxxxxxx” MMC 2009-cu ilin yanvar ayından öz fəaliyyətini dayandırmışdır. Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 30 nömrəli məktubundan görünür ki, Cavabdeh1 xx xxxx 2004-cü il tarixdə 11 saylı qərara əsasən Bülbülə Bələdiyyə ehtiyat fondundan alqı-satqı predmeti olan, kənd təsərrüfatına yararsız torpaq sahəsindən fərdi yaşayış evi tikmək üçün 0,05 ha torpaq sahəsi ayrılmışdır və Bülbülə Bələdiyyəsindən qeydiyyatdan keçmişdir. Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsinin xx.xx.2016-cı il tarixli 36 nömrəli məktubundan görünür ki, 2006-cı ilin iyun ayında “xxxxxxxx” MMC-nin vermiş olduğu 50 saylı hesabat Bülbülə Bələdiyyəsində mövcud deyil və Bülbülə Bələdiyyəsinin qeydiyyat kitabında qeydiyyatdan keçmədiyinə görə “xxxxxxxx” MMC-nin vermiş olduğu 50 saylı hesabat Bülbülə Bələdiyyəsi tərəfindən etibarsız sayılır. Bakı şəhəri X6 Rayon İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2016-cı il tarixli 44 nömrəli məktubdan görünür ki, vətəndaş Cavabdeh1, Bülbülə Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılıb-ayrılmaması, xx.xx.2004-cü il tarixdə onun adına 11 saylı qərar və cizgi verilib-verilməməsi, həmin ərazinin bələdiyyə torpaqlarının hüdüdları daxilində olubolmaması, eləcə də sözügedən məsələ ilə bağlı yazışmaların və verilmiş arayışların surətlərinin Suraxanı RİH-ə təqdim edilməsi haqqında məktubunuza baxılmışdır. Bildirilir ki, 2001-ci ildən 2003-cü il tarixinə qədər olan bələdiyyə qərarlarının qeydiyyatı jurnalına vətəndaş Cavabdeh1 torpaq sahəsinin ayrılması haqqında 11 saylı xx.xx.2004-cü il tarixli qərarın qeydiyyatının aparılması səbəbindən məsələnin dəqiqləşdirilməsi rriəqsədi ilə, AR Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinə və AR Əmlak Məsələləri Dövlət Komitəsi Yanında yaranmış Torpaq Agentliyi rəhbərliyinə ünvanlanmış sorğulara cavab alındıqdan sonra, Sizə nəticəsi barədə ətraflı məlumat veriləcəkdir. Həmçinin nəzərinizə çatdırılır ki, xx.xx.2004-cü il tarixli 11 saylı qərarın mövcudluğunun təsdiqi kimi qiymətləndirilə bilən lazımi araşdırma və dəqiqləşmə aparılmadan, ayrı-ayrı hüquqi və fiziki şəxslərə verilmiş bütün arayış və məktublar etibarsız sayılır. Eyni zamanda bildirilir ki, məktubunuza surəti əlavə olunan qərarda göstərilən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsindəki torpaq sahəsi bələdiyyə torpaqlarının hüdudlarından kənarda yerləşir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2016cı il tarixli 09/6-58 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı rayonu Bülbülə bələdiyyəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün 0,05 ha torpaq sahəsinin ayrılması barədə xx.xx.2004-cü il tarixli 11 saylı qərarı Mərkəzə daxil olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2017ci il tarixli 09/5-7 nömrəli məktubundan görünür ki, Cavabdeh1 fərdi yaşayış evinin tikintisi üçün 0,05 ha torpaq sahəsinin ayrılması barədə xx xxxx 2004-cü il tarixli qərar Mərkəzə daxil olmamışdır. “xxxxxxxx” MMC-nin xx.xx.2017-ci il tarixli 8 nömrəli məktubundan görünür ki, vətəndaş İddiaçı, Kamran qızının adına hesabat cədvəli heç vaxt tərtib edilməmişdir. Müəssisənin arxivində ona aid hər hansı bir sənəd qeydiyyatdan keçməmişdir. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh1 ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən 0.0305 ha torpaq sahəsini Cavabdeh2 satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 40 il Oktyabr küçəsi, 33H saylı sahə (0.0305 ha) xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2017-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 715 nömrəli reyestr kitabının 67725 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı RİHB-nın Bülbülə qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2017-ci il tarixli 1/37 nömrəli məktubundan görünür ki, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, 19 “a” saylı yaşayış evinin ünvanının dəyişdirilməsi haqqında qəsəbə nümayəndəliyinə hər hansı rəsmi müraciət daxil olmamış və 19 “a” saylı evə Oktyabrın 40 illiyi küçəsi, 33 “H” sahəsi kimi yeni ünvan qəsəbə nümayəndəliyi tərəfindən verilməmişdir. xx.xx.2018-ci il tarixli, ********* №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bakı şəhəri Suraxanı RİHB-nın Bülbülə qəsəbəsi inzibati dairəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli 1/9 nömrəli məktubundan görünür ki, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, 33 H fərdi yaşayış evi və torpaq sahəsi təqdim olunan sənədə əsasən (çıxarış:seriya RX 1098925) vətəndaş Cavabdeh2 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, 19A saylı ev X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, 33H saylı ev Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının İddiaçı ünvanladığı xx.xx.2019-cu il tarixli 0-32-091 nömrəli məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli A№ 165422 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan döngə nöqtələrinin koordinatlarına əsasən müəyyən edilən torpaq sahəsindəki özbaşına tikili ətraf ərazinin görünüşünə xələl gətirdiyindən Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsinin kənarlarının abadlaşdırılması, o cümlədən yolkənarı tikililərin xarici görünüşlərinin müasirləşdirilməsi məqsədi ilə həyata keçirilən tədbirlər çərçivəsində Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən 2011-ci ildə abadlaşdırılaraq fasadında və dam örtüyündə təmir-bərpa işləri aparılmış, torpaq sahəsinin hasarı Heydər Əliyev prospektindən görünən hissədə sökülərək yerində dekorativ səsqoruyucu divar inşa edilmiş, giriş üçün yeni darvaza quraşdırılmışdır. Eyni zamanda sözügedən tikiliyə dair mübahisəli məsələlərlə bağlı müxtəlif vaxtlarda tərəfinizdən verilmiş etibarnamə əsasında nümayəndəniz kimi X2 Rayon İcra Hakimiyyətinə müraciətlər etmiş, daha sonra həmin tikili ilə bağlı aranızda yaranmış mübahisəyə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2280/2014 saylı iş üzrə qətnaməsi ilə hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 28429 №-li ekspert rəyində qeyd olunmuşdur ki, qərardadın birinci sualı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli **********42 saylı məktubla göndərilmiş, yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, mübahisətendirilən, iddiaçının iddia etdiyi və naturada göstərdiyi ölçülmüş 545 kv.m torpaq sahəsinin 305 kv.m-i (sxemdə qeyd edilən yaşayış evi olan hissə) reyestr nömrəsi **********50 olan çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Qərardadın ikinci sualı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli **********42 saylı məktubla göndərilmiş, yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, mübahisələndirilən, iddiaçının iddia etdiyi və naturada göstərdiyi ölçülmüş 545 kv.m torpaq sahəsində reyestr nömrəsi **********50 olan çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsində bir yaşayış evi mövcuddur. Mütəxəssis tərəfindən əlavə edilmiş sxemdə göstərilmişdir. Qərardadın üçüncü sualı üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Rafiq Süleymanovun imzası ilə təsdiq edilmiş xx xxxxxx 2019-cu il tarixli **********42 saylı məktubla göndərilmiş, yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin aparıcı məsləhətçisi İ.Şərifovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, mübahisələndirilən, iddiaçının iddia etdiyi və naturada göstərdiyi ölçülmüş 545 kv.m torpaq sahəsinin 305 kv.m hissəsində mövcud olan fərdi yaşayış evinin altındakı torpaq sahəsi mövcud mülkiyyət sənədlərinə (reyestr nömrəsi **********50 olan çıxarışa) əsasən Cavabdeh2 məxsus torpaq sahəsinin hüdudları daxilindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin vətəndaş Cavabdeh2 ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-144/2019 saylı mülki işə dair verilmiş mütəxəssis rəyinin dəyişdirilməsi barədə xx xxxx 2020-ci il tarixli müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Qeyd olunan mübahisəli torpaq sahəsinə baxış keçirilərək mütəxəssis rəyinin təqdim edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(010)-144/2019 nömrəli müraciəti əsasında torpaq sahəsinə baxış keçirilmiş və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli, **********42 nömrəli məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Bildirilir ki, mübahisəli torpaq sahəsinə baxış keçirilərkən müraciətinizdə qeyd etdiyiniz Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 40 il Oktyabr küçəsi, 19A saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi mütəxəssisə naturada göstərilmədiyindən həmin əraziyə dair rəy verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili bayramov Rüstəm Abbasəli oğluna ünvanladığı xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilir ki: “Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)- 144/2019 saylı mülki işə dair yeni mütəxəssis rəyinin verilməsi barədə xx xxxx 2020-ci il tarixli, 81 nömrəli müraciətinizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Qeyd olunan mübahisəli torpaq sahəsinə baxış keçirilərək mütəxəssis rəyinin təqdim edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(010)-144/2019 nömrəli müraciəti əsasında torpaq sahəsinə baxış keçirilmiş və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxx 2019-cu il tarixli, **********42 nömrəli məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Müraciətiniz əsasında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 40 il Oktyabr küçəsi, 19A saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə baxış keçirilmişdir. Kollegiya qeyd edir ki, iddia tələbinin “Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyə ehtiyyatı fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız torpaq sahəsindən alqı-satqı qaydasında Cavabdeh1 fərdi yaşayış evi tikmək məqsədi ilə 0,05 ha satılması barədə cavabdeh Bakı şəhəri Suraxanı rayon X12 xx xxxx 2004-cü il tarixli 11 №-li qərarın və cavabbdehlər Cavabdeh1 ilə Bakı şəhəri Suraxanı rayon Bülbülə Bələdiyyəsi arasında torpaqların alqı-satqısına dair tərtib olunmuş aktın, həmin sənədlərin əsasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X19 tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarışın etibarsız hesab edilməsi” hissəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə icraata xitam verilmişdir. Yuxarıda qeyd edilən kontekstdə məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, iddia “mübahisəli daşınmaz əmlaka dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və cavabdeh 4 saylı Bakı “Asandcidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş xx xxxxx 2017-ci il tarixli, AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsifıin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X19 tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarışın etibarsız hesab olunması, Cavabdeh2 və onun ailə üzvlərinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, ev 19 A ünvanında yerləşən ona məxsus evdən çıxarılmaqla həmin evin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılması” hissəsində rədd edilməlidir. Belə ki, Kollegiya qeyd edir ki, cavabdeh mübahisəli torpaq sahəsinə və evə iddiaçının mübahisələndirdiyi inzibati aktlara və bu aktlar əsasında əldə etdiyi çıxarışa istinadən hüququ olduğunu iddia edir və həmin hüquqmüəyyənedici sənədləri isə iddiaçı inzibati icraat qaydasında mübahisələndirməmişdir. Apellyasiya baxışı zamanı mübahisəli inzibati aktlara və bu aktlar əsasında əldə edilən çıxarışa mahiyyəti üzrə baxılaraq qiymət verilmədiyindən “mübahisəli daşınmaz əmlaka dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və cavabdeh 4 saylı Bakı “Asandcidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş xx xxxxx 2017-ci il tarixli, AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsifıin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X19 tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarışın etibarsız hesab olunması, Cavabdeh2 və onun ailə üzvlərinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, ev 19 A ünvanında yerləşən ona məxsus evdən çıxarılmaqla həmin evin boşaldılaraq ona təhvil verilməsi” hissəsində iddia rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanırayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)-34/2020 saylı qətnaməsi ləğv olunsun. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və cavabdeh 4 saylı Bakı “Asandcidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X13 tərəfindən təsdiq edilmiş xx xxxxx 2017-ci il tarixli, AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsifıin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X19 tərəfindən Cavabdeh2 adına verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* №-li çıxarışın etibarsız hesab olunması, Cavabdeh2 və onun ailə üzvlərinin Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, ev 19 A ünvanında yerləşən ona məxsus evdən çıxarılmaqla həmin evin boşaldılaraq ona təhvil verilməsi hissəsində iddia rədd olunsun. Ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin.İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pul alınaraq dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005 VÖEN ********** X20 41 NABZ******************** SWİFT BİK CTREAZ 22), mütəxəssis rəyinin verilməsinə dair çəkilmiş xərcin dəyəri kimi 112,50 (bir yüz on iki manat əlli qəpik) manat isə tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5449/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5449/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver