Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5452/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçılar qarşılıqlı iddia üzrə cavabdehlər X33 və İddiaçı2 ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı ilk, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçılar qarşlıqlı iddia üzrə cavabdehlər X49 və İddiaçı2 qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: vurulmuş maddi zərərin əvəzinin ödənilməsi, müqavilənin etibarsızlığı) X5 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X11 ibarət tərkibdə, Məhkəmə iclas katibi X22, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, İddiaçılar X33 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdehlər X49 və İddiaçı2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-565/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər X49, İddiaçı2 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyerstrindən elektron çıxarışlara əsasən Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 52 (yeni qaydalarla AZ008 Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, M.12, m2) və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 51 (yeni qaydalarla AZ008 Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, M.12, m1) X38 məxsusdur.
2. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin MH seriyalı, ******* saylı çıxarışına əsasən Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində istifadədə olan 0.11583 ha torpaq sahəsində yerləşən 40 nömrəli, 9 mərtəbəli binada yerləşən 62.98 kv.m ümumi sahədən ibarət 3 otaqlı, 14 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X8 adına daşınmaz əmlakın dövlət reyestrində 279 nömrəli reyestr kitabının 26839 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarlara əsasən İddiaçı2 və X8 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
4. xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli “materialın istintaq aidiyyatı üzrə göndərilməsi barədə” qərarlara əsasən İddiaçı2 və X8 şikayət ərizələri əsasında toplanmış materialla əlaqədar baş vermiş hadisədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinə nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olduğuna görə müvafiq qərar qəbul olunması üçün toplanmış materialın Nərimanov RPİ-nin İŞ-nə göndərilməsi qərara alınmışdır.
5. xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara əsasən Cavabdeh və İddiaçı2 qarşılıqlı şikayətləri əsasında toplanmış material üzrə onların əməllərində cinayət tərkibinin əlamətlərininin olması müəyyən edilmədiyindən barələrində cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 232/2021 saylı qətnaməsi ilə ünvan 1 ünvanda İ giriş 12-ci mərtəbədə yerləşən ümumi sahəsi 97 kv.m olan mənzilə və həmin ünvanda 101 kv.m sahəsi olan 47 saylı mənzilə dair İddiaçı2 ilə "Svit Haus” MMC arasında bağlanmış mənzil tikintisinə və satışına dair xx.xx.2015-ci il tarixli müqavilələr; Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, , m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair İddiaçı2 ilə X34 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* nömrəli və ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, X25 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, , m 12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın və Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m 2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə, 841-842, 5 saylı evin, 51 saylı və 52 saylı mənzillərində (yeni qaydalarla Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8 M12, mənzil 1 və mənzil 2) və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4397/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən X12 "Svit Haus” MMC tərəfindən ödənilməli olan ümumi məbləğin, yəni 142.320 manatın (mənzilə görə ödənilmiş 94880 manat, əldən çıxmış faydaya görə 47440 manat) 80.661 manatı məbləğinə pulda 2/1 hissədə iddiaçı Cavabdeh İrizvan qızının, 1/2 hissədə isə cavabdeh X8 paylarının müəyyən edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı X25 birləşdirilmiş iş üzrə cavabdehlər X4, X13, X14 qarşı "mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 8080/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-231/2021 saylı qətnaməsindən cavabdehlər İddiaçı2 və X18 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı X25 apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-231/2021 saylı qətnaməsinin Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin, 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair İddiaçı2 ilə X34 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* nömrəli və ******* nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X25 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın və Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m 12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı X25 birləşdirilmiş iş üzrə cavabdehlər X4, X13, X14 qarşı "mənzildən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi hissələrində ləğv edilməsi, həmin hissələr üzrə yeni qətnamə qəbul edilərək ilkin iddianın Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m1) və 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m2) mənzilinə dair İddiaçı2 ilə X34 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X25 adına Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 51 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m1) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın və Bakı şəhəri, Nərimanov rayonu, Qədribəyova küçəsi, məhəllə 841-842, 5 saylı evin 52 saylı (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, m12, m2) mənzilinə dair ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə verilmiş hüquqların dövlət reyestrindən çıxarışın ləğv edilməsi hissələrində rədd edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı X25 birləşdirilmiş iş üzrə cavabdehlər X4, X13, X14 qarşı "mənzildən çıxarılma” tələbinin təmin edilməsi, cavabdehlər İddiaçı2, X8 və Cavabdeh X28 məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 51 və 52 (yeni qaydalarla: AZ1008, Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova küçəsi, 8, M12, M1 və AZ1008, ünvan 2 ünvandakı yaşayış sahəsindən məcburi qaydada çıxarılması qət edilmişdir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 2103/2022 saylı qərarı ilə iddiaçı Allahverdiyeva Xumar İrzivan qızının kassasiya şikayəti təmin edilməmiş, cavabdehlər Xəqani Hakverdiyevin və İddiaçı2 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - "Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841¬842, 5 saylı evin, 51 və 52 saylı mənzillərində ½ hissədə X.Haqverdiyevanın, ½ hissədə cavabdeh Xəqani Hakverdiyevin payının müəyyən edilməsinin qüvvədə saxlanılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin olunmaması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. xx.xx.2022-ci il tarixli akta əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 8080/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar cavabdehlər İddiaçı2, X18 və Cavabdeh X38 məxsus Bakı Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 51-52 (yeni qaydalarla AZ008 ünvan 3 ünvanındakı yaşayış sahəsindən məcburi qaydada çıxarılmalıdır. Borclular İddiaçı2 və X2 olaraq mənzili boşaltmışlar. Borclu mənzildə tələbkara məxsus olan 1 ədəd döş stolu, 5 ədəd oturacaq stolu, 1 ədəd qırıq oturacaq stolu, 1 ədəd trenajor, divara yerləşdirilmiş şkaflar,1 ədəd Samsung DVD, yaşıl, ağ rəngdə kuxna mebeli, 4 ədəd divara yapışdırılmış çilçıraq, 1 ədəd televizor altı, 1 ədəd mətbəx döş stolu, 4 ədəd mətbəx oturacağı, 1 ədəd 2 nəfərlik yataq dəsti, 2 ədəd tumba, 1 ədəd güzgülü şkaf, 2 ədəd divar lampası, 1 ədəd divar şkafı, kondisioner, 1 ədəd şkaf, 1 ədəd 2 nəfərlik matrassız krovat, 1 ədəd uşaq krovatı, 4 ədəd divar lampası, 4 ədəd divar çilçırağı, təknəfərlik krovat, 2 ədəd tumba, 1 ədəd ətçəkən var. Cavabdeh uşaqları ilə birlikdə mənzildən çıxdı və bildirdi ki, evdəki əşyalar tələbkarındır.
10. "xxxx" MMC-nin N-001 saylı arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova 8-10 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Həmin binanın birinci giriş 12-ci mərtəbədə yerləşən 51, 52 nömrəli yaşayış sahəsinin 2021 iyun ayından 2022- ci ilin noyabr ayı daxil olmaqla 1.608 manat kommunal borcu təşkil edir.
11. "xxxx" MMC-nin N-63 saylı, xx.xx.2022-ci il tarixli arayışına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Gülarə Qədirbəyova 8-10 ünvanında yerləşən yüksək mərtəbəli yaşayış binası "xxxx" MMC-yə məxsusdur. Həmin binanın birinci giriş 12-ci mərtəbədə yerləşən 51, 52 nömrəli yaşayış sahəsinin 2020 ilin avqust ayından 2021-ci ilin iyun ayına qədər olan müddətdə komunal borcu 900 manat təşkil edir.
Birinci instansiya məhkəməsindəki icraat
12. İddiaçılar Abdullaev Rafail Yavəroviç və İddiaçı2 Cavabdeh qarşı iddia və iddia tələbinin dəyişdirilməsi barədə ərizələrlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 51-52 (yeni qaydalarla AZ008 ünvan 5 ünvanından cavabdehin apardığı bazar dəyəri 900 manat, likvid dəyəri 810 manat olan zal otağındakı bir ədəd çılçıraq (Farfor 18- 20 şamlı), bazar dəyəri 6.500 manat, likvid dəyəri 5.850) manat olan künc divanı (3x2), pərdə (tül, parça və aksesuarları), tüllər, kətan, parçalar vilur 1 dəst, atlas 1 dəst, digərləri kətan, bazar dəyəri 2.500 manat, likvid dəyəri 2.500 manat olan zal otağı üçün 26 m parça, 13 metr tül, aksesuar və s., bazar dəyəri 1.200 manat, likvid dəyəri 1.200) manat olan yataq otağı üçün böyük, 13 m parça, 30 m tül, aksesuar və s,.bazar dəyəri 1.200 manat, likvid dəyəri 1.200 manat olan yataq otağı üçün 13 m parça, 30 metr tül, aksesuar və s., bazar dəyəri 1.000 manat, likvid dəyəri 1.000 manat olan yataq otağı üçün 10.5 m parça, 8 metr tül və s., bazar dəyəri 750 manat, likvid dəyəri 600 manat olan uşaq otağı üçün 12 m parça, 10,5 metr tül və s., bazar dəyəri 600 manat, likvid dəyəri 600 manat olan mətbəx üçün 13 metr parça, 10,5 metr tül, aksesuar və s., bazar dəyəri 160 manat, likvid dəyəri 144 manat olan 4 ədəd jurnal stolunun oturacaqları, bazar dəyəri 2.000 manat, likvid dəyəri 1.800 manat olan 1 ədəd 55 düyümlük televizor, bazar dəyəri 550 manat, likvid dəyəri 495 (manat olan bir ədəd 32 düyümlük televizor, bazar dəyəri 1.400 manat, likvid dəyəri 1.260 manat olan bir dəst 8 nəfərlik stol-stul, təbii ağacdan əl işi (yararsız hala salınıb), bazar dəyəri 7.100 manat, likvid dəyəri 6.390 manat olan bir dəst 8 nəfərlik stolstul, təbii Venge materialı, bazar dəyəri 1.100 manat, likvid dəyəri 990 manat olan bir ədəd musiqi mərkəzi, 4 səsgücləndirici, bazar dəyəri 180 manat, likvid dəyəri 162 manat olan bir ədəd Jalüz, bazar dəyəri 850 manat, likvid dəyəri 765 manat olan bir ədəd yataq otağındakı 12 şamlı büllur çıl-çıraq, bazar dəyəri 220 manat, likvid dəyəri 198 manat olan bir ədəd 2 nəfərlik çarpayı döşəyi, bazar dəyəri 280 manat, likvid dəyəri 252 manat olan iki ədəd yığılma çarpayı masası, bazar dəyəri 40 manat, likvid dəyəri 36 manat olan iki ədəd krosna aparatı, bazar dəyəri 4.400 manat, likvid dəyəri 3.960 manat olan bir ədəd soyuducu (Hitaci firması)-90x 190. istehsal ili 2014- 2015-ci illər, bazar dəyəri 2600 manat, likvid dəyəri 2.340 manat olan iki ədəd elektrik sobası (1 ədəd mebeldə yığılan BOSH 3600 W. 1 ədəd Elektroluks firması); bazar dəyəri 1.100 manat, likvid dəyəri 990 manat olan bir ədəd paltaryuyan maşın; bazar dəyəri 4.800 manat, likvid dəyəri 4.320 manat olan iki ədəd kondisioner; bazar dəyəri 1.350 manat, likvid dəyəri 1.215 manat olan bir ədəd yığılma bəzənmə masası, bazar dəyəri 950 manat, likvid dəyəri 855 manat olan bir ədəd yığılma TV stend; bazar dəyəri 5.800 manat, likvid dəyəri 5.220 manat olan bir ədəd eyvanda kondisionerləri işlədən çiller sistemi motor, bazar dəyəri 160) manat, likvid dəyəri 144 manat olan bir ədəd domofon kamerası; bazar dəyəri 800 manat, likvid dəyəri 720 manat olan bir ədəd yığılma komod, xx.xx.2022-ci il tarixə qədər 2.508 manat kommunal borc; xx.xx.2022-ci il tarixə qədər istifadə olunmuş su xidmətinə görə 262 manat və divarlara bərkidilmiş bəzi mebellərin çıxarılması, soyutma sisteminə dair xətlərin qopardılması, habelə kondisioner sistemin sökülməsi səbəbindən mənzilin təmir bərpasına görə vurulmuş 5.000 manat ziyan məbləği daxil olmaqla, cəmi 58.260 manat dəyərində əmlakların, Cavabdeh İrizvan qızının 2020-ci ilin sentyabr - dekabr aylarına görə (4 ay x 450=1800) 1.800, 2021-ci il yanvar-dekabr ayınadək 12 ay müddətində (12 x 450=5400) 5.400, 2022-ci ilin yanvar-sentyabr aylarına görə 9 ay müddətində (9 x 450 = 4.050) 4050, 25 ay müddətində kirayədən əldə etdiyi faydanı mülkiyyətçiyə qaytarılması, cəmi (25 ay x 450 manat = 11.250 manat, 58.260 manat + 11.250 manat = 69.510 manat) 69.510 manat dəyərində əmlakların, vurulmuş ziyanların, xidmət və kommunal haqların, kirayədən əldə edilmiş gəlirlərin Cavabdeh alınaraq X28 verilməsi və bazar dəyəri 200 manat, likvid dəyəri 180 manat olan bir ədəd ətçəkən texnika; bazar dəyəri 280 manat, likvid dəyəri 252 manat olan bir ədəd şirəkçəkən texnika; bazar dəyəri 350 manat, likvid dəyəri 315 manat olan bir ədəd toster; bazar dəyəri 60 manat, likvid dəyəri 54 manat olan bir ədəd ütü; bazar dəyəri 460 manat, likvid dəyəri 414 manat olan iki ədəd tozsoran; bazar dəyəri 600 manat, likvid dəyəri 540 manat olan bir ədəd yemək dəsti 12 nəfərlik; bazar dəyəri 200 manat, likvid dəyəri 180 manat olan bir dəst 24 nəfərlik qədəh dəsti; bazar dəyəri 330 manat, likvid dəyəri 297 manat olan bir qaşıq-bıçaq dəsti; bazar dəyəri 80 manat, likvid dəyəri 72 manat olan bir ədəd güldan; bazar dəyəri 160 manat, likvid dəyəri 144 manat olan səkkiz ədəd çexol; bazar dəyəri 120 manat, likvid dəyəri 108 manat olan səkkiz ədəd mələfə; bazar dəyəri 600 manat, likvid dəyəri 540 manat olan beş ədəd yataq örtüyü; bazar dəyəri 400 manat, likvid dəyəri 360) manat olan beş ədəd yorğan, bazar dəyəri 150 manat, likvid dəyəri 135 manat olan bir dəst mətbəxdə işlənən qaşıq-bıçaq dəsti (24 nəfərlik); bazar dəyəri 120 manat, likvid dəyəri 108 manat olan üç ədəd mətbəxdə işlənən böyük qazan; bazar dəyəri 140 manat, likvid dəyəri 126 manat olan dörd ədəd sapılca (Türkiyə, istehsal ili 2017-Ci il); bazar dəyəri 120 manat, likvid dəyəri 108 (manat olan bir dəst Gündəlik istifadə edilən 12 nəfərlik servis (maskura. kasa, meyvə qabı, mürəbbə qabı, stəkan, nəlbəki, qaşıq, bıçaq); bazar dəyəri 360 manat, likvid dəyəri 324 manat olan üç ədəd “Bohemia” meyvə qabları; bazar dəyəri 200 manat, likvid dəyəri 180 manat olan bir ədəd qış üst geyimi (dublonka); bazar dəyəri 200 manat, likvid dəyəri 180 manat olan bir ədəd Təbriz xalçası (2,5x1,5m); bazar dəyəri 1400 manat, likvid dəyəri 1260 manat olan dörd ədəd natural xalı (2x3m); bazar dəyəri 1.200 manat, likvid dəyəri 1.080 manat olan bir ədəd yun xalça (5x3.5); bazar dəyəri 185 manat, likvid dəyəri 166,50 manat olan bir ədəd uzunluğu 80 sm, hündürlüyü 40 sm olan dekorativ əl işi olan gəmi (təbii taxtadan suvenir) və oğlu Xəqani Hakverdiyevə məxsus olan bazar dəyəri 1.200 manat, likvid dəyəri 1.080 manat olan üç dəst kostyum; bazar dəyəri 600 manat, likvid dəyəri 540 manat olan iki ədəd qış geyimi - gödəkcə; bazar dəyəri 750 manat, likvid dəyəri 675 manat olan on ədəd qalın köynəklər; bazar dəyəri 1.080 manat, likvid dəyəri 972 manat olan 18 ədəd yay köynəkləri; bazar dəyəri 2.250 manat, likvid dəyəri 2.025 manat olan şalvarlar; bazar dəyəri 1.920 manat, likvid dəyəri manat olan 12 cüt ayaqqabılar (yay, qış) olmaqla, cəmi 14.143,50 manat dəyərində əmlakların Cavabdeh alınaraq İddiaçı2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Nərimanov rayonu, Qədirbəyova küçəsi məhəllə 841-842, ev.5, mənzil 51 və 52-ni, yeni qaydalarla ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 84,8 kv.metr və 89 kv.metr olan mənzilləri AN-İ №0822129 və AN-İ №0822130 nömrəli alqı-satqı müqavilələri əsasında evdə yerləşdirilmiş bəzi (uşaqlara məxsus mebel dəstləri və evdə yaşayan şəxslərin şəxsi əşyaları istisna olmaqla) əşyalar ilə birlikdə mənzilləri İddiaçı2 satın almışdır. Əlavə daşınma xərci çəkmədən, habelə başqa bir mənzilə bu əmlakları apararkən həmin mənzilin ölçülərinə bu əmlakların uyğun olub-olmaması qeyri müəyyən olduğundan, bu əmlaklar əlavə olaraq 15.000 manat ödənilməklə ona verilmişdir. Mənzillərin ilkin mülkiyyətçisi İddiaçı2 müqavilə qaydasında aldığı mənzillərə dair xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarış və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Dövlət Reyestrindən çıxarışları əldə etməklə əmlaklar onun xüsusi mülkiyyətinə keçirilmişdir. Sonralar məlum olmuşdur ki, mənzilin ilkin mülkiyyətçisi İddiaçı2 oğlu Xəqani Hakverdiyev ilə gəlini Cavabdeh arasında əmlak çəkişmələri mövcud olmuşdur. O, özünə məxsus olan mənzillərdən cavabdehlərin çıxarılaraq mənzillərin ona təhvil verilməsi tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. İddia tələbi icraata qəbul edilmiş və sonradan mülki iş icraatda olan digər bir mülki iş ilə bir icraatda birləşdirilmişdir. Qeyd olunan birləşdirilmiş mülki iş ilə əlaqədar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli, 2(005)-231/2021 saylı qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 8080/2021 saylı qətnaməsi ilə həmin qətnamədən verdiyi şikayət təmin edilmiş, “İlk iddianın qeyd edilən mənzillərə dair İddiaçı2 ilə X34 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ******* nömrəli və ******* nömrəli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və X25 adına həmin mənzillərə dair verilmiş hüquqların dövlət reyestrindən çıxarışların ləğv edilməsi hissələrində rədd edilməsi, birləşdirilmiş iş üzrə iddiaçı X25 birləşdirilmiş iş üzrə cavabdehlər X4, X13, X14 qarşı “mənzildən çıxarılma” tələbinin təmin edilməsi, cavabdehlər İddiaçı2, X8 və Cavabdeh X38 məxsus mnzillərdən məcburi qaydada çıxarılmaları qət edilmişdir. Ali Məhkəmənin 2(102)-2103/2022 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-8080/2021 saylı qətnaməsi onun tələbinə münasibətdə qüvvədə saxlanılmışdır. Məhkəmə çəkişməsi gedən ərəfələrdə cavabdehlər İddiaçı2 və Xəqani Hakverdiyev mənzili könüllü olaraq tərk etmiş, lakin digər Cavabdeh mənzili tərk etməkdən imtina etmişdir. Bu fakt Bakı şəhəri Nərimanov rayon İcra şöbəsi tərəfindən icra mərhələsində müəyyən olunmuşdur. Nərimanov rayon İcra şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəmə qətnaməsi icra edilərək, Cavabdeh onun xüsusi mülkiyyətində olmuş mənzillərdən çıxarılmışdır. İcra şöbəsi nümayəndəsinin iştirakı ilə xx.xx.2022-ci il tarixdə Akt tərtib edilmiş və mənzil ona təqdim olunmuşdur. İcra şöbəsi tərəfindən icra zamanı əmlakların mənzildən aparılması səbəbləri cavabdehdən soruşularkən Cavabdeh həmin aktda qeyd şəklində yazmışdır; “Evdən çıxartdığım öz əmlaklarım idi və cehizimdir”. Lakin o, mənzilə baxış keçirib bəyənərkən, mənzilin və ordakı əşyaların videosunu telefon ilə çəkmişdir. Çəkiliş etməkdə məqsədi Rusiya Federasiyası vətəndaşı olduğu üçün evin video görüntülərini Rusiyadakı ailə üzvlərinə və qohumlarına göndərmək niyyəti ilə əlaqədar olmuşdur. Video çəkiliş ilə yanaşı alqı-satqı müqaviləsi rəsmiləşdirilən zaman evdə yerləşdirilmiş əşya və əmlaklarla əlaqədar öz aralarında sadə yazılı müqavilə rəsmiləşdirmişlər. Mənzilin ilkin mülkiyyətçisi İddiaçı2 əlavə razılaşma qaydasında aldığı, yəni mənzil ilə birlikdə ona təqdim olunmalı olan aşağıdakı əmlak və əşyalar icra gününə qədər cavabdeh tərəfindən gizlin formada mənzildən aparılmışdır. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə saat 20:00-dan saat 00:00-a qədər yükdaşıma xidmətlərinə məxsus ** EX *** nömrəli avtomaşın və xidmət göstərən şəxslər vasitəsilə ona məxsus olan əmlaklar mənzillərdən (evdən) aparılıb. O həmin əmlakların dəyərlərini o aşağıdakı məbləğlərdə qiymətləndirməklə hesab edir ki, ona məxsus olmuş və dəyərləri aşağıdakı məbləğlərdə olmuş əmlaklar evdən cavabdeh tərəfindən gizlin formada aparılıb: zal otağında yerləşdirilmiş bir ədəd Lüstur – 2.000 manat, bir ədəd Künc divan (Kelebek Türk firması) – 7.500 manat, bir ədəd Pərdə dəsti – 800 manat, bir dəst Jurnal stolunun 4 ədəd oturacaqları (oturacaqlar yoxdur) ‒ 100 manat, bir ədəd 55 düymlük TV (Samsung) – 2.000 manat, bir dəst 8 nəfərlik stol-stul (yararsız hala salınıb) – 2.500 manat, muzıkalniy sentr – 1700 manat, jalüzlər – 250 manat, ümumi girişdən mənzilə daxil olarkən sağdakı yataq otağından bir ədəd Lüstur – 900 manat, bir dəst Pərdə dəsti – 600 manat, bir ədəd 2 nəfərlik çarpayının matrası – 180 manat, iki ədəd Tumbuçkalar – 300 manat, mətbəxdən bir dəst Pərdə dəsti – 400 manat, bir ədəd Soyuducu (Böyük İmpuls firması) – 4.500 manat, 2 ədəd Elektrik sobası (İmpuls şirkəti) – 1.500 manat, bir ədəd Paltaryuyan maşın (İmpuls firması) – 1.800 manat, bir ədəd TV (Samsung) – 450 manat, bir ədəd Kondisioner (Multistem) – 800 manat, uşaq otağından bir ədəd Pərdə dəsti – 400 manat, ümumi girişdən mənzilə daxil olarkən soldakı 2-ci böyük yataq otağ bir dəst Pərdə dəsti – 700 manat, bir ədəd Termo – 500 manat, səkkiz nəfərlik stol-stul dəsti – 5.200 manat, TV stend – 1.100 manat, ümumi girişdən mənzilə daxil olarkən soldakı 3-cü yataq otağından bir ədəd Pərdə dəsti – 400 manat, dəhlizdə yerləşdirilmiş bir ədəd Kondisioner – 1.200 manat, balkonda kondisionerləri işlədən çiller sistemi motor – 6.800 manat, kommunal borcu ‒1.456 manat, istifadə olunmuş su borcu – 262 manat, Cavabdeh icra qaydasında evdən çıxarılandan bir gün əvvəl mənzilin daxilində divarlara bərkidilmiş mebellərin bir hissəsini söküb aparmış, digər hissələri isə yerində saxlanlmışdır. Zalda, mətbəxdə, 3 ədəd yataq otağında, dəhlizdə, evin girişində divarlara bərkidilmiş bəzi mebellər sökülmüş və aparılmış, evin havalandırmasına dair sistem sökülərək sıradan çıxarılmışdır. Bu sistemin və evin bərpası üçün təmir xərcləri – 8.000 manat təşkil edir. Cavabdeh tərəfindən ona məxsus aparılan əmlaklar və vurulmuş ziyanın ümumi məbləğ cəmi ‒ 54.298 manatdır. Mütəxəssis rəyi əsasında həmin əmlakların bazar dəyəri 50.490 manat, likvid dəyəri 46.016 manat, vurulmuş ziyan 5.000 manat müəyyən olunub. Eyni zamanda su xidmət haqqı 262 manat, kommunal borc 1.456 manat təşkil edir. İddiaçı2 bildirir ki, Cavabdeh icra zamanı tərtib olunmuş aktda qeyd şəklində yazır ki, evdən çıxartdığı öz əmlakları və cehizləridir! İddiaçı2 oğlu Xəqani Hakverdiyev üçün 2008ci ildə Əhmədli qəsəbəsində G.Şıxlinski küçəsində üç otaqlı mənzil almışdır. Cavabdeh həmin mənzilə bir ədəd divan (qiyməti 300 manat), bir ədəd şkaf (qiyməti 350 manat), 4 nəfərlik mətbəx stol-stulu (350 manat) cehiz şəklində gətirmiş və qeyd olunan həmin cehiz əşyaları keyfiyyətli olmadığı üçün Əhmədlidəki mənzil 2013-cü ildə satılarkən həmin əşyalar mənzildə saxlanılmışdır. Qeyd olunan həmin mənzilin Tağıyev Rüfət adında vətəndaşa həqiqətən satılmasını təsdiq edən Notarial ərizə və alqı-satqı mövcuddur. Bundan əlavə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 231/2021 saylı qətnaməsi ilə bu fakt müəyyən olunmuşdur. Cavabdeh 51 və 52 saylı mənzillərdə şəxsi geyim əşyalardan başqa digər heç bir cehiz əşyaları olmamışdır. (Bu faktları təsdiq edən toy zamanı çəkilmiş videolar mövcuddur). Bu ünvana Cavabdeh heç bir əmlak gətirməmişdir. Cavabdehin qeyd olunan mənzillərdə heç bir əmlakı və cehizi olmadığını onun keçmiş həyat yoldaşı Xəqani Hakverdiyev təsdiq edə bilər. Cavabdeh tərəfindən İddiaçı2 məxsus əmlaklar gizlin şəkildə evdən aparılması ilə əlaqədar Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli qərarları olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə evdə saxlanılan ona məxsu əmlakları gizlin şəkildə evdən aparmışdır. Cavabdeh İcra Şöbəsinin aktında qeyd olaraq yazır ki, guya öz cehiz əmlaklarını aparmışdır. Cavabdeh cehiz dediyi bu əmlakları hardan nə vaxt, hansı qiymətə almağı, bu mənzilə yerləşdirməyə dair hansı sübutu vardır?! Cavabdeh bu mənzilə İddiaçı2 razılığı əsasında köçdüyü halda, bu mənzilə heç bir əmlak cehiz olaraq gətirməmişdir. Cavabdeh oğlu Xəqani Hakverdiyevə məxsus şəxsi geyim əşyalarını və İddiaçı2 məxsus olan əmlakları xx.xx.2022-ci il tarixdə evdən gizlin şəkildə yükdaşıma xidmətinə məxsus olan ** EX *** nömrə nişanlı avtomaşın ilə aparmışdır: bir ədəd ətçəkən maşın – 350 manat, bir ədəd sokçəkən maşın – 150 manat, bir ədəd toster – 90 manat, bir ədəd ütü – 170 manat, iki ədəd tozsovuran – 420 manat, karaca firmasına məxsus 12 nəfərlik yemək dəsti, serviz, bakal dəsti 24 nəfərlik, güldan, 24 nəfərlik qaşıq-bıçaq dəsti – 3.200 manat, yatacaq dəsti, yorğan döşək, balış, çıxol prostinya – 1.500 manat, beş ədəd Adyallar – 300 manat, mətbəxdə işlənən qab-qacaqlar, məişət avadanlıqları – 1.700 manat, bagema meyvə qabları – 300 manat, İddiaçı2 məxsus qış üst geyimi (dublonkayararsız hala salaraq, kəsib) – 600 manat, yeddi ədəd Xalçalar – 7.500 manat, xırda ev əşya və avadanlıqlar, əşyalar, suvenirlər və s. – 4.560 manat. Cavabdeh evdən gedərkən Xəqani Hakverdiyevə məxsus olan şəxsi geyim əşyalarını da evdən aparmışdır. Xəqani Hakverdiyevə məxsus olan aşağıdakı əmlaklar evdən aparılıbdır: üç dəst kostyum (Çinici firması – 2015-2016-2019-cu illər); iki ədəd qış geyimi kurtka (Çinici firması – 2014-2019cu illər); on ədəd qalın köynəklər (Çinici firması – 2014-2019- cu illər); on səkkiz ədəd yay köynəkləri (Çinici firması – 2014-2019-cu illər); iyirmi beş ədəd şalvarlar (Çinici firması – 2014-2019-cu illər); on iki cüt ayaqqabılar (yay və qış) (Çinici firması – 2014-2019-cu illər). Cavabdeh gizlin şəkildə mənə məxsus olan ümumi dəyəri 20.840 manat olan əmlaklarını evdən aparmışdır. Əgər bu əmlaklar cavabdehə həqiqətən məxsus olmuşdursa, onda niyə görə icra qaydasında evdən çıxarılan gündən bir gün əvvəl gecə vaxtı əmlakları gizlin aparırdı?! Cavabdeh həm də Xəqani Hakverdiyevə məxsus olan evdə saxlanılan şəxsi geyim əmlakları evdən aparılmışdır. Mütəxəssis rəyində əmlakların və əşyaların dəyəri ilə əlaqədar aşağıdakılar qeyd olunur: Cavabdehin gizlin apardığı əmlakların və şəxsi geyim əşyaların bazar dəyəri 15.715 manat, likvid dəyəri 14.143 manat müəyyən olunmuşdur.
14. Cavabdeh ilk iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, ilk iddiaçılar onun razılığı olmadan mənzildə olan əşyaların satılmasına dair hər hansı saziş bağlaya bilməzlər. Çünki həmin əşyaların bəzisi onunla keçmiş əri Xəqani Hakverdiyevin birgə nikah dövründə əldə edilmiş, bəzisi isə onun cehiz əşyalarıdır. Lakin onun xəbəri olmadan ilk iddiaçılar mənzilin alğı-satqı müqaviləsindən kənar öz aralarında mənzildə yerləşdirilmiş əmlakların satın alınmasına dair xx.xx.2020-ci il tarixli razılaşma imzalamışlar. Həmin razılaşma onun maraqlarına toxunmaqla həqiqəti əks etdirmir və alğısatqı müqaviləsi bağlandıqdan uzun müddət sonra tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Çünki Nərimanov rayon İcra şöbəsində olan mənzildən çıxarmaya dair icra işinə əlavə edilmiş razılaşma sənədi ilə hazırki iddia ərizəsinə əlavə edilmiş sənəd arasında həm yazılışda, həm də guya təhvil verilmiş əşyaların siyahısında fərqlər vardır (hər iki razılaşma sənədi əlavə olunur). Razılaşma sənədlərinin hər ikisinin sonunda əlyazma ilə yazılmış qeyd eyni şəxs tərəfindən yazılsa da, fərqli tarixlərdə yazılmışdır, lakin tarix kimi xx.xx.2020-ci il qeyd edilmişdir. Əlyazmanın fərqli olması həmin razılaşmanın həqiqi olmadığını, sonradan tərtib edildiyini bir daha təsdiq edir. Belə bir razılaşmanın mövcudluğundan Nərimanov rayon İcra şöbəsində icra işinin gedişi zamanı məlumatı olmuşdur. Həmin icra işində xx.xx.2022-ci il tarixldə mənzildə qalmış əşyaların siyahısı da mövcuddur. Həmin siyahı ilə hazırki iddiaya əlavə olunmuş razılaşma sənədi arasında ciddi fərq vardır. Əgər iddiaçı Gülbahar icra şöbəsində mənzildə qalmış əşyaların siyahısını məhdud çərçivədə qeyd edirsə, o zaman niyə indi məhkəmədə həmin siyahını daha da genişləndirir? Odur ki, iddiaçılar məhkəməyə hazırda yanlış məlumat və sənədlər təqdim etməklə saxtakarlıq edir, məhkəməni çaşdırmağa çalışırlar. Əgər həmin razılaşma sənədi həqiqi olmuş olsa belə, yenə də iddiaçı Rafail Abdulaev həmin əşyaların pulunu ondan tələb edə bilməz. Çünki digər İddiaçı2 əvvəlcə həmin əşyaların məhz özü tərəfindən alındığını sübut etməli və buna dair məhkəməyə sübut təqdim etməlidir. Yəni İddiaçı2 həmin əşyaları satmağa subyektiv hüququ yoxdur. Ona görə də bununla əlaqədar mənzillərin alıcısı Rafail Abdulaev ilə hər hansı saziş bağlaya bilməzdi. İddiaçı Rafail Abdulaevin Cavabdeh tələb etdiyi əşyalara münasibətdə bir məqam da odur ki, o, həmin əşyaların 15.000 manat ödəməklə digər İddiaçı2 aldığını bildirsə də, ondan həmin məbləği deyil, 58 260 manat dəyərində olan məbləği tələb edir. Lakin buna dair heç bir mötəbər sübut təqdim edə bilmir, hətta sübut təqdim etsə belə həmin əşyaların məhz Gülbahara məxsus olması təsdiqini tapmır. Bundan əlavə, İddiaçı2 ilə Rafail Abdulaev arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsində iddia ərizəsində Cavabdeh tələb olunan əşyaların Gülbahar tərəfindən Rafailə 15.000 manata satılması barədə hər hansı bir bənd mövcud deyildir. Başqa vacib bir məqam da odur ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli razılaşma və mənzildən çıxarmaya dair icra işinə əlavə edilmiş razılaşma sənədi iddiaçı Rafail Abdulaev tərəfindən deyil, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi İavar Abdulaev tərəfindən imzalanmışdır. Halbuki xx.xx.2021-ci il tarixli etibarnamədə Rafail Abdulaev tərəfindən atası İavar Abdulaevə hər hansı razılaşma sənədini imzalamağa dair səlahiyyət verilməmişdir. Həmin etibarnamə Rafailə məxsus əmlakın idarə edilməsi, onun üzərində sərəncam verilməsi, notariat ofisində alğı-satqı müqaviləsinin bağlanması və s. səlahiyyətlərin verilməsinə aiddir. Etibarnamədə mənzilə dair hər hansı razılaşma sazişinin bağlanmasına dair səlahiyyət yoxdur. Odur ki, həmin razılaşma sazişinin özü kökündən etibarsızdır.
15. Sonradan ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abdulaev Rafail və İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşma sənədinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Qarşılıqlı iddia ərizəsi ilk iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırılmışdır.
17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-565/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ilk iddianın qismən təmin edilməsi, 7 770 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq X38 ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, X49 və İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşma sazişi etibarsız hesab edilməsi qət edilmişdir. (hakim X53)
18. Məhkəmə bu sahəni tənzimləyən qanunvericiliyə istinadən ilk iddia üzrə tələb edilən əşyaların X6 alınaraq X27ytarılması tələbinə qiymət verərək, hesab etmişdir ki, mübahisəli mənzillərin X19 ilə X9 birgə nikahı dövründə əldə edildiyi əvvəlki məhkəmə çəkişmələri zamanı müəyyən edildiyindən, eyni zamanda ilk iddia üzrə iddiaçı həmin mənzillərdə yaşayan zaman həmin əşyalar onun faktiki sahibliyi və istifadəsində olduğundan, digər tərəfdən həmin əşyalar onunla X10 birgə nikahı dövründə əldə edildiyindən, İddiaçı2 özünə məxsus olmayan, yuxarıda göstərilən əşyalara dair sərəncam vermək hüququ olmadan, həmin əşyaların X28 satması qanunsuz olmuşdur. Bundan başqa X25 həmin əşyalara münasibətdə vicdanlı alıcı olmamışdır. Bu səbəbdən məhkəmə ilk iddia tələbini əşyaların qaytarılması hissəsində əsasız hesab etmişdir. Həmçinin, məhkəmə iddianın mənzillərin təmir-bərpa işlərinə çəkilmiş 5.000 manat, 16 sentyabr 2022-ci il tarixə qədər 2.508 manat kommunal borcun və xx.xx.2022-ci il tarixə qədər istifadə olunmuş su xidmətinə görə 262 manat pulun Cavabdeh İrizvan qızından alınaraq X29 ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, iddia bu hissədə əsaslıdır və təmin edilməlidir. Belə ki, qeyd edilən mənzillər X35 satıldığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-8080/2021 saylı qətnaməsinə əsasən Cavabdeh qeyd edilən yaşayış sahəsindən məcburi qaydada çıxarıldığı vaxtadək kommunal xidmətlərə görə yaranmış borc həmin evdə yaşayan və kommunal xidmətlərdən faydalanan şəxs kimi onun tərəfindən ödənilməli idi. Lakin sonuncu göstərilən müddətlər üzrə kommunal xidmət haqlarını ödəmədiyinə görə mənzil üzrə 2.508 manat, su təchizatı və çirkab suların axıdılması xidmətlərinə görə isə 262 manat məbləğində borc yaranmışdır. Digər tərəfdən mənzildə yaşayan X23 mənzil boşaldığı zaman mənzildə olan bir sıra əşyaları da özü ilə aparmışdır. Həmin əşyalardan olan divara bərkidilmiş TV stend və soyutma sisteminin sökülməsi zamanı mənzilə ziyan dəymişdir. Həmin ziyanın məbləği cavabdeh tərəf mübahisələndirməmişdir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddia bu hissədə təmin edilərək mənzillərin təmir-bərpa işlərinə çəkilmiş 5.000 manat, xx.xx.2022-ci il tarixə qədər 2.508 manat kommunal borc və xx.xx.2022-ci il tarixə qədər istifadə olunmuş su xidmətinə görə 262 manat pul vəsaiti Cavabdeh İrizvan qızından alınaraq X29 ödənilməlidir. Mübahisəli mənzilin ilk iddia üzrə cavabdeh tərəfindən kirayəyə verilib-verilmədiyi, verildiyi halda əldə edilmiş kirayə haqları ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyi üçün iddia kirayədən əldə edilmiş faydaya görə 11.250 manat məbləğin tələb edilməsi hissəsində sübuta yetirilmədiindən ilk iddia bu hissədə də əsassızdır və təmin edilməməlidir. İstinad edilən məhkəmə qərarları əsasında mənzillərin ilk iddia üzrə İddiaçı2 deyil, onun oğlu Hakveriyev Xəqaninin və ilkin iddia üzrə Cavabdeh birgə nikah dövründə əldə edilmiş birgə əmlakı olduğu müəyyən edildiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, həmin mənzildə yerləşən daşınar əşyalar da həmin şəxslərin istifadəsində olaraq onlara məxsus olub. Odur ki, ilk iddia üzrə İddiaçı2 iddiada qeyd edilən əşyaların Cavabdeh alınaraq İddiaçı2 verilməsi hissəsinə qeyd etmişdir ki, həmin əşyalar İddiaçı2 məxsus olmadığına görə onun həmin əşyaları geri qaytarılmasını tələb etmək üçün subyektiv hüququ yoxdur, bu səbəbdən, iddia bu hissə də təmin edilməməlidir. Məhkəmə X9 X34 və İddiaçı2 qarşı Abdulaev Rafail və İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşma sənədinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddiasına qiymət verərək belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Abdulaev Rafail və İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşma sənədi imzalanan zaman ilk növbədə əqdin subyektiv tərkibinə aid edilən şərtə əməl edilməmişdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 157.1-ci, 157.2-ci, 182-ci, 337-ci, 1091.1-ci, 1092-ci, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci, 77.1-ci, maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətlərinin dəlilləri
20. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X49 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissələrində ləğv edilməsini və ilk iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
21. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X49 apellyasiya şikayətini ilk iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mübahisələndirilən qətnamədən görünür ki, Cavabdeh keçmiş əri X15 və qaynanası X4 qarşı Nərimanov rayonu, Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, 51 və 52 nömrəli mənzillərə görə 430.000 pulun 1/2 hissəsi 215.000 manata dair iddia qaldırmış, iddia həmin hissədə təmin edilmişdir. Cavabdeh gizli yolla apardığı əmlaklar ona qaytarılmalıdır. Birgə mülkiyyət hüququnda mülkiyyətçilərin ümumiliyinə son qoyulmasının bir əsası da mülkiyyətçilərdən birinin payının ayrılmasıdır. Cavabdeh mənzilə quraşdırılmış sistemi və mənzilə aid olan digər əmlakları aparmaqla əsassız varlanmış və ona zərər vurmuşdur. xx.xx.2020-ci il tarixdə sadə yazılı formada rəsmiləşdirilmiş razılaşma notariat qaydada alqı-satqı müqaviləsinin həyata keçirilməsindən bir gün qabaq, yəni xx.xx.2023-cü il tarixdə baglanılmışdır. O və İddiaçı2 qeyd edilən razılaşmanın şərtlərini bu gün də təsdiq edirlər. xx.xx.2023-cü il tarixdə onun atası və etibarnamə üzrə nümayəndəsi Abdullayev Yavər məhkəməyə ərizə ilə müraciət edərək, aralarında baglanmış sadə yazılı müqaviləyə əsasən yuxarıda qeyd etdikləri əşyalara görə 15.000 manat məbləğində İddiaçı2 ilə razılaşdıqlarını bildirmişdir. Bu razılaşmadan da Cavabdeh məlumatı olmuşdur. Tərəflər arasında razılaşmanın tərtib edilməsində məqsəd olndan ibarət olmuşdur ki, 15.000 manatın verilməsi danılarsa, onun əlində sübut olsun. Məhkəmədə qarşı tərəf iki razılaşmanın olduğunu bildirir, razılaşma bir sənəd olmaqla xx.xx.2020-ci il tarixdə tərtib edilmişdir. Həmin razılaşmanın alt hissəsində sonradan əlyazma şəklində edilmiş artırmaların razılaşmaya və onun məzmununa aidiyyatı yoxdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli sadə yazılı müqavilənin etibarsız hesab edilməsi barədə mövqeyi AR MM-nın 337- 339-cu maddələrinin tələblərinə ziddir. Mülki Məcəllənin qeyd edilən normaları düzgün tətbiq edilməmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qətnaməsinin 18-ci səhifəsində, həmin iddia ərizəsinə əlavədə olan tələblərə ümumi iddia tələbinin tərkib hissəsi kimi münasibət bildirilmişdir. Hansı ki, əmlakın kirayəyə verilməsi ilə əlaqədar əldən çıxmış fayda ilə əlaqədar olmuş iddia ərizəsi əlavə icraata qəbul edilməmiş və məhkəmə baxışının müzakirə predmeti olmamışdır. Beləliklə, məhkəmə qətnaməsində iddia ərizəsinə əlavə olaraq əmlak kirayə haqqı kimi əldən çıxmış fayda ilə əlaqədar tələb icraata qəbul ediilmədiyi halda, qətnamədə nədənsə bu məsələyə texniki səhv nəticəsində münasibət bildirilir. Bu da qətnamədə yol verilən texniki səhvdir. Mübahisələndirilən əmlakların böyük əksəriyyətinin vicdanlı alıcıya satılmış mənzilə dair və mənzil ilə bağlı olan əşyalar olması və digər əmlakların isə şəxsi əmlaklar olması faktları məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Xəqani Hakverdiyev xx.xx.2023-cü il tarixdə SS737686626AZ nömrəli poçt qəbzi ilə Xətai Rayon Məhkəməsinə ərizə təqdim etmişdir. Məhkəmə X.Hakverdiyevin ərizəsinə münasibət bildirməmiş, eyni zamanda məhkəmədə onu şahid qismində dindirməmişdir. Nəzərə alınmalıdır ki, qeyd olunan məhkəmə aktları ilə xx.xx.2015-ci il tarixdə "xxxx" MMC ilə İddiaçı2 arasında qeyd olunan mənzillərin alqısatqısına dair bağlanmış müqavilə etibarsız hesab edilməsinə baxmayaraq, İddiaçı2 qeyd olunan mənzil üzrə hüquqları sonrakı hüquqverici sənədlər əsasında qüvvədə saxlanılmışdır. Belə ki, qeyd olunan mənzillər dövlət reyestrindən "xxxx" MMC-nin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatından keçirildikdən sonra, yəni xx.xx.2020-ci ildə MMC öz xüsusi mülkiyyətində olan mənzilləri AN-İ №0830309 və AN-İ №0830308 nömrəli Notarial alqı-satqı müqavilələri əsasında İddiaçı2 satmışdır. Bu notarial alqı-satqı müqavilələrdə məhkəmənin etibarsız hesab etdiyi xx.xx.2015-ci il tarixli müqaviləyə istinad faktı mövcud deyildir. Məhkəmə aktı ilə satılmış mənzilə dair digər əqdlər etibarsız hesab edilməmişdir. Bu notarial müqavilələr və çıxarışlar hazırkı vaxta qədər hüquqi qüvvədədir. Bu müqavilələr kimsə tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə mülki iş üzrə ekspert rəyinə, xx.xx.2023-cü il tarixli qətnamə ilə müəyyən edilmiş hallara, habelə birgə əmlak olması faktına dair dəlil olmadan nəticəyə gəlmişdir.
22. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ilk iddianın təmin edilməyən və qarşılıqlı iddianın təmin edilən hissələrində ləğv edilməsini və ilk iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 apellyasiya şikayətini ilk iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə hesab etsə ki, onun mənzil ilə birlikdə hazırkı mülkiyyətçi R.Abdullaevə satdığı əmlaklar ər-arvadın birgə mülkiyyəti olub, onda məhkəmə nəzərə almalıdır ki, eyni əmlakdan tərəf iki dəfə pay tələb edə bilməz. Əgər məhkəmə cavabdeh tərəfindən gizlin şəkildə aparılmış əmlakları ər-arvadın birgə əmlakı hesab edirsə, onda bu birgə əmlakı, yaxud onun dəyərini tərəf 2 dəfə əldə edə bilməz. Çünki birgə mülkiyyət hüququnda mülkiyyətçilərin ümumiliyinə son qoyulmasının bir əsası da mülkiyyətçilərdən birinin payının ayrılmasıdır. Bu baxımdan mənzilin ümumi dəyərini Cavabdeh Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-122/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında tələb etdiyindən və onun iddiası qismən təmin edildiyi üçün, həmin mənzillə birlikdə satılmış, yəni mənzilə quraşdırılmış kombi, radiator, kondisioner sistemi və digər mənzilə aid olan əmlaklar üçün mənzilin ümumi dəyəri kimi 430.000 manat pul tələb etməsi, həm də satılmış həmin əmlakları gizlin formada aparması onu deməyə əsas verir ki, Cavabdeh ümumi əmlak hesab edilən mənzil və oradakı əmlaklar üçün həm pul tələb edir, həm də əmlakları gizlin aparıb. Nəticədə ər-arvadın birgə əmlakı hesab edilən əmlakların, həm də həmin əmlakların dəyərinin məhkəmə qaydasında ona verilməsi qanunsuzdur. Cavabdeh mənzilin ümumi dəyərini tələb etdiyi üçün, onun mülkiyyətçi olaraq ümumiliyi xitam olunub. Cavabdeh həm əmlakın ümumi dəyərini tələb edir, həm də mənzil ilə birlikdə satılmış əmlakları gizlin aparmaqla əsassız varlanmış olur. Əgər bu əmlaklar ər-arvadın birgə əmlakıdırsa, onda Bakı şəhəri Xətai Rayon Məhkəməsində xx.xx.2023-cü il tarixdə çıxarılmış qətnamə üzrə pul tələbinə dair iddia üzrə nəyə görə həm də o cavabdeh göstərilir. Çünki oradakı bütün əmlaklar ona məxsusdur. Məhkəmənin bu faktları nəzərə almaması tamamilə əsassızdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə hazırkı cavabdehin iddia tələbinin qismən təmin olunması, onun eyni əmlakda payı qalmadığı üçün, gizlin apardığı həmin əmlaklar əmlakın həqiqi sahibinə, yəni mənzilin mülkiyyətçisinə məhkəmə qaydasında qaytarılmalıdır. Nəzərə alınmalıdır ki, qeyd olunan məhkəmə aktları ilə xx.xx.2015-ci il tarixdə "xxxx" MMC ilə onun arasında qeyd olunan mənzillərin alqısatqısına dair müqavilə etibarsız hesab edilməsinə baxmayaraq, onun qeyd olunan mənzil üzrə hüquqları sonrakı hüquqverici sənədlər əsasında qüvvədə saxlanılmışdır. Belə ki, qeyd olunan mənzillər dövlət reyestrindən "xxxx" MMC-nin xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatından keçirildikdən sonra, yəni xx.xx.2020-ci ildə MMC öz xüsusi mülkiyyətində olan mənzilləri AN-İ №0830309 və AN-İ №0830308 nömrəli Notarial alqı-satqı müqavilələri əsasında ona satmışdır. Bu notarial alqı-satqı müqavilələrdə məhkəmənin etibarsız hesab etdiyi xx.xx.2015-ci il tarixli müqaviləyə istinad faktı mövcud deyildir. Məhkəmə aktı ilə satılmış mənzilə dair digər əqdlər etibarsız hesab edilməyib. Bu notarial müqavilələr və çıxarışlar hazırki vaxta qədər hüquqi qüvvədədir. Bu müqavilələr kimsə tərəfindən mübahisələndirilməmişdir. Bu müqavilələrin rəsmiləşdirilməsinə əsas kimi MMC-nin maliyyə arayışı olmuşdur. Beləliklə notarial qaydada bağlanmış bu müqavilələr məhkəmə tərəfindən etibarsız əqd hesab edilməmişdir. Ona görə də Məhkəmənin belə bir nəticəyə gəlməsi əsassızdır. Çünki Notarial alqı-satqı müqavilələri və Daşınmaz Əmlakın Dövlət Reyestrində əmlak onun xüsusi mülki kimi qeyddə olmuş və həmin hüquqi kimsə hazırkı vaxta qədər mübahisələndirməmişdir. Dövlət Reyestrində qeydiyyatdan keçirilmiş daşınmaz əmlak və həmin əmlakın istifadəyə yararlı vəziyyətə gətirilməsi məqsədilə, mənzildə olan bütün əşyalar (şəxsi əmlaklar istisna olmaqla) mülkiyyətçiyə məxsus olan əmlaklardır. Məhkəmə nəzərə almamışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 231 nömrəli qətnaməsi ilə sübut olunmuşdur ki, 2008-ci ildə Xəqani Hakverdiyevin adına mənzili onun olmuşdur. Məhkəmənin bu əmlakları Cavabdeh ilə Xəqani Hakverdiyevin birgə əmlakı hesab etməsi əsassızdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmış xx.xx.2021-ci il tarixli, 2(005)-231/2021 saylı qətnamə üzrə R.Abdullayev tərəfindən təqdim olunmuş etirazda qeyd olunmuşdur ki, mənzili əşyaları ilə birlikdə almışdır. Cavabdeh buna heç bir cavab verməmiş və sonrakı məhkəmələrdə münasibət bildirməmişdir. Nəticədə Cavabdeh həm əmlakı aparıb, həm də əmlakla birlikdə satılmış evdən pul şəklində payını tələb edir.
24. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, ilk iddianın təmin edilən hissəsində ləğv edilməsini və ilk iddianın həmin hissədə də rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, mənzillərin təmir-bərpa işlərinə maksimum 1.000 manat xərc çıxa bilərdi. Divardakı adi cızığa və zədələnməyə görə 5.000 manat xərc çıxması real deyil. Kommunal xərclərlə əlaqədar iddiaçı Rafail tərəfindən təqdim edilmiş arayışların heç bir hüquqi əhəmiyyəti yoxdur. Çünki kommunal xidmətlərlə əlaqədar onunla nə "xxxx" MMC, nə də "xxxx" MMC arasında hər hansı müqavilə bağlanmamışdır. Müqavilə olmadığı halda ondan kommunal xidmətlərə görə hər hansı haqq tələb edilə bilməz. Əgər onunla "xxxx" MMC və "xxxx" MMC arasında kommunal xidmətlərlə əlaqədar hər hansı müqavilə olmuş olsaydı belə, həmin haqqın ödənilməsini tələb etmək hüququ iddiaçı Rafail Abdulaevə deyil, qeyd edilən MMC-lərə aid olmalı idi. Yəni Rafailin ondan hər hansı kommunal ödənişi tələb etmək üçün subyektiv hüququ yoxdur. Bundan əlavə, mübahisəli mənzillərdə kommunal xidmətlə əlaqədar idarəetmə 2021-ci ilin iyun ayından etibarən "xxxx" MMC-yə keçmişdir, sonra isə həmin şirkət rebrending edərək "xxxx" MMC olmuşdur. "xxxx" MMC də ondan kommmunal borcun ödənilməsini tələb etmir, çünki bu barədə müqavilə mövcud deyildir. Həmçinin, məhkəmə iclası gedişində təqdim etdiyi arayışdan görünür ki, mübahisəli mənzillərə dair "xxxx" MMC-nin idarəetməsi dövründə onunla "xxxx" MMC arasında kommunal xidmətlərin ödənilməsinə dair hər hansı müqavilə bağlanmamışdır. Qanunvericiliyə görə o müqavilə bağlamaqda sərbəstdir. Heç kəs onu hər hansı müqavilə bağlamağa məcbur edə bilməz. Onunla isə yuxarıda qeyd edilən MMC-lər arasında kommunal borcun ödənilməsi barədə hər hansı müqavilə mövcud deyildir. Rafail ondan 262 manat su puluna görə borcu tələb etsə də, iddia ərizəsinə əlavə etdiyi sonuncu qəbzdən görünür ki, borc əslində 220,30 manatdır. Odur ki bu pulun da ondan tələb edilməsi əsassızdır. Çünki iddiaçı borcun 262 manat olduğuna dair hər hansı sübut təqdim etməmişdir. Bundan başqa, mənzillərdə yaşadığı dövrdə heç kəs ondan su pulunun ödənilməsini tələb etməmişdir, əgər "xxxx" ASC bunu tələb etsəydi o da vaxtında ödəyərdi. Yəni iddiaçının su pulunun ondan ödənilməsini tələb etməyə subyektiv hüququ yoxdur. Göründüyü kimi məhkəmə maddi hüquq normalarının tələbini pozmuş və ilk iddianı qismən təmin etməklə əsassız nəticəyə gəlmişdir. Məhkəmə qarşılıqlı iddianı təmin edərək X49 və İddiaçı2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşma sazişinin etibarsız hesab edilməsi nəticəsinə gəlsə də, qətnamənin həmin hissəsini kifayət qədər əsaslandırmamışdır. O, xəbəri olmadan ilk iddiaçılar mənzilin alğı-satqı müqaviləsindən kənar öz aralarında mənzildə yerləşdirilmiş əmlakların satın alınmasına dair xx.xx.2020-ci il tarixli razılaşma imzalamışlar. Həmin razılaşma onun maraqlarına toxunmaqla həqiqəti əks etdirmir və iddiaçılar Rafail və Gülbahar arasında mənzilə dair alğı-satqı müqaviləsi bağlandıqdan uzun müddət sonra tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Çünki Nərimanov rayon İcra Şöbəsində olan mənzildən çıxarmaya dair icra işinə əlavə edilmiş razılaşma sənədi ilə hazırki iddia ərizəsinə əlavə edilmiş sənəd arasında həm yazılışda, həm də guya təhvil verilmiş əşyaların siyahısında fərqlər vardır. Razılaşma sənədlərinin hər ikisinin sonunda əlyazma ilə yazılmış qeyd eyni şəxs tərəfindən yazılsa da, fərqli tarixlərdə yazılmışdır, lakin tarix kimi xx.xx.2020-ci il qeyd edilmişdir. Əlyazmanın fərqli olması həmin razılaşmanın həqiqi olmadığını, sonradan tərtib edildiyini bir daha təsdiq edir. Belə bir razılaşmanın mövcudluğundan Nərimanov rayon İcra şöbəsində icra işinin gedişi zamanı məlumatı olmuşdur. Həmin icra işində hazırki iş üzrə ilk İddiaçı2 xx.xx.2022-ci il tarixli mənzildə qalmış əşyaların siyahısı da mövcuddur. Həmin siyahı ilə hazırki iddiaya əlavə olunmuş razılaşma sənədi arasında ciddi fərq vardır. Əgər iddiaçı Gülbahar icra şöbəsində mənzildə qalmış əşyaların siyahısını məhdud çərçivədə qeyd edirsə, o zaman niyə indi məhkəmədə həmin siyahını daha da genişləndirir? Odur ki, iddiaçılar məhkəməyə hazırda yanlış məlumat və sənədlər təqdim etməklə saxtakarlıq edir, məhkəməni çaşdırmağa çalışırlar. Ona görə də məhkəmə ilk öncə iddiaçılar Abdulaev Rafail və İddiaçı2 arasında imzalanması ehtimal olunan xx.xx.2020-ci il tarixli razılaşma sənədinin həqiqi olubolmadığını müəyyən etməli idi. Əgər həmin razılaşma sənədi həqiqi olmuş olsa belə, yenə də iddiaçı Rafail Abdulaev həmin əşyaların pulunu ondan tələb edə bilməz. Çünki digər İddiaçı2 əvvəlcə həmin əşyaların məhz özü tərəfindən alındığını sübut etməli və buna dair məhkəməyə sübut təqdim etməlidir. Yəni İddiaçı2 həmin əşyaları satmağa subyektiv hüququ yoxdur. Ona görə də o, bununla əlaqədar mənzillərin alıcısı Rafail Abdulaev ilə hər hansı saziş bağlaya bilməz. xx.xx.2020- ci il tarixli razılaşmada qeyd olunmuş əşyaların heç birinin ilk İddiaçı2 aidiyyəti yoxdur. Bundan əlavə, ilk iddia üzrə iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilk iddiaçı X25 nümayəndəsi Yavər Abdullayev tərəfindən imzalansa da, onun belə səlahiyyəti olmamışdır. Belə ki, iş materiallarında olan etibarnamədə Yavərin oğlu Rafailin əvəzinə iddia ərizəsini imzalamaq səlahiyyəti göstərilməmişdir. Halbuki, etibarnamədə bu barədə xüsusi qeyd olmalıdır. Bununla da məhkəmə prosessual hüquq normalarının tələbini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.3-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmalı idi. Bu baş tutmadıqda isə, yəni iddia icraata götürüldükdən sonra aşkar edildikdə isə ərizə baxılmamış saxlanılmalı idi. Lakin məhkəmə qanunvericiliyin tələbini kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
27. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X33 nümayəndəsi Yavər Abdulaev və nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, ilk iddianın və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermişlər və apellyasiya şikayətinin təmin edilməsini, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişlər.
28. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, ilk iddianın və apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
29. İştirak etdiyi məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, qarşılıqlı iddianın, apellyasiya şikayətinin və ilk iddiaya qarşı etirazın məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini, ilk iddia üzrə iddiaçıların, qarşılıqlı iddia üzrə cavabdehlərin apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdilər.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 182.1-ci maddəsinə əsasən əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır; 182.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur; 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir;
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
33. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
34. İlk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər apellyasiya şikayətlərində qətnamənin ləğv edilməsini, ilk iddianın tam təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətində qətnamənin ilk iddianın təmin edilən hissəsinə münasibətdə ləğv edilməsini və ilk iddianın rədd edilməsini xahiş etdiklərindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh X33 xeyrinə 5.000 manat məbləğində pulun, İddiaçı2 xeyrinə 7.770 manat məbləğində pulun tutulması, kirayə haqqının tutulmasının rədd edilməsi, habelə qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə çıxarılmaqla ilkin iddialar həmin hissədə və qarşılıqlı iddia rədd edilməli, kirayə haqqının tutulması tələbi isə ümumiyyətlə xaric edilməli, qətnamə Cavabdeh X33 xeyrinə tutulan suya görə yaranmış borcun məbləği hissəsində isə dəyişdirilməlidir.
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd edir ki, X18 ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmış, həmin nikah 2016-cı il tarixdə məhkəmə qaydasında pozulmuş, sonradan tərəflər yenidən nikaha daxil olmuşlar və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi həmin nikah da pozulmuş və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X20, xx.xx.2014-ü il təvəllüdlü X21 və xx.xx.2018-ci il təvəllüldü X1 Xumar İrzivan qızının yanında saxlanılmışdır. Tərəflər birgə nikahda olduqları dövrdə aralarında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən X18 dəyərini ödəməklə "xxxx" MMCdən iki ədəd mənzil almış, sonra onun ərizəsinə əsasən mənzillərə görə onun tərəfindən ödənilmiş məbləğ ona qaytarılmadan həmin mənzillərə dair xx.xx.2015-ci il tarixdə onun anası İddiaçı2 ilə "xxxx" MMC arasında “Mənzil Tikintisinə və Satışına dair” 2 ədəd müqavilə bağlanmış və sonuncu tərəfindən İddiaçı2 mənzillərə görə borcunun olmaması barədə maliyyə arayışları verilmişdir. Bununla belə, mənzillərə dair İddiaçı2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
37. Həmin mənzillər (Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 51 (yeni qaydalarla AZ008 Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, M.12, m1) və Bakı şəhəri, Nərimanov rayonu, G.Qədirbəyova küçəsi, məhəllə 841-842, ev 5, mənzil 52 (yeni qaydalarla AZ008 Nərimanov rayonu, G.Qədirbəyova küçəsi 8, M.12, m2)) aralarında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən İddiaçı2 tərəfindən X36 satılmış və sonuncunun 51 saylı mənzilə dair xx.xx.2020ci il tarixdə, 52 saylı mənzilə dair isə xx.xx.2020-ci il tarixdə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
38. Həmin mənzillərdə X18 ilə Cavabdeh, uşaqları ilə birlikdə yaşamışdılar. Mənzillərin alqı-satqısı, habelə mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tərəflər arasında məhkəmə mübahisələri olmuş və nəticədə bu mənzillər X18 ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri əmlak olduğu müəyyən edilsə də X48 vicdanlı əldə edən hesab edilmiş və bu səbəbdən xx.xx.2020-ci il tarixli müqavilələrin etibarlı olması təsdiq olunmaqla, Cavabdeh həmin mənzillərdən çıxarılması qət edilmişdir. Cavabdeh qeyd edilən mülki iş üzrə verilmiş icra sənədinin icrası qaydasında mənzilləri xx.xx.2022-ci il tarixdə tərk etmişdir.
39. Alqı-satqı müqavilələrindən 1 gün əvvəl, yəi xx.xx.2020-ci il tarixdə İddiaçı2 ilə X48 arasında bağlanmış razılaşma sazişinə əsasən tərəflər konkret əşyaları göstərməklə və onların qiymətini 15.000 manat müəyyən etməklə razılaşmışdılar ki, həmin əşyalar da X36 təhvil veriləcəkdir. Razılaşmaya əsasən həmin əşyaların dəyəri mənzilin razılaşdırılmış qiymətinə daxil deyil (sazişə əlyazma ilə əlavə edilmişdir).
40. Hazırda İddiaçı2 həmin mənzillərdə olan bir sıra əşyaların ona məxsus olduğunu, lakin mənzilləri tərk edən zaman qanunsuz olaraq Cavabdeh tərəfindən aparıldığını iddia edir və onların bazar və likvid dəyərini göstərməklə, ümumilikdə 15.715 manat dəyərində əşyanın sonuncudan alınaraq, ona verilməsini tələb edir.
41. X48 isə İddiaçı2 ilə aralarında bağlanmış razılaşma sazişinə istinadən həmin sazişə əsasən ona məxsus olmaqla mənzildə yerləşən əşyaların mənzilləri tərk edən zaman qanunsuz olaraq Cavabdeh tərəfindən aparıldığını iddia edir və onların bazar və likvid dəyərini göstərməklə, ümumilikdə 50.490 manat dəyərində əşyanın sonuncudan alınaraq, ona verilməsini tələb edir. Bundan başqa, mülkiyyətçi olduğu dövrdən Cavabdeh mənzilləri tərk etdiyi xx.xx.2022-ci il tarixədək göstərilən kommunal xidmətin dəyərinin 2.508 manat təşkil etdiyini və suyun təchiz edilməsi ilə bağlı 262 manat məbləğində pulun ödənildiyini, habelə mənzilləri tərk edən zaman bir sıra əşyaların (çıxarılma, qopardılmaqla, sökülməklə) mənzilin təmirinə zərər vurulmaqla aparıldığını və nəticədə mənzillərin təmirinə 5.000 manat məbləğində zərərin vurulduğunu bildirir və bu məbləğlərin də tutulmasını tələb edir.
42. Cavabdeh həmin tələbləri qəbul etmir, eyni zamanda, X30 İddiaçı2 arasında bağlanmış razılaşma sazişinin etibarsızlığını mübahisələndirir.
43. Məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. X31 və İddiaçı2 iddia və apellyasiya şikayətləri üzrə irəli sürdükləri tələb və dəlillər bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair).
45. Bu baxımdan İddiaçı2 öz mövqeyini, o cümlədən iddia üzrə tələb edilən əşyaların ona məxsus olmasını sübut etməli idi. Lakin həmin əşyaların (belə olan halda məhkəmə onların hər birinin mövcudluğuna ümumiyyətlə qiymət verilməsinə hər hansı zərurət görmür) ona məxsus olmasını, o cümlədən onun vəsaiti hesabına alınmasını təsdiq edən nəinki sübut (bu halı təsdiq edən sənədlər, ödənişlər və sair), ümumi məlumat belə (alınma vaxtı, yeri və sair) təqdim edə bilmir. Ümumiyyətlə bu əşyaların nə vaxtsa onun istifadəsində olması belə müəyyən edilmir. Həmin əşyaların onun mülkiyyətində olan mənzildə yerləşməsi isə onların məhz İddiaçı2 məxsus olması qənaətinə gəlmək üçün əsas yaratmır. Belə ki, bu mənzillərin Cavabdeh ilə X7 birgə nikah dövründə əldə etdikləri əmlaklar olması tərəflər arasında olan digər məhkəmə işi üzrə aparılmış araşdırma nəticəsində öz təsdiqini tapmışdır. Bununla belə, yuxarıda göstərilən, o cümlədən həmin mənzillərin bu şəxslərə məxsus olması və mənzildə olan bütün əşyaların onların daimi istifadəsində olması İddiaçı2 tərəfindən tələb edilən (tələb etdiyi bir sıra əşyalar açıq və aydın şəkildə ona məxsus deyil. Belə ki, tələbdə Xəqani Haqverdiyeva məxsus olduğu göstərilir), habelə onun tərəfindən X36 razılaşma sazişinə əsasən satılan əşyaların ona deyil, məhz bu şəxslərə məxsus olmasını təsdiq edir. Bu baxımdan İddiaçı2 hüquqi nəticə etibarı ilə nəinki ona məxsus olmayan, ümumiyyətlə istifadə və sahibliyində olmayan əşyaların X28 satmağı və mənzillərlə birlikdə ona təhvil verməyi öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh buna nəinki razılığı, ümumiyyətlə onun bu barədə heç məlumatı olmamışdır.
46. Məhkəmə kollegiyası vurğulayır ki, qeyd edilən əşyalar X28 satılsa da, faktiki olaraq onun istifadəsinə də verilməmişdir. Belə olan halda, X34 göstərilən əşyalara münasibətdə ümumiyyətlə vicdanlı alıcı kimi tanına bilməz. Birinci instansiya məhkəməsi də məhz bu halların mövcudluğunu nəzərə alıb, bu hissədə mübahisəyə düzgün hüquqi qiymət verərək, İddiaçı2 və X25 “əşyaların qaytarılmasına dair” tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini bu hissədə əsassız hesab edir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə istinadən o halı da qeyd edir ki, X34 mülki işin məhkəmə iclasında baxılmasına təyin edildikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə iddia tələbinin həcmini artıraraq, Cavabdeh 25 ay müddəti üçün hər ay 450 manat olmaqla, 11.250 manat məbləğində kirayə haqqı da tələb etmişdir. İş üzrə xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında ərizə elan edilərək, işin materiallarına əlavə edilmiş və bu barədə məhkəmə iclas protokolunda qeyd edilmişdir. Lakin onun icraata götürülüb-götürülməməsi məsələsinə hər hansı münasibət bildirilməmişdir. Buna baxmayaraq, həmin tələbə də hüquqi qiymət verilmişdir. Halbuki, iddiaçı digər tələblər kimi bu tələbi də işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər irəli sürə bilərdi və bunun üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsi də müəyyən edilmir. Bununla belə, birinci instansiya məhkəməsi qeyd edilən tələbə də hüquqi qiymət verməklə prosessual pozuntuya yol vermişdir. Bu da öz növbəsində qətnamənin həmin hissədə ləğv edilməsini və bu tələb üzrə nəticənin ümumiyyətlə qətnamədən xaric edilməsini şərtləndirir.
48. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən əşyaların İddiaçı2 məxsus olmasının sübuta yetirilməməsi İddiaçı2 ilə X34 arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşma sazişinin etibarsızlığına səbəb olmur. Belə ki, həmin saziş Cavabdeh hər hansı marağına toxunmur və sazişdə göstərilən əşyaların ondan alınması üçün hər hansı hüquqi əsas yaratmır. Hər bir halda, sazişdə göstərilən əşyaların X28 satılması və təhvil verilməsi öhdəliyini Cavabdeh deyil, İddiaçı2 daşıyır. Onun bu sazişdə göstərilən əşyaların məhz mənzillərdə olan əşyalar olması mövqeyindən çıxış etməsi, habelə bu əşyaların ona məxsus olmaması, onu sazişə uyğun olaraq eyni əşyaların X28 satması və təhvil verilməsi öhdəliyindən azad etmir. Bu səbəbdən məhkəmə kollegiyası həmin sazişin etibarsız olması barədə birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmır və hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməklə, qarşılıqlı iddia rədd edilməlidir.
49. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mənzillər X25 mülkiyyətinə keçdiyi vaxtdan Cavabdeh həmin mənzillərdən çıxan tarixədək mənzillərə göstərilən kommunal xidmətlərin dəyəri məhz 2.508 manat, mənzillərə göstərilən su təchizatı ilə bağlı xidmətə görə isə həmin dövr üçün yaranmış borc məbləği 220,30 manat təşkil edir. Bu hal iş materiallarında olan sənədlərlə öz təsdiqini tapır. Bu da öz növbəsində həmin məbləğlərin Cavabdeh tutulmasını şərtləndirməklə, qətnamənin su təchizatına görə tutulan pulun məbləği hissəsində dəyişdirilməsinə, bu məbləğlərin X3 xeyrinə tutulması hissəsində isə rədd edilməsi üçün əsas yaradır. Belə ki, X3 belə bir tələbi olmamışdır.
50. Məhkəmə kollegiyası Cavabdeh mənzillərə vurulmuş maddi zərərin əvəzi olaraq, ondan X25 xeyrinə 5.000 manat məbləğində pulun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılşamır və bununla bağlı qeyd edir ki, Cavabdeh tərəfindən həmin mənzillərə konkret olaraq hansı zərərin vurulması aydın deyil. İş materiallarında olan "xxxx" MMC-nin rəyi isə mötəbərliyi baxımından Cavabdeh hər hansı məbləğdə zərərin tutulması üçün əsas yaratmır. Həmin rəydə göstərilən 5.000 manat zərər məbləğinin hansı qaydada hesablanması açıqlanmamış, zərərlə nəticələnən hərəkətlər ayrı-ayrılıqda təsbit edilməmiş, zərər çəkmiş əşyaların hər hansı biri təsvir edilməmiş, zərərin növü, həcmi göstərilməmişdır. Mütəxəssisin bu qənaətinin əsası olaraq, cəmi 5 cümlə qeyd edilmişdir ki, bu da mövcud vəziyyətdə Cavabdeh hər hansı məbləğdə zərərin tutulmasını istisna edir və qətnamənin bu hissədə ləğv edilərək, iddianın rədd edilməsini şərtləndirir. Lakin məhkəmə kollegiyasının bu mövqeyi X34 tərəfindən mənzillərə və orada olan əşyalara vurulmuş zərəri aradan qaldırdıqdan sonra onun bu işə çəkilmiş xərci təsdiq edən sənədləri (ödəniş qəbzləri və sair) təqdim etməklə və həmin zərərin məhz Cavabdeh hüquqazidd, təqsirli əməlləri nəticəsində vurulduğunu sübut etməklə, ayrıca icraatda Cavabdeh qarşı real olaraq qarşılanmış zərər məbləğin əvəzinin tutulması tələbini irəli sürmək hüququnu istisna etmir.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, X34, İddiaçı2 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi “ilk iddianın Cavabdeh X25 xeyrinə 5.000 manat məbləğində pulun, İddiaçı2 xeyrinə 7.770 manat məbləğində pulun tutulması, kirayə haqqının tutulmasının rədd edilməsi” hissəsində, habelə “qarşılıqlı iddianın təmin edilməsi” hissəsində ləğv edilməli, həmin hissələrdə yeni qətnamə çıxarılmaqla, ilk iddialar (tələb olaraq xaric edildiyindən, kirayə haqqının tutulması tələbi istisna olmaqla) bu hissədə və ümumiyyətlə qarşılıqlı iddia rədd edilməli, eyni zamanda, qətnamə “Cavabdeh X25 xeyrinə tutulan “sudan istifadəyə görə yaranmış borcun məbləği” hissəsində dəyişdirilməli, sudan istifadəyə görə yaranmış borcun əvəzi olaraq Cavabdeh 220,30 manat məbləğində pul vəsaiti tutularaq, X28 ödənilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.
52. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 393-cü, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
X34, İddiaçı2 və Cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-565/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi “ilk iddianın Cavabdeh X25 xeyrinə 5.000 (beş min) manat məbləğində pulun, İddiaçı2 xeyrinə 7.770 (yeddi min yeddi yüz yetmiş) manat məbləğində pulun tutulması, kirayə haqqının tutulmasının rədd edilməsi”, habelə “qarşılıqlı iddianın təmin edilməsi” hissəsində ləğv edilsin. Həmin hissələrdə yeni qətnamə çıxarılsın. İlk iddialar “Cavabdeh X25 xeyrinə 5.000 (beş min) manat məbləğində pulun, İddiaçı2 xeyrinə 7.770 (yeddi min yeddi yüz yetmiş) manat məbləğində pulun tutulması hissəsində rədd edilsin. İddiaçı Cavabdehlər X49 və İddiaçı2 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-565/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh X25 xeyrinə tutulan “sudan istifadəyə görə yaranmış borcun məbləği” hissəsində dəyişdirilsin. Sudan istifadəyə görə yaranmış borcun əvəzi olaraq Cavabdeh 220,30 (iki yüz iyirmi manat, otuz qəpik) manat məbləğində pul vəsaiti tutularaq, X28 ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.