Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5455/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 2(009)- 1103/2022 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən tərtib olunmuş akt üzrə 4358,88 manat, təbii qazdan istifadəyə görə 214,54 manat, dövlət rüsumunun əvəzi 72,47 manat və 400 manat vəkil xərci olmaqla, cəmi 5045,89 manat məbləğində pulun tutularaq İddiaçı hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Birlik ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli AK-2/33301 saylı “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdehə məxsus fərdi yaşayış evi təbii qazla təchiz edilməsi davam etdirilmişdir. Həmin fərdi yaşayış evinə İddiaçı İB tərəfindən **********10000 nömrəli abonent kodu verilmişdir. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və 6.5-ci yarımbəndinin tələblərini pozmuşdur. Birliyin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. xx.xx.2018-ci il tarixdə G4 markalı 1702AQ**********7 nömrəli qaz sayğacı Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya və element plomblarının rənginin fərqli olması aşkar olunmuşdur. Bu barədə MSK-29-1710-0243 saylı xx.xx.2018-ci il tarixli akt tərtib edilmişdir. xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 216 manat İddiaçı İB-nə zərər dəymişdir. Bundan əlavə cavabdehin qaz xəttinə özbaşına qoşulmasına görə xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 756 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 820,8 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 194,4 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 233,28 manat İddiaçı İB-nə zərər dəymişdir. İtirilmiş qazın bərpası məqsədilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 4358,88 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan başqa cavabdeh tərəfindən təbii qazdan istifadə edilmiş, lakin istifadə edilmiş təbii qazın dəyəri ödənilməmişdir. Cavabdehin təbii qazdan istifadəyə görə 214,54 manat borcu qalmışdır. Cavabdeh borcundan müəyyən ödənişlər etmiş, hazırda cavabdehin iddiaçıya 4573,42 manat borcu vardır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 2(009)-1103/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh İddiaçı xeyrinə təbii qazdan qeyri-qanuni istifadə ilə əlaqədar dəymiş ziyanın əvəzi kimi 252 manat, debitor borca görə ödənilməmiş 214,54 manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat və hüquqi xidmətə görə ödənilmiş 100 manat, cəmi 596,54 manat məbləğində pulun tutularaq İddiaçı hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı nümayəndəsi apelyasiya şikayəti verərək, qətnamənin təmin edilməyən hissədə ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu şikayətdə göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, abonent saldosundan görünür ki, cavabdeh təbii qazdan istifadə etməsinə görə sonuncu dəfə 2018-ci ilin aprel ayında ödəniş etmişdir. Məhkəmə iclası zamanı cavabdeh uzun illərdi həmin evdə yaşadığını, daim təbii qazdan istifadə etdiyini bildirmişdir. Cavabdehin təbii qazdan istifadə edib, heç bir ödəniş etməməsi onun təbii qazdan qeyri-qanuni istifadə etməsini sübut edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına görə, “Paylayıcı” qismində İddiaçı İB ilə “İstehlakçı” qismində Cavabdeh arasında bağlanılmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixli AK-2/33301 saylı müqaviləsinə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçının keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın kserosurətindən görünür ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilən zaman sayğac ilişə-ilişə işlədiyi üçün əvəzlənmişdir. Quraşdırılan qaz sayğacı abonentə təhvil verilmişdir. İş üzrə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İTRİ-nin xx.xx.2018-ci il tarixli, MSK-29/1710-0243 saylı rəyə əsasən G-4 markalı 1202AQ**********7 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya və element plomblarının rəngi fərqli olması, dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçının nümayəndəsi Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentinin xx.xx.2018-ci il tarixli qərarın surətindən belə məlum olur ki, iddiaçının mənzilinə quraşdırılmış sayğacda olan qüsur nəticəsində itirilmiş qazın bərpası və dəymiş ziyan həcmi kimi 60 gün hesabatı ilə 1080 kub metr əlavə sərfiyyat hesablanmışdır. İş materiallarından görünür ki, iddiaçı təşkilat tərəfindən cavabdehə məxsus fərdi evdə “Qazdan istifadə Qaydaları”nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə faktı aşkar olunması ilə bağlı 15 ədəd akt tərtib edilmişdir. Həmin aktlar əsasında Bakı Regional Qazın Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehə xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən hesabat müddəti 90 gün nəzərə alınmaqla 7560 kub metr, xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 82 gün nəzərə alınmaqla 820,80 kub metr, xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən hesabat müddəti 30 gün nəzərə alınmaqla 1944 kub metr dəymiş ziyan hesablanmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, xx.xx.2020-ci il tarixli akta əsasən itirilmiş qazın həcmi 30 gün üçün 2520 kub metr kimi qəbul etməklə, vurulmuş ziyan 0,10 manat (iddiaçının özü tərəfindən müəyyən edilmiş məbləğ) olmaqla təbii qazdan qeyri-qanuni istifadə ilə əlaqədar dəymiş ziyanın əvəzi kimi 252 manat və debitor borca görə ödənilməmiş 214,54 manatın tutulması qənaətinə gəlmişdir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Göründüyü kimi, tərəflər arasında «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cu maddəsinə əsasən müqavilə bağlanmışdır ki, həmin müqaviləyə əsasən də iddiaçı öz üzərinə cavabdehə kifayət həcmdə təbii qaz verməyi, cavabdeh isə öz növbəsində istifadə etdiyi qaz üçün müvafiq məbləğdə və müəyyən olunmuş qaydada ödəmə həyata keçirməyi öhdələrinə götürmüşlər. «Qaz təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə, «Enerji resurslarının istifadəsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə əsasən enerji resurslarından istifadəyə görə ödənişlərin müddətinin pozulmasına yol verən hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən həmin aktlara əlavə edilmiş faktı təsdiq edən fotoşəkillər eyni olduğundan, cavabdeh yalnız İddiaçı İB-nin nümayəndəsinin bir dəfə bu faktı aşkar edərək ona irad bildirdiyindən və həmin vaxtdan sonra qanunsuz qoşulma halının onun tərəfindən edilməməsini göstərdiyindən, bu hal hər fakta görə eynilik təşkil edən fotoşəkillərlə təsdiq olunduğundan, yalnız bir fakt üzrə qanunsuz qoşulmaya görə tərtib edilmiş akt və həmin akt əsasında iddiaçının itirilmiş qaza görə tələbi əsaslıdır. Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni olaraq qazdan istifadə etməsi faktı öz təsdiqini tapsa da, iddiaçı tərəfindən bu faktın aşkara çıxarılması ilə bağlı tərtib edilmiş yalnız bir akt – ilkin tərtib edilmiş akt xx.xx.2020-ci il tarixli ******* saylı akt və onun əsasında hesablanmış əlavə sərfiyyat qismən əsaslı hesab edilməlidir. Lakin iddiaçı digər aktlar əsasında itirilmiş qazın bərpasına görə zərərin yaranmasını iddia etsə də, iş üzrə halların məhkəmədə tədqiq olunması zamanı cavabdehin tələb edilən məbləğdə borcunun yaranmasına dair əsaslı və mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İş materiallarına əlavə olunmuş aktlar yalnız iddiaçı təşkilatın əməkdaşları tərəfindən tərtib olunub imzalanmış, cavabdehin aktları imzalamaqdan imtina etməsi qeyd olunmuşdur. Belə olan halda aktların mötəbərliyi şübhə doğurur və həmin aktlar əsasında cavabdehin iddiaçıya göstərilən məbləğdə maddi zərər vurması nəticəsinə gəlmək yolverilməzdir. İddia tələbinin xx.xx.2018-ci il tarixli akt əsasında dəymiş ziyanın tutulması hissəsində də məhkəmə haqlı olaraq göstərmişdir ki, cavabdehin yaşadığı fərdi yaşayış evindən kənarda quraşdırılmış sayğacda olan qüsura görə cavabdehin məsuliyyət daşıması qanunla müəyyən olunmur. «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 398 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1103/2022 saylı iş üzrə 03 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5455/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5455/2022
10.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver