Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5468/2020 07.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İlk iş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7312/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ilk iş üzrə cavabdeh, digər iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 29.240 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan xx xxxx 2018-ci il tarixdə, xx xxxxxx 2018-ci il tarixədək qaytarmaq şərti ilə 29.240 manat məbləğində borc pul almışdır. Bu barədə xx xxxx 2018-ci il tarixdə 32 saylı notariat kontorunda kredit müqaviləsi rəsmiləşdirilmiş və 3M-189 nömrə ilə təsdiq edilmişdir. Müqavilə üzrə tərəflərin hüquq və vəzifələri izah edilmişdir. Cavabdeh pul məbləğini bu günə kimi geri qaytarmamış, üzərinə götürdüyü müqavilə öhdəliyini lazımınca və vaxtında yerinə yetirməmişdir. Cavabdehə bu barədə məlumat verilmiş və xəbərdarlıq edilmiş, lakin cavabdeh öhdəliyin vaxtında icrası üçün heç bir tədbir yerinə yetirməmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixdə 32 saylı notariat kontorunda İddiaçı ilə aralarında 17.000 ABŞ dollarının verilməsinə dair bağlanmış kredit müqaviləsinin həm etibarsız hesab edilməsi, həm də ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh İddiaçı ilə xx.xx.2018-ci il tarixdə 17.000 ABŞ dolları məbləğində olan kredit müqaviləsi bağlamış və həmin müqavilə Bakı şəhəri 32 saylı notariat kontorunda rəsmiləşdirilmişdir. Müqavilə notariat kontorunda bağlanmasına baxmayaraq o, cavabdehdən hər hansı bir məbləğdə pul almamış, bağlanmış kredit müqaviləsi həqiqəti əks etdirmir, bu müqavilələr onun işə götürülməyinin şərti kimi bağlanmışdır. Belə ki, cavabdeh İddiaçı yanında işə düzələrək ona məxsus yük avtomaşınları ilə mağazalara dondurma paylayırdı. Gördüyü işin əvəzi olaraq ona 400 manat əmək haqqı və ümümi satış gəlirindən 5 % miqdarında pul verilməli idi. Lakin cavabdeh gördüyü işin müqabilində lazımi qaydada əmək haqqı vermədiyi üçün aralarında mübahisə yaranmış və bundan sonra əssasız olaraq ondan müqavilə üzrə almadığı pullar tələb olunacağı bildirlimişdir. Hesab edir ki, işə düzəlməyinin əsası olan bu müqavilə cavabdeh tərəfindən ləğv edilməli olduğu halda, bu günə kimi ləğv edilməmişdir. Bu hal gələcəkdə ondan əsassız olaraq pul tələb edilməsinə gətirib çıxaracaqdır. O, cavabdeh ilə olan işinə son qoymuş, bundan sonra bu kredit müqaviləsi ləğv edilməli və ya başqa bir razılaşmanı pərdələmək niyyəti ilə bağlandığı üçün etibarsız hesab edilməlidir. Cavabdeh təkcə onunla deyil, başqa şəxslərlə də eyni qaydada belə kredit müqavilələri bağlamışdır və kim onunla işləməkdən imtina edirsə onu məhkəməyə verib ondan vermədiyi pulu tələb edir. Belə ki, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(002)-202/2019 saylı qətnaməsi ilə onunla işləmiş X3 18.430 ABŞ dolları müqavilə bağlanan tarixə məzənnə ilə 31.331 manat tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. X1 Elnur Aftandil oğlu ilə əmək haqqı məsələsində düz gəlməyib işdən çıxandan sonra ondan kredit müqaviləsində göstərilən pulun alınması üçün məhkəməyə müraciət edilmişdir. Həmin qətnamədən X4 apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılan zaman onlar ərizə ilə müraciət edərək, bildirmişdilər ki, İddiaçı xx.xx.2018-ci il tarixdə X9 ilə 18.430 ABŞ dolları məbləğində, həmin gün, yəni xx.xx.2018ci il tarixdə X11 ilə 18.430 ABŞ dolları məbləğində, xx.xx.2018-ci il tarixdə X7 ilə 16.000 ABŞ dolları məbləğində və xx.xx.2018-ci il tarixdə Cavabdeh ilə 17.000 ABŞ dolları məbləğində kredit müqaviləsi bağlamışdır. Lakin bu müqavilələr üzrə heç kimə borc verilməmişdir. Cavabdeh onu işə götürmək üçün bu kredit müqaviləsinin bağlanmasını şərt kimi qoymuşdur. Belə ki, o, topdan satış məntəqələrindən “Milenium” markalı dondurmaların satışının təşkili üçün cavabdehə məxsus “uğur” markalı soyuducuları mağazalara verilməsini və dondurma mövsümunun sonunda soyuducuların mağazalardan yığılmasını təşkil etməli idi. Cavabdeh bildirmişdir ki, bu kredit müqaviləsi onun işləməsinin və soyuducuların yığılması üçün qarantiya kimi bağlanmışdır. O, işləmək istəmədiyini bildirdikdə, həmin müqavilə ləğv ediləcəkdir. Lakin nəticədə cavabdeh müqaviləni ləğv etməkdən imtina etmiş və ona qarşı məhkəmədə iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-8496/19 nömrəli qərardadı ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair 2(001)-8496/2019 nömrəli mülki iş İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair 2(001)-7312/2019 saylı mülki işlə birlikdə baxılması üçün bir icraata birləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7312/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qətnaməsi ilə İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 29.240 (iyirmi doqquz min iki yüz qırx) manat alınaraq İddiaçı verilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi, Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi, İddiaçı ödəməkdən azad edildiyi 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət mədaxilinə alınması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddiaçı tərəfindən verilən iddia tələbinin rədd edilməsi və onun tərəfindən verilmiş qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə yalnız iddiaçı tərəfindən təqdim olunmuş sübutları qiymətləndirib. Notarial qaydada bağlanmış olan xx xxxx 2018ci il tarixli kredit müqaviləsin əsas mötəbər sübut kimi götürmüşdür. Bağlanmış olan müqavilənin onun iradəsinə zidd olan halları nəzərə almamışdır. Bakı şəhər 32 saylı notariat kontorunda müqavilədə göstərilmiş olan 17.000 ABŞ dollarını notariusda ona təqdim etməmişdir. Bu müqavilələr onu işə götürmək şərt ilə bağlanmışdır. İlkin iddia üzrə iddiaçıya (Bundan sonra iddiaçı) məxsus yük avtomobilləri ilə mağazalara dondurma paylayırdı. Beləliklə,ona gördüyü işin əvəzi olaraq hər ay 400 manat əmək haqqı eyni zamanda satışdan əldə etdiyi gəlirin 5 % miqdarında pul öhdəliyi icra etməyi öz üzərinə götürmüşdür. İddiaçı görmüş olduğu işin müqabilində ona lazımi qaydada əmək haqqı vermədiyindən aralarında mübahisə yaranmış nəticədə ondan müqavilədə nəzərdə tutulan pulu verməyi öhdəsinə götürmüşdür. Hazırda əhəmiyyətsiz bir əqd kimi müqavilə etibarsız hesab edilməlidir. İddiaçı özünü müdafiə etmək üçün sadalanan müqavilələri işçiləri ilə bağlayır. Kim işdən kənarlaşmaq niyyətində olsa həmin şəxslər barəsində məhkəməyə iddia qaldırır.Sözü gedən qətnamənin ləğvi üçün əsaslardan biridə onlara birgə işləmiş X9 ilə iddiaçı arasında bağlanmış olan 31331 manat dəyərində olan müqavilədir. Bundan əlavə X12, X7 və onunla müqavilə bağlanmışdır. Bu müqavilələrin heç birində də pul verilməmişdir. Başqa sözlə desə onlar iddiaçıya sürücü işləmələrini bildirəndə ilk öncə onlarla belə bir müqavilə bağlayır sonra onları işə götürür bağlanmış olan bu kredit müqavilələrin isə özü üçün qarant hesab edir, bununla bağlı məhkəməyə sübut təqdim etsədə məhkəmə bütün bu sübutlarıda nəzərə almamışdır. Mülki iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən bağlanmış olan müqavilələrdən də görünür ki, iddiaçı xeyli miqdarda müqavilələrdə göstərilən şəxslərə pul məbləğləri vermişdir. Heç cür həqiqətə uyğun deyil ki, kimsə bu qədər pulu öz işçisinə versin və verməsi barədədə heç nə tələb etməsin.Bundan əlavə, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində tərəfindən verilmiş olan sübutları mötəbərliyi və mümkünlüyü məsələsinə aydınlıq gətirməmişdir.Bütün yuxarıda sadalanan məsələlər birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı olduğu halda araşdırılmamışdır. Bundan əlavə məhkəməyə yuxarıda sadalananlar barədə məlumat (müqavilələri təqdim etmək) verməyinə baxmayaraq məhkəmə bu sübutlarıda araşdırmamışdır.Məhkəmə iclasına iddiaçı ilə müqavilə bağlayan şəxsləri dəvət etməyinə baxmayaraq məhkəmə onları dinləməmişdir. Onun irəli sürmüş olduğu xx.xx.2018-ci tarixli müqavilənin etibarsız hesab edilməsinə dair məhkəməyə qarşılıqlı iddia verməyinə baxmayaraq məhkəmə iddia müddətin əsas gətirərək iddia tələbini rədd etmişdir. Həmin müddətin ona məlum olduğu gündən hesablanmasıda məhkəmə tərəfindən nəzərə alınmamışdır. Başqa sözlə desə məhkəmə yalnız iddiaçı tərəfindən verilmiş olan sübutlara qiymət vermişdir. Məhkəmə iclasında iddiaçı, eyni zamanda Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, həmçinin bildirdi ki, iddiaçının qeyri qanuni dondurma sexi olmuşdur. Təhvil verib işdən çıxandan sonra ona qarşı bu iddianı qaldırıb. Notariusda kameradan da görünür ki, iki “paçka” pulu çıxardır, imzalanandan sonra pulu götürüb yenə öz cibinə qoyur. İddiaçı xeyriyyəçidir ki, bu qədər pulu ona versin. Hazırda iddiaçının etdiyi dələduzluqdur. Onun kimi 8 nəfərə guya belə formada pul verib. Dondurmanı mağazalara verir, pulunu isə alıb Elnura verirdilər. Hər gün uçot olurdu. Əslində əvvəl onlarla əmək müqaviləsi bağlanacağını dedi, lakin notariusda bu sənəd imzalanandan sonra heç əmək müqaviləsi də bağlamadı. İddiaçı onun kimi başqa insanlara qarşı belə formal pullar verib. Ona dur deyən olmasa bu cür hərəkətlərinə davam edəcək. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili X10 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh xx.xx.2018-ci il tarixədək qaytarmaq şərti ilə 17.000 ABŞ dolları (dolların həmin günə olan məzənnəsi üzrə 29.240 manat məbləğində pul verilmişdir. Cavabdeh həmin məbləğdə pulu qəbul etmişdir. Hazırda İddiaçı qeyd edilən müqavilə üzrə ona hər hansı məbləğdə pulun qaytarılmadığını bildirir və Cavabdeh 29.240 manat pulun tutulmasını tələb edir. Cavabdeh iddianı qəbul etmir, həmin müqavilə üzrə ona hər hansı məbləğdə pul verilmədiyini, bu müqavilənin onun işə qəbul edilməsinin təminatı olaraq bağlandığını bildirir və bu əsasla həmin müqaviləni həm etibarsız, həm də ləğv edilməsini tələb edir. İddiaçı bu iddianı əsassız hesab edir, həm bu əsasla, həm də etibarsızlıqla bağlı 1 illik müddətin ötürülməsi səbəbindən 1 illik kəsici müddəti tətbiq etməklə iddianın rədd edilməsini xahiş edir. Cavabdeh tərəfindən iştirakı şahid qismində təmin edilmiş X7 və X2 Ceyhun İlham oğlu kimi İddiaçı işçisi olduqlarını bildirirlər və onlarla da belə kredit müqavilələrinin bağlandığını, lakin həmin müqavilələrdə göstərilənm məbləğlərin verilmədiyini qeyd edirlər. İddiaçı məcburi köçkündür. Birinci instansiya məhkəməsi ilkin iddianı təmin, qarşılıqlı iddianı rədd edərkən qeyd etmişdir ki, İddiaçı məhz Cavabdeh etibarsız olduğunu iddia etdiyi xx xxxx 2018-ci il tarixli kredit müqaviləsinə istinadən sonuncudan 29.240 manat məbləğində pul tələb edir. Bu səbəbdən məhkəmə hesab edir ki, ilk növbədə həmin müqavilənin etibarsız olub-olmamasın hüquqi qiymət verilməli və həmin müqavilənin etibarlı olması müəyyən edildikdən sonra həmin müqavilə üzrə hər hansı borcun olub-olmadığı müəyyən edilməlidir. Bu səbəbdən məhkəmə ilk növbədə Cavabdeh iddia tələbinə hüquqi qiymət verərək, qeyd edir ki, əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüququ münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd başa düşülür. Etibarsız əqd qanuna zidd xarakter daşıyır və bu keyfiyyətinə görə müəyyən neqativ nəticələrə səbəb ola bilər. Mülki Məcəllədə əqdin etibarsız sayıla bilməsinin müxtəlif əsasları müəyyən edilmiş və onların ümumi xüsusiyyətləri ondan ibarətdir ki, onların nəticəsində tərəflərin birinin iradəsinə zidd olaraq, mənafeyini ciddi şəkildə pozan, qarşı tərəfin iradəsinə uyğun olan və onun arzuladığı əqd bağlanır. Əslində tərəflərdən biri öz iradəsinə zidd bir əqdin bağlanmasına məcbur edilir. Bu isə mülki qanunvericiliyin bir sıra prinsiplərini, o cümlədən mülki hüquq subyektlərinin bərabərliyi, onların sərbəstliyi və təbii ki, müqavilə azadlığı prinsiplərinin kobud pozulmasıdır.... Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Cavabdeh İddiaçı ilə xx xxxx 2018-ci il tarixli müqaviləni formal olaraq bağlandığını həmin müqavilə üzrə ona nəinki 29.240 manat, ümumiyyətlə hər hansı məbləğdə pulun verilmədiyini və nəticə etibarı ilə bu müqavilənin onun tərəfindən aldadılaraq, görünüş üçün bağlandığını bildirir, lakin bu halı sübuta yetirə bilmir. Gətirdiyi dəlillər, habelə şahidlərin ifadələri həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Belə ki, Cavabdeh İddiaçı işçisi olmasını bildirsə də, tərəflər arasında hər hansı əmək münasibətlərinin olması müəyyən edilməmişdir. Digər tərəfdən Cavabdeh bu məbləğdə dəyəri olan müqaviləni ayda 400 manat əmək haqqısı olan və gəlirdən 5% pul nəzərdə tutulan işin təminatı olaraq bağlaması da inandırıcı görünmür. Belə ki, Cavabdeh ümumi aylıq gəliri təxminən 700-800 manat (özünün dediyinə görə) təşkil etmiş olacaqdır ki, bu da borc məbləğinin təxminən 1/40 hissəsini təşkil edir. Şahidlərin hər iksi isə İddiaçı ilə kredit müqaviləsi imzalamışdır və onlardan biri barəsində artıq pulun tutulması barədə məhkəmə tərəfindən qətnamə də qəbul edilmişdir. Bu səbəbdən məhkəmə onların hər ikisinin ifadəsini mötəbər sübut kimi qəbul etmir. Bununla belə, hüquqi nəticə etibarı ilə xx.xx.2018-cı il tarixdə tərəflər öz iradə ifadələrini bildirməklə sərbəst surətdə öz aralarında kredit müqaviləsi bağlamışlar və həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı 29.240 məbləğində pulu borc almış və xx.xx.2018-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilə, o cümlədən tərəflərin imzaları 32 saylı Notariat kontorunun notariusu tərəfindən təsdiq edilmişdir. Bununla belə qeyd edilən müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı qüquqi əsas müəyyən edilməmişdir. Bu səbəbdən Cavabdeh “müqavilənin etibarsız hesab edilməsi ilə bağlı” iddiası əsassızdır və rədd edilməlidir. Cavabdeh etibarlılığını mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı iddianı xx.xx.2019-cu il tarixdə qaldırmışdır. Bununla da Mülki Məcəllənin 354-cü maddəsinin tələbləri baxımından bu müqavilənin etibarsızlığının mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddəti ötürmüşdür. Bu da öz növbəsində iddiaya 1 illik müddəti tətbiq etməklə onun rədd edilməsi üçün əsas yaradır. Başqa sözlə Cavabdeh iddiası əsaslı olduğu təqdirdə belə, bu qəbildən olan müqavilələrin mübahisələndirilməsi üçün nəzərdə tutulmuş 1 illik müddət ötürüldüyündən iddia rədd edilmiş olacaqdır. Cavabdeh “müqavilənin ləğv edilməsi” tələbi ilə bağlı qeyd edir ki, mülki qanunvericilikdə müqavilənin etibarsız hesab edilməsi və ləğv edilməsi üçün fərqli hüquqi əsaslar müəyyən edilmişdir. Cavabdeh dəlilləri isə müqavilənin ləğv edilməsi ilə deyil, etibarsız hesab edilməsi ilə bağlıdır. Digər tərəfdən mülki qanunvericilkdə müqavilənin ləğv edilməsi barədə iddia qaldırılması üçün pretenziya qaydası müəyyən edilmişdir. Lakin həmin müqavilənin qüvvədə olma müddəti bitdiyindən pretenziya qaydasına riayət edilibedilməməsinin araşdırılmasına hər hansı zərurət qalmamışdır. Bu səbəbdən məhkəmə iddia tələbini bu hissədə də əsassız hesab edir. Beləliklə, məhkəmə tərəflər arasında bağlanmış xx xxxx 2018-ci il tarixli kredit müqaviləsini etibarlı hesab edir və İddiaçı tələbini əsaslı hesab edərək, belə qənaətə gəlir ki, tərəflər arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı borc (kredit) müqaviləsi bağlanmışdır. Həmin borc (kredit) müqaviləsinə əsasən İddiaçı Cavabdeh 29.240 manat (notarial qaydada təsdiq olunmuş əqd) məbləğində pul vermiş və bununla da həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan almışdır. Lakin cavabdeh iddiaçıdan aldığı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmamış və bununla da həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, hüquqi nəticə etibarı ilə müqavilənin şərtlərini pozmuşdur. Buna görə, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayətində göstərilən dəlillər əsaslı olduğundan qətnamənin ləğv edilməsi, İddiaçı iddiasının rədd, Cavabdeh iddiasının isə qismən edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni İddiaçı iddiasının təmin edilməsi və Cavabdeh iddiasının isə təmin edilməməsi hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı konkret olaraq birinci iddianın təmin edilməsi və ikinci iddianın isə təmin edilməməsi hissəsində yol verdiyi pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğvi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən qətnamə Cavabdeh şikayəti üzrə İddiaçı iddiasının təmin edilməsi və Cavabdeh iddiasının isə təmin edilməməsi hissəsi üzrə yoxlanılır, digər şəxslərə münasibətdə isə qətnamə yoxlanılmır. Hazırki iş üzrə, Cavabdeh iddiasının faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından, İddiaçı iddiasının faktiki əsası(faktiki hallar) isə tələbin həmin hissədə qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmamışdır. Əvvəla ona görə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıbbağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Hazırki iş üzrə, Cavabdeh iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə(MM.mad.340.2) uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsi bu iddianı təmin etməli idi. Belə ki, qanunun mənasına görə yalan əqd bağlayan tərəflərdən hər ikisi bağladıqları əqd barədə razılığa gəlir, hər iki tərəfin qarşılıqlı razılığına əsasən heç bir hüquqi nəticəyə səbəb olmayan başqa əqdi pərdələmək, görünüş məqsədi daşıyan müqavilə bağlanır, hər iki tərəf də belə müqavilə bağlandığını dərk edir və buna uyğun hərəkət edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış həqiqi münasibətlərin xarakteri onlar arasında bağlanmış kredit müqaviləsinin yalan əqd olduğuna dəlalət edir. Belə ki, İddiaçı bilavasitə etiraf etməsə də iş materiallarından, o cümlədən iddia ərizəsinin məzmunundan, Cavabdeh izahatlarından və şahidlərin ifadələrindən aydın olur ki, tərəflər arasında əmək münasibətləri olmuş, Cavabdeh İddiaçı işçisi olmuş, sonuncuya məxsus yük avtomobili ilə mağazalara dondurma daşımış, dondurmanın paylanması üçün “uğur” markalı soyuducuları paylamalı olmuş, məhz götürdüyü soyuducuların təminatı olaraq da İddiaçı təkidi aralarında əhəmiyyətsiz kredit müqaviləsi rəsmiləşdirmişlər. Məhz bu münasibətlərin yaranması, davam etməsi və təminatı üçün İddiaçı kredit müqaviləsi adı altında bu cür müqavilənin bağlanılmasına nail olması anlaşılan ola bilər. Lakin tərəflər arasında əslində həqiqi kredit münasibətləri olmamışdırsa, yəni İddiaçı qeyd olunan kredit müqaviləsinə görə Cavabdeh hər hansı bir məbləğdə pul verməmişdirsə, bu əqd etibarlı hesab edilə bilməz. Başadüşüləndir ki, tərəflər aralarında yaranmış bu qeyri-rəsmi əmək münasibətlərinin davam etdirmək üçün bunun təminatlı yaxud hansısa şərtlə olması labüd ola bilər. Lakin bütün bu hallar heç də tərəfləri mübahisə predmeti olan kredit müqaviləsi bağlamalarına əsas vermirdi. Çünki, tərəflər aralarında yaranan münasibətləri rəsmiləşdirmək və davam etdirmək üçün iradələrinə və hüquqa uyğun, qanuna zidd olmayan başqa əqdlər də bağlaya bilərdilər. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, əqdin başqa əqdi pərdələmək məqsədi ilə bağlanması yoxdursa yalan əqddən mübahisə aparmaq olmaz. Çünki, yalan əqd başqa əqdi pərdələməlidir və məhkəmə tərəflər arasındakı əqdi yalan hesab etdikdə Mülki Məcəllənin 340.2ci maddəsinin 3-cü cümləsinin tələblərinə əsasən yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydaları tətbiq etməlidir. Lakin qeyd olunduğu kimi tərəflər arasında yaranmış münasibətlərin xarakteri(Cavabdeh Elnur Həmidovun işçisi olması, sonuncuya məxsus yük avtomobili ilə mağazalara dondurma daşıması, dondurmanın paylanması üçün “uğur” markalı soyuducuları paylamalı olması, məhz götürdüyü soyuducuların təminatı olaraq da aralarında əhəmiyyətsiz kredit müqaviləsi bağlaması, hal hazırda münasibətlərinin kəsilməsi və.s) sözügedən müqaviləni bağlayarkən əslində nəzərdə tutduqları əqd əmək müqaviləsi kimi qiymətləndirilsə belə, Mülki Məcəllənin 340.2-ci maddəsinin 3-cü cümləsi tətbiq edilə bilməz. Çünki, həmin maddə əmək münasibətlərinə deyil, mülki münasibətlərə tətbiq edilir. Eyni zamanda tərəflərin bağladığı bu yalan kredit müqaviləsində əmək müqaviləsinin forma tələbləri və müqavilənin mühüm şərtləri nəzərdə tutulmadığından bu qaydaların tətbiqi istisna edilir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, birinci instansiya məhkəməsinin Cavabdeh müqavilənin etibarsızlığını tələb etsə də müddəti ötürdüyü barədə gəldiyi qənaət də əsaslı hesab edilə bilməz. Çünki, hazırki iş üzrə müddətin keçməsindən söhbət gedə bilməz. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi yalan əhəmiyyətsiz əqddir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlandığı gündən bir il ərzində irəli sürülə bilər.(MM. mad. 354.1) Lakin Cavabdeh iddiası əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında olmamış, eləcə də əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır(MM.m.337.3, 337.4).Ona görə də hansı müddətin keçməsindən söhbət gedə bilər. Belə çıxır ki, müddətin ötürülməsi əhəmiyyətsiz(puç) əqdin dönüb etibarlı əqdə çevrilməsinə səbəb olmalıdır. Bu yanaşma mülki hüququn prinsiplərinə açıq-aşkar zidd hesab olunur. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, Cavabdeh kredit müqaviləsinin həm etibarsızlığını, həm də ləğv edilməsini tələb etsə də müqavilənin ləğv edilməsindən söhbət gedə bilməz. Çünki, müqavilənin ləğvi, müqavilənin icrasından imtina o zaman tələb edilə bilər ki, həmin müqavilə mütləq etibarlı müqavilə hesab olunsun. Lakin qeyd olunan kredit müqaviləsini bir tərəfdən əhəmiyyətsiz(puç) müqavilə hesab ediriksə, digər tərəfdən o etibarlı müqavilə olmadığından ləğv edilməsi də mümkünsüzdür. Apellyasiya instansiyası məhkəməsi İddiaçı məhkəməyə ünvanladığı ərizədə göstərdiyi hazırki iş üzrə verilmiş apellyasiya şikayətinin hüquqi əsasları ilə eyni olan başqa apellyasiya şikayəti üzrə baxılmış və qüvvəyə minmiş qətnaməni ərizəyə əlavə edərək işə mahiyyəti üzrə baxarkən hüquqi müəyyənlik prinsipi baxımından dövlətin adından çıxarılmış və qanuni qüvvəsini almış həmin qətnamə ilə müəyyən edilmiş halları nəzərə alınmasını xahiş etməsi ilə bağlı da aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Düzdür həmin qətnamədə iddiaçı olan X14 İbrahimova qarşı kredit müqaviləsinin etibarsızlığına dair tələbi təmin edilməmişdir. Həmin işdə Rauf Bafadarov xarab olan mallara görə İddiaçı 2000 manat borcu olduğunu qeyd etmişdir. Lakin hazırki işdə, o cmlədən Cavabdeh təqdim etdiyi üzləşmə sənədlərində də sonuncunun İddiaçı hər hansı bir borcunun olduğu təsdiq olunmur. Bundan başqa, hüququn bütün prinsipləri, o cümlədən hüququ müəyyənlik prinsipi həqiqətən müəyyən edilməsi yolu ədalətin bərqarər olmasını istisna etmir, əksinə buna bir zəmin yaradır. Çünki, hüququn ali məqsədi ədaləti təmin etməkdir. Əgər məhkəmə aktında ədalətin təmin olunması hiss olunmursa, demək hüququn ali məqsədi də təmin olunmur. Hazırki işdə tərəflər arasında olan kredit müqaviləsinin yalan, əhəmiyyətsiz, puç əqd olduğunu açıq-aşkar görə-görə, eləcə də tərəflər arasında olmuş həqiqi münasibətlər üzrə də Cavabdeh İddiaçı hansısa bir məbləğdə borcu olduğu və ya sonuncuya hansısa formada zərər vurmasının təsdiq olunmadığını bilə-bilə bu müqaviləni etibarlı hesab edib İddiaçı iddiasını təmin etmək mümkün ola bilərmi, əlbətdə ki, olmaz. Çünki, bu cür məhkəmə aktı mülki dövriyyə iştirakçıları arasında haqlı narazılıq yaratmaqla məhkəmə hakimiyyətinin nüfuzuna da xələl gətirə bilər. Mülki Prosessual Məcəlləsinin 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1., 385.1.1 və 385.1.4-cü maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7312/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı iddiası təmin edilməməli, Cavabdeh isə iddası qismən təmin edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7312/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və ləğv edilməsi tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında olan xx.xx.2018-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5468/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5468/2020
07.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver