Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5468/2022 29.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(004)- 100/2021 saylı qətnaməsindən ilk iddia üzrə İddiaçı1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və qeyriləri Cavabdeh-yə qarşı (üçüncü şəxs "xxxx" MTK cəlb olunmaqla) iddia ərizəsi məhkəməyə müraciət edərək, “Cavabdeh-nin qanunsuz zəbt edilmiş (Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 37 ilə Mətbuat prospekti 3141 məhəllə arasında olan məsafəyə aid) binaların sakinlərinə məxsus torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Həmçinin, Cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 Hüseẏn qızına, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, Maknir Sərifova, İddiaçı9 və "xxxx" MTK-ya qarşı “mülkiyyət hüquqlarının müdafiəsi, qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpağın mülkiyyətçiyə qaytarılması tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinin zəbt olunmuş hissəsindən çıxarılması, zəbt olunmuş torpaq sahəsinin üzərində inşa edilmiş tikililər cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(004)- 100/2021 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən ilk iddia üzrə İddiaçı1 və Cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmişdir. Hazırda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli məktubla müraciət edərək, məhkəmənin 29 iyun 2022-ci il tarixli, 2(004)-100/2021 saylı qərardadından Cavabdeh tərəfindən şikayət verildiyini qeyd edərək mülki işin Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş apellyasiya baxışından çıxarılmalı və prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.6-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh-yə qarşı (üçüncü şəxs "xxxx" MTK cəlb olunmaqla) “cavabdehin qanunsuz zəbt edilmiş binaların sakinlərinə məxsus torpaq sahəsindən çıxarılması” tələbi ilə bağlı mülki iş apellyasiya baxışından çıxarılsın və həmin iş üzrə prosessual qanunvericiliyin tələblərinə əməl edilməsi üçün mülki işin materialları Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə icraata qəbul barədə 20 iyul 2022-ci il tarixli qərardadı ləğv edilsin. Qərardaddan şikayət verilə bilməz
Məhkəmə qərarları › İş №2(103)-5468/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5468/2022
29.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver