Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5470/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-7302/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 1.014,40 manat məbləğində dəymiş ziyan məbləğinin və 30 manat dövlət rüsumunun, ümumilikdə 1.044,40 manat pulun məcburi qaydada tutularaq, İddiaçınə (ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ72İBAZ******************** bank hesabına) ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-7302/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X1 təbii qazdan qeyri-qanuni istifadəyə görə 394,20 (üç yüz doxsan dörd manat, iyirmi qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq, İddiaçınə (ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN; AZ72İBAZ******************** bank hesabına) ödənilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 403,20 manat, xx.xx.2019- cu il tarixli, ******* saylı akt əsasında 658,80 manat, cəmi 1062 manat İddiaçınə ziyan dəymişdir, itirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 1062 manat məbləğində dəymiş ziyan hesablanmışdır İşə baxılması vaxtı və yeri haqqında İddiaçınə və cavabdehə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçı isə səbəbini göstərmədən nümayəndəsinin iştirakını təmin etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçı cavabdehin ünvan 1 1860 ünvanda yerləşən fərdi yaşayış evinə çəkilmiş qaz xəttinə cavabdeh tərəfindən özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni istifadə edildiyini və cavabdehin bu təqsirli və hüquqa zidd əməli (hərəkətləri) nəticəsində ona real zərərvurulduğunu iddia edir. Cavabdeh iddianı qəbul etmir və cəmi 1 saat ərzində təbii qazdan qanunsuz olaraq istifadə etdiyini bildirir. Hər bir halda, cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma halına yol verilmiş və nəticədə təbii qazdan sayğacdan kənar istifadə edilmişdir. Cavabdehin qanunsuz olaraq təbii qazdan cəmi bir saat istifadə etməsi də inandırıcı deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, caabdeh tərəfindən təbii qazdan qanunsuz olaraq bir saat deyil, xeyli müddət istifadə edilmişdir və bunun nəticəsində iddiaçıya vurulmuş real zərər onun tərəfindən ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin mübahisələndirdiyi hissədə ləğv edilməsi və iddianın həmin hissədə təmin edilməsi üçün əsas deyildir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, yəni dizpozisiya əlamətləri ilə uzlaşsa da iddianın qismən təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi düzgün olmuşdur. Əvvəla, işdən görünür ki, iddiaçı qaz xəttinə sayğacdan kənar qoşulduğuna görə cavabdeh məsuliyyət daşıdığından ondan zərərin əvəzinə görə pul tələb edir. Maddi zərər vurulması üçün cavabdeh iddiaçıya qarşı təqsirli olaraq mülki hüquq pozuntusu törətməli və iddiaçı bundan zərər çəkməli, həmçinin təqsirli şəxsin hərəkəti yaxud hərəkətsizliyi ilə vurulan zərərin arasında səbəbli əlaqə olmalıdır. Hazırki, iş üzrə cavabdehin təqsirli hərəkəti yaxud hərəkətsizliyi ilə məsuliyyəti yaranmış və bununla əlaqədar iddiaçıya vurulmuş zərərin əvəzi ödənilməlidir. İddiaçı bu zərəri xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 403,20 manat, xx.xx.2019- cu il tarixli, ******* saylı akt əsasında 658,80 manat, cəmi 1062 manat qiymətləndirmişdir. Cavabdehlə bununla razılaşmayaraq ümumiyyətlə iddiaçıya zərər vurmadığını bildirir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin iddiaçıya maddi zərər vurması təsdiq olunsa da, zərərin məbləği barədə iddiaçının hesabladığı məbləğ mötəbər hesab edilə bilməz. Əvvəla, zərərin bu məbləğdə olmasına dair mötəbər sübut təqdim edilməmişdir. İkincisi, zərərin bu cür hesablama qaydası qanunvericiliyə uyğun olsa da iddiaçıya qeyd olunan məbləğdə zərər vurması inandırıcı və ağlabatan deyildir. Ona görə də, cavabdeh törətdiyi mülki hüquq pozuntusu həcmində mülki hüquqi məsuliyyətə cəlb edilməlidir. Əks yanaşma cavabdehin qaz istehlakçısı olaraq hüquqlarının pozulması ilə nətiəcələnər, yəni törətdiyi mülki hüquq pozuntusundan artıq həcmdə məsuliyyətə cəlb edilməsi hüquqa uyğun sayıla bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 7302/2020 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5470/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5470/2020
05.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver