Məhkəmə qərarları › İş №2(103)-5471/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5471/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5471/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Cəfərov Namiq Şamil oğlu (sədrlik edən), Sarıyev Xəyal Əjdər oğlu və Mehdiyev Emin Əlixan oğlundan ibarət tərkibdə, Qasımova Nərgiz Emin qızının katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 Əhmədovnaya, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılması barədə iddiasına dair mülki iş üzrə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxılır. Sədrlik edən məhkəmə iclasını saat 10:05-də açır və baxılacaq işi elan edir. Sədrlik edən bildirir ki, daha əvvəl qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1334/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmişdir və bununla əlaqədar olaraq mülki işin baxılması üçün AR Ali Məhkəməsinə göndərilməsi zərurəti yaranmışdır. Məhkəmə yerində müşavirə edərək qərara alır: Mülki iş apellyasiya baxışından çıxarılsın və Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1334/2022 saylı, 19 yanvar 2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətinə baxılması üçün AR Ali Məhkəməsinə göndərilsin. Məhkəmə iclası saat 10:10-da bağlı elan edilir. Məhkəmə iclasının protokolu 21 iyul 2022-ci il tarixində tərtib olunmuşdur. Sədrlik edən: Namiq Cəfərov Məhkəmə iclasının katibi: Nərgiz Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar