Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5476/2025 26.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Guseinov Nasraddinin Cavabdehnə qarşı mülki iş üzrə (açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı Guseinov Nasraddinin nümayəndəsi (vəkili) Nümayəndə1, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Guseinov Nasraddinin Cavabdehnə qarşı “dəymiş ziyanın aradan qaldırılmasına sərf edilən vəsaitin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2782/2025 nömrəli qətnaməsindən iddiaçı Guseinov Nasraddin tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı X5 Dairəsi mağazasına məxsus cədvəldən görünür ki, KH **********0000008-419730 seriyalı-Yupiter YP-450(23-55) məhsulu, Soba Gorenje BOS6737SYB, KH**********0000008-419728 seriyalı-Yupiter YP-450(23-55) məhsulu, Soyuducu LG GR-X267CQES, 0CTP3LDRA00171 seriyalı – Samsung QE43Q60AAUXRU məhsulu, 0CTP3LDR900126 seriyalı – Samsung QE43Q60AAUXRU məhsulu, 302MAAKDMV64 seriyalı – LG OLED48C26LA məhsulu, KH**********0000008-419729 seriyalı-Yupiter YP-450(23-55) məhsulu, Qabyuyan Electrolux EMG48200L və Yupiter YP-555 (32- 70/40KG) məhsullarının ümumi dəyəri 14.366,84 manat müəyyən dilmişdir. X5 Dairəsi mağazasına məxsus YK-1***-******* nömrəli Təhvil-Təslim aktından görünür ki, KH**********0000008 - 419730 seriyalı - Yupiter YP - 450(23-55) məhsulu, Soba Gorenje BOS6737SYB, KH**********0000008-419728 seriyalı - Yupiter YP - 450(23-55) məhsulu, Soyuducu LG GR-X267CQES, 0CTP3LDRA00171 seriyalı – Samsung QE43Q60AAUXRU məhsulu, 0CTP3LDR900126 seriyalı – Samsung QE43Q60AAUXRU məhsulu, 302 MAAKDMV64 seriyalı – LG OLED48C26LA məhsulu, KH **********0000008 - 419729 seriyalı - Yupiter YP-450(23-55) məhsulu, Qabyuyan Electrolux EMG48200L və Yupiter YP-555 (32-70/40KG) məhsulu xx.xx.2023cü il tarixdə müştəri X1 qohumu Samir İdris qeyd edilən malları tam qüsursuz şəkildə qəbul etmiş və heç bir iradı olmamışdır. Bütün məhsullar açılmadan qəbul edilmişdir. X3 MMC-nin xx.xx.2025-ci il tarixli, 139 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, Yaşıl ada, 1-ci Yaşıl Ada küçəsində yerləşən, "xxxx" MTK-ya məxsus olan 7 mərtəbəli, 10 girişli yaşayış binasının 7-ci giriş, 2-ci mərtəbəsindəki 85 nömrəli mənzildə su sızmanın səbəbini müəyyənləşdirmək üçün mətbəx mebelinin daxilində baxış keçirərkən su sızmanın moydarının atında yerləşən su xəttinin qabyuyan avadanlıq su borusuna bağlandığı yerdə yivli hissədə olduğu müəyyən edilmişdir. Belə ki, boru su xətinə yivli hissədən düzgün bağlanmadığından borunun bağlandığı yerdən vintili açarkən (qabyuyan maşınını su ilə təmin edərkən) suyun birbaşa qabyuyan maşına deyil, borunun birləşdiyi yerdən axaraq döşəməyə sızması müəyyən edildi. Nəticədə axmış su döşəmənin altından keçərək otağın orta hissəsinə qədər gəlib çatmış, döşəmənin bir hissəsi su sızmadan qopmuş, qabarmış, deformasiyaya uğramış, nahamarlığını itirmiş, döşəmə yararsız vəziyyətə düşmüşdür. Mənzildə su sızmasına səbəb qabyuyan avadanlığına gələn su xəttinə birləşən yivli bağlayıcının düzgün bağlanmamasıdır. Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, Yaşıl ada, 1-ci Yaşıl Ada küçəsində yerləşən, "xxxx" MTKya məxsus olan 7 mərtəbəli, 10 girişli yaşayış binasının 7-ci giriş, 2-ci mərtəbəsindəki 85 nömrəli mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına sərf edilən vəsaitin məbləği –7,493.40 manat müəyyən edilmişdir. "xxxx" ASC-nə məxsus xx.xx.2024-cü il tarixli, 2603 nömrəli qəbzdən görünür ki, Nasraddin Guseinov Bakı şəhəri 6 saylı Vəkil Bürosunun hesabına 1000 manat məbləğində ödəniş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Guseinov Nasraddin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, Yaşıl ada, 1-ci Yaşıl Ada küçəsində yerləşən, "xxxx" MTKya məxsus olan 7 mərtəbəli, 10 girişli yaşayış binasının 7-ci giriş, 2-ci mərtəbəsindəki 85 nömrəli mənzildə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına sərf edilən vəsaitin məbləği olan 7493.40 manatın və hüquqi yardım üçün ödənilmiş 1.000 manatın Cavabdehndən tutularaq Guseinov Nasraddinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Guseinov Nasraddin tərəfindən dəyəri ödənilməklə Cavabdeh MMC-dən müxtəlif elektronik avadanlıqlar alınmışdır. Həmin avadanlıqlar Cavabdeh MMC-nin əməkdaşları tərəfindən Guseinov Nasraddinin faktiki sahibliyində olan Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, Yaşıl ada, 1-ci Yaşıl Ada küçəsində yerləşən, "xxxx" MTK-ya məxsus olan 7 mərtəbəli, 10 girişli yaşayış binasının 7-ci giriş, 2ci mərtəbəsindəki 85 nömrəli mənzildə yerləşdirilmişdir. Bir müddət sonra mənzildə su sızmasına aid olan problemlər yaranmışdır. Mənzildə su sızmasının səbəbini müəyyənləşdirmək məqsədi ilə mənzilə X3 MMC-dən mütəxəssis dəvət olunmuşdur. Məlum olmuşdur ki, su sızmasının səbəbi moydadırın altında yerləşən su xəttinin qabyuyan avadanlığın su borusuna bağlandığı yerdir. Belə ki, boru su xəttinin yivli hissədən düzgün bağlanmadığından borunun bağlandığı yerdən vintili açarkən (qabyuyan maşını su ilə təmin edərkən) suyun birbaşa qabyuyan maşına deyil, borunun birləşdiyi yerdən axaraq döşəməyə sızması müəyyən edilmişdir. X4 MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, Yaşıl ada, 1-ci Yaşıl Ada küçəsində yerləşən, "xxxx" MTK-ya məxsus olan 7 mərtəbəli, 10 girişli yaşayış binasının 7-ci giriş, 2-ci mərtəbəsindəki 85 nömrəli mənzildə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına sərf edilən vəsaitin məbləği 7493.40 manat təşkil edir. Bununla bağlı bir neçə dəfə şifahi qaydada Cavabdeh MMC-nə müraciət olunsa da, onlar dəymiş zərərin aradan qaldırlması üçün hər hansı tədbir görməmişdir. Bununla bağlı, cavabdeh şirkətə və eyni zamanda Antiihisar və İstehlak Bazarına nəzarət Dövlət Ximətinə müraciət olunsa da, sonuncu qurumdan iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Cavabdeh MMC-nin nümayəndəsi etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının iddia etdiyi qabyuyan məhsulu Cavabdeh MMC tərəfindən quraşdırılmamışdır. İddiaçı tərəf sözlə quraşdırılmanın onlar tərəfindən həyata keçirildiyini iddia etsə də, bununla bağlı sübut təqdim edə bilməmişdir. İş materiallarında təhvil-təslim aktı mövcuddur. Qeyd olunanlara əsasən, iddia tələbini qəbul etmirlər və iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə1 iddia tələbini müdafiə edərək bildirdi ki, ev üçün alınmış əşya "xxxx" MMC-nin əməkdaşları tərəfindən quraşdırılmışdır. Onun səhv quraşdırılması nəticəsində iddiaçıya 7.493 manat məbləğində ziyan dəymişdir. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ev üçün alınmış qabyuyan maşının quraşdırılmasına nəzarət edilməsini ev sahibi olan Nasraddin Guseynov ona tapşırmışdır. Cavabdeh MMC-nin ev ustaları gəlib quraşdırıb ona təhvil verib getmişlər. Səhəri gün Nasraddin Guseinov ona zəng etmişdir ki, qabyuyan maşın səhv quraşdırıldığından, evi su basıb. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2782/2025 nömrəli qətnaməsi ilə iddiaçı Guseinov Nasraddinin Cavabdehnə qarşı “dəymiş ziyanın aradan qaldırılmasına sərf edilən vəsaitin tutulması” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı cavabdeh təşkilatın öz üzərinə yalnız iddiaçı tərəfindən alınmış malların cavabdehə çatdırılması öhdəliyini götürməsi müəyyən edilmiş və həmin öhdəlik icra edərək xx.xx.2023-cü il tarixdə X5 Dairəsi mağazasına məxsus YK-1***-******* nömrəli Təhvil- Təslim aktına əsasən KH**********0000008-419730 seriyalı-Yupiter YP-450(23-55) məhsulu, Soba Gorenje BOS6737SYB, KH **********0000008-419728 seriyalı-Yupiter YP- 450 (23-55) məhsulu, Soyuducu LG GR-X267CQES, 0CTP3LDRA00171 seriyalı – Samsung QE43Q60AAUXRU məhsulu, 0CTP3LDR900126 seriyalı – Samsung QE43Q60AAUXRU məhsulu, 302MAAKDMV64 seriyalı – LG OLED48C26LA məhsulu, KH**********0000008-419729 seriyalı - Yupiter YP-450(23-55) məhsulu, Qabyuyan Electrolux EMG 48200L və Yupiter YP-555 (32-70/40KG) məhsulu müştəri (iddiaçı) X1 qohumu Samir İdrisə təhvil verilmiş və o, qeyd edilən malları tam qüsursuz şəkildə qəbul etmiş və heç bir iradı olmamışdır. Bundan başqa cavabdeh təşkilatın iddiaçı qarşısında alınmış malların qeyd edilən mənzildə quraşdırılması kimi öhdəliyi də müəyyən edilməmişdir. Hazırda isə iddiaçı tərəfindən məhkəməyə, mənzilə dəymiş ziyanın həcmi ilə bağlı (mütəxəssis rəyi) sübut təqdim edilsə də, həmin ziyanın məhz cavabdeh tərəfindən vurulmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbinin hüquqi yardım üçün ödənilmiş 1000 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddia tələbi rədd edildiyindən, həmin hissədə də, təmin edilə bilməz. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2782/2025 nömrəli qətnaməsindən iddiaçı Guseinov Nasraddin apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiṣ etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Guseinov Nasraddin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, Yaşıl Ada, 1ci Yaşıl Ada küçəsində yerləşən, "xxxx" MTK-ya məxsus olan 7 mərtəbəli, 10 girişli yaşayış binasının 7-ci giriş, 2-ci mərtəbəsindəki 85 nömrəli mənzildə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına sərf edilən vəsaitin məbləği olan 7.493,40 manatın və hüquqi yardım üçün ödənilmiş 1.000 manatın Cavabdehndən tutularaq Guseinov Nasraddinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Guseinov Nasraddin tərəfindən dəyəri ödənilməklə Cavabdeh MMC-dən müxtəlif elektronik avadanlıq alınmışdır. Həmin avadanlıqlar Cavabdeh MMC-nin əməkdaşları tərəfində Guseinov Nasraddinin faktiki sahibliyində olan Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, Yaşıl Ada, 1-ci Yaşıl Ada küçəsində yerləşən, "xxxx" MTK-ya məxsus olan 7 mərtəbəli, 10 girişli yaşayış binasının 7-ci giriş, 2ci mərtəbəsindəki 85 nömrəli mənzildə yerləşdirilmişdir. Bir müddət sonra mənzildə su sızmasına aid olan problemlər yaranmışdır. Mənzildə su sızmasının səbəbini müəyyənləşdirmək məqsədi ilə mənzilə X4 MMC-dən mütəxəssis dəvət olunmuşdur. Məlum olmuşdur ki, su sızmasının səbəbi moydadırın altında yerləşən su xəttinin qabyuyan avadanlığın su borusuna bağlandığı yerdir. Belə ki, boru su xəttinin yivli hissədən düzgün bağlanmadığından borunun bağlandığı yerdən vintili açarkən (qabyuyan maşını su ilə təmin edərkən) suyun birbaşa qabyuyan maşına deyil, borunun birləşdiyi yerdən axaraq döşəməyə sızması müəyyən edilmişdir. X4 MMC tərəfindən tərtib edilmiş qiymətləndirmə rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhər Xətai rayonu, Ağ Şəhər, Yaşıl Ada, 1-ci Yaşıl Ada küçəsində yerləşən, "xxxx" MTK-ya məxsus olan 7 mərtəbəli, 10 girişli yaşayış binasının 7-ci giriş, 2-ci mərtəbəsindəki 85 nömrəli mənzildə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına sərf edilən vəsaitin məbləği 7.493,40 manat təşkil edir. Bununla bağlı bir neçə dəfə şifahi qaydada Cavabdeh MMC-yə müraciət olunsa da, onlar dəymiş zərərin aradan qaldırlması üçün hər hansı tədbir görməmişdir. Bununla bağlı, cavabdeh şirkətə və eyni zamanda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət olunsa da, sonuncu qurumdan iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. Cavabdeh “ABC-Telecom" MMC-nin nümayəndəsi etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçının iddia etdiyi qabyuyan məhz Cavabdeh MMC tərəfindən quraşdırılmamışdır. İddiaçı tərəf sözlə quraşdırılmanın onlar tərəfindən həyata keçirildiyini iddia etsə də, bununla bağlı sübut təqdim edə bilməmişdir. İş materiallarında təhvil-təslim aktı mövcuddur. Qeyd olunanlara əsasən, iddia tələbini qəbul etmirlər və iddianın rədd edilməsini xahiş edirlər. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2782/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İş materiallarında olan sübutlar bunlardır: X5 Dairəsi mağazasına məxsus cədvəldən görünür ki, KH**********0000008 - 419730 seriyalı - Yupiter YP - 450(23-55) məhsulu, Soba Gorenje BOS6737SYB, KH**********0000008 - 419728 seriyalı - Yupiter YP-450(23-55) məhsulu, Soyuducu LG GR - X267CQES, 0CTP3LDRA00171 seriy Samsung QE43Q60AAUXRU məhsulu, 0CTP3LDR900126 seriyalı – Samsung QE43Q60AAUXRU məhsulu, 302MAAKDMV64 seriyalı – OLED48C26LA məhsulu, KH **********0000008 - 419729 seriyalı - Yupiter YP - 450(23-55) məhsulu, Qabyuyan Electrolux EMG48200L və Yupiter YP-555 (3 70/40KG) məhsullarının ümumi dəyəri 14366,84 manat müəyyən edilmişdir. X5 Dairəsi mağazasına məxsus YK- 1***-******* nömrəli Təhvil-Təslim aktından görünür ki, KH**********0000008 -41973 seriyalı - Yupiter YP450(23-55) məhsulu, Soba Gorenje BOS6737SYB, KH**********0000008 - 419728 seriyalı - Yupiter YP-450(23-55) məhsulu, Soyuducu L GR-X267CQES 0CTP3LDRA00171 seriyalı – Samsung QE43Q60 AAUXRU məhsulu, 0CTP3LDR900126 seriyalı – Samsung QE43Q60AAUXRU m 302MAAKDMV64 seriyalı – LG OLED48C26LA məhsulu, KH**********0000008 - 419729 seriyalı - Yupiter YP-450(23-55) məhsulu, Qabyuyan Electro EMG48200L və Yupiter YP-555 (32-70/40KG) məhsulu xx.xx.2023-cü il tarixdə müştəri X1 qohumu Samir İdris qeyd edilən malları tam qüsursuz şəkildə qəbul etmiş və heç bir iradı olmamışdır. (Qeyd edir ki, iddiaçının belə qohumları yoxdur ümumiyyətlə həmin şəxslərin şəxsiyyətləri məlum deyil və bu sübut mötəbər deyil). “X3” MMC-nin xx.xx.2025-ci il tarixli, 139 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, Yaşıl Ada, 1-ci Yaşıl Ada küçəsində yerləşən, "xxxx" MTKya məxsus olan 7 mərtəbəli, 10 girişli yaşayış binasının 7-ci giriş, 2-ci mərtəbəsindəki 85 nömrəli mənzildə su sızmanın səbəbini müəyyənləşdirmək üçün mətbəx mebelinin daxilində baxış keçirərkən su sızmanın moydarının atında yerləşən su xəttinin qabyuyan avadanlıq su borusuna bağlandığı yerdə yivli hissədə olduğu müəyyən edilmişdir. Belə ki, boru su xətinə yivli hissədən düzgün bağlanmadığından borunun bağlandığı yerdən vintili açarkən (qabyuyan maşınını su ilə təmin edərkən) suyun birbaşa qabyuyan maşına deyil, borunun birləşdiyi yerdən axaraq döşəməyə sızması müəyyən edilmṣdir. Nəticədə axmış su döşəmənin altından keçərək otağın orta hissəsinə qədər gəlib çatmış, döşəmənin bir hissəsi su sızmadan qopmuş, qabarmış, deformasiyaya uğramış, nahamarlığını itirmiş, döşəmə yararsız vəziyyətə düşmüşdür. Mənzildə su sızmasına səbəb qabyuyan avadanlığına gələn su xəttinə birləşən yivli bağlayıcının düzgün bağlanmamasıdır. Bakı şəhəri, Xətai rayonu, Ağ Şəhər, Yaşıl Ada, 1-ci Yaşıl Ada küçəsində yerləşən, "xxxx" MTKya məxsus olan 7 mərtəbəli, 10 girişli yaşayış binasının 7-ci giriş, 2-ci mərtəbəsindəki 85 nömrəli mənzilə su sızması nəticəsində dəymiş ziyanın aradan qaldırılmasına sərf edilən vəsaitin məbləği – 7.493,40 manat müəyyən edilmişdir. "xxxx" ASC-yə məxsus xx.xx.2024-cü il tarixli, 2603 nömrəli qəbzdən görünür ki, Nasraddin Guseinov Bakı şəhəri 6 saylı Vəkil Bürosunu hesabına 1000 manat məbləğində ödəniş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ev üçün alınmış qabyuyan maşını quraşdırılmasına nəzarət edilməsini ev sahibi olan Nasraddin Guseynov ona tapşırmışdır. Cavabdeh MMC-nin ev ustaları gəlib quraşdırıb ona təhvil verib getmişlər. Səhəri gün Nasraddin Guseinov ona zəng etmişdir ki, qabyuyan maşın səhv quraşdırıldığından, evi su basıb. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Qeyd olunan maddi hüquq norması həmçinin ona yönəlmişdir ki, iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməsin, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmaqla, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etsin və yalnız bundan sonra müvafiq qərar qəbul etsin. İddiaçının Samir və İdris adlı qohumlarının olması, onların məhsullar təhvil verilərkən evdə olmaları ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Xüsusilə vuğulayır ki, həmin qəbzlərdə məhsulların ümumiyyələ açılmadığı qeyd olunur və açılmamış məhsulda qüsurun olub-olmadığını müəyyən etmək mümkün deyil. Həmçinin onu da qeyd edir ki, məhkəmə iclasında iddiaçı tərəfindən şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ev üçün alınmış qabyuyan maşının quraşdırılmasına nəzarət edilməsini ev sahibi olan Nasraddin Guseinov ona tapşırmışdır. Cavabdeh MMC-nin ev ustaları gəlib quraşdırıb ona təhvil verib getmişlər. Səhəri gün Nasraddin Guseinov ona zəng etmişdir ki, qabyuyan maşın səhv quraşdırıldığından, evi su basıb. Ona görə də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2782/2025 saylı iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı Guseinov Nasraddinin nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib əlavə olaraq izahatında göstərmişdir ki, cavabdeh iddia edir ki, guya məhsullar Samir və İdris adlı şəxslərə təhvil verilib. İddiçanın Samir və İdris adlı qohumları yoxdur, cavabdeh məhsulları təhvil alan qrafasındakı imzanın kimə məxsus olması, təhvil alanların iddiaçı ilə qohumluq əlaqələrinin olub-olmaması barədə məhkəməyə hər hansı bir sübut təqdim edə bilməyib. Əksinə məhkəmədə şahid kimi dindirilmiş evdə təmir aparan usta Şahid ifadəsində bildirib ki, məhsullar təhvil veriləndə orada olub, cavabdeh tərəfindən məhsullar gətirilib və quraşdırılıb. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti ilə razılaşmayaraq izahatında göstərmişdir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının aldığı əşyalara görə quraşdırma xidməti icra edilməyib, quraşdırma xidmətinin göstərilməsi barədə razılaşma olduğu halda bu barədə fakturada qeyd olunur və bu xidmətin göstərilməsi üçün əlavə xidmət haqqı ödənilir. İddiaçıda nə quraşdırma talonu var, nə də quraşdırma xidmətin göstərilməsi fakturada qeyd olunub. İddiaçı 1-2 saat sonra quraşdırma xidmətinin gəldiyini bildirsə də, hansı ustanın quraşdırma üçün zəng etdiyini, hansı ustanın quraşdırma xidmətini göstərməsini bilmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı işdə iddia təmin edilmədiyindən, iddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçı cavabdehin göstərdiyi xidmət nəticəsində ona ziyan vurulmasını iddia etsə də, iddia tələbində istinad etdiyi halları, yəni cavabdehdən aldığı məişət avadanlığının onun mənzilində quraşdırılmasına dair cavabdehlə razılaşmasının olması, cavabdehin hansı əməkdaşı tərəfindən həmin avadanlığın onun mənzilində quraşdırılması barədə sübutunu məhkəməyə təqdim edə bilməmiş, bununla da iddia tələbində istinad etdiyi halları ilkin olaraq özü tərəfindən sübut etmək vəzifəsini icra etməmişdir. İddiaçının vəsatəti əsasında dindirilən, hər hansı bir dəqiq məlumatı özündə əks etdirməyən, şahidin ifadəsi isə iddia ərizəsində qeyd olunan halların sübuta yetirilməsi qənaətinə gəlinməsi üçün yetərli sübut ola bilməz. Belə ki, şahid qabyuyan maşının iddiaçıya məxsus mənzildə kimlər tərəfindən quraşdırılmasını, hansı əsasla həmin şəxslərin cavabdehin əməkdaşları olması qənaətində olmasını ifadəsində göstərməmişdir. Mülki işdə olan sübutlardan isə müəyyən olunur ki, təhvil-təslim aktına əsasən iddiaçının mənzilində qəbul edilən məhsullar açılmadan qəbul edilmiş, cavabdehin iddiaçıya təhvil verdiyi qabyuyan maşını mənzildə quraşdırmaq öhdəliyi olmamışdır. Kollegiya edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Daha sonra hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Hazırkı işdə iddiaçı ona vurulan zərərin əvəzinin ödənilməsi tələbini deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəldiyini iddia edir. Kollegiya qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqa zidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqa zidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Beləliklə, məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər. Hazırkı işdə isə cavabdehin iddiaçıya münasibətdə mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola biləcək mülki qanunvericiliyin normalarını pozan əməl törətməsi öz təsdiqini tapmadığından birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi barədə gəldiyi nəticə əsaslı və qanunidir. Beləliklə də, Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda istinad olunan tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün təqdim olunmuş sübutları tam, hərtərəfli araşdıraraq iddia tələblərini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də iddiaçı tərəfindən mübahisələndirilən məhkəmə aktı şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: İddiaçı Guseinov Nasraddin tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(001)-2782/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5476/2025
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5476/2025
26.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver