Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5478/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və X3 Cavabdeh ASCyə qarşı “müqavilənin etibarsız hesab edilməsi, borcun silinməsi, mənzilin girovdan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə X2 adına bağlanılmış ipoteka kredit müqavilələrinin və digər iddiaçıların adına olan zaminlik müqavilələri fonunda rəsmiləşdirilmiş yuxarıda sadaladığı xx.xx.2013-cü il H220KK13-H06713 hesab nömrəli müqavilə, xx.xx.2015-ci il tarixində H099KK15-H06713 hesab nömrəli müqavilə və xx.xx.2016-cı il tarixində H03GKR16-H06713 hesab nömrəli müqavilə etibarsız hesab edilməsinə, ipoteka, kredit və zaminlik müqavilələri üzrə iddiaçıların adına şişirdilərək yazılmış əsas, faiz və dəbbə pulu məbləğlərinin tamamilə silinməsinə dair, girov predmeti olan İddiaçı2 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, 7 nömrəli evin, 34 nömrəli mənzilin İddiaçı1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaylası, 5 nömrəli fərdi yaşayış evin və 0,01479 ha torpaq sahəsinin, İddiaçı4 məxsus Bakı şəhəri, Suraxanı rayonu, «D» yaşayış sahəsi, 21 nömrəli evin, 107 nömrəli mənzilin girovdan azad edilməsinə dair qətnamə qəbul edilməsini, həmçinin Cavabdeh ASCnin rəhbərliyi və əməkdaşlarının iddia ərizəsində qeyd etdiyi qanunsuz əməliyyatları aparmaqla kredit adı ilə qanunsuz yollarla pullar mənimsəmələrinə görə prokurorluğa təqdimat verilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(005)- 1219/2023 nömrəli qərardadı ilə iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və X2 Cavabdeh ASC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi, borcun silinməsi, mənzilin girovdan azad edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-1219/2023 nömrəli mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə şikayət verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(005)-1219/2023 nömrəli qərardadının ləğv edilməsini və mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən baxılmasının davam etdirilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2023 nömrəli, 18 may 2023-cü il tarixli apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürüldüyünə görə şikayət geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət vermiş, şikayət belə əsaslandırılmışdır ki, X3 şikayət verilən xx.xx.2023-cü il tarixli qərardadı rəsmi qaydada poçt vasitəsi ilə xx.xx.2023cü il tarixində almışdır. Bu səbəbdən X3 qərardaddan şikayət vermə müddətini ötürməmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından məlum olur ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1219/2023 nömrəli, 18 may 2023-cü il tarixli qərardadı iddiaçının nümayəndəsi və vəkilinin elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Lakin, onun tərəfindən şikayət məhkəməyə elektron kabinet vasitəsi ilə xx.xx.2023-cü il tarixdə verilmişdir. Göründüyü kimi, iddiaçının nümayəndəsi və vəkili tərəfindən qərardaddan apellyasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş 10 günlük müddət ötürülmüşdür. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətində cavabdeh X1 xx.xx.2023-cü il tarixli qərardadı rəsmi qaydada poçt vasitəsi ilə xx.xx.2023-cü il tarixində əldə etdiyini və buna görə də qərardaddan apellyasiya şikayəti vermək üçün prosessual müddətin ötürülmədiyini bildirir. Məhkəmə kollegiyası şikayətin dəlilinə əsasən rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, hazırkı iş üzrə qərardad iddiaçının nümayəndəsi və vəkili Vəkil “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış şəxsi elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Həmçinin qərardaddan verilmiş apellyasiya şikayəti də məhz iddiaçının nümayəndəsi və vəkili Vəkil məxsus elektron kabinet vasitəsilə verilmiş və ona məxsus elektron imza ilə imzalanmışdır. Beləliklə, qərardad iddiaçının nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirildiyi halda, cavabdehin ünvanına göndərilməməsi məhkəmə aktının ona təqdim edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayətini müddətin ötürülməsi əsası ilə geri qaytarmaqda haqlı olmuşdur, şikayət əsassız, qərardad isə qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin 2(005)-1219/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2(103)-5478/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5478/2023
29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver