Məhkəmə qərarları › İş №2(103)-5479/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5479/2025

23.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5479/2025 23.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçının nümayəndəsi X9, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı X18 İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, e-2(011)-239/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış, lakin imzalanmamış, xx.xx.2014cü il tarixli 1357/014 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh qeyriyaşayış sahəsinin alınması məqsədi ilə 120 ay müddətinə, illik 10 faiz ödəmək şərtilə 211.320 (iki yüz on bir min üç yüz iyirmi) manat məbləğində kredit vermişdir. xx.xx.2014-cü il tarixli, 1357/014 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Babək prospekti, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. xx.xx.2015-ci il tarixində daşınmaz əmlaka dair ipotekanın dövlət qeydiyyatı ləğv olunmuşdur. Əmlak ipoteka yüklülüyündən azad olunsa da, X7 həmin tarixdən sonra da davamlı olaraq xx.xx.2021-ci il tarixinədək kredit ödənişlərini həyata keçirmişdir. Hazırda iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsinə əsasən yaranmış borcun ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı X18 İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh qeyri-yaşayış sahəsinin alınması məqsədilə 120 ay müddətinə, illik 10 faiz ödəmək şərtilə 211.320 manat məbləğində kredit vermişdir. Kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən, borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin illik 20%-i məbləğində borc verənə dəbbə pulu ödəməlidir. X18 İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə Cavabdeh **********471 saylı xx.xx.2024-cü il tarixli xəbərdərlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh kredit borcunun qaytarılmasını təmin etməmişdir. xx.xx.2024-cü il tarixinə cavabdehin xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit üzrə cəmi borcu 159304,49 manat təşkil edir. Bundan 101312,67 manat əsas, 32663,65 manat faiz və 25328,17 manat cərimə borcu təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, e-2(011)- 239/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbində "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli 1357/014 nömrəli kredit müqaviləsinə əsaslanaraq, həmin müqavilə üzrə cavabdehdən ödənilməmiş borc olaraq cəmi 159304,49 manat pul vəsaitinin tutulmasını tələb etmişdir. Həmin müqavilənin predmeti qeyri-yaşayış sahəsinin alınması məqsədilə 120 ay müddətinə, illik 10 faiz ödəmək şərtilə 211.320 manat məbləğində kreditin verilməsi olmuşdur. Məhkəməyə təqdim edilmiş həmin kredit müqaviləsinin surətindən cavabdehin imzası mövcud olmamış, müqavilənin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, cavabdeh qeyri-yaşayış sahəsi almaq üçün dostu olan bankın vəzifəli şəxsinə müraciət etmiş, həmin sahənin alınması üçün ondan pul almış, "xxxx" ASC ilə satıcı X16 və alıcı-ipoteka qoyan Cavabdeh arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanaraq X10 Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında 9-cu mərtəbədə yerləşən ümumi 117.4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsini almış və banka ipotekaya qoymuşdur. Qeyri-yaşayış sahəsinin satış qiyməti 234.800 manat olmuş, həmin məbləğin 23.480 manatı cavabdeh tərəfindən, 211320 manatı isə kredit müqaviləsi bağlanmadan cavabdehə verilmişdir. Nümayəndə vurğulamışdır ki, cavabdeh bankın vəzifəli şəxsi ilə dost olduğu üçün həmin pul vəsaiti ona kredit müqaviləsi imzalanmadan faizsiz verilmiş, kredit müqaviləsini imzalanmasa da ipoteka müqaviləsi bağlanmış, lakin cavabdeh borcu tam qaytarmışdır. Bunun sübutu olaraq borc qaytarılan kimi ipoteka predmeti ipotekadan azad edilmişdir, bununla bağlı olaraq hal-hazırda bank krediti tələb etsə də, ipoteka predmetinə tutmanı tələb etmir. Nümayəndə həmçinin qeyd etmişdir ki, hətta, bankın bildirdiyinə görə cavabdeh tərəfindən 185.356 manat pul vəsaiti ödənilmişdir, cavabdehin faktiki borcu 25.964 manat qalır ki, bu da yenə də müqavilə imzalanmadığına görə əsassız varlanma ilə bağlı iddianın əsasını təşkil edə bilər və bu halda da nəzərə alınsa, sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə olmuşdur bank iddia müddətini ötürmüşdür. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş və həmin qurum tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 19 dekabr 2024-cü il tarixli məktubda bildirilmişdir ki, ünvan 3at ofisi tərəfindən təsdiq edilmiş 15 sentyabr 2014-cü il tarixli 1357/014 nömrəli alqısatqı və ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh adına dövlət reyestrindən çıxarış hazırlanmışdır. Daha sonra "xxxx" ASC-nin 21 noyabr 2014-cü il tarixli müraciəti əsasında qeyd olunan ünvanda yerləşən qeyri-yaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, bankın 01 dekabr 2015-ci il tarixli müraciəti nəzərə alınaraq, qeyd olunan daşınmaz əmlaka dair ipotekanın dövlət qeydiyyatı ləğv olunmuşdur. İş materiallarında olan bank hesabından çıxarışla təsdiq edilir ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə cəmi 185.356 manat pul vəsaiti ödənilmişdir və sonuncu dəfə xx.xx.2021-ci il tarixdə ödəniş edilmişdir. Bu məlumatı iddiaçının nümayəndəsi də təsdiq etmişdir. Beləliklə, təsdiq edilir ki, iddiaçı xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsinin şərtlərinə əsaslanaraq, cavabdehə "xxxx" ASC tərəfindən qeyri-yaşayış sahəsinin alınması məqsədilə 120 ay müddətinə, illik 10 faiz ödəmək şərtilə 211.320 manat məbləğində kredit verildiyinə əsaslansa da, həmin müqavilə cavabdeh tərəfindən imzalanmadığına görə məhkəmə tərəfindən həmin müqavilənin bağlanılmasında cavabdehin iradə ifadəsinin mövcud olması, müqavilənin şərtləri ilə razılaşması müəyyən edilməmişdir. Bununla yanaşı təsdiq edilir ki, tərəflər arasında hər hansı bir kredit müqaviləsi mövcud olmadan, bank fəaliyyətini tənzim edən müvafiq normativlərə, tələblərə, habelə mülki qanunvericiliyin müqavilələrin bağlanması ilə bağlı imperativ tələblərinə riayət edilmədən iddiaçı tərəfindən 211.320 manat pul vəsaiti verildiyi, cavabdeh tərəfindən banka cəmi 185.356 manat pul vəsaiti geri ödənildiyi təsdiq edilir. İddiaçının nümayəndəsi kredit müqaviləsinin imzalanmamasının səbəbi və kredit qaytarılmadan həmin müqavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi üzrə qoyulmuş ipoteka predmeti olan daşınmaz əmlaka dair ipotekanın dövlət qeydiyyatının ləğv olunmasının səbəbi barədə məhkəməyə məlumat verə bilməmişdir. Məhkəmə işin faktiki hallarını qiymətləndirib belə qənaətə gəlmişdir ki, tərəflər arasında kredit müqaviləsinin imzalanması təsdiq edilmədiyindən həmin müqavilə əsasında həmin müqavilənin şərtlərinə uyğun olaraq, cavabdehdən pul vəsaitinin tələb edilməsi əsassızdır. Bununla yanaşı məhkəmə nəzərə almışdır ki, kredit müqaviləsi bağlanmadan cavabdehə iddiaçı tərəfindən 211.320 manat pul vəsaitinin verildiyi, cavabdeh tərəfindən banka cəmi 185.356 manat pul vəsaiti geri ödənildiyi təsdiq edilir. Məhkəmə hesab etmişdir ki, hər hansı hüquqi əsas yaxud müqavilə bağlanmadan həmin pul vəsaiti cavabdehə verildiyindən hazırki iddia tələbinə əsassız varlanma ilə bağlı mülki qanunvericiliyin müddəaları tətbiq olunmalı və nəzərə alaraq ki, cavabdeh tərəfindən sonuncu dəfə ödəniş xx.xx.2021-ci il tarixdə edildiyiyi halda iddia ərizəsi məhkəməyə 25 iyun 2024-cü il tarixdə verilmişdir, iddiaya iddia müddəti tətbiq edilərək, iddia təmin edilməməlidir. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddianın rədd olunma əsası tərəflər arasında kredit müqaviləsinin olmaması, mövcud olan müqavilənin cavabdeh tərəfindən imzalanmaması və əsassız varlanma olmuşdur. Hesab edirlər ki, hazırki iddiaya əsassız varlanmanın müddəaları məhkəmə tərəfindən o zaman tətbiq oluna bilərdi ki, kreditin verilməsi şərtlərini müəyyən etmək mümkün olmasaydı. Bank tərəfindən kredit müqaviləsinin əsli məhkəməyə təqdim olunmasa da 4Ə/1235 saylı notariat işi təsdiq olunmuş qaydada məhkəməyə təqdim olunmuşdur. Həmin notariat işində kredit müqaviləsi (cavabdeh tərəfindən imzalanmamış), ipoteka və alqı-satqı müqaviləsi, ödəniş tapşırıqları və cavabdehin ərizələri mövcuddur. Kredit müqaviləsində X3 imzası olmasa belə, notarial təsdiqli xx.xx.2014-cü il tarixli, 1357/014 saylı alqı-satqı və ipoteka müqaviləsinin 1.4-cü bəndində kreditin verilmə şərtlərini, 1.61-1.6.2 bəndlərində isə kreditin müddətini, faizini müəyyən etmək mümkün olur. xx.xx.2014-cü il tarixli, 1357/014 saylı alqı-satqı və ipoteka müqaviləsinin 1.4-cü bəndində cavabdehə 211.320 (iki yüz on bir min üç yüz iyirmi) manat kreditin verildiyi görünür ki, bu hal köçürmə ilə bağlı ödəniş tapşırığı sənədlərində də təsdiq olunur. Bundan əlavə notariat işində Cavabdeh xx.xx.2014-cü il tarixli notariusa ünvanlanmış ərizəsində alınan əmlakın dəyərinin 211.320 manat hissəsinin "xxxx" ASC-nin verdiyi kredit hesabına olduğu bildirilmişdir. İlk məhkəmə proseslərində kredit müqaviləsinin olmamasına əsaslanan cavabdeh müqavilənin onun tərəfindən imzalanmadığını, heç bir kredit götürmədiyini qeyd etsə də, məhkəmə xəttşünaslıq ekspertizası keçiriləndən sonra (onun imzasının olması təsdiqlənmişdir) həmin məbləği məxaric etdiyini qəbul etmişdir. Hətta 2015-ci ilin dekabr ayından sonrakı ödənişlərin Cavabdeh tərəfindən həyata keçirilmədiyini iddia etsələr də, xx.xx.2021-ci il tarixli son mədaxil orderində də cavabdehin imzasının olması ekspert rəyi ilə təsdiq olunmuşdur. Cavabdehin nümayəndəsi məhkəmə proseslərində dəfələrlə fərqli ifadələr vermişdir. İş üzrə keçirilən məhkəmə xəttşünaslıq ekspertizası da cavabdehin vəsatəti əsasında keçirilmişdir. Çünki ilkin ifadələrində ümumiyyətlə kreditin onun tərəfindən götürüldüyünü inkar etmişdir. xx.xx.2014-cü il tarixli, 1357/014 saylı alqı-satqı və ipoteka müqaviləsinin 1.6.1-1.6.2-ci bəndində kreditin 10% dərəcəsi ilə 120 ay müddətinə verildiyi qeyd olunmuşdur. Həmin müqavilənin 2.6.1-ci maddəsində xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsinə uyğun olaraq verilmiş vəsaitin notariusun depozit hesabına köçürülməsi qeyd olunmuşdur. xx.xx.2014-cü il tarixli, 1357/014 saylı alqı-satqı və ipoteka müqaviləsi Cavabdeh tərəfindən şəxsən imzalanmışdır. Cavabdeh ödənişlər etdiyi hesabdan çıxarışa nəzər yetirilsə, görünür ki, cavabdeh tərəfindən ödənişlər hər ay qrafika uyğun olaraq 3.000 (üç min) manat məbləğində həyata keçirilmişdir. Hətta 2015-ci ilin dekabr ayında ipoteka predmeti olan əmlak yüklülükdən azad olunduqdan sonra da həmin ödənişlər qrafika uyğun olaraq həyata keçirilmişdir. Cavabdeh tərəfindən ödənişlər fiziki olaraq həyata keçirilmişdir və əgər borc həqiqətən də bağlanmış olsaydı, Bank işçisinin texniki olaraq həmin məbləği hesaba qəbul etməyi mümkün deyildir. Hətta cavabdehin iddia etdiyi kimi ipoteka predmeti olan əmlak yüklülükdən borcun bağlanması əsası ilə azad olunsaydı, cavabdeh tərəfindən 2016-cı ildən 2021-ci ilədək davamlı ödənişlər həyata keçirilməzdi. Hesabdan çıxarışdan da görünür ki, ödənişlər qrafika uyğun, bəzi ödənilməyən aylarda isə əvəzi olaraq digər ayda ikiqat ödəniş həyata keçirilmişdir. Halbuki, məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi dəfələrlə 2015-ci ilin dekabr ayında borcu bağladıqlarını, ipotekanın da borcu bağlanması əsası ilə azad olunduğunu vurğulamışdır. Lakin bununla bağlı iddiasını sübut edə bilməmiş, borcun bağlanmasına dair heç bir ödəniş qəbzini, Bankın borcun olmaması ilə bağlı məktubunu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, 2015-ci ilin dekabr ayında bağlanmış borca görə 2021-ci il tarixinədək niyə ödəniş olunması barədə suala qətnamədə cavab verilməmişdir. Belə ki, cavabdeh alqı-satqı və ipoteka müqaviləsinə imza etməklə və kredit üzrə ödənişlər etməklə əqdin bəyənilməsini öz hərəkətləri ilə sübuta yetirmişlər. Baxmayaraq ki, kredit müqaviləsində cavabdehin imzası yoxdur, işdə olan digər alqı-satqı və ipoteka müqaviləsində kreditin verilmə şərtləri aydın ifadə olunmuşdur və həmin müqavilə X7 tərəfindən imzalanmışdır. Eyni həmin müqavilədə göstərilən qaydada ödənişlər həyata keçirilmişdir. İş materiallarında xx.xx.2014-cü il tarixli, 1357/014 saylı alqı-satqı və ipoteka müqaviləsi olduğu halda məhkəmə qətnaməsində müqaviləyə və onun şərtlərinə heç bir istinad etməmişdir. İpotekanın azad olunması ilə bağlı qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlak 2015-ci ilin dekabr ayında Bankın bağlandığı ərəfədə (işlək dövründə) ipoteka yüklülüyündən azad olunmuşdur. Cavabdeh tərəf ipotekanın yüklülükdən azad olunmasını borcun bağlanması kimi dəyərləndirsə də, nəzərə almamışdır ki, ipotekanı yüklülükdən azad etmək Bankın vəzifəsi yox hüququdur. Bankın cavabdehin borc öhdəliyini yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq, belə bir qərar qəbul etmək hüququ vardır. Əgər ipoteka predmeti borcun bağlandığına görə ipoteka yüklülüyündən azad olunsaydı, o zaman ipoteka predmeti yüklülükdən azad olunandan sonra cavabdeh tərəfindən 6 il ərzində davamlı ödənişlər həyata keçirilməzdi. Kredit müqaviləsində cavabdehin imzası olmasa da, iş materiallarında olan digər müqavilə ilə kreditin şərtlərini müəyyən etmək mümkündür. "xxxx" ASC tərəfindən cavabdehə pretenziya qaydasında borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən də görünür ki, cavabdehdən Banka olan borcunun ödənilməsi tələb olunmuşdur. Cavabdeh bildirişi qəbul etsə də, Banka qarşı heç bir iddia ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, cavabdehin borcun məbləğindən xəbəri olsa da, Banka müraciət edərək borc məbləğini mübahisələndirməmişdir. Əgər mübahisəli kredit müqavilələri cavabdehin marağına toxunsaydı o zaman o, həmin müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət edərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına əsasən, susmaq məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. Bu zaman susmaq dedikdə, hərəkətsizlik, etirazın olmaması, predmeti mübahisələndirməmək anlaşılır. Əksinə cavabdeh ilə şifahi danışıqlar əsasında o, hər dəfə söz vermişdir ki borcu ödəyəcək, bunun üçün vaxt istəmişdir. Həmçinin məhkəməyə ünvanlanmış DƏDKR-nın 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-51350/2024 saylı xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışına əsasən yüklülük müddəti 120 ay, əsas öhdəliyin mahiyyəti olaraq 1357/014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə istinad edilmişdir. Cavabdeh buna baxmayaraq əvvəlcə iddia edirdi ki, heç bir kredit götürməyib sonra isə təqdim edilən digər sübutlar qarşısında girovun formal olduğunu iddia etməyə başlamışdır. Məhkəmə qətnamədə bir neçə dəfə iddiaçının nümayəndəsinin ifadəsinə istinad edərək cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixinədək 185.356 (yüz səksən beş min üç yüz əlli altı) manat ödəniş edilməsinə istinad etmişdir. Hətta cavabdehin nümayəndəsinin izahatına uyğun olaraq kreditin məbləği 211.320 manatdan ödənilmiş 185.356 manatı çıxaraq borcun 25.964 manat olmasına qənaətinə gəlinmişdir. Halbuki, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməmişdir. 185.356 (yüz səksən beş min üç yüz əlli altı min) manat ödənişlər cərimə, faiz və əsas borcun ümumi hesablanmasıdır. Ödənilən məbləğlər əsas borcdan deyil Mülki Məcəllənin tələblərinə uyğun olaraq əvvəl cərimə borcu, sonra faiz borcu ən sonda isə əsas borcdan çıxılmışdır. Kredit 120 ay müddətinə, illik 10 faiz ödəmək şərtilə verilmişdir. Cavabdeh tərəfindən ödənişlər gecikmə ilə həyata keçirildiyindən onun tərəfindən ödənilən ödənişlər əvvəl cərimə, sonra faiz, sonda isə əsas borcdan silinmişdir. X7 İddiaçı ASC-nin əməkdaşı olmuşdur. Uzun illər həmin bankda çalımışdır. Hətta, müddətin tətbiqi barədə ərizədə X1 rəhbərliyi ilə olan qarşılıqlı etimadının olduğunu qeyd etmişdir. X1 bağlandığı ilə qədər orda işləmiş, ipoteka əmlakı da həmin ildə yüklülükdən azad olunmuşdur. Bu məqamların mövcudluğu onu düşünməyə əsas verir ki, Bankın bağlanacağı ərəfədə rəhbərliklə “qarşılıqlı etimadı” olduğuna görə X4 məxsus olan əmlak ipoteka yüklülüyündən azad olunmuşdur. Hətta, “qarşılıqlı etimadın” mövcudluğu həmin şəxslərin əlbir olaraq həm əmlakın ipoteka yüklülüyündən azad olunmasına, həm də kredit müqaviləsinin məhv olunmasına əsaslı şübhələr yaradır. Belə ki, kifayət qədər yüksək məbləğdə borcun olduğu halda əmlakın ipoteka yüklülüyündən azad olunması ağlabatan deyildir. Hesab edirlər ki, bu halların araşdırılması üçün məhkəmə iş üzrə xüsusi qərardad qəbul edərək prokurora məlumat verməlidir. Kredit müqaviləsinin Bankda aşkar edilməməsinə səbəblərindən biri kimi İddiaçı ASC Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin 2- 1(81)-1541/2016 saylı xx.xx.2016-cı il tarixli qərarına əsasən ləğv prosesində olması olmuşdur. Belə ki, Bank məhkəmə qərarına əsasən ləğv edildikdən sonra Bankın sabiq rəhbərliyi tərəfindən əvvəlki ləğvedici "xxxx" MMC arasında bankda mövcud olan sənədlər, aktivlər və passivlər heç bir təhvil-təslim aktı bağlanmadan təhvil verilmişdir. "xxxx" MMC təxminən bir ay müddətində bankın ləğvedicisi kimi fəaliyyət göstərdikdən sonra 1 saylı Bakı İnzibati–İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı xx.xx.2016cı il tarixli qərardadı ilə X18 İddiaçı ASC-nin ləğvedicisi "xxxx" MMC dəyişdirilərək, Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. "xxxx" MMC Bankın sabiq rəhbərliyindən aktiv və passivləri rəsmi qaydada təhvil almadığından Əmanətlərin Sığortalanması Fonduna da rəsmi qaydada bankın heç bir aktiv və passivini təhvil verməmişdir. Buna görə də Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi öz fəaliyyətini təşkil etməkdə uzun müddət çətinliklərlə üzləşmişdir və belə çətinliklər bu gün də müəyyən sənədlərin əslinin tapılaraq aşkar edilməsində özünü göstərməkdədir. Bankın nümayəndəsi məhkəmədə bankda mövcud çətinliklər barədə məhkəməyə məlumat vermiş və müqavilənin əslinin aşkar edilməsi üçün bankın bütün qüvvəsinin səfərbər edildiyi barədə məlumatı məhkəmənin diqqətinə çatdırmışdır. Lakin ləğdvedicidən asılı olmayan səbəblərə görə sözügedən müqavilənin əsli tapılmamışdır. Buna baxmayaraq, digər sübutlar ilə müqavilənin mövcud olması sübuta yetirilmişdir. Müflis elan olunmuş Bankın aktivləri ilk növbədə Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələblərinə yönəldildiyindən sözügedən iş üzrə cəmi 159.304,49 manat borc məbləğində kredit borcunun əsassız olaraq tutulmaması Fondun həmin bank qarşısında reqres hüququ üzrə tələblərinin icra olunmasına, yəni dövlət vəsaitlərinin qaytarılmasına mane olmaqla, Bankın əmanətçilərinə əhəmiyyətli miqdarda ziyan vurur, bununla da dövlət tərəfindən bank sisteminə etimadın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərin icrasına mane olmaqla milli təhlükəsizlik sisteminin tərkib hissəsi olan dövlətin iqtisadi təhlükəsizliyinin əsaslarını sarsıdır. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5479/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2026-cı il tarixli, 3-16-16/2-9/5267/2025 saylı məktubu ilə ekspert rəyi daxil olmuş və iş üzrə icraatın dayandırılmasına əsas olmuş zərurət aradan qalxdığı üçün iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Mülki Prosessual Məcəllə:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüququ münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləüv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən mübahisəni və iş materiallarını kifayət qədər araşdırmamış eləcə də maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək yeni qətnamə çıxarılmalı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan borcverən "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 15 sentyabr 2014-cü il tarixli 1357/014 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh qeyri-yaşayış sahəsinin alınması üçün illik 10 faiz ödənilməklə, 120 ay müddətinə 211.320 manat məbləğində kredit verilmiş, kreditin təminat üsulu Bakı şəhəri, Xətai rayonu, ünvan 5 ünvanında 9-cu mərtəbədə yerləşən 117,4 kv.m sahədən ibarət 2 saylı qeyri-yaşayış sahəsinin ipotekası olmuşdur. Kredit müqaviləsinin heç bir səhifəsində borc alananın imzası mövcud deyil. İş materiallarında olan 15 sentyabr 2014-cü il tarixli 1 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh hesabına 234.800 manat pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan ünvan 3at kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiq edilmiş "xxxx" ASC ilə satıcı X16 və alıcı-ipoteka qoyan Cavabdeh arasında bağlanan alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, real vaxt rejimində Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətindən edilmiş 15 sentyabr 2014-cü il tarixli ********** nömrəli arayışa əsasən X16 Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında 9cu mərtəbədə yerləşən ümumi 117.4 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi (2 saylı qeyri-yaşayış sahəsi) alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Satılan qeyri-yaşayış sahəsi (2 saylı qeyri-yaşayış sahəsi) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 24 iyun 2014-cü il tarixli seriya RX ******* saylı çıxarışa əsasən satıcıya məxsusdur. Qeyri-yaşayış sahəsinin (2 saylı qeyri-yaşayış sahəsi) satış qiyməti 234.800 manatdır, 2 saylı qeyri-yaşayış sahəsinin dəyərinin 23.480 manatı alıcıipoteka qoyanın özü tərəfindən, 211.320 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən 15 sentyabr 2014-cü il tarixli 1355/014 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. İş materiallarında olan Cavabdeh tərəfindən Bakı şəhəri notariusuna ünvanlanmış 15 sentyabr 2014-cü il tarixli ərizənin surətindən görünür ki, ünvan 7 ünvanında qeydiyyatda olan X16 ilə ona məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12 A, B blok, Qapı-2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 234.800 manata satılması barədə razılığa gəlmişlər. Qarışıq (alqı-satqı və ipoteka) müqaviləsi üzrə satış qiyməti 234.800 manat olan pul vəsaitinin 211.320 manatı "xxxx" ASC-nin verdiyi kredit, qalan 23.480 manatı Cavabdeh tərəfindən ödəniləcəkdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı olan xərclərinin ödənilməsini öz üzərinə götürmüşdür. İş materiallarında olan X16 tərəfindən Bakı şəhəri notariusuna ünvanlanmış 15 sentyabr 2014-cü il tarixli ərizənin surətindən görünür ki, X16 ünvan 10 ünvanında qeydiyyatda olan Cavabdeh ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 12A, B blok, Qapı-2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 234.800 manata satılması barədə razılığa gəlmişlər. Qarışıq (alqı-satqı və ipoteka) müqaviləsi üzrə satış qiyməti 234.800 manat olan pul vəsaitinin 211.320 manatı "xxxx" ASC-nin verdiyi kredit, qalan 23.480 manat isə Cavabdeh öz vəsaiti ilə ödəniləcəkdir. İş materiallarında olan notarius X2 "xxxx" ASC-yə ünvanladığı 15 sentyabr 2014cü il tarixli məktubun surətindən görünür ki, ünvan 10 ünvanında qeydiyyatda olan Cavabdeh notariat qaydasında təsdiq ediləcək qarışıq müqaviləsi üzrə ödənilməli olan 211.320 manat "xxxx" ASC-nin verdiyi ipoteka krediti 23.480 manatı isə alıcının öz vəsaiti hesabına ümumi 234.800 manat müvafiq müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra notariusun məktubu əsasında ünvan 7 ünvanında qeydiyyatda olan X11 verilməsi üçün bankda olan **********2019053053 №-li depozit hesabına qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan X18 İddiaçı ASC-nin X14 Sığortalanması Fondu tərəfindən verilmiş 24 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 15 sentyabr 2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsi üzrə 17 may 2024-cü il tarixinə 101312,67 manat əsas, 32663,65 manat faiz, 25328,17 manat cərimə borcu olmaqla, cəmi 159304,49 manat borcu vardır. İş materiallarında olan X18 İddiaçı ASC-nin X14 Sığortalanması Fondu tərəfindən cavabdehə ünvanlanan xəbərdarlığın surətindən görünür ki, cavabdehdən borcun 3 gün ərzində ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/73 saylı,17 mart 2025-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 06 aprel 2021-ci il tarixli və 29 iyun 2021-ci il tarixli mədaxil elanlarında “Təhvil verdim” qrafalarındakı imzalar, 24 avqust 2018-ci il tarixli, 30 noyabr 2018-ci il tarixli 24 may 2018-ci il tarixli nağd ödəniş üçün elanlarda “Ödəyənin imzası” qrafalarındakı imzalar Cavabdeh tərəfindən icra olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış 19 dekabr 2024-cü il tarixli məktubdan görünür ki, 15 sentyabr 2014-cü il tarixli 1357/014 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin qeydə alınması və xitamı ilə əlaqədar təsdiqedici sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə ünvanlanan e-2(011)-5982/2024 nömrəli, 23 noyabr 2024-cü il tarixli müraciətə (daxilolma nömrəsi: **********) 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, ********** qeydiyyat nömrəli ərizə 13 oktyabr 2014-cü il tarixdə icra olunaraq, ünvan 3at ofisi tərəfindən təsdiq edilmiş 15 sentyabr 2014-cü il tarixli 1357/014 nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair Cavabdeh adına dövlət reyestrindən çıxarış hazırlanmışdır. Daha sonra "xxxx" ASC-nin 21 noyabr 2014-cü il tarixli müraciəti əsasında qeyd olunan ünvanda yerləşən qeyriyaşayış sahəsi ipoteka ilə yüklü edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, bankın 01 dekabr 2015-ci il tarixli müraciəti nəzərə alınaraq, qeyd olunan daşınmaz əmlaka dair ipotekanın dövlət qeydiyyatı ləğv olunmuşdur. Lakin "Arxiv işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 02 dekabr 2002-ci il tarixli 816 saylı Fərmanına və digər normativ-hüquqi sənədlərin tələblərinə uyğun olaraq müvafiq sənədin saxlanılması müddəti başa çatdırıldığından məhv edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan və qəbzlərdən görünür ki, Cavabdeh İddiaçı ASC-yə sonuncu dəfə 29 iyun 2021-ci ildə ödəniş etmişdir. Beləliklə işin faktiki halları ilə müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış, lakin imzalanmamış, xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC Cavabdeh qeyri-yaşayış sahəsinin alınması məqsədi ilə 120 ay müddətinə, illik 10 faiz ödəmək şərtilə 211.320 (iki yüz on bir min üç yüz iyirmi) manat məbləğində kredit vermişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında kredit müqaviləsinin imzalanması təsdiq edilmədiyindən həmin müqavilə əsasında həmin müqavilənin şərtlərinə uyğun olaraq, cavabdehdən pul vəsaitinin tələb edilməsi əsassızdır. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlar tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlinməsinə səbəb olmaqla məhkəmənin qətnamədə göstərdiyi dəlillər işin hallarına uyğun olmamışdır. Belə ki, Bank tərəfindən kredit müqaviləsinin əsli məhkəməyə təqdim olunmasa da, təsdiq olunmuş qaydada məhkəməyə təqdim olunmuş 4Ə/1235 saylı notariat işində olan xx.xx.2014-cü il tarixli, 1357/014 nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Babək prospekti, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş materiallarından görünür ki, xx.xx.2015-ci il tarixində daşınmaz əmlaka dair ipotekanın dövlət qeydiyyatı ləğv olunmuşdur. Əmlak ipoteka yüklülüyündən azad olunsa da X7 həmin tarixdən sonra da davamlı olaraq xx.xx.2021-ci il tarixinədək kredit ödənişlərini həyata keçirmişdir. Bundan əlavə notariat işində Cavabdeh xx.xx.2014-cü il tarixli Notariusa ünvanlanmış ərizəsində alınan əmlakın dəyərinin 211.320 manat hissəsinin "xxxx" ASCnin verdiyi kredit hesabına olduğu bildirilmişdir. Həmçinin məhkəməyə ünvanlanmış DƏDKR-nın 1 saylı Bakı Ərazi İdarəsinin 3- 21- 3-30/2-51350/2024 saylı xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş RX seriyalı ******* nömrəli çıxarışına əsasən yüklülük müddəti 120 ay, əsas öhdəliyin mahiyyəti olaraq 1357/014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə istinad edilmişdir. Göründüyü kimi tərəflər arasında iddia olunan kimi kredit müqavilə münasibətləri mövcudluğu baxımından iddiaçı hazırda cəmi 159304,49 manat-bundan 101312,67 manat əsas, 32663,65 manat faiz və 25328,17 manat cərimə borcu və iş üzrə ödənilmiş 449,30 manat dövlət rüsumunun Cavabdeh X18 İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsində X3 imzası olmasa belə, notarial təsdiqli xx.xx.2014-cü il tarixli, 1357/014 saylı alqı-satqı və ipoteka müqaviləsinin 1.4-cü bəndində kreditin verilmə şərtlərini, 1.61-1.6.2 bəndlərində isə kreditin müddətini, faizini müəyyən etmək mümkün olur. xx.xx.2014-cü il tarixli, 1357/014 saylı alqı-satqı və ipoteka müqaviləsinin 1.4-cü bəndində cavabdehə 211.320 (iki yüz on bir min üç yüz iyirmi) manat kreditin verildiyi görünür ki, bu hal köçürmə ilə bağlı ödəniş tapşırığı sənədlərində də təsdiq olunur. Bundan əlavə notariat işində Cavabdeh xx.xx.2014-cü il tarixli notariusa ünvanlanmış ərizəsində alınan əmlakın dəyərinin 211.320 manat hissəsinin "xxxx" ASCnin verdiyi kredit hesabına olduğu bildirilmişdir. Həmçinin iş materiallarından görünür ki, cavabdeh tərəf həmin müqavilənin təminatı qismində Bakı şəhəri, Babək prospekti, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsini Bank qarşısında ipoteka ilə yüklü etmiş, həmçinin müəyyən ödənişlər həyata keçirtmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, tərəflər arasında xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsinin əsli təqdim edilməsə belə, tərəflər arasında müqavilə münasibətlərinin mövcud olmasını təsdiq edən kifayət qədər sübutlar vardır ki, bu da müqavilə imzalanmasa belə cavabdehin həmin müqavilə üzrə öhdəlikləri qəbul etməsi və həmin öhdəliyə əsasən ödənişlər etməklə Bakı şəhəri, Babək prospekti, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsini Bank qarşısında ipoteka ilə yüklü etməsi qənaətinə gəlməsinə əsas verir. Daha sonra iddiaçı tərəf kredit müqaviləsinin bankda aşkar edilməməsinə səbəblərindən biri kimi İddiaçı ASC Azərbaycan Respublikasının 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı xx.xx.2016-cı il tarixli qərarına əsasən ləğv prosesində olmasına istinad etmişdir. Belə ki, iddiaçı tərəfin izahatlarına əsasən bank məhkəmə qərarına əsasən ləğv edildikdən sonra bankın sabiq rəhbərliyi tərəfindən əvvəlki ləğvedici "xxxx" MMC arasında bankda mövcud olan sənədlər, aktivlər və passivlər heç bir təhvil-təslim aktı bağlanmadan təhvil verilmişdir. "xxxx" MMC təxminən bir ay müddətində bankın ləğvedicisi kimi fəaliyyət göstərdikdən sonra 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadı ilə X18 İddiaçı ASC-nin ləğvedicisi "xxxx" MMC dəyişdirilərək, Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. "xxxx" MMC Bankın sabiq rəhbərliyindən aktiv və passivləri rəsmi qaydada təhvil almadığından Əmanətlərin Sığortalanması Fonduna da rəsmi qaydada bankın heç bir aktiv və passivini təhvil verməmişdir. Buna görə də Əmanətlərin Sığortalanması Fondu ləğvedici kimi öz fəaliyyətini təşkil etməkdə uzun müddət çətinliklərlə üzləşmişdir və belə çətinliklər bu gün də müəyyən sənədlərin əslinin tapılaraq aşkar edilməsində özünü göstərməkdədir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəsinin əsası kimi həmçinin iddiaçının nümayəndəsi kredit müqaviləsinin imzalanmamasının səbəbləri barədə məlumat verilə bilməməsini iddianın əsassız olmasına dəlalət edən hallar kimi qiymətləndirilə bilməzdi. Belə ki, işin faktiki halları onu deməyə tam əsas verir ki, cavabdehə iddiaçı tərəfindən 211.320 manat pul vəsaitinin verildiyi, cavabdeh tərəfindən banka cəmi 185.356 manat pul vəsaiti geri ödənilməsi kredit müqaviləsi bağlanmadan həyata keçirilə bilməzdi və bu halda kredit müqaviləsinin imzalanmamasının səbəbi tərəfin məsuliyyətsizliyindən başqa bir hal kimi qiymətləndirlə bilməz. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh alqı-satqı və ipoteka müqaviləsinə imza etməklə və kredit üzrə ödənişlər etməklə əqdin bəyənilməsini öz hərəkətləri ilə sübuta yetirmişdir. Məhkəmə Kollegiyası 1357/014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin onun da əsasında faktiki olaraq tərəflər arasında müqavilə münasibətlərin yaranması ilə mövcud olması kimi qənaətinə gələrkən onlar arasında notarial qaydada xx.xx.2014-cü il tarixli, 1357/014 saylı alqı-satqı və ipoteka müqaviləsinin bağlanmasını, həmin müqavilənin təminatı qismində Bakı şəhəri, Babək prospekti, 12A ünvanında yerləşən qeyri-yaşayış sahəsini Bank qarşısında ipoteka ilə yüklü etməsini, həmin müqavilənin 1.6.1-1.6.2-ci bəndində kreditin 10% dərəcəsi ilə 120 ay müddətinə verildiyi qeyd olunmasını, 2.6.1-ci bəndində xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsinə uyğun olaraq verilmiş vəsaitin notariusun depozit hesabına köçürülməsi qeyd olunmasını, sözügedən ipoteka müqaviləsinin Cavabdeh tərəfindən şəxsən imzalanmasını, ödənişlərin hər ay qrafika uyğun olaraq 3.000 (üç min) manat məbləğində həyata keçirilməsini, hətta 2015-ci ilin dekabr ayında ipoteka predmeti olan əmlak yüklülükdən azad olunduqdan sonra da 2021-ci ilədək davamlı ödənişlər qrafika uyğun olaraq həyata keçirilməsini, hətta hesabdan çıxarışda ödənişlər qrafika uyğun, bəzi ödənilməyən aylarda isə əvəzi olaraq digər ayda ikiqat ödəniş həyata keçirilməsi, RX seriyalı ******* nömrəli çıxarışda yüklülük müddəti 120 ay, əsas öhdəliyin mahiyyəti olaraq 1357/014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə istinad edilməsi kimi işin müəyyən edilmiş mühüm və diqqətə layiq hallarını da nəzərə almışdır. İş materiallarından görünür ki, ipoteka predmeti olan əmlak 2015-ci ilin dekabr ayında bankın bağlandığı ərəfədə ipoteka yüklülüyündən azad olunmuşdur. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh tərəf ipotekanın yüklülükdən azad olunmasını borcun bağlanması kimi dəyərləndirsə də, nəzərə almamışdır ki, ipotekanı yüklülükdən azad etmək bankın vəzifəsi yox hüququdur. Bankın cavabdehin borc öhdəliyini yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq, belə bir qərar qəbul etmək hüququ vardır. Həmçinin kollegiyanın qənaətinə görə əgər ipoteka predmeti borcun bağlandığına görə ipoteka yüklülüyündən azad olunsaydı, o zaman ipoteka predmeti yüklülükdən azad olunandan sonra cavabdeh tərəfindən 6 il ərzində davamlı ödənişlər həyata keçirilməzdi. Kollegiya bununla bağlı iddiaçı tərəfin kifayət qədər yüksək məbləğdə borcun olduğu halda əmlakın ipoteka yüklülüyündən azad olunması faktının olmasına baxmayaraq bunun ağlabatan olmaması ilə yanaşı X3 bankın fəaliyyətinin dayandarılması ilinə qədər orda işləməsi və ipoteka əmlakının da həmin ildə yüklülükdən azad olunması kimi apellyasiya şikayətinin dəlilini də işin diqqətəlayiq halı kimi vurğulayır. Məhkəmə Kollegiyası daha sonra hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəsinin əsası kimi kredit qaytarılmadan həmin müqavilənin təminatı olaraq bağlanmış ipoteka müqaviləsi üzrə qoyulmuş ipoteka predmeti olan daşınmaz əmlaka dair ipotekanın dövlət qeydiyyatının ləğv olunmasının səbəbi barədə məhkəməyə məlumat verə bilməməsinə də istinad etməsi də iddianın əsassız olmasına dəlalət edən hallar kimi qiymətləndirilə bilməzdi. Belə ki, ipotekanın azad olunması ilə bağlı qeyd edilməlidir ki, ipoteka predmeti olan əmlak 2015-ci ilin dekabr ayında bankın fəaliyyətinin dayandırıldığı ərəfədə (işlək dövründə) ipoteka yüklülüyündən azad olunmuşdur. Cavabdeh tərəf ipotekanın yüklülükdən azad olunmasını 2015-ci ilin dekabr ayında borcun bağlanması ilə əsaslandırsa da əvvəla nəzərə alınmalıdır ki, cavabdeh bu halı sübut edə bilməməmişdir. Kollegiya bu qənaətini, belə bir hal mövcud olduğu təqdirdə 2015-ci ilin dekabr ayında bağlanmış borca görə 2021-ci il tarixinədək ödənişlər həyata keçirilməsinin anlaşılan olmaması ilə əsaslandırır. Həmçinin də iş materiallarından görünür ki, cavabdeh tərəfindən ödənişlər də müqavilədə göstərilən qaydada həyata keçirilmişdir. Kollegiya bir daha qeyd etməyi zəruri sayır ki, ipotekanı yüklülükdən azad etmək bankın vəzifəsi yox hüququdur. Bankın cavabdehin borc öhdəliyini yerinə yetirilibyetirilməməsindən asılı olmayaraq, belə bir qərar qəbul etmək hüququ vardır. Əgər ipoteka predmeti borcun bağlandığına görə ipoteka yüklülüyündən azad olunsaydı, o zaman ipoteka predmeti yüklülükdən azad olunandan sonra cavabdeh tərəfindən yuxarıda qeyd edildiyi kimi 6 il ərzində davamlı olaraq müqavilə şərtlərinə uyğun ödənişlər həyata keçirilməzdi. Beləliklə də, birinci instansiya məhkəməsinin hər hansı hüquqi əsas yaxud müqavilə bağlanmadan həmin pul vəsaitinin cavabdehə verilməsi halının müəyyən edilməməsi və hazırki iddia tələbinə əsassız varlanma ilə bağlı mülki qanunvericiliyin müddəalarının tətbiq olunması kimi nəticələri səhvdir. Belə ki, əvvəla kreditin verilməsi şərtlərini müəyyən etmək mümkün olmadığı halda hazırki iddiaya əsassız varlanmanın müddəaları məhkəmə tərəfindən o zaman tətbiq olunması müzakirə oluna bilərdi. Lakin kredit müqaviləsində cavabdehin imzası və onun əsli də olmasa da belə, iş materiallarında olan digər müqavilə ilə kredit müqailəsini bağlanmasının və onun şərtlərini müəyyən etmək mümkün olmuşdur. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh müqavilə azadlığı prinsipinə uyğun olaraq qeyd edilən kredit müqaviləsi üzrə kredit təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliklərini icra etməmiş, kreditin və kreditdən istifadəyə görə hesablanmış faizi ödəməkdən yayınmışdır. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilməklə borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunla nəzərdə tutulmuş tədbirlərin görüləcəyi nəzərinə çatdırılmışdır. Göründüyü kimi cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi mahiyyəti üzrə əsaslı olsa da, cavabdehdən tutulmalı olan vəsait hissəsində iddia qismən əsaslı olmuşdur. Belə ki, iş materiallarında olan X18 İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 24 may 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 15 sentyabr 2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsi üzrə 17 may 2024-cü il tarixinə 101312,67 manat əsas, 32663,65 manat faiz, 25328,17 manat cərimə borcu olmaqla, cəmi 159304,49 manat borcu vardır. Həmçinin iş materiallarında olan X18 İddiaçı ASC-nin X14 Sığortalanması Fondu tərəfindən cavabdehə ünvanlanan xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən borcun 3 gün ərzində ödənilməsi tələb olunmuşdur. Göründüyü kimi cavabdehə sonuncu xəbərdarlıq 23 aprel 2024-cü il tarixdə edilmiş, maliyyə arayışı isə 24 may 2024-cü il tarixdə tərtib edilməklə borcun tutulması barədə məhkəməyə müraciət edilmişdir. Belə olan halda kredit müqaviləsi üzrə müəyyən edilmiş borc məbləğinə dair şübhələr mövcud olduğundan, borcun məbləğinin müəyyən edilməsi üçün məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsi zəruri olmuşdur. Məhkəmə Kollegiyası qeyd edilənlərə münasibətdə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Mülki Məcəllənin 399.4-cü maddəsində göstərildiyi kimi, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Mülki Məcəllənin 447-ci maddəsi ilə müqavilədən imtinanın ümumi əsasları tənzimlənmişdir. Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Göründüyü kimi istinad edlən maddənin tələblərinə əsasən tərəflərdən biri öz üzərinə düşən öhdəliyi icra etmədikdə, qarşı tərəfə icra üçün əlavə müddət verərək müqavilədən imtina etməklə ona xitam vermək hüququ verilir. Hazırki vəziyyətdə də iddiaçı tərəf cavabdehə öhdəliklərini icra etməsi üçün müddət müəyyən etmiş, həmin müddətdə öhdəlik icra edilməmiş və bununla da xəbərdarlıq göndərildiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edilir. Belə olan halda məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən iddiaçı kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən yalnız həmin müqavilənin ləğvindən əvvəl yaranmış əsas borc və faiz borcu üzrə məbləğləri tələb edə bilər. Bu baxımdan iddiaçı kredit müqaviləsinin ləğvi barədə iradə ifadəsini qarşı tərəfə bildirdiyi vaxtdan müqavilə ləğv edilmiş hesab edildiyindən məhz bildiriş tarixində borcun hesablanması üçün apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2026-cı il tarixli, 3-16-16/2-9/5267/2025 saylı məktubu ilə daxil olmuş ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh "xxxx" ASC olan borcu aşağıdakı kimi müəyyən edilir, o cümlədən: 23 aprel 2024-cü il tarixinə bildiriş (xəbərdarlıq) göstərilən tarixə - əsas borc üzrə 103 237.95 manat, faiz borcu üzrə 56 692.45 manat, 24 may 2024-cü il tarixinə maliyyə arayışı tərtib edilən tarixə - əsas borc üzrə 103 237.95 manat, faiz borcu üzrə 57 581.44 manat, 21 iyun 2025-ci il tarixinə qətnamə çıxarılan tarixə - əsas borc üzrə 103 237.95 manat, faiz borcu üzrə 57 581.44 manat. Rəydə həmçinin qeyd edilmişdir ki, xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmamışdır. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyində 23 aprel 2024-cü il tarixinə bildiriş (xəbərdarlıq) göstərilən tarixə - əsas borc 103237.95 manat faiz borcu isə 56 692.45 manat müəyyən edilmişdir. Lakin iddiaçı 101312,67 manat əsas, faiz borcunu isə 32663,65 manat tələb etmişdir. Məhkəmə kollegiyası MPM-in 218.3-cü maddəsinin tələblərinə əsasən qeyd edir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından əsas və faiz borcu məhz iddia ərizəsində tələb edilən məbləğdə müəyyən edilməlidir. Bundan başqa borcun hesablanması barədə ekspert rəyinin eləcə də iddiaçı tərəfindən borcun hesablanması baxımından şübhə altına alan hər hansı hal müəyyən edilməmiş, həmçinin qeyd cavabdeh tərəfindən nəzərə alınmayan ödənişlər barədə mötəbər sübutlar təqdim edilməmişdir. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, Cavabdeh X18 İddiaçı ASC-nin xeyrinə tutulmalı əsas borcun məbləği 101312,67 manat və faiz borcunun məbləği isə 32663,65 manat müəyyən edilməlidir. Digər tərəfdən iddiaçı tələbində cavabdehdən 25328,17 manat cərimə borcunun da tutulmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı bildirir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən kollegiya işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, kredit borclusunun 101312,67 manat olduğu müəyyənləşdirilən əsas borcuna münasibətdə iddiaçı tərəfindən 25328,17 manat cərimə borcu hesablayıb tələb etsə də, Məhkəmə Kollegiyasının qənaətinə görə həmin məbləğ əsas borca mütənasib olmadığından cavabdehdən tutulmalı olan cərimənin məbləği 7.000 manat müəyyən edilməsi ağlabatan və ədalətlidir. Kollegiya birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən sonuncu dəfə ödənişin xx.xx.2021-ci il tarixdə edildiyi halda iddia ərizəsi məhkəməyə 25 iyun 2024-cü il tarixdə verilməsinə görə iddiaya iddia müddəti tətbiq edilməsi ilə bağlı qeyd edir ki, müqavilə 2014-cü ildə 120 ay müddətində bağlandığından müddət müqavilə bitən tarixdən sonra iddia müddəti tətbiq edilə bilərdi. Müqavilənin müddəti 15 sentyabr 2024cü ildə bitmiş və iş materiallarından görünür ki, iddiaçı müddəti ötürmədən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə Məhkəmə Kollegiyası göstərilənləri ümumiləşdirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası iş üzrə dövlət rüsumunun tutulması və aparılmış ekspertiza tədqiqatının dəyərinin tutulması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən ödənilmiş dövlət rüsumuna görə 400 manat pul tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan 49,30 manat hissəsi iddiaçının özünə aid edilməlidir. Məhkəmə Kollegiyası hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində pul Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,

Qət etdi:

İddiaçı X18 İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2025-ci il tarixli, e-2(011)- 239/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1357/014 saylı kredit müqaviləsinə əsasən-əsas borc üzrə 101312,67 (yüz bir min üç yüz on iki manat, altmış yeddi qəpik) manat, faiz borcu üzrə 32663,65 (otuz iki min altı yüz altımış üç manat, altmış beş qəpik), cərimə borcu isə 7000 (yeddi min) manat, dövlət rüsumu görə 400 manat olmaqla cəmi 141.376.32 (yüz qırx bir min üç yüz yetmiş altı manat, otuz iki qəpik) manat Cavabdeh tutularaq iddiaçı X18 İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumunun 49.30 manat hissəsi iddiaçı X18 İddiaçı ASC-nin özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar