Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-548/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1088/2022 saylı 10 avqust 2022ci il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2015-ci il tarixli 116/USD nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 28500 ABŞ dolları məbləğində kredit verilib.
2. İş materiallarında olan Kredit Müqaviləsi üzrə bağlanan 01 saylı 14 fevral 2017-ci il tarixli Əlavə Sazişdən görünür ki, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 21820.50 AZN təşkil edilmiş, kreditin müddəti isə 24 ayadək uzadılmışdır.
3. İş materiallarında olan xx.xx.2015-ci il tarixli İP 116/0-USD saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 3 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. Məhkəmədə işə baxılarkən iddiaçı iddia həcminin artırılması barədə ərizə vermişdir.
6. İddia tələbi onunla əsaslandırımışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh arasında bağlanan 17 iyun 2015-ci il tarixli 116/USD nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 28500 ABŞ dolları məbləğində kredit verilib.Kredit Müqaviləsi üzrə bağlanan 01 saylı 14 fevral 2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 21820.50 AZN təşkil etmiş,keditin müddəti isə 24 ayadək uzadılmışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilən müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməyib.xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 47160.45 manat təşkil edir. Bundan 16335.73 manat əsas, 13823.97 manat faiz, 14664.92 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2335.83 manat faiz borcu təşkil edir.Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********317 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməyib və kredit borcunun Banka qaytarılmasını təmin etməyib.Bank, tərəflər arasında bağlanan müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməyib.Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilən borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.Bundan əlavə,mövcud kredit öhdəliyinin təminatı kimi Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil xx.xx.2015-ci il tarixli İP 116/0-USD saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilib. Məhkəmə araşdırması zamanı müəyyən olunub ki, cavabdehin mülkiyyətində olan mənzil üçüncü şəxs tərəfindən sökülərək onun yerində yeni binada yeni mənzil inşa edilib və həmin mənzilə dair cavabdehlə müqavilə bağlanıb. Odur ki, göstərilənlərə əsasən Cavabdeh 16335.73 manat əsas, 13823.97 manat faiz, 14664.92 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2335.83 manat faiz borcu olmaqla, ümumilikdə 47160.45 manat məbləğində borcun və 231 manat ödənilmiş dövlət rüsumunun ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin yerinə inşa edilmiş yeni mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat rüsumun tutulması, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1088/2022 saylı 10 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fikrət Mirzəyev) iddianın qismən təmin edilməsi, Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 16.297.39 manat, faiz borcu üzrə 4082.17 manat, 5%-lik faiz borcu üzrə 2299.74 manat, cərimə üzrə 1400 manat, cəmi 24079,3 kredit borcu və 231.48 manat ödənilmiş dövlət rüsumunun tutulması, qalan hissədə iddianın təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olan 150 manatın Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
9. Qətnamədən iddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və kredit müqaviləsi üzrə yaranmış əsas, faiz, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz və cərimə borcunun tam təmin edilməsi, tutmanın ipoteka qoyan Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli müqavilədə nəzərdə tutulmuş ünvan 2 ünvanında tikilməkdə olan 2 saylı binasının 12-ci mərtəbəsindəki 2 (iki) otaqlı 89.4 m 87№ li və 2 (iki) otaqlı 96.15 m 88№-li mənzilləri üzərində Cavabdeh həm istifadə, həm də gözlənilən mülkiyyət hüququna yönəldilməsi, həmin hüququn açıq hərracdan satılması və satışdan əlda oluna biləcək pul vəsaiti hesabına Cavabdeh pul borcunun ödənilməsi, həmin hüquq açıq hərracdan satıldığı halda ünvan 2 ünvanında tikilməkdə olan 2 saylı binasının 12-ci mərtəbəsindəki 2 (iki) otaqlı 89.4 m 87№ li və 2 (iki) otaqlı 96.15 m 88№-li mənzillərin boşaldılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşya məhv olduqda və ya zədələndikdə, yaxud girov saxlayanın (ipoteka saxlayanın) yanında girov qoyulmuş hüquqa xitam verildikdə və ya bu hüquq pozulduqda əvəz almaq tələbinin irəli sürülməsi hüququ irəli gəlir. Belə ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin qiymətləndirilməsi üçün qiymətləndirilmə ekspertizası təyin edərək ekspertizanın aparılmasını "xxxx" MMC-nin ekspertlərinə həvalə etmişdir. Həmin qiymətləndirmə təşkilatından məhkəməyə daxil olmuş 16 may 2022-ci il tarixli YDQM 0xx-xx/2022 nömrəli məktubdan görünür ki, qeyd olunan ünvanda yerləşən mənzilə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, mənzilin yerləşdiyi bina sökülərək yerində "xxxx" MMC tərəfindən hündür mərtəbəli bina inşa edilmişdir. Bu hal məlum olduqdan sonra məhkəmə gedişatı zamanı dəfələrlə Cavabdeh "xxxx" MMC ilə aralarında bağlanmış müqavilənin məhkəməyə təqdim olunması xahiş olunsa da, cavabdeh müxtəlif bəhanələr gətirərək müqaviləni məhkəməyə təqdim etməkdən boyun qaçırmışdır. Bundan sonra məhkəməyə yazılı vəsatətlə müraciət edilmiş və "xxxx" MMC-nin üçün şəxs qismində cəlb edilərək məhkəmə baxışına dəvət edilməsi xahiş olunmuşdur. Vəsatət təmin olunsa da, məhkəmə prosesində "xxxx" MMC tərəfindən nümayəndənin iştirakı təmin olunmamışdır. Bununla bağlı məhkəməyə əsaslı vəsatətlə müraciət edilərək Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin və ya orderin Cavabdeh və "xxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmasının təmin edilməsi xahiş edilmişdir. Lakin vəsatət təmin edilməmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində hakim ekspertin məktubuna əsaslanmış (4-cü səhifə 9-cu abzas) və qeyd etmişdir ki, “ipoteka predmeti olan mənzilin yerləşdiyi bina sökülmüş və onun yerində yeni bina inşa edilmişdir. Bunu iddiaçı özü də iddia ərizəsində etiraf etmişdir”. Halbuki ipoteka predmeti olan mənzilin yerləşdiyi binanın sökülməsi və onun yerində yeni binanın tikilməsi məhkəmənin gedişatı zamanı iddiaçıya məlum olmuşdur və belə bir halın mövcudluğu iddia ərizəsində qeyd edilməmişdir. Daha sonra məhkəmə qətnaməsində qeyd edir ki, “iddiaçı tərəf tutmanın yeni tikilmiş binada cavabdehə verilmiş yeni mənzilə yönəldilməsini tələb etsə də, cavabdehə həmin binada yeni mənzil verilməsi barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Məhkəmə sökülmüş mənzilin əvəzinə Cavabdeh kompensasiya ehtimalının olmasını da nəzərə alır”. Göründüyü kimi, məhkəmə işi hərtərəfli, obyektiv araşdırmadan cavabdehdən yeni mənzilə dair tərəflər arasında bağlanmış müqaviləni tələb etmədən, yalnız ehtimallara əsaslanaraq əsassız qərar qəbul etmiş, nəticədə qəbul edilmiş qərar bankın hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh mülkiyyətində olan (mübahisələndirilən mənzil) Bakı şəhəri, Ş.Mirzəyev küçəsi. ev.65, m.3, 3 (üç) otaqlı 90.8 m yaşayış sahəsini "xxxx" MMC-yə təhvil vermək, "xxxx" MMC-nin isə Ə.Hacıyev küçəsi, 40 ünvanında tikilməkdə olan 2 saylı binasının 12ci mərtəbəsindəki 2 (iki) otaqlı 89.4 m 87№ li və 2 (iki) otaqlı 96.15 m 88№-li mənzilləri Cavabdeh istifadəsinə vermək barədə razılıq əldə olunmuşdur (müqavilənin surəti şikayətə əlavə edilmişdir). Beləliklə də, iddiaçının ipoteka hüququ ünvan 2 ünvanında tikilməkdə olan 2 saylı binasının 12-ci mərtəbəsindəki 2 (iki) otaqlı 89.4 m , 87 № li və 2 (iki) otaqlı 96.15 m 88 №-li mənzillərə şamil olmalı, həmin əmlaklar üzərində Cavabdeh həm istifadə, həm də gözlənilən mülkiyyət hüququna tutma yönəldilməli, bu hüquq qanunvericliliklə müəyyənləşdirilmiş qaydada satılmalıdır. Göründüyü kimi, nə ipoteka qoyan/borcalan Cavabdeh, nə də ki, "xxxx" MMC ipoteka saxlayan İddiaçı ASC-yə bu barədə heç bir məlumat verməmişlər. Birinci instansiya məhkəməsi 14664.92 AZN cərimənin azaldaraq 1400 AZN etməsi ilə 467-ci maddədə göstərilən kreditorun əmlak mənafelərini və bütün əsaslı mənafələrini nəzərə almayaraq, qeyd edilən maddənin müddəalarını pozmuşdur. Əlavə olaraq qeyd edilir ki, mübahisələndirilən qətnamədə birinci instansiya məhkəməsi tərəfindən əsas, faiz və 5% borc hissəsi azaldılarkən 05 may 2022-ci il tarixli 9/2949 saylı ekspert rəyinə istinad etmiş, lakin birinci instansiya məhkəməsi istinad etdiyi halları əsaslandırmamışdır. Belə ki, Bank tərəfindən iddia ərizəsinə sübut kimi əlavə edilən sənədlər arasında ödəniş qrafiki, hesabdan çıxarış və maliyyə arayışı var. Ödəniş qrafikində bankın müştərinin kredit borcu üzrə ödənişlərinin ən geci hansı tarixdə icra etməli olduğu göstərilib ki, bu tarixdən sonra müştəriyə nisbətdə öhdəliyin icrasını gecikdirdiyinə görə müqavilədə qeyd edilən qaydada və miqdarda faiz, cərimələr yazılır. Hesabdan çıxarışda isə müştərinin etdiyi ödənişlər və həmin ödənişlərin edildiyi tarixlər qeyd edilir. Bu borclar peşəkar maliyyəçilər tərəfindən hesablandıqdan və yoxlanıldıqdan sonra maliyyə arayışı tərtib edilir. Ekspert rəyi isə üçüncü şəxs tərəfindən təqdim edilən subyektiv fikirdi və qanunvericilik bu rəyin yanlış olması ehtimalını qəbul edir (əks halda əlavə və təkrar ekspertiza barədə müddəalar olmazdı). Bu müddəaların olmasına baxmayaraq, ekspert rəyinə bu cür əsaslandırmadan, sadəcə qeyd-şərtsiz şübhəsiz olan sübut kimi yanaşması ilə məhkəmə ekspert rəyini özü üçün məcburi bir sənədə çevirib, onu tədqiq etməyərək, Mülki Prosessual Məcəllənin 103-cü maddəsinin 1ci bəndini pozmuş olur (Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir). Birinci instansiya məhkəməsi sübutlara bu dərəcədə fərq qoyub, ekspert rəyinə bu cür yanaşaraq Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin 1-ci cümləsində sadalanan sübutlara obyektiv və qərəzsiz baxılması müddəalarına da riayət etməmiş olurdu. Bu istinadı ilə birinci instansiya məhkəməsi qətnamə çıxararkən məhkəmə iclasına tədqiq olunmamış sübuta əsaslanıb ki, bununla da Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin 4-cü bəndinin tələblərinə riayət etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
12. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 385.1 öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 442 öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 448.1 əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
17. Maddə 739.1 borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 739.2 borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməsi xahiş etdiyindən qətnamə yalnız iddiaçının apellyasiya şikayətinin dəlilləri həddində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1088/2022 saylı 10 avqust 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Belə ki, iş materallarında olan sənədlərlə müəyyən edililir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2015-ci il tarixli 116/USD nömrəli kredit müqaviləsi əsasında cavabdehə 24 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 28500 ABŞ dolları məbləğində kredit verilib, daha sonra 01 saylı 14 fevral 2017-ci il tarixli Əlavə Saziş ilə, borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı konvertasiya edilməklə 21820.50 AZN təşkil edilmiş, kreditin müddəti isə 24 ayadək uzadılmışdır. Lakin Cavabdeh kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklədə müqavilənin şərtlərini pozmuşdur.
29. İş materiallarında olan 14 dekabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 17 iyun 2015-ci il tarixli 116/USD nömrəli kredit müqaviləsi üzrə cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə 16335.73 manat əsas, 13823.97 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 2335.83 manat faiz borcu olduğunu qeyd etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 .05.2022-ci il tarixli 9/2949 saylı ekspert rəyindən görünür ki, 17 iyun 2015-ci il tarixli 116/USD nömrəli kredit müqaviləsi üzrəmüqavilənin bitdiyi xx.xx.2019-cu il tarixədək olan dövr ərzində cavabdehin əsas borc üzrə 16.297.39 manat, faiz borcu üzrə 4.082.17 manat, 5%-lik faiz borcu üzrə 2299.74 manat borcunun olduğu müəyyən olunmuşdur.
30. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2949 saylı ekspert rəyini əsas sübut hesab etmişdir. Ona görə də həmin rəyə uyğun olaraq Cavabdeh LPO İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 16.297.39 manat, faiz borcu üzrə 4082.17 manat, 5%-lik faiz borcu üzrə 2299.74 manat tutulmaldır.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cərimə hissəsinə dair dəlillərinə münasibətdə isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
32. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
33. Kollegiyanın qənaətinə görə borcalanın 16297,39 manat əsas borcuna münasibətdə 14664.92 manat cərimə məbləği tənasübsüz olaraq yüksək olduğundan, cavabdehdən tutulmalı dəbbə pulunun məbləğinin 1400 manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Qanunvericilik yuxarıda göstərildiyi kimi yalnız tələb olunan dəbbə pulunun tənasübsüz hesab edildikdə azaldılması imkanını müəyyənləşdirir, heç bir halda bütövlükdə onu tutmaqdan imtinanın və ya onun tamamilə ləğvinin mümkünlüyünü nəzərdə tutmur.
34. İş materiallarından və iddiaçının apellyasiya şikayətinin dəlillərində eyni zamanda müəyyən edilir ki, xx.xx.2015-ci il tarixli İP 116/0-USD saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən 3 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmiş, lakin ipoteka predmeti olan mənzilin yerləşdiyi bina sökülmüş və onun yerində yeni bina tikilmişdir. “Rahatlığın Məkanı Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh arasında bağlanmış 13 dekabr 2017-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 3 saylı mənzilin sökülməsi əvəzinə Cavabdeh Ə.Hacıyev küçəsi, 40 ünvanında tikilməkdə olan 2 saylı binasının 12-ci mərtəbəsindəki 2 otaqlı 87 nömrəli və 2 otaqlı 88 nömrəli mənzillər verilməsi razılaşdırılmışdır. İddiaçı tərəfindən məhkəməyə yazılı vəsatətlə müraciət edilmiş və "xxxx" MMC-nin üçün şəxs qismində cəlb edilərək məhkəmə baxışına dəvət edilməsi xahiş olunmuşdur.
35. İddiaçı hazırda apellyasiya şikayətində iddiaçının ipoteka hüququ ünvan 2 ünvanında tikilməkdə olan 2 saylı binasının 12-ci mərtəbəsindəki 2 (iki) otaqlı 89.4 m , 87 № li və 2 (iki) otaqlı 96.15 m 88 №-li mənzillərə şamil olunmalı olduğunu qeyd etsə də, kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilini qəbul etmir. Belə ki, yuxarıda qeyd edilənlərdən göründüyü kimi, ipoteka predmeti olan mənzilin yerləşdiyi binanın sökülməsi iddiaçı LPO İddiaçı ASC-yə birinci instansiya məhkəməsi icraatı zamanı məlum olmuş, iddiaçı iddianın əsasını və ya predmetini dəyişmək, iddia tələbinin həcmini artırmaq imkanında olsa da, bu hüququndan istifadə etməmişdir. Hazırki apellyasiya şikayətinin qeyd edilən dəlilləri isə yeni iddia tələbinin əsasını təşkil edir.
36. Kollegiya qeyd edir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırkı işdə iddiaçı tərəfindən ünvan 2 ünvanında tikilməkdə olan 2 saylı binasının 12-ci mərtəbəsindəki 2 (iki) otaqlı 89.4 m , 87 № li və 2 (iki) otaqlı 96.15 m 88 №-li mənzillərə istifadə, həm də gözlənilən mülkiyyət hüququna tutmanın yönəldilməsi barədə tələb olmadığından apellasiya şikayətinin qeyd edilən dəlili də təmin edilə bilməz.
37. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
38. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-1088/2022 saylı 10 avqust 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.