Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-548/2025 22.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (pul) hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 563/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı2 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1977/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə müəyyən edilən hissədə) əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,müəyyən etdi İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçılar cavabdehə qarşı ( iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə) məhkəməyə müraciət edərək cavabdehdən İddiaçı1 xeyrinə ona vurulmuş maddi zərərə görə 22.647,80 manat və İddiaçı2 xeyrinə ona vurulmuş maddi zərərə görə 29.105,10 manat məbləğdə pulun tutulmasını xahiş etmişlər.
2. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini belə əsaslandırmışlar ki, iddiaçının zərərçəkmiş şəxs qismində tanınmış olduğu cavabdehin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarında verilmiş ittihama əsasən mülki iddiaçılara, yəni zərərçəkmiş şəxs İddiaçı1 vurulmuş maddi zərərə görə 22.647,80 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 22678,80 manat və İddiaçı2 vurulmuş maddi zərərə görə 29105,10 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 29136,10 manat, ümumilikdə 51.814 manat məbləğində maddi zərər vurmuşdur. Qeyd olunan faktlar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(004)-7/2021 saylı hökmündə öz təsdiqini tapmışdır. Belə ki, mülki cavabdeh mülki iddiaçılardan biznes adı ilə müxtəlif vaxtlarda pul aldığını etiraf etmişdir.
3. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmündə qeyd edilən pul məbləği hazırkı iddia tələbi ilə bağlı sübut hesab edilə bilməz. Hazırda onun Şəhla Kazımovaya hər hansı məbləğdə borcu qalmamışdır. Şəhla və Rza ona təzyiqlər etdiklərinə görə o, çoxlu dərman qəbul edərək özünə qəsd etmiş və həmin fakt üzrə Xətai Rayon Prokurorluğunda araşdırma aparılarkən İddiaçı2 və Şəhla Kazımova pulu ona faizlə borca verdiklərini bildirmişlər. Ancaq şikayət ərizələrində isə qeyd etmişlər ki, guya o, onlardan pulu Naxçıvanda şirə zavodu açmaq adı ilə almışdır. Bütün bunlar iddiaçıların iddia tələbinin tamamilə əsassız və yalan olduğunu göstərmişdir. O, Şəhla Kazımovadan aldığı pulu iş yoldaşı olan bacısı Sevda Bağızadə vasitəsilə göndərmişdir. O, hər dəfə pulu bacısı Sevdaya verəndə öz istifadəsində olan nömrəsindən Kazımovanın nömrəsinə, habelə ev nömrəsinə zəng edərək pulu göndərməsini bildirmiş və SMS yazışması aparmışdır. Bundan başqa öz istifadəsində vatsap nömrəsindən Kazımova Şəhlaya zəng etmiş və yazışmışdır. Bundan başqa öz nömrəsindən və eləcə də vatsap nömrəsindən Sevda Bağızadənin nömrəsinə, digər bacıları X1 nömrəsinə, habelə digər bacısı X2 nömərsinə vatsap yazışmaları aparmışdır. Hətta İddiaçı2 mobil nömrəsindən 2016cı ilin təxminən dekabr ayında mobil telefona SMS yazaraq bildirmişdir ki, “Sevdaya verdiyin pullar çatdı mənə, aramızda qaldı 400 manat, onu da verərsən”. Bütün bu yazışmalar onun istifadəsində olan “NOKİA” markalı telefonu ilə aparılmışdır.
4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-563/2023 saylı, 3 aprel 2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 14100 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı2, 20200 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı1 ödənilməsi qət edilmiş, iddia qalan hissələrdə rədd edilmişdir.
5. Birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 427.3, 442, 739.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4cü maddələrinə istinadən qeyd etmişdir ki, Cavabdeh İddiaçı2 tərəfindən 10000 manat və 3500 ABŞ dolları, İddiaçı1 tərəfindən isə 2000 manat (3500 ABŞ dollarından qalıq qalan) və 15500 ABŞ dolları məbləğində borc pul verilməsi işin mübahisəsiz halıdır. Cavabdeh həmin puldan İddiaçı2 1150 manat, İddiaçı1 4000 manat və 700 ABŞ dolları qaytarmışdır. Cavabdeh həmin pulu tam şəkildə iddiaçılara qaytardığını bildirsə də, bununla bağlı cavabdehin yalnız mülahizə xarakterli izahatı mövcud olmuşdur. İddiaçı2 11 may 2016-cı il tarixdə “NBC” bankdan 10000 ABŞ dolları pulu götürüb həmin gün cavabdehə verdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmiş, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə də qeyd olunan fakt öz təsdiqini tapmamışdır. Bundan başqa İddiaçı2 həm cinayət işi üzrə, həm də hazırkı iş üzrə məhkəmə iclasında izahatında cavabdehə pul məbləğlərini verən zaman onların yanında heç kimin olmadığını bildirmişdir. İddiaçı2 tərəfindən cavabdehə 10000 ABŞ dolları pulun verilməsi sübuta yetirilmədiyindən həmin hissədə iddia tələbi əsassızdır. Məhkəmə tərəflər arasında borc münasibətləri yaranan zaman 1 ABŞ dollarının 1 Azərbaycan manatına olan məzənnəsi 1.50-1.55 manat arası olduğundan məhkəmə İddiaçı2 iddiasını qismən əsaslı hesab etmiş və Cavabdeh 14100 (10000-350-800 = 8850 AZN + 3500 ABŞ dolları x 1.50=5250 AZN) manat məbləğin tutularaq İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qənaətinə gəlmişdir. Məhkəmə cavabdehin Rəsmiyyə Əliyevanın ona borclu olduğu 2000 manatı İddiaçı1 aldığı 3.500 ABŞ dollarından çıxması, bununla da sonuncuya 2000 manat borcunun olmaması ilə bağlı dəlillərini əsassız hesab etmiş və İddiaçı1 iddiasının qismən təmin edilməsi və Cavabdeh 20200 (15.500 ABŞ dolları - 700 ABŞ dolları = 14.800 ABŞ dolları x 1.50 = 22.200 AZN + 2.000 AZN = 24.200 – 4.000 AZN) manat tutularaq İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qənaətinə gəlmişdir.
6. Birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilmiş sübutlardan görünür ki: - Kazımova (Hacızadə) Şəhla Əmrulla qızının və İddiaçı2 şikayəti əsasında toplanmış material üzrə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində xx.xx.2017-ci il tarixdə əlyazma formasında izahatı alınmış və izahatda Qəniyeva X5 Rza Bağı oğlunun həyat yoldaşı Sevda Bağızadə ilə eyni kollecdə işlədiyini, maddi durumunun yaxşılaşdırılması üçün şirniyyat sexi açmaq məqsədilə İddiaçı2 hissə-hissə 13 500 (10000 + 3.500) ABŞ dolları və 10 000 manat, İddiaçı1 isə hissə-hissə 15.500 (6.500 + 9.000) ABŞ dolları borc götürdüyünü, lakin 2000 manat məbləğində pul almadığını, işi təşkil edə bilmədiyi üçün pulun müəyyən hissəsini xərclədiyini, qalan puldan İddiaçı2 6550 manat və 3250 ABŞ dolları, Kazımova (Hacızadə) Şəhla Əmrulla qızına isə 6500 ABŞ dolları qaytardığını, İddiaçı2 10250 ABŞ dolları və 3450 manat, Kazımova (Hacızadə) Şəhla Əmrulla qızına isə 9000 ABŞ dolları borcunun qaldığını, şirniyyat sexinin fəaliyyət göstərəcəyi yeri dəqiq göstərə bilmədiyini, iş qurmaq üçün götürülən məbləğdən avadanlıqların alınması üçün 10000 ABŞ dolları və 10000 manat xərclədiyini, avadanlıqları Sədərək ticarət mərkəzindən aldığını, alınan avadanlıqları dəqiq göstərə bilmədiyini, hazırda onların satışa verildiyini, İddiaçı2 6550 manat və 3250 ABŞ dolları və Kazımova (Hacızadə) Şəhla Əmrulla qızına 6500 ABŞ dolları qaytarmasını təsdiq edən bir sənədin tərtib edilmədiyini, lakin bu halların iş yoldaşı Midvar xanım və Sevdanın bacısı Nərminə xanım tərəfindən təsdiq edilməsinin mümkün olduğunu, bundan əlavə işi qura bilməməsi ilə bağlı müraciətinə əsasən Sevda və Şəhla Kazımovaların bacısı Rəsmiyyəyə 7400 manat və 3500 ABŞ dolları borc verdiyini, lakin onun xahişinə əsasən bu barədə (Hacızadə) Şəhla Əmrulla qızına məlumat vermədiyini qeyd etmişdir;- xx.xx.2017-ci il tarixli “Cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında” Qərarla Kazımova (Hacızadə) Şəhla Əmrulla qızının və İddiaçı2 müraciətləri əsasında Yasamal RPİ-nin 29-cu PB-də toplanmış HK-1/435 nömrəli material əsasında fakta görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2- ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və cinayət işi ibtidai istintaqının aparılmasından ötrü aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilmişdır;- Yasamal RPİ-nin İŞ-nin “Əməlin tövsif edilməsi barədə” xx.xx.2019-cu il tarixli qərarla fakt üzrə Azərbaycan Respublikası 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2ci və 178.2.4-cü maddələrinə tövsif edilmiş, Cavabdeh həmin maddələrlə ittiham elan edilmişdir;- Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-7/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh 29 oktyabr 2019-cu il tarixdən 30 oktyabr 2019-cu il tarixədək tutulduğu 1 gün müddətin bir günü ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla cəzasından çıxılması və üzərində qəti olaraq 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin ləğv edilməsi, onun barəsində “həbs” qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalından dərhal həbsə alınması və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilməsi, Cavabdeh hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 23 aprel 2021-ci il tarixdən hesablanması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 mülki iddia ərizələrinin qismən təmin edilməsi, zərərçəkmiş şəxs İddiaçı1 vurulmuş maddi zərərə görə 22.647,80 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 22.678,80 manatın mülki Cavabdeh tutularaq ona ödənilməsi, zərərçəkmiş şəxs İddiaçı2 vurulmuş maddi zərərə görə 29105,10 manat və dövlət rüsumunun əvəzi 31 manat, cəmi 29136,10 manatın mülki Cavabdeh tutularaq ona ödənilməsi, Yasamal Rayon Polis İdarəsinin depozitində saxlanılan 850 manatın zərərçəkmiş şəxs və mülki İddiaçı2 geri qaytarılması, məhkəmə ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 361,17 manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hökm edilmişdir;- Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1152/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə məhkum edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə məhkum edilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hökmünün məhkum edilmiş şəxs Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən ləğv edilməsi, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4- cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi, Cavabdeh barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və onun dərhal həbsdən azad olunması, Cavabdeh pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iddialarının baxılmamış saxlanılması, zərərçəkmiş şəxslər və mülki iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iddia ilə ümumi qaydada məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi, Yasamal rayon Polis İdarəsinin depozitində saxlanılan 850 manat məbləğində pulun Cavabdeh geri qaytarılması hökm edilmişdir. Hökm qanuni qüvvəsini almışdır.
7. Qətnamədən İddiaçı2 və Cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər .
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4004/2023 nömrəli, 31 avqust 2023-ci il tarixli qətnaməsi ilə cavabdehin Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən İddiaçı2 xeyrinə tutulmalı olan pulun məbləği hissəsində dəyişdirilmiş, cavabdehdən 28.000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilməsi qət edilmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 443.1, 448, 739.1, 739.2, 740, 740.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, cavabdeh tərəfindən İddiaçı2 2016-cı ilin may ayında ümumilikdə 13500 ABŞ dolları və 10000 manat məbləğində, İddiaçı1 isə ümumilikdə 15500 ABŞ dolları məbləğində pulun borc alındığını, ötən dövr ərzində İddiaçı2 cəmi 1200 (250 + 300 + 300 +350) manat, İddiaçı1 isə cəmi 4200 (4000 + 200) manat məbləğində pulun qaytarıldığını təsdiq etmişdir. Aparılmış araşdırmanın nəticəsi olaraq hər hansı başqa məbləğin ödənilməsi öz təsdiqini tapmamış, cavabdehin mövqeyi isə birmənalı olaraq mövcud borcu ödəməkdən yayınmaq kimi qiymətləndirilmişdir. Cavabdeh İddiaçı1 hər hansı əsas olmadan 2016-cı ilin avqust ayında 26847,80 manat pulu almış və ötən dövr ərzində bu məbləğin yalnız 4200 manat hissəsini qaytarmış, qalan məbləği qaytarmasa da, birinci instansiya məhkəməsi tərəfindən tutulması müəyyən edilmiş 20200 manat məbləğini İddiaçı1 mübahisələndirməmişdir. Həmin məbləğin azaldılması və ya silinməsi üçün hər hansı əsas da müəyyən edilməmişdir.Bu səbəbdən həmin məbləğin cavabdehdə qalması hər hansı hüquqi əsas olmadan onun bu iddiaçının hesabına əmlak əldə etməsi və bununla da onun əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, cavabdeh hər hansı hüquqi əsas olmadan bu iddiaçıdan əldə etdiyi pul vəsaitini ona qaytarmalıdır. Eyni zamanda,İddiaçı2 ilə cavabdeh arasında 2016-cı ilin may ayında şifahi borc müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Həmin münasibətlər çərçivəsində cavabdeh iddiaçıdan 13500 ABŞ dolları və 10000 manat pul almış, ötən dövr ərzində bu məbləğin cəmi 1200 manat hissəsini qaytarmışdır. Bununla da cavabdeh üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu ödəməmiş, bununla da şifahi borc müqaviləsinin şərtlərini pozmuşdur. Buna görə də, cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, borcunu razılaşdığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və iddia tələbinə istinadən yaranmış ümumi borcun 30.305,10 manat olmasını (halbuki, 13.500 ABŞ dolları Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi məzənnə ilə manatla və 10.000 manat daha yüksək məbləğ təşkil edir, təxminən 13.500 x 1.70 = 22.950 + 10.000 = 32.950 manat), iddia üzrə bu məbləğin 29.105,10 manat hissəsinin tələb edildiyini, ötən dövr ərzində bu borcun 1200 manat hissəsinin qaytarıldığını, lakin həmin pulun 850 manat hissəsinin hesablanmadığını nəzərə alıb, belə qənaətə gəlmişdir ki, cavabdehin iddiaçıya hazırda (29.105,10 – 850 = 28.255,10) 28.255,10 manat borcu qalmışdır. Bu məbləğ də cavabdehdən onun xeyrinə tutulmalıdır. Hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsi 10000 ABŞ dolları məbləğində borcu nəzərə almamaqda, habelə ABŞ dolları ilə olan borcu Azərbaycan manatına münasibətdə 1 ABŞ dolları = 1,50 manat məzənnəsi ilə hesablamaqda haqlı olmamışdır. Bu da öz növbəsində iddiaçının apellyasiya şikayətinin qismən təmin edilməsini, cavabdehin isə apellyasiya şikayətinin bu hissədə də rədd edilməsini şərtləndirmişdir.
10.Qətnamədən cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1977/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4004/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qətnaməsi iddiaçı X7 iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. 12.Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1. 427.3, 442, 443.1, 448.1, 448.2, 739.1, 739.2,740, 740.2, 1091.1, 1091.2,1092.1, 1093.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.2, 407.2, 416.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, sübutları qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən İddiaçı1 iddia tələbinin təmin olunan hissəsində işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. İddia tələbinin həmin hissəsinə aid olan kassasiya şikayətinin dəlilləri əsasən apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir və məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin həmin hissəsinə aid olan (55-ci bənddə qeyd olunan) əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiyası İddiaçı2 iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə verilən borcun miqdarında mübahisə edilməyən məbləğ 10000 manat və 3500 ABŞ dollarıdır. Həmin hissədə işin mübahisəli halı isə tərəflər arasında 10000 ABŞ dollarına görə borc münasibətlərinin olub-olmamasıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin bu hissədə gəldiyi qənaət belə olmuşdur ki, cavabdeh 2017-ci il üzrə Nərimanov Rayon Polis İdarəsində verdiyi müxtəlif izahatlarda iddiaçı tərəfindən ona 3500 ABŞ dolları və 10000 manat puldan başqa 10000 ABŞ dolları məbləğində pulun da verildiyini bildirir və qəbul edir, hətta bu hadisəni təsvir etməklə bu məbləği aldığı yeri dəqiq göstərir. Bundan başqa xx.xx.2017-ci il tarixli izahatında iddiaçıdan aldığı, ona qaytardığı və borclu qaldığı məbləğlərin müqayisəsindən də onun iddiaçıya məhz 13500 ABŞ dolları və 10000 manat borcunun olduğu müəyyən edilir. Lakin iki ildən sonra, yəni artıq təqsirləndirilən şəxs qismində cəlb edilərkən təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2019-cu il tarixli protokol üzrə izahatında belə bir məbləğin ona verilmədiyini, bu məbləğin səhv göstərildiyini söyləyir. Bu səbəbdən o iddiaçıdan 3500 ABŞ dolları və 10000 manat pulla yanaşı, həmçinin 10000 ABŞ dolları məbləğində pulu da borc almış, sadəcə olaraq sonradan bu pulun qaytarılmasından yayınması üçün etiraf etməmişdir. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi yalnız cavabdehin 2017-ci ildə verdiyi izahatları mötəbər sübut kimi qəbul etmişdir. Sübutlar qiymətləndirilərkən prosessual qanunvericiliyin tələbləri pozulmuşdur.Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s.) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Həmçinin həmin məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirməli, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən etməlidir. İlk növbədə qeyd edilməlidir ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1152/2021 №-li xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, “...Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, zərərçəkmiş şəxs İddiaçı2 ifadələrində Cavabdeh 11 may 2016-cı il tarixdə 10000 (on min) ABŞ dolları, 25 may 2016-cı il tarixdə 10000 (on min) manat, 28 may 2016-cı il tarixdə isə 3500 (üç min beş yüz) ABŞ dolları verdiyini, Aynurun ona cəmi 350 manat ödədiyini bildirdiyi halda, Cavabdeh zərərçəkmiş şəxs İddiaçı2 yalnız 2016-cı ilin may ayında 3500 (üç min beş yüz) ABŞ dolları və 2016-cı ilin iyun ayında 10000 (on min) manatı aylıq 6 faizə sələmə aldığını, İddiaçı2 10000 ABŞ dolları almadığını, sonuncuya borclarını tam qaytardığını, 10000 manata görə 1050 manat faiz, 3500 ABŞ dollarına görə isə 600 manat faiz ödədiyini göstərmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş Sevda Bağızadənin ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsində əri İddiaçı2 tərəfindən Cavabdeh ilk olaraq 2016-cı ilin may ayında 10000 manat borc verildiyi göstərilmişdir. Bu fakt isə Cavabdeh İddiaçı2 2016-cı ilin may ayında 3500 ABŞ dolları və 2016-cı ilin iyun ayında 10000 manat borc alması, İddiaçı2 10000 ABŞ dolları almadığı barədə ifadələrində göstərdiklərinin həqiqətə uyğun olduğunu, İddiaçı2 ərizə və ifadələrində Cavabdeh 3500 ABŞ dolları və 10.000 manatdan əlavə 10000 ABŞ dolları da verməsi barədə fikirlərinin həqiqəti əks etdirmədiyini təsdiq edir”. Göründüyü kimi 61-ci bənddə qeyd edilən hökmdə cavabdehin İddiaçı2 3500 ABŞ dolları və 10000 manatdan əlavə 10000 ABŞ dolları da verməsi barədə iddiaçının dedikləri öz təsdiqini tapmamışdır. Lakin apellyasiya məhkəməsi qətnamə çıxararkən 61-ci bənddə qeyd edilənlərə heç bir münasibət bildirməmiş, iş materiallarında olan digər sübutlarla yanaşı tam və obyektiv qiymətləndirməmiş və nəticədə prosessual qanunvericiliyin müvafiq normalarının tələblərini pozmaqla qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
13. İddiaçı2 apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qətnamə qəbul edərkən iş üzrə maddi və prossesual hüquq normalarını pozmuş və onun əsaslı vəsatətini təmin etməmişdir. Belə ki, verilmiş vəsatəti təmin olunaraq cinayət işi materiallarında olan cavabdehin tam etirafı əldə olunsa idi, o zaman iddiası tam şəkildə təmin olunardı. Lakin məhkəmə vəsatətini təmin etməyərək ədalətli məhkəmə araşdırılmasını kobud şəkildə pozmuşdur. Bundan başqa ilkin proseslər zamanı cavabdeh 10000 ABŞ dolları hissəsində də pulu aldığını etiraf etmişdir və sonradan qeyd etmişdir ki, bu hissədə məbləğ qaytarılıb. Amma bu hissənin qaytarılmasına dair hər hansı bir sübut yoxdur və qaytarmamışdır. Şəxs pulun alınmasını etiraf edirsə, sübutetmə yükü onun üzərinə düşür ki, nə zaman və hansı əsasla pulu qaytardığını təsdiqləsin. Lakin məhkəmə bu faktı nəzərə almamışdır. Odur ki, həmin hissədə iddianın təmin edilməməsi, əsassız olaraq onu 10000 ABŞ dollarından məhrum etmişdir ki, bu da qətnamənin həmin hissədə mübahisələndirilməsinə səbəb olmuşdur. Birinci instansiya məhkəməsi işə baxarkən iddia tələbinin əsaslandırılıdığı və məhkəmə araşdırmasına təqdim edilmiş sübutları sübut kimi qəbul etməməklə və onları sübut kimi qiymətləndirməməklə, obyektiv araşdırma aparmamış, işə qərəzli yanaşmış, bununla da onun qərəzsiz məhkəmə müdafiəsinə təminat verilməsi kimi konstitusion hüququnu pozmuşdur. Məhkəmə qaytarılmalı məbləği hal-hazırkı məzənnə olan 170 AZN məzənnəsi ilə yox, 1 AZN məzənnəsi ilə hesablamışdır. Məhkəmə heç bir ciddi əsaslandırma etmədən sadəcə formal mülahizələrə əsaslanmışdır.
14. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən yalnız onun barəsində olan cinayət işi üzrə çıxarılmış hökmlərə istinad etmiş, onun iddia tələbinə qarşı verdiyi etirazın dəlillərini və məhkəməyə təqdim etdiyi təkzib edilməz sübutlara ümumiyyətlə qiymət verməmişdir. Məhkəmə onun barəsində olan cinayət işinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsindən alınaraq araşdırılması və orada iddia tələbinə düzgün qiymət verilməsi üçün zəruri olan sənədlərin və ifadələrin nəzərdən keçirilməsi barədə verilən vəsatəti təmin etməsinə baxmayaraq cinayət işinin göndərilməsini Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tələb etməmişdir. Cinayət işinin materiallarının nəzərdən keçirilməsi ona görə zəruri idi ki, cinayət işi üzrə o, verdiyi izahat və ifadələrində dəfələrlə bildirmişdir ki, İddiaçı1 və İddiaçı2 faizə aldığı borc pula görə hər ay faizlərini ödəmişdir. İddia tələbi ilə bağlı məhkəmədə 2016-cı ildə Şəhla və Rzaya pul və faiz ödənilməsini təsdiq edən qeydləri məhkəməyə təqdim etməsinə baxmayaraq məhkəmə həmin qeydləri heç bir səbəb göstərmədən qəbul etməmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar:
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini əsaslı hesab etdiyini, cavabdehin ona Naxçıvanda konserv zavodunda iş tapdığını, bu işə qoşulmaqlarını təklif etdiyini, həmin dövrdə özünün də işsiz olduğunu, 10000 dollar və 10000 manat bankda pulunun olduğunu, əvvəl satdığı maşınının da satışından 3500 dollar evdə qaldığını, sadaladığı pulları 3 dəfəyə cavabdehə verdiyini bu pulların aparılması prosesinin təqribi olaraq 2016-cı ilin may ayına təsadüf etdiyini, bir müddət cavabdehdən səs çıxmadığını, həyat yoldaşı ilə cavabdehin iş yoldaşı kimi normal münasibətlərinin olduğunu, bir gün xanımına zəng vurub, bulvarda dənizə özünü atacağını bildiridiyini, övladını da ona tapşırdığını, pulları da qaytara bilməyəcəyini dediyini, sonra xanımından telefonu alıb özünün danışdığını, onunla xeyli söhbət etdikdən sonra fikrindən daşındığını, sonradan dekabr ayının sonlarında cavabdehin dərman içib özünü zəhərləmək istədiyini, yanvar ayında onun evinə gedib xeyli söhbət etdiklərini, artıq cavabdehin ona oyun oynadığını başa düşdüyünü, sonradan onunla danışıqlarını özünə məxsus olan “samsung” markalı telefona yazdığını, bunu etməsində də əsas məqsədin gələcəkdə cavabdehin onu şərləməsindən qorxması ilə bağlı olduğunu, həmin səs yazılarının başlamış cinayət işi üzrə istintaq mərhələsində ekspertizaya göndərildiyini və ekspert rəyi ilə də həmin yazılardakı səsin cavabdehə məxsus olduğunun təsdiq edildiyini, cinayət işinin materiallarına həmin səs yazısının əlavə edildiyini, sonradan cavabdeh tərəfindən guya pulun iddiaçılara geri qaytarılması ilə bağlı əsassız fikirlər səsləndirildiyini və şikayət verdiyini, lakin hazırkı vaxtadək bununla bağlı heç bir sübut təqdim edilmədiyini, halbuki əvvəlki apellyasiya baxışında sədrlik edənin sualına cavab olaraq cavabdehin 10000 dolları aldığını etiraf etdiyini bildirmiş,həmçinin mübahisənin barışıq yolu ilə həll edilməsi üçün yerdə qalan məbləğin cavabdeh tərəfindən ödənilməsi şərti ilə iddiasının 10000 ABŞ dolları hissəsinin şübhəli sübut kimi Ali Məhkəmənin qərarında qeyd edilənləri nəzərə alınaraq 10000 manat və 3500 ABŞ dolları qaytarmaq şərti ilə cavabdehə 10000 ABŞ dollar məbləği güzəştə getdiyini bildirmiş, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh nümayəndəsi Vəkil2 öz apellyasiya şikayətini müdafiə etdiyini, qarşı tərəfin apellyasiya şikayətini əsassız hesab etdiyini, cavabdehin iddiaçılardan faizə borc aldığını,iddiaçıların iddia etdiyi kimi cavabdehin Naxçıvanda iş qurması ilə əlaqədar onlardan pul almasının tamamilə yalan olduğunu, həmçinin cavabdehin İddiaçı2 10000 ABŞ dolları məbləğində borc almadığını, cavabdehin də iddiaçıya aldığı borcu sonradan hissə-hissə ödədiyini və cəmi 400 manat borcunun qaldığını, bu barədə İddiaçı2 ilə cavabdeh arasında mesajlaşmaların da mövcud olduğunu, cinayət işində də tərəflər arasında bütün danışıqların , mesajlaşmaların müəyyən edilməsi üçün onların vəsatəti əsasında ekspertiza təyin edildiyini, lakin ekspert rəyində 2016-cı ilə aid mesajlaşmaların müəyyən edilə bilmədiyini, bu səbəbdən də hazırda məhkəmə kollegiyasından mülki iş üzrə məhkəmə kompüter-texniki ekspertizasının keçirilməsini istədiklərini, sonradan iddiaçılar tərəfindən cavabdehə müəyyən təzyiqlər edildiyini, onun da dərman içib özünü zəhərlədiyini, bu məsələdən xəbər tutduqdan sonra iddiaçıların cavabdehin evinə baş çəkdiyini, cavabdehin anasının da baş verən hadisələrdən tamamilə məlumatsız olduğunu, anasının dəfələrlə iddiaçılardan qızının onlardan nə qədər borc almasını soruşmağına baxmayaraq iddiaçıların bu suala cavab verməkdən yayındığını qeyd etmiş, dediklərinin nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı2 apellyasiya şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Cavabdeh nümayəndəsinin dedikləri ilə razı olduğunu bildirmiş, apellyasiya şikayətinın əsaslı olduğundan təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 Əmirulla qızı cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu, süni şəkildə məhkəmə prosesini uzadaraq borcu ödəməkdən yayındığını, İddiaçı2 apellyasiya şikayətinin əsaslı olduğunu qeyd etmiş və iddiaçının apellyasiya şikayətinin təmin edilməsini, cavabdehin apellyasiya şikayətinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Bununla bərabər,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən qeyd edilməlidir ki, mübahisələndirilən qətnamə kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə müəyyən edilən (İddiaçı2 tələbi onun və cavabdehin apellyasiya şikayətinə aid) hissədə yenidən yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385, 442, 443, 1091, 1092; Mülki Prosessual Məcəlləsinin 14 , 77, 80-82, 106.2, 119, 217.4-cü maddələrinə əsasən qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 448.4. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.( yeni redaksiya). 740. Borc müqaviləsi şifahi bağlanır.Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər (əvvəlki redaksiyada) 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (əvvəlki redaksiyada) 22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
23. Kollegiya baxılan hissədə kassasiya instansiya məhkəməsinin göstərişlərin nəzərə alaraq hesab edir ki, İddiaçı2 münasibətdə apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğunu, kassasiya instansiya məhkəməsinin göstərişləri üzrə dəlilləri İddiaçı2 qəbul etdiyini və onların əlavə araşdırmaya ehtiyac olmadığını nəzərə alaraq, onun apellyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh apellyasiya şikayəti əsassız olduğundan rədd edilməli, qətnamə Cavabdeh İddiaçı2 xeyrinə tutulmalı olan borcun məbləğinə münasibətdə dəyişdirilməlidir. Belə ki, kassasiya instansiyasının göstərişləri də nəzərə alınmaqla mülki işdə olan materiallar, o cümlədən məhkəmə kollegiyasının iclasında cavabdehin özü tərəfindən verilmiş izahatlarla İddiaçı2 cavabdeh X3 10000 manat və 3500 ABŞ dolları məbləğində pul verməsi öz təsdiqini tapır. Əlavə olaraq cavabdehə 10000 ABŞ dolları məbləğində pulun verilməsi ilə bağlı qeyd edilməlidir ki, cavabdeh bu məbləği qəbul etmir, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1152/2021 №-li xx.xx.2021-ci il tarixli hökmündən də görünür ki, iddiaçının həyat yoldaşı da məhkəmədə şahid kimi dindirilmiş və o da ifadəsində yoldaşının cavabdehə 10000 manat və 3500 ABŞ dolları verdiyini təsdiqləmişdir (1-ci cild 84-cü səhifə) . İddiaçı2 tərəfindən bu halın əksini təsdiq edə biləcək hər hansı sübut ( qəbz və.s) məhkəməyə təqdim edilə bilməmişdir. Həmçinin məhkəmə iclasında İddiaçı2 cavabdehin yerdə qalan borc məbləğini qaytarması şərti ilə , 10000 ABŞ dollarını cavabdehdən tələb etmədiyini bildirmişdir. Beləliklə, kollegiya hesab edir ki, 10000 manat və 3500 ABŞ dolları ( günün məzənnəsinə uyğun olaraq manatla hesablanmaqla) ümumilikdə, 15950 manat Cavabdeh oğlundan tutularaq İddiaçı2 ödənməlidir. Belə ki, tələb manatla ifadə edilmişdir.
24. Kollegiya hesab edir ki, dövlət rüsumunun ödənilməsi ilə bağlı məhkəmə xərcləri onu ödəyən şəxslərə aid edilməlidir.
25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İddiaçı2 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-563/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi Cavabdeh İddiaçı2 xeyrinə tutulmalı olan pulun məbləğinin müəyyən edilməsi (apellyasiya baxışı predmeti olan) hissəsində dəyişdirilsin. Cavabdeh 15950 manat (on beş min doqquz yüz əlli manat) məbləğində pul vəsaiti tutularaq İddiaçı2 ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.