Məhkəmə qərarları › İş №2(103)-5485/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5485/2020

08.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5485/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxxxx” QSC-yə qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 56/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə baxılır. Sədrlik edən məhkəmə iclasını saat 17:20-də açır və baxılacaq işi elan edir. Sədrlik edən proses iştirakçılarının gəlib-gəlməmələri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Məhkəmə iclas katibi məlumat verərək bildirir ki,iş üzrə İddiaçı məhkəmə iclasında iştirak edir, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatlandırılmış, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Sədrlik edən işdə iştirak edən şəxsin şəxsiyyətini müəyyən edir və səlahiyyətlərini müəyyənləşdirir. İddiaçı X3– xx.xx.1980-ci ildə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Sədrlik edən məhkəmə kollegiyasının tərkibini və məhkəmə iclas katibini elan edir, tərkibə və iclas katibinə etirazın əsaslarını izah edir və onlara etirazların olub-olmadığını soruşur. Etirazlar daxil olmadı. Məhkəmə kollegiyası yerində müşavirə edərək QƏRARA ALDİ: İş üzrə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlmədiyinə görə məhkəmə iclası onun iştirakı olmadan keçirilsin. Sədrlik edən bildirir ki, birinci instansiya məhkəməsindən daxil olmuş məktubla hazırkı iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(009)-56/2020 nömrəli qətnaməsindən iş üzrə cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxxxx” QSC tərəfindən apelyasiya şikayəti verdiyi bildirilmiş vəişin həmin məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası yerində müşavirə edərək QƏRARA ALDİ: İddiaçı cavabdeh ləğv prosesində olan “xxxxxxxxxxxxx” QSC-yə qarşı borcun tutulması tələbinə dair mülki iş apelyasiya baxışından çıxarılsın və “xxxxxxxxxxxxx” QSC tərəfindən verilmiş apelyasiya şikayətinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin məhkəməyə göndərilsin. Məhkəmə iclası saat 17:30-da bağlı elan edilir. Məhkəmə iclası protokolu xx xxxxxxxx 2020-ci il tarixində tərtib olundu. Sədrlik edən Emin Mehdiyev Məhkəmə iclas katibi Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar