Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5488/2020 05.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının nümayəndəsi Nəcəf-zadə Anar Ziya oğlunun iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-78/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı «kredit məbləğinin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan «xxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 001/15 saylı Kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi ilə 12 ay müddətinə illik 16 faiz dərəcəsi olmaqla 70 000 manat məbləğində kredit vəsaiti verilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır.Bunun nəticəsində cavabdehin banka 70.000 manat məbləğində əsas borcu, 10.079,97 manat fviz borcu, 22 368,88 manat cərimə borcu, ümumilikdə 102 448,85 manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Göstərilənlərə əsasən Cavabdeh 70 000 manat məbləğində əsas borcu, 10 079,97 manat məbləğində faiz borcu, 22 368,88 manat cərimə (dəbbə pulu) borcu, ümumilikdə 102 448,85 manat məbləğində kredit borcnun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub, iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə «xxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 001/15 saylı kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli maliyyə arayışına əsasən qalan 70.000 manat əsas borc, 22.462,14 manat faiz borc, 2585,52 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına (MM-nin 445.7-ci maddəsinə əsasən) əsasən hesablanan faiz məbləği, 30.582,14 manat cərimə borcu, cəmi 125.629,80 manat borcun və 30 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-78/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh ilə «xxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 001/15 saylı kredit müqaviləsi üzrə 70.000 (yetmiş min) manat əsas borc, 11.200 (on bir min iki yüz) manat faiz borc, 2585,52 (iki min beş yüz səksən beş manat, əlli iki qəpik) manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına (MM-nin 445.7-ci maddəsinə əsasən) əsasən hesablanan faiz məbləği, 3000 (üç min) manat cərimə borcu, cəmi 86.785, 52 ( səksən altı min yeddi yüz səksən beş manat, əlli iki qəpik) manat borcun və 30 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-78/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırır ki, mübahisləndirilən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından ləğv olunmalı, iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmaqla iddia tələbinin rədd olunması ilə bağlı yeni qətnamə qəbul olunmalıdır. Belə ki, iddiaçı məhkəməyə kassa-məxaric qəbzini və hesabdan çıxarışları təqdim etməmişdir. Halbuki, bu sənədlər birbaşa olaraq iddiaçının istinad eldiyi halları sübut edən sənədlərdir. Mülki Prosessual Qanunvericiliyin əsas prinsiplərindən biri tərəflərin istinad etdikləri hər bir halı sübut etmək vəzifəsi daşımasıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən MPM-nin sübutetmə vəzifəsini nəzərdə tutan 77-ci maddəsinin tələblərini kifayət qədər nəzərə alınmamışdır. Digər tərəfdən cavabdeh ekspert rəyi ilə tanış edilməmiş və ekspertiza onun iştirakı olmadan keçirilmişdir. Ona görə də həmin ekspert rəyi sübut sayıla bilməz. Məhkəmənin isə onu sübut saymaqla AR MPM-nin 88-ci maddəsini düzgün tətbiq etməməsini bildirmişdir. Mübahisəli qətnaməni çıxaran məhkəmə tərəfindən hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməməsi son nəticədə hüquqlarının və qanuni mənafelərinin pozulması ilə nəticələnmişdir. Hansı ki, hüquqi müəyyənlik prinsipinin əsas hədəfi hüquqları və qanuni mənafeləri pozulmuş şəxslərin hüquqlarının bərpası və qanuni mənafelərinin müdafiəsini təmin etməkdir. İş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada dəfələrlə xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətinin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmə kolegiyası tərəfin izahatını, iş materiallarını, apelyasiya şikayətinin dəllillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı və qətnamə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan «xxxxxxxxx» ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 001/15 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh həyət evinin tikintisi məqsədi ilə 12 ay müddətinə illik 16 faiz olmaqla, 70 000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan «xxxxxxxxx» ASC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, cavabdeh bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdur. İş materiallarında olan «xxxxxxxxx» ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh banka xx.xx.2019-cu il tarixli müqavilə üzrə 70 000 manat əsas borc, 22 462,14 manat faiz borcu və 30 582,14 manat cərimə və kredit müqaviləsi üzrə xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2016-cı il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 2585,52 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 125 629,80 manatməbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1480 saylı, xx xxxxxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən “borcalan” Cavabdeh tərəfindən «xxxxxxxxx» ASC-dən alınmış kredit vəsaiti üzrə xx.xx.2016-cı il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka ödənilməli olan əsas kredit borcunun 70 000 manat, faiz borcunun 11 200 manat olması, xx.xx.2019-cu il tarixə (müqavilə bitəndən sonra illik 5 faizlə yəni xx xxxxxx 2016-cı il tarixdən xx.xx.2019-cu il tarixə qədər) banka ödənilməli olan əsas kredit borcunun 70 000 manat, faiz borcunun 24 286,11 (11200,00+13.086,11) manat olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat təşkil etmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin iclasında müəyyən olunmuşdur ki, «xxxxxxxxx» ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 001/15 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh həyət evinin tikintisi məqsədi ilə 12 ay müddətinə illik 16 faiz olmaqla, 70 000 manat məbləğində kredit verilmiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o kredit müqaviləsi üzrə üzərlərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka 70 000 manat əsas, 11.200,00 manat faiz borcu, 2585,52 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına (MM-nin 445.7-ci maddəsinə əsasən) əsasən hesablanan faiz məbləği , 3000 manat cərimə borcu olmaqla, cəmi 86.785, 52 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası əsas borc üzrə yaranan 70.000 manat məbləğə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, həm əkspert rəyində həm də bankın təqdim etdiyi maliyyə arayışındada qeyd olunan əsas borc məbləği ( 70,000 manat) eyni olaraq göstərilmişdir. Məhkəmə kollegiyası iddia tələbinin “2585,52” manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, ekspert rəyində daha yüksək məbləğ müəyyən edildiyinə baxmayaq məhkməmə iddiaçının idda tələbindən kənara çıxa bilməmiş və iddia həcminin bu hissədə artırılması barədə də məhkəməyə hər hansı bir ərizə daxil olmamışdır. Kreditor, borc müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarı). Məhkəmə kollegiyası iddia tələbinin “22 462,14 manat faiz borcunun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı qeyd edilən faiz məbləğini tərəflər arasında bağlanmış müqavilə üzrə müddətin başa çatdığı tarixə hesablanmış pul vəsaitindən istifadə haqqı (faizi) kimi irəli sürmüşdür. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, kreditor, pul vəsaitindən istifadə haqqının (faizlərin) ödənilməsini kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək tələb edə bilər. İşdə olan ekspert rəyində qeyd edilmişdir ki, xx.xx.2016-cı il tarixə borclunun banka faiz borcu üzrə 11 200 manat borcu vardır. Belə olan halda, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən faiz borcu üzrə yalnız 11 200 manat məbləğində faiz borcu tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, iddia cərimə məbləğləri ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, 3000 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 (otuz) manat məhkəmə xərci cavabdeh X1 aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh ilə «xxxxxxxxx» ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 001/15 saylı kredit müqaviləsi üzrə 70 000 manat əsas borc, 11200,00 manat faiz borc, 2585,52 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına (MM-nin 445.7-ci maddəsinə əsasən) əsasən hesablanan faiz məbləği, 3000 manat cərimə borcu, cəmi 86.785, 52 manat borcun və 30 manat dövlət rüsumunun borclu Cavabdeh tutularaq ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin hesabına ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, cavabdeh apelyasiya şikayətində iddiaçının məhkəməyə kassa-məxaric qəbzini və hesabdan çıxarışları təqdim etmədiyinə istinad etsə də həmin sənədlər iş materiallarında mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(006)-78/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5488/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5488/2020
05.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver