Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5488/2025 25.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-176/2025 nömrəli 09 iyul 2025-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kreditin əsas borcu üzrə 47398.69 manat məbləğində əsas, ona hesablanmış 41576.05 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 35900 manat məbləğində dəbbə pulu, gecikdirilmiş vaxt üçün AR Mərkəzi Bankın uçot dərəcəsi üzrə (7.5%) 1579.20 manat, cəmi 126453.94 manat borcun tutulması, vəkilin göstərdiyi hüquqi yardıma görə 690 (altı yüz doxsan) dövlət rüsumu kimi ödənilmiş 416.07 (dörd yüz on altı manat yeddi qəpik) manat məbləğində pulun tutulması, tələbin Cavabdeh2 Dınyar oğlu tərəfindən ipoteka ilə yüklu edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Nüsrət Məmr ədov küçəsində yer əşən 7A saylı fərdi yaşayış evi (torpaq sahəsi 0.06846 ha) yönəldilməsi, daşınmaz əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına qeyd edilən borcun iddiaçı “KƏPƏZ BOKT MMC-nə ödənilməsinə daır qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-176/2025 nömrəli 09 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 47398.69 manat məbləğində əsas, 35779,02 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 3500,0 manat məbləğində dəbbə pulu, gecikdirilmiş vaxt üçün AR Mərkəzi Bankın uçot dərəcəsi üzrə (7.5%) 1579.20 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 690,0 manat və 416,07 manat məbləğində dövlət olmaqla, cəmi 89362,98 manatın Cavabdeh1 alınaraq "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi, tələbin Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə yönəldilməsi Bakı şəhər, Xəzər rayonu, Şağan qəsəbəsi Nüsrət Məmmədov küçəsi 7 A ünvanda yerləşən mənzilin ilkin satış qiymətinin 250396,0 manat məbləğində olmaqla açıq hərracdan satılması və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən 89362,98 manat məbləğində kredit borcunun "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-yə ödənilməsi, ünvan 2 ünvanda yerləşən evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evi boşaldılmaqla Cavabdeh2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin qalan hissəsi olaraq 300,0 manatı Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi, ekspertiza xərci kimi 100,0 (yüz) manat pulun 100,0 manat məbləğində pul vəsaitin 50,0 manatının iddiaçı "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-dən, qalan 50,0 manatının Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(003)-176/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin faiz və dəbbə pulu hissəsində rədd edilməsi, ipoteka predmetinin satış qaydasının dəyişdirilməsi, ipoteka predmetinin yalnız borcu əhatə edəcək qədər hissəsinin satışa çıxarılmasının həyata keçirilməsi, onun və ailə üzvlərinin yaşayış hüququnun təmin edilməsi, məhkəmə xərclərinin iddiaçı "xxxx" BOKT MMC-nin üzərinə qoyulması barədə yeni qətnamə qəbul edlməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb edərək hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-176/2025 nömrəli 09 iyul 2025-ci il tarixli qətnaməsi “ünvan 2 ünvanda yerləşən evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evi boşaldılmaqla Cavabdeh2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun: 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2-ci maddəsinə əsasən ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsində ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən məcburi qaydada çıxarılması üçün ayrıca məhkəmə qərarının verilməsi qanunda nəzərdə tutulmamışdır. Yəni, ipoteka saxlayan yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında icra haqqında qanunvericiliyə uyğun olaraq ipoteka predmeti olan yaşayış evi və ya mənzilin boşaldılmasına məhkəmədənkənar qaydada nail ola bilər. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 02/2023 nömrəli 22 iyun 2023-cü il tarixli Qərardadının 18-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin 2018-ci il 28 dekabr tarixinədək mövcud olmuş redaksiyasında bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulurdu. 19-cu bəndinə əsasən qeyd edilənlərdən belə nəticə hasil olur ki, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinin əvvəlki redaksiyası ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxarılması ilə əlaqədar ipoteka saxlayan üçün alternativ iki sənəddən biri (tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı) ilə öz tələb hüququnu həyata keçirməyə imkan yaradırdı. Lakin sözügedən tarixdən sonra qanunverici bu proseduru sadələşdirərək, ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən və qeydiyyatdan məcburi qaydada çıxarılmasını yalnız ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında mümkün hesab etmişdir. Həmin Qərardadın 22-ci bəndində qeyd edilir ki, əgər tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, yəni “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsinə bu Qərardadın 16-cı bəndində göstərilən düzəliş edilənədək bağlanmışdırsa, ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələblərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. 23-cü bəndinə əsasən tərəflər arasında mübahisəli ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, sözügedən iddia tələblərinə məhkəmələrdə baxıla bilməz. Belə olan halda Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə uyğun olaraq iddia ərizəsinin ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən və qeydiyyatdan çıxarılması hissəsində icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməli, iddiaçıya sözügedən tələblər üzrə icra qurumuna müraciət edə bilmələri bu Qərardadın 24-cü bəndinə uyğun şəkildə izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər; 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunmalıdır ki, hazırda iddiaçının tələblərindən biri də ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlaklar satıldıqdan sonra həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması olmuşdur. Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin yuxarıda göstərilən və müddəalarına istinadən qeyd etməyi zəruri hesab edir ki, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması tələbinə baxılarkən ilk növbədə, tərəflər arasında mübahisəli hüquq münasibətinin yaranma tarixlərinə diqqət yetirilməlidir. Əgər tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixinədək, bağlanmışdırsa, ipoteka predmeti olan yaşayış evlərindən və mənzillərdən cavabdehlərin məcburi qaydada çıxarılmasına dair tələblərə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. Tərəflər arasında mübahisəli ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, sözügedən iddia tələblərinə məhkəmələrdə baxıla bilməz. Belə olan halda Mülki Prosessual Məcəllənin 153.2 və 153.2.1-ci maddələrinə uyğun olaraq iddia ərizəsinin ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka qoyulmuş yaşayış sahəsindən və qeydiyyatdan çıxarılması hissəsində icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Hazırki iş üzrə tərəflər arasında mübahisəli ipoteka müqaviləsi isə xx.xx.2021-ci il tarixdə bağlanıldığından sözügedən iddia tələbinə məhkəmədə baxıla bilməz. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-176/2025 nömrəli 09 iyul 2025-ci il tarixli qətnaməsi “ünvan 2 ünvanda yerləşən evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evi boşaldılmaqla Cavabdeh2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 261-ci, 263-264, 384-385-ci, 387-ci, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-176/2025 nömrəli 09 iyul 2025-ci il tarixli qətnaməsi “ünvan 2 ünvanda yerləşən evinə tutma yönəldikdə və satıldıqdan 1 ay sonra həmin fərdi yaşayış evi boşaldılmaqla Cavabdeh2 və digər şəxslərin fərdi yaşayış evindən çıxarılması” tələbinin təmin edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5488/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5488/2025
25.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver