Məhkəmə qərarları › İş №2(103)-5492/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5492/2021

09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5492/2021 09.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı “Bank VTB(Azərbaycan)” ASC-nin nümayəndəsi Nümayəndə, Cavabadeh Cavabdeh iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3852/2018 saylı 28 iyun 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin ASC ərizə ilə 21.11.2017-ci il tarixdə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 28.09.2015-ci il tarixli müqavilə üzrə 8685.60 manat əsas borcu, 1388.65 manat faiz borcu, 361.95 manat cərimə borcu olmaqla, cəmi 10436.20 manat və 29.09.2015-ci il tarixli müqavilə üzrə 1719.89 manat əsas borcu, 279.36 manat faiz borcu, 17.97 manat cərimə borcu olmaqla, cəmi 2017.22 manat borcun və məhkəməyə müraciət olunması üçün ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2 (010)-12110/2017 saylı 21 noyabr 2017-ci il tarixli məhkəmə əmri ilə Cavabdeh 28.09.2015-ci il tarixli müqavilə üzrə 8685.60 manat əsas borcu, 1388.65 manat faiz borcu, 361.95 manat cərimə borcu olmaqla, cəmi 10436.20 manat və 29.09.2015-ci il tarixli müqavilə üzrə 1719.89 manat əsas borcu, 279.36 manat faiz borcu, 17.97 manat cərimə borcu olmaqla, cəmi 2017.22 manat borc və məhkəməyə müraciət olunması üçün ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutulmasını əmr etmişdir. Cavabdeh 19.03.2018-ci tarixdə Suraxanı rayon Məhkəməsinin 2(010)-12110/2017 saylı 21 noyabr 2017-ci il tarixli məhkəmə əmrinə etiraz verdiyindən, Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 283- cü maddəsinin tələblərinə riayət etməklə 2(010)-12110/2017 saylı 25 aprrel 2018-ci il tarixli qərardadı ilə Suraxanı rayon Məhkəməsinin 2(010)-l2110/2017 saylı 21 noyabr 2017-ci il tarixli məhkəmə əmrini ləğv edib mülki iş üzrə ümumi iddia icraatına keçirmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3852/2018 saylı 28 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh cəmi 2017,22 manat borc və 20 manat ödənilmiş dövlət rüsumunun iddiaçı “Bank VTB (Azərbaycan” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh 10 manat məbləğində dövlət rüsumunun isə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdirlər. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi ilə razı deyil. Belə ki, müqavilə üzrə bütün öhdəliklərimi icra etmiş, az miqdarda borcu qalmışdır, buna baxmayaraq iddiaçı borcu bir neçə dəfə artıq hesablamışdır. Bundan başqa, izahatında göstərmişdir ki, hazırki vəziyyətdə artıq faizlərin hesablanması, cərimənin təyin olunması pis olan maddi vəziyyətini daha da pisləşdirəcəkdir. Eyni zamanda qeyd etmişdir ki, İİ qrup Çernobıl əlilidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şikayəti müdafiə etdiyini bildirərək təmin edilməsini, iddiaçının nümayəndəsi Nümayəndə isə şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3852/2018 saylı 28 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28.09.2015-ci il tarixli 108345-CNS-l 9101 saylı Nağd pul kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi ilə illik 29 faiz olmaqla 36 ay müddətinə 10.721 manat məbləğində kredit verilmişdir. Bundan əlavə tərəflər arasında bağlanmış 10.12.2014-cü il tarixli 108345-1-13253 saylı kredit xətt müqaviləsinə əsasən cavabdehə istehlak məqsədi ilə illik 32 faiz hesablanması şərti ilə 24 ay müddətinə 1.900 ABŞ dolları məbləğində kredit verilmişdir. 10.12.2014-cü il tarixli 108345-1-13253 saylı kredit xətt müqaviləsinə 01 saylı əlavə razılaşma imzalanaraq cavabdehə 29.09.2015-ci il tarixə olan borcu konvertasiya edilrək 2067 manat məbləğində müəyyən olunmuş və kredit müqaviləsinin vaxtı 36 ay müddətinə uzadılmışdır. İş materiallarında olan arayışdan görünür ki, cavabdehin Banka 28.09.2015-ci il tarixli müqavilə üzrə 8685.60 manat əsas borcu, 1388.65 manat faiz borcu, 361.95 manat cərimə borcu olmaqla, cəmi 10436.20 manat və 29.09.2015-ci il tarixli müqavilə üzrə 1719.89 manat əsas borcu, 279.36 manat faiz borcu, 17.97 manat cərimə borcu olmaqla, cəmi 2017.22 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1 -ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məşəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayətində borcun artıq hesablandığını qeyd etsə də, bu halı sübut edəcək heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3852/2018 saylı 28 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3852/2018 saylı 28 iyun 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar