Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5501/2022 26.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı pul tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-153/2022 saylı işi üzrə 20 aprel 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı cavabdehlər "ATEF Şirkətlər Qrupu” MMC-dən və Cavabdeh2 maddi ziyanın əvəzi olaraq 5000 manat məbləğində pulun və 31 manat məbləğində dövlət rüsumunun, Cavabdeh2 mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə iddiası Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-153/2022 saylı işi üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək, zərərin əvəzi qismində 2141 manat məbləğində pul vəsaitinin Cavabdeh1ndən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 22 manat məbləğində pul vəsaitinin Cavabdeh1ndən tutularaq İddiaçı ödənilməsi və ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaitinin müştərək qaydada, yəni 250 manat məbləğində olan hissəsində İddiaçı, digər 250 manat məbləğində olan hissəsinin isə Cavabdeh1ndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80, 81, 97, 119.1, 217.4, 218.3; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1099, 1108.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, xx.xx.2021ci il tarixində "ATEF şirkətlər qrupu”nun mülkiyyətində olan, lakin Cavabdeh2 idarə etdiyi "Kamaz” markalı **-İS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə etdiyi "Opel Astra” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması hadisəsi baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Cavabdeh2 inzibati xətanın törədilməsində təqsirli bilinməsi haqqında qərar qəbul edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, həmin tarix üçün "ATEF Şirkətlər Qrupu” MMC tərəfindən verilmiş 01-30 aprel 2021-ci il tarixlər üçün "yük avtonəqliyyatı üçün yol vərəqi”nə əsasən sürücü Cavabdeh2 "KAMAZ” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobili Respublikaya daxli olaraq 01-30 aprel 2021-ci il tarixlərə həmin nəqliyyat vasitəsi üçün yol vərəqi verilmişdir. Mülki-hüquq pozuntusu, o cümlədən yol-hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş hadisə olaraq deliktin mövcudluğu və bununla da iddiaçı tərəfindən maddi ziyanın tələb edilməsi üçün əsasların yaranması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, inzibati qərar Cavabdeh2 barəsində tərtib olunsa da, həmin tarixlər üçün "ATEF Şirkətlər qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin tapşırığı üzrə yolda "KAMAZ” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, bununla da cavabdeh "ATEF Şirkətlər qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin mülki məsuliyyətinə cəlb edilməsi üçün əsasların yaranması müəyyən edilmişdir. Bundan əlavə məhkəmə araşdırılması zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən maddi ziyanın məbləği 6505 manat müəyyən edilsə də, iddiaçı öz tələbində 5000 manat xahiş etmiş və iddianın artırılmasına dair ərizə ilə müraciət etməmiş, məhkəmə maddi ziyanın məbləğini müəyyən edərkən, iddia tələbindən kənara çıxa bilməz.Həmçinin maddi ziyanın məbləğini müəyyən edərkən, iddiaçıya "Atəşgah” Sığorta şirkəti tərəfindən verilmiş 096379 sayıl sığorta aktına əsasən İcbari sığorta novündə sığortalanmış "Kamaz” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobili 30 aprel 20201-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi üçün 2859 manat məbləğində sığorta ödənişinin ödənilməsini də nəzərə almalıdır. İddiaçı avtomobilinə vurulmuş mənəvi ziyanla bağlı zərərin məbləğinin 2000 manat qeyd etmişdir.Mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmamasına dair ehtimal ortaya çıxır iddiaçı cavabdehin təqsirli hərəkətlərinin nəticəsi olaraq mənəvi ziyan vurulması ilə əlaqədar tələbinin əsası kimi istinad olunan halları, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını sübut edə bilməmişdir. Məhkəmə tərəfindən iddiaçıya istinad etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edilməsi təklif edilsə də tərəf hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də müəyyən edilən bu hallar sözügedən mübahisə üzrə iddia tələbinin rədd edilməsinə əsas verir.
2. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki: "Atəşgah” Sığorta şirkəti tərəfindən verilmiş 096379 sayıl sığorta aktına əsasən İcbari sığorta novündə sığortalanmış "Kamaz” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobili 30 aprel 2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi, o cümlədən sığortalı avtomobilin "Opel Astra” minik markalı avtomobillə toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli nəqliyyat vasitələrinin yol- nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesaba uyğun olaraq zərərlə bağlı maddi ziyan 6275 manat olaraq olaraq hesablanmış, 2859 manat sığorta ödənişi İddiaçı ödənilmişdir;- "ATEF Şirkətlər Qrupu” MMC tərəfindən verilmiş 01-30 aprel 2021-ci il tarilər üçün "yük avtonəqliyyatı üçün yol vərəqi”nə əsasən sürücü Cavabdeh2 "KAMAZ” markalı **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobili respublika daxli olaraq 01-30 aprel 2021-ci il tarixlərə həmin nəqliyyat vasitəsi üçün yol vərəqi verilmişdir;- "Patron-L” MMC-nin 02 mart 2022-ci il tarixli, 7588 saylı rəyindən görünür ki, tədqiq olunan "Opel Astra” minik markalı, **-GM-*** dövlət qediyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği təxminən 6505 manat müəyyən edilir.Ekspert xərci 500 manat müəyyən edilmişdir (səh. 77, 93, 115 ) . Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
3. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhər Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-153/2022 nömrəli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbi tam təmin edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, **-GM-*** dövlət qeydiyyat nişanlı Opel Astra minik markalı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. xx.xx.2021-ci il tarixində "xxxx" MMC-nin mülkiyyətində olan lakin Cavabdeh2 idarə etdiyi Kamaz markalı **-JS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı idarə etdiyi Opel Astra markalı **-GM-*** dövlət qeydiyyat nişanlı toqquşmuşdur. Hadisə nəticəsində nəqliyyat vasitəsi tamamilə yararsız vəziyyətə düşmüş və ondan istifadə etmək qeyri-mümkün olmuşdur. Baş vermiş hadisə ilə bağlı Cavabdeh2 barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş və inzibati xətanı törətdiyi müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehlərə dəymiş ziyanın ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilsə də onlar tərəfindən heç bir tədbir görülməmişdir.Hadisə nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə 5000 manat məbləğində ziyan dəymişdir. Bundan əlavə hadisə nəticəsində iddiaçının keçirdiyi əsəb və stressi, psixoloji sarsıntıları nəzərə alaraq mənəvi ziyanın əvəzi olaraq iddiaçıya 2000 manat məbləğində pulun tutularaq ödənilməsini də zəruri hesab edilir. MM-in 21-cimaddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Belə ki, bu maddəyə əsasən hazırki iş üzrə iddiaçı ona dəyən zərərin əvəzi kimi cavabdehdən 5000 manat məbləğində pul tələb etməkdə haqlıdır. Belə ki işdə olan materiallara əsasən "xxxx"MMC tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi əlavə edilsə də bu rəylərin heç birində maşına dəymiş zərərin real məbləği göstərilməmişdir. Maşının real qiyməti 7000- 8000 manat arasında olduğunu nəzərə alsaq ekspert rəyində göstərilən qiymət absurddur. İddiaçının maddi ziyanın əvəzi olaraq ağlabatan məbləğdə 5000 manat pul tələb etməsi ekspert rəyində maşına dəymiş zərəri real məbləğdən dəfələrlə az hesablamasına haqq qazandıra bilməz. Sığorta ödənişi qismində iddiaçıya 2859 manat məbləğində sığorta ödənişi edilmişdir və iddaçı 5000 manat məbləğində pul tələb edərkən ödənilmiş məbləğdən əlavə 5000 manat nəzərdə tutmuşdur. Məhkəmə isə öz qətnaməsində dəymiş zərəri düzgün qiymətləndirməmiş və ümumilikdə iddiaçıya 5000 manat məbləğində ziyan vurulduğunu fərz edərək yerdə qalan hissəninin iddiaçıya ödənilməsini qət etmişdir. Halbuki, məhkəmə tərəfindən ekspertizanın düzgün aparılmaması və maşının dəyərinin düzgün qiymətləndirilməməsi nəzərə alınmamışdır. Ekspertizanın düzgün aparılmaması ilə yanaşı, məhkəmənin qətnamədə müəyyən etdiyi məbləğ ekspertizanın hesabladığı məbləğdən də aşağı olmuşdur. Bu absurd hal isə qətnamədə ümumiyyətlə əsaslandırılmamışdır. Qeyd edilən qərara əsasən məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirmə -mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Göründüyü kimi, qətnamədə mənəvi zərərlə bağlı sosial, psixoloji və ya iqtisadi qiymətləndirmə aparılmasına dair ümumiyyətlə hansısa fikir mövcud deyil. Məhkəmə öz qətnaməsində sadəcə mənəvi ziyanla bağlı iddiaçı tərəfdən hansısa sübutun təqdim olunmadığını qeyd etmiş və bu səbəbdən də mənəvi ziyanla bağlı tələbi təmin etməmişdir. İş materiallarında yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı kifayət qədər sübutlar var, bu sübutlara inzibati xəta haqqında qərarı və ona əlavə edilmiş sənədləri nümunə göstərilə bilər. Bu sənədlərdən açıq-aydın ortadadır ki, qəza baş vermişdir, maşının istifadəyə tamamilə yararsız hala düşməsi qəzanın kifayət qədər ağır olduğunu göstərir. Baş vemiş qəza nəticəsində iddiaçı mənəvi sarsıntı keçirmişdir, bu halla bağlı Konstitusiyanın plenum qərarında da nəzərdə tutulmuş psixoloji qiymətləndirmə məhkəmə tərəfindən aparıla bilərdi. Bundan əlavə iddiaçının mülkiyyətinə ziyan dəymişdir və o öz mülkiyyətində olan nəqliyyat vasitəsindən məhrum olmuşdur, burda da Konstitusiyanın plenum qərarında göstərilən iqtisadi ünsürləri görünə bilər. Lakin məhkəmə mənəvi ziyanla bağlı məsələyə səthi yanaşmış və bu halı düzgün qiymətləndirməmişdir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qeyd edilən rəydə dəymiş zərərin məbləği 6505 manat müəyyən edilmişdir. Sözügedən şirkətə iddiaçı tərəfindən 200 manat məbləğində xidmət haqqı ödənsə də, şirkət bu xidmət haqqını qeyd etməmiş xərclərin əvəzi olaraq 500 manat məbləğində xidmət haqqının ödənilməli olmasını qeyd etmiş və bununla da əsassız olaraq iddiaçıdan artıq pul almaq istəmişdir. Belə bir şirkətin verdiyi rəyin nə dərəcədə əsaslı və düzgün olması da sual altındadır. Ekspertiza obyektiv şəkildə və düzgün aparılmalıdır, lakin maşının real qiymətini nəzərə alınsa, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası da düzgün aparılmamışdır. Həmçinin Mülki Prosessual Məcəlləyə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu iş üzrə iddiaçının iddiası müəyyən hissədə təmin edilmişdir, bu səbəbdən də iddiaçıdan ekspertiza ilə bağlı xərclərin tutulması düzgün deyil. Bununla yanaşı qeyd edilən kimi ekspertizanı aparan şirkət iddiaçıdan əvvəlcədən 200 AZN məbləğində pul da almışdır, belə olan halda iddiaçının yenidən ekspertiza xərcləri üçün 250 AZN pul ödəməsi absurddur. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 4.xx.xx.2022-ci il tarixində məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, Suraxanı Rayon Məhkəməsinin qətnaməsindən sonra iddiaçıya pul ödənildiyini, pulun məbləğinin sığorta tərəfindən hesablandığını bildirmişdir. 5.İddiaçı ekspertizanın qarşı tərəfin təklifi ilə keçirildiyini, ekspertiza tədqiqatı üçün müəyyən edilmiş məbləğin müstərək qaydada ödənilməsinin düzgün olmadığını, sığorta tərəfindən müəyyən edilmiş 6275 manatla bağlı etiraz etmədiyini, ona 2859 manat ödənildiyini bildirmişdir. 6.Cavabdeh2 600 manat əmək haqqı aldığı halda dəymiş zərərə görə hər ay 250 manat ödədiyini bildirmişdir. Apellyasiya baxışının hədləri:
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən. Hüquqi və ya fiziki şəxsin öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti ,1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun 9.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. 10.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 385-388; Mülki Prosesual Məcəllənin 77, 81, 82, 88, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin münasibətləri üzrə səhv nəticəyə gəldiyindən, habelə qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iddia qismən təmin edilərək, sığorta şirkəti tərəfindən müəyyən edilmiş və mübahisə edilməmiş 6275 manat məbləğindən sığorta şirkəti tərəfindən iddiaçııya ödənilmiş 2859 manat pul vəsaiti çıxılacaq, 3416 (üç min dörd yüz on altı) manat məbləğində pul vəsaiti Cavabdeh1ndən tutularaq İddiaçı ödənilməsi təmin edilməlidir. Mənəvi zərər hissəsində isə qeyd edilməlidir ki, iddiaçı nəqliyyat vasitələrinin idarə edilməsi üzrə yüksək təhlükə mənbələrinin hərəkət dairəsi üzrə riskin daşıyıcısı olmuşdur və öz hərəkətlərinin risk dairəsində mənəvi zərəri sübuta yetirməmişdir. 11.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-153/2022 saylı işi üzrə 20 aprel 2022-ci il tarixli qətnaməsi ləğv edilsin.İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 qarşı pul tələbinə dair iddiası qismən təmin edilsin. 3416 (üç min dörd yüz on altı) manat məbləğində pul vəsaiti Cavabdeh1ndən tutularaq İddiaçı ödənilməsi təmin edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 500 manat məbləğində pul vəsaiti Cavabdeh1ndən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.