Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5510/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı ASC–nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC -nin cavabdehlər Cavabdeh1 və X5 qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4428/2020 saylı işi üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "YELO BANK” ASC-nin cavabdehlər Cavabdeh1 və X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X1 müştərək qaydada "YELO BANK” ASC-nin xeyrinə 12 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8178.03 ABŞ dolları əsas, 4081 ABŞ dolları faiz və 2472.78 ABŞ dolları cərimə borcu olmaqla 03.06.2017-ci il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1212.75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16214,56 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur: 12 sentyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh1 "xxxx" İKB ASC-dən illik 21 faizlə 24 ay müddətinə 19000 ABŞ dolları kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 ilə 12 senyabr 2014-cü il tarixli bank hesab, kredit və zaminlik müqaviləsi bağlanmışdır (səh.12); 03 aprel 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 03 iyun 2017-ci il tarixədək uzadılmışdır (səh.15); Borcun təminatı olaraq, Cavabdeh2 ilə 12 senyabr 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 03 aprel 2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti 03 iyun 2017-ci il tarixədək uzadılmışdır (səh.16); İddiaçı ASC tərəfindən verilmiş 14.05.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 İddiaçı ASC-yə 12 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 8178.03 ABŞ dolları əsas, 4081 ABŞ dolları faiz və 2472.78 ABŞ dolları cərimə borcu olmaqla 03.06.2017-ci il tarixdən 14.05.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1212.75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 16214.56 ABŞ dolları borcu vardır (səh.8). Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4428/2020 saylı işi üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 və X1 müştərək qaydada 8178.03 ABŞ dolları əsas, 4081 ABŞ dolları faiz və 100 ABŞ dolları cərimə borcu olmaqla gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1212.75 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 13.571,78 ABŞ dolları məbləğində pul (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "YELO BANK” ASC-nin xeyrinə ödənilməsi, qalan hissədə iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2(008)- 4428/2020 saylı məhkəmə qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385-387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, iştirakı təmin olunmamış, iddiaçı bank ilə 2014cü il tarixdə müqavilə bağlayaraq 19000 ABŞ dolları kredit götürülmüş, müqavilənin bitməsi əvvəl 2016-cı ilin sentyabr ayına olmuşdur. Daha sonra bank onları dəvət etmiş 03 aprel 2015-ci il tarixdə əlavə saziş bağlanmış kredit müqaviləsinin müddəti 03 iyun 2017-ci il tarixə qədər uzadılmışdır. 03 aprel 2015-ci il tarixli, 1 saylı əlavədən də görünür ki, kredit müqaviləsi üzrə son ödəniş tarixi 03 iyun 2017-ci ildir. Mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə 29 iyul 2020-ci il tarixdə daxil olduğundan birmənalı şəkildə iddia üzrə iddia müddəti ötürülmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC –nin nümayəndəsi X6 apellyasiya şikayətini qəbul etməyərək, 11.10.2016-cı il tarixində son ödəniş edildiyini, cavabdehin restrutukzasıya ilə bağlı müraciət etmədiyini, iddianın 10.06.2020-ci il tarixində poçta verildiyini (buna dair qaiməni məhkəməyə təqdim edərək) və iddia müddətinin ötürülmədiyini bildirmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1 və X4 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsində icraat zamanı müəyyən olunur: Cavabdeh1 tərəfindən verilmiş ərizəyə əsasən, bank ilə 2014-ci ilin aprel ayında kredit müqaviləsi bağladıqlarını, həmin kredit müqaviləsinin müddəti hazırda ötürüldüyünü, iddiaçı bankın ona qarşı iddia qaldırmaq müddəti ötürüldüyünü, iddiaçı iddia qaldırmaq müddətinin ötürmək ilə iddia ərizəsinin verildiyini, iddiaçı “YELO BANK" ASC-nin ona qarşı qaldırmış olduğu iddia tələbinin rədd olunmasını xahiş etmişdir; iddiaçının nümayəndəsi tərəfindən təqdim edilmiş kuryer qaiməsinə əsasən, iddia ərizəsi Sabunçu rayon Məhkəməsinə 10.06.2020-ci il tarixdə göndərilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 372, 385.1, 425.1, 470-477, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit (zaminlik) müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Mübahisə edilən hissədə apellyasiya şikayətin dəlilləri əsassız olduğundan qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı tərəfindən təqdim edilən kuryer qaiməsini nəzərə alaraq iddianın müddətin ötürülməsinə dair əsasların əsassız olmasının və tərəfin lazımi qaydada məlumatlandırılmasına müvafiq onun iştirak hüququnun pozulması müəyyən edilmir və iddia müddətinin ötürülməsi barədə ərizənin üzürlü səbəblərdən birinci instansiya məhkəməsinə təqdim edilməməsi əsasları müəyyən edilmir. Cavabdeh hüquqlardan sui-istifadə edərək zamanında məhkəməyə müraciət etməmiş və bu məsuliyyət həddi onun özünə məxsusdur və bu baxımdan iddia müddətinin ötürülməsi üçün ümumiyyətlə prosessual əsaslar müəyyən edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4428/2020 saylı işi üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5510/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5510/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver