Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5511/2023 24.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X2 , Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(011)-144/2023 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətlərinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 485 nömrəli avtonəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, “İcarəyə verən” İddiaçı MMC-nin direktoru Nümayəndə “İcarəçi” Cavabdeh2 olmuşdur. İddiaçı MMC tərəfindən “Hundai Elantra” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə olunması üçün Cavabdeh2 istifadəsinə verilmiş, avtomobilin texniki baxımdan saz vəziyyətdə, heç bir qüsurunun olmaması və bütün ləvazimatlarının olması barədə 1 saylı təhvil-təslim aktına cavabdeh imza etmişdir.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 may 2023-cü il tarixli, 9/1837 nömrəli ekspertiza rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, fiziki şəxs X6 tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Hyundai Elantra” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2460 manat müəyyən edilir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC şirkətinə vurulmuş maddi ziyana görə 2880 manat, 17 gün nəqliyyat vasitəsi boş durduğu üçün 255 manat, iddiaçıya vurulmuş mənəvi ziyana görə 1000 manat və iddiaçı tərəfindən ödənilmiş 60 manat dövlət rüsumunun, cəmi 4195 manat pul vəsaitini cavabdehlər Fidan Məhəmməd qızı və onun həyat yoldaşı Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, şirkət “rent a car” olaraq nəqliyyat vasitələrinin icarəsini həyata keçirir. MMC-nin etibarnamə ilə istifadəsində olan “Hundai Elantra” markalı, **-RJ-*** dövlət qeydiyyat nişanlı, açıq boz metalik rəngli 2012-ci il buraxışlı, nəqliyyat vasitəsini 07 iyul 2022-ci il tarixdən 02 avqust 2022-ci il tarixədək 21 avqust 1990-cı il təvəllüdlü Bakı şəhəri Xətai rayonu X10 küçəsi ev 1, mənzil 23-də qeydiyyatda olan Cavabdeh1 və onun həyat yoldaşı 15 aprel 1983-cü il təvəllüdlü Cavabdeh2 şirkətlə bağlanmış 485 nömrəli müqaviləyə əsasən təhvil təslim aktı ilə icarəyə verilmişdir. Cavabdehlərə 25 gün müddətində nəqliyyat vasitəsini idarə etmək üçün yol vərəqəsi hər birinə verilmişdir.Cavabdehlər Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 icarələrində olan nəqliyyat vasitəsini 9 gün idarə etmiş və 16 iyul 2022-ci il tarixdə saat 19:47 radələrində Qax rayonundan zəng edib öz nöqsanlarını pərdələyərək, əvvəlcədən düşünülmüş senariyə uyğun, müdafiə xarakterli yalan fikirləri ifadə etməklə bildirmişlər ki, hazırda nəqliyyat vasitəsinin mühərrikinin su təzyiqi qalxdığı üçün saxlamışlar. Tərəflərindən onlara nəqliyyat vasitəsini idarə etməməyi və dərhal texniki nasazlığın aradan qaldırılması üçün Qax rayonunda işləyən usta taparaq hadisə yerinə göndərmişlər. Qax rayonunda işləyən usta bildirmişdir ki, qızma nəticəsində mühərrik tam yararsız vəziyyətə salınıb, düzəltmək mümkün deyil. Dehghan ailəsi ilə aparılmış söhbət zamanı müəyyən edilmişdir ki, mühərrik normadan artıq qızdırılmış və onlar yaranmış nasazlığa etinasız yanaşaraq nəqliyyat vasitəsin Qax rayonundan Şəki rayonuna idarə etmiş və Şəki rayonunda mühərrikə su əlavə edərək geri Qax rayonuna qayıtmışlar və etinasız yanaşma nətiəsinədə nəqliyyat vasitəsinin mühərriki tam yararsız hala düşmüşdür. Cavabdehlər Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 müqavilə əsasında icarəyə götürdükləri **- RJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı MMC-nin təhvil təslim aktı ilə qaytarmamışlar. Dehghan ailəsi tərəfində yararsız hala salınmış nəqliyyat vasitəsi tərəflərindən Qax rayonundan evakuator vasitəsi ilə Bakı şəhərinə təmirə gətirilmişdir. Avtoservisdə usta mühərriki müayinə etdikdən sonra bildirmişdir ki, mühərrikin suyu normadan artıq qızmış və bu hala məhəl verməyərək, bilərəkdən nəqliyyat vasitəsin idarə etdikləri üçün mühərrikin ploku, qalofqası, porşenlər, porşen yuvaları əyilərək yararsız hala salınmışdır və təmir üçün 3000 min manat xərc tələb olunur. Nəqliyyat vasitəsini Qax rayonundan Bakı şəhərinə gətirmək üçün evakuatora 220 manat, Qaxda işləyən ustanın zəhmət haqqı 200 manat, valın yonulması 125 manat, mühərrikin gilizlənməsi, blokun yonulması, blokun padqonkası, qalofqanın yoxlanılması üçün ümmilikdə təmir sexinə 520 manat, mühərrikin yığılmasının zəhmət haqqı 512 manat və ehtiyyat hissələri 1200 manat olmaqla ümümilikdə 2880 manat pul bir kart vasitəsi ilə şirkət tərəfindən xərçlənilmişdir. Göstərilən maddi hüquq normalarının işin hallarına tətdbiq etdikdə aydın olur ki, cavabdeh 07 iyul 2022-ci il tarixdən 02 avqust 2022-ci il tarixədək İddiaçı MMC şirkət qarşısında müqavilə öhdəliklərini yerinə yetirildiyi zaman (nəqliyyat vasitəsinin istismarı zamanı) şirkətə zərər vurub (nəqliyyat vasitəsinin mühərrikinin sıradan çıxıb). Mülki qanunvericiliyin tələbinə görə Cavabdeh1 və onun həyat yoldaşı Cavabdeh2 həmin 2880 min manat maddi ziyanı ödəməyə borcludurlar. İddiaçı MMC ilə cavabdehlərə arasında 07 iyul 2022-ci il tarixdə bağlanılmış 485 nömrəli müqavilənin 6-cı bildiriş bölməsinin 6.2-ci bəndinin tələb və göstərişləri (avtonəqliyyat vasitəsi icarəçidə olduğu müddət ərzində onun mühərrik, transmissiya (arxa- qabaq körpü, ötürmələr qutusu), digər hissə və mexanizmlərində dağılma və ya hər hansısa bir qüsur baş verərsə məsuliyyəti icarəçi daşıyır) bildirilmişdir. Cavabehlər hazırda məhkəmədən kənar qaydada zərərin ödənilməsindən yayınır. Zərər vurma nəticəsində iddiaçıya mənəvi zərər dəyib. İddiaçı dəymiş mənəvi ziyanı 1000 manat vəsait kimi qiymətləndirir. Bundan əlavə, hazırki iddanın qaldırılması üçün dövlət rüsumu haqqında Qanunun 8-ci maddəsinə əsasən 60 manat dövlət rüsumu iddiaçı ödəyir. İddia təmin edildikdən sonra həmin rüsumun cavabdehlərdən tutulması qənaətindədir.
5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(011)- 144/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 2460 manat məbləğdə maddi zərər, 60 manat məbləğdə dövlət rüsumu, ümumilikdə 2520 manat məbləğində pul vəsaiti Cavabdeh2 alınaraq İddiaçı MMC-nin xeyrinə ödənilməsi, 50 manat məbləğdə ekspertiza tədqiqatının dəyəri Cavabdeh2 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət eilmişdir.
6. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında 07 iyul 2022-ci il tarixli avtonəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh2 isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 may 2023-cü il tarixli, 9/1837 nömrəli ekspertiza rəyinə uyğun olaraq, **-RJ-*** qeydiyyat nişanlı Hundai Elantra markalı avtomobilə dəymiş 2460 manat məbləğində zərər Cavabdeh2 tutulmalıdır. Məhkəmə ekspert rəyi ilə razılaşır və onu mötəbər sübut kimi qəbul edir. Həmçinin məhkəmə iddia tələbinin Cavabdeh1 aid olan hissəsini araşdıraraq qeyd etmişdir ki, cavabdeh qismində göstərilmiş Cavabdeh1 qeyd olunan icarə müqaviləsinin tərəfi olmadığından və öhdəlik daşımadığından ona qarşı iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddianın “iddiaçıya vurulmuş mənəvi zərərə görə 1000 manat zərərin cavabdehlərdən tutularaq iddiaçıya verilməsi” barədə hissəsini araşdıraraq hesab etmişdir ki, iddia göstərilən hissədə əsassız olduğundan, təmin edilməməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, rədd edilməsini xahiş etmişdir.
9. Şikayətinin dəlillərinə görə, iş materiallarına əlavə edilmiş, Cavabdeh2 pasportundan dagöründüyü kimi o, İsvec krallığında qeydiyyatda olmaqla, orada yaşayır. Azərbaycan Respublikasında hec bir rəsmi qeydiyyatı və ya yaşayış yeri mövcud deyil. İddiaçı cavabdehin qeydiyyat ünvanının Bakı şəhərində göstərməklə MPM-in 149-cu maddəsinin tələbini pozmuşdur. MPM-in 149-cu maddəsi müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat təqdim edilməsini tələb etsə də iddiaçı bu tələbə də əməl etməmişdir. İş materiallarına əlavə edilmiş cavabdehlə iddiaçı arasında bağlanması ehtimal edilən 485 nömrəli müqavilənin 3.1-ci maddəsinin tələbinə görə cavabdehlərə 25 gün müddətində nəqliyyat vasitəsini idarə etmək üçün hər gününə 40 manat göstərilsə də iddiaçı cavabdehdən iş materiallarına əlavə edilmiş qəbzdən də göründüyü kimi günlük 45 manat olmaqla ümumilikdə 25 gün ücün 1125 manat vəsait alması qəbzlə təsdiq edilir (günlük istifadə müddətindən sonrakı qalıq olan 785 manatın cavabdehə qaytarılmaması iddiaçının əsassız varlanması kimi qiymətləndirilməlidir). İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 may 2023cü il tarixli, 9/1837 nömrəli ekspertiza rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan fiziki şəxs X6 tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Hyundai Elantra” markalı, **-RF-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2460 manat müəyyən edilimişdir. Göründüyü kimi ekspert fiziki şəxsin subyektiv mülahizəsinə əsaslanmaqla reallığı əks etdirmir. Məhkəmə öz əsaslandırmasında qeyd edir ki Cavabdeh2 şirkətlə bağlanmış 485 nömrəli müqaviləyə əsasən təhvil təslim aktı ilə icarəyə verilmişdir. Cavabdehlərə 25 gün müddətində nəqliyyat vasitəsini idarə etmək üçün yol vərəqəsi hər birinə verilmişdir. Cavabdehin məhkəmə baxışında qaldırdığı vəsatətdən də göründüyü kimi, nəqliyyat vasitəsinin nasazlığı barədə 16 iyul 2022-ci il tarixədək dəfələrlə iddiaçıya zəng edilmiş, bu barədə edilən zənglər məhkəməyə təqdim edilsə də nəzərə alınmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdeh və onun nümayəndəsi məhkəmə iclasında apelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək şikayətlərin təmin olunmasını məhkəmədən xahiş etdilər.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 2 1.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
Apellyasiya baxışının hədləri
16. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə, tərəflər mübahisə etmədiyi üçün, toxunulmamalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi zərərin məbləği hissəsində dəyişdirilməlidir.
18. Cavabdehin şikayətinin birinci dəlili ondan ibarətdir ki, Cavabdeh2 İsvec krallığında qeydiyyatda olmaqla, orada yaşayır. Azərbaycan Respublikasında hec bir rəsmi qeydiyyatı və ya yaşayış yeri mövcud deyil. İddiaçı cavabdehin qeydiyyat ünvanının Bakı şəhərində göstərməklə MPM-in 149-cu maddəsinin tələbini pozmuşdur.
19. Kollegiya bu tələblə bağlı qeyd edir ki, MPM-in 36-cı maddəsində iddiaçının seçməsinə görə aidiyyət qaydları müəyyən edilmiş, həmin məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddianın cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilməsi nəzərdə tutulmuşdur. Hazırda cavabdehlərdən biri – Cavabdeh1 rəsmi yaşayış yeri Bakı şəhəri Xətai rayonu ərazisi olduğundan, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddianın icraata götürülməsi ilə hər hansı prosessual pozuntuya yol verilməmişdir.
20. MPM-in 149-cu maddəsi ilə nəzərdə tutulmuş müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat təqdim edilməsini tələb edilməsi ilə bağlı tələbə əməl edilməməsi barədə şikayət dəlili də əsassızdır. Belə ki, qanunda bu kateqoriya işlər üzrə cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması ilə bağlı hər hansı imperativ tələb nəzərdə tutulmamışdır.
21. Cavabdehin növbəti dəlili müqavilə üzrə günlük istifadə müddətindən sonrakı qalıq olan 785 manatın cavabdehə qaytarılmaması ilə iddiaçının əsassız varlanması ilə bağlıdır. Lakin, bu hal – iddiaçının əsassız varlanması hazırkı mübahisənin predmeti olmadığından, bu məsələyə hazırda qiymət verilə bilməz.
22. İddiaçının digər dəlili zərərin məbləği ilə bağlıdır ki, kollegiya bu dəlili qismən əsaslı hesab edir.
23. Belə ki, birinci instansiya məhkəməsi zərərin məbləğini müəyyənləşdirərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 may 2023cü il tarixli, 9/1837 nömrəli ekspertiza rəyinə əsaslanmışdır. Həmin rəydən isə görünür ki, zərərin məbləği hesablanarkən dəyişilməli hissələrdən əlavə, 740 manat məbləğdə mühərrik ustası və 520 manat cəmi usta işi üçün ödənilmiş məbləğ nəzərə alınmışdır.
24. Avtomobilin mühərrikində nasazlıq yaranması işin mübahisəsiz halıdır və mühərrik işlərinin görülməsi üçün 740 manat məbləğdə usta haqqı nəzərə alınmışdır. Bundan əlavə, cəmi usta işləri üçün 520 manat məbləğin nədən ibarət olması məlum deyildir. Cəmi usta işi dedikdə, mühərrikdən əlavə hansı işlərin görülməsi, bu işlərin mühərrikin nasazlığı ilə əlaqəsi müəyyən olunmadığından kollegiya hesab edir ki, zərərin məbləği müəyyənləşdirilərkən məhz bu 520 manat nəzərə alınmamalı, bu hissədə zərərin məbləği dəyişdirilərək, 1940 manat məbləğdə müəyyən edilməlidir.
25. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə dəymiş zərərin məbləği hissəsində düzgün olmadığından, cavabdehin apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunmaqla, qətnamənin dəyişdirilməsinə əsas verir. Bununla bağlı olaraq, cavabdehin şikayəti qismən təmin edilməli, qətnamə müzakirə olunan qaydada dəyişdirilməlidir.
26. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(011)-144/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2(011)-144/2023 nömrəli qətnaməsi tutulmalı olan pul vəsaitinin məbləği hissəsində dəyişdirilsin və məbləğ 1940 manat müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasimov
Fuad Abdıyev
Xəyal Sarıyev