Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5513/2024 14.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X12, İddiaçının nümayəndəsi-vəkili Vəkil, Cavabdeh "xxxx" X13 nümayəndəsi X7 iştirakı ilə, İddiaçı X1 cavabdehlər "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi” X27 və "Azərbaycan Dəmır Yolları" X9rşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(006)-2048/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında **********20 nömrəli bildirişdən görünür ki, xx.xx.2007-ci il tarixdə 0107-P343- 49580 nömrə ilə (VÖEN № **********) dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyətli Cəmiyyəti xx.xx.2023-cü il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası Kommersiya Hüquqi Şəxslərinin dövlət reyestrindən çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin xx.xx.2023-cü il tarixli, 14-2-14/2-2043/2023 saylı əmək haqqı və digər gəlirlər haqqında arayışından görünür ki, “Neftqaztikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin sabiq işçisi X6 avqust 2012-ci il tarixinə 1099,50 məbləğində əmək haqqı hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestindən verilmiş **********30420308X00071 nömrəli 16 aprel 2020-ci il tarixli orta aylıq əmək haqqı haqqında arayışdan görünür ki, “Neftqaztikinti” trestinin dəniz şəraitində işləyən 5-ci dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırıcısı peşəsi üzrə 2012-ci il üçün orta aylıq əmək haqqı 1021,73 manat təşkil etmişdir. İş materiallarında olan əmək kitabçasının kserosurətindən görünür ki, X10 xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək 5-ci dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırıcısı peşəsi üzrə çalışmış, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “e” bəndinə əsasən (işçinin vəfat etməsi) əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "Azərbaycan Yerüstü Nəqlıyyat Agentlıyı” X27 "xxxx" MMC-nin hüquqi varisidir. İş materiallarında olan Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 1463 nömrəli Fərmanının 1-ci bəndinə əsasən "xxxx" MMC və digər qeyd edilən qurumların əsasında Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində "Azərbaycan Yerüstü Nəqlıyyat Agentlıyı” X27 yaradılmışdır. İş materiallarında olan Qurumun dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması haqqında ərizədən görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixində ləğv edilmişdir. Hüquqi varisi "Azərbaycan Yerüstü Nəqlıyyat Agentlıyı” X24. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli vətəndaşın əlillik vəziyyəti haqqında məktubundan görünür ki, İddiaçı əlillik vəziyyəti X20 2768003AABNA nömrəli göndərişi əsasında xx.xx.2017-ci il tarixində elektron qiymətləndirilmiş və nəticədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2017-ci il tarixli, xxxxxxx0001 saylı qərarı ilə ümumi xəstəlik səbəbindən (beyin infarktının nəticələri, sağ orta beyin arteriyası sistemində keçirilmiş geniş sahəli və təkrar işemik insultlardan sonra vəziyyət heiplogiya, sol tərəfli dərin hemiplegiya, durğunluq ürək çatışmazlığı, ürək çatışmazlığı İİİ F/s diaqnozu) (yüngül işlərdə işləyə bilər) 5 il müddətinə (xx.xx.2022-ci ilədək) ikinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixindən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsisteminə vətəndaşa dair yeni göndəriş daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 22 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən xx.xx.2017-ci il tarixli, xxxxxxx0001 nömrəli əlilliyi qiymətləndirilən şəxs barədə məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixində ilkin müayinə əsasında ümumi xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik verilmiş, növbəti müayinə tarixi xx.xx.2022-ci il tarix qeyd edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-5230/2021 saylı qətnaməsinə əsasən iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2359/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin mənəvi zərərin məbləği hissəsində dəyişdirilməsi, vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdeh "xxxx" QSC-dən alınaraq İddiaçı ödənilməli olan pul məbləğinin 10.000 (on min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Hazırda iddiaçı həyat yoldaşı vəfat edənə kimi onun himayəsində olduğunu, onun aldığı əmək haqqı ilə dolandığını iddia edərək, ailəni dolandıranın ölümü (ailə başçısının itirilməsi) nəticəsində ona vurulmuş 141.000 (yüz qırx bir min) manat pulun ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını tələb edir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı X3 cavabdehlər "Azərbaycan Yerüstü Nəqliyyat Agentlıyı” X27 və "Azərbaycan Dəmır Yolları" X9rşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri Tahir Nəcəfquliyev Azərbaycan Dövlət Neft Şirkətinin nəzdində olan “Neftqaztikinti” trestinin 3 saylı tikinti quraşdırma idarəsində quraşdırıcı işləmişdir. 31 avqust 2012-ci il tarixdə səhər saat 07 radələrində Tahir işə getmək üçün evdən çıxmış, saat 09 radələrində eşidəndə ki, Lökbatan qəsəbəsində 124 saylı marşurut avtobusu qatarla toqquşub, çoxlu xəsarət alan var, dərhal ərinin mobil telefonuna zəng vurub əlaqə saxlamaq istəmişdir. Lakin tanımadığı bir nəfər cavab verib telefonu hadisə yerində tapdığını, telefonun sahibinin isə “Semaşko’' xəstəxanasına aparıldığını demişdi. Bundan sonra ərinin toqquşma zamanı qatarın altına düşərək öldüyü məlum olmuşdu. Həmin hadisə ilə əlaqədar cinayət işi qaldırılmışdı. X4, 2012-ci il avqust ayının 31-də "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Qaradağ rayonu ərazisində Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3də yerləşən qorunan keçiddə keçid növbətçisi vəzifəsində növbədə olarkən dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını təmin etmək üçün keçiddə Ağstafa-Bakı sərnişin qatarının yaxınlaşması barədə səs və rabitə siqnalının verildiyinə baxmayaraq “Dəmir yolu keçidlərinin istismarına dair təlimat”ın 4.5, 4.6 və 4.7-ci bəndlərinin tələblərini pozub, hadisənin qarşısını almağa texniki imkanı olduğu təqdirdə, şlaqbaumları vaxtında bağlamamış və avtomobil yolu ilə nəqliyyat vasitələrinin keçiddən keçməsinə qadağa qoymamış, eləcə də "xxxx" MMC-də sürücü işləyən “Lökbatan qəsəbəsi- 28 May küçəsi” 124-cü marşurut xətti ilə hərəkət edən X22 idarə etdiyi «Daewoo» markalı, Az-**-TF-*** dövlət nömrə nişanlı avtobusla hərəkət edərkən Heybət-Puta mənzilinin 513-cü km-nin piket 3-də yerləşən qorunan keçiddə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 44-cü maddəsinin 3-cü hissəsinin, 2-ci və 5-ci bəndlərinin tələblərini pozaraq şlaqbaumun vəziyyətindən və mövcudluğundan asılı olmayaraq keçidə qatar (lokomotiv, drezina) yaxınlaşmasına əmin olmadan keçməməli olduğu halda, qanunun həmin tələblərini pozaraq sağ tərəfdən Bakı istiqamətində hərəkətdə olan qatarın yaxınlaşmasına, salondakı sərnişinlərin qatarın artıq çatmasını deyərək qışqırmalarına, keçidin yaxınlığında olan şəxslərin təhlükə barədə qışqırıb ona xəbər vermələrinə, habelə qatarın həyəcan siqnalına əhəmiyyət verməyib avtobusu dayandırmayaraq qatarın qarşısına sürmüş, nəticədə saat 07:28 dəqiqədə sərnişin avtobusu açıq şlaqbaumdan keçərək 97 saylı Ağstafa-Bakı sərnişin qatarı ilə toqquşmuş, hadisədə avtobusda olan sərnişinlərdən X10 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli, 1(101)-248/2013 saylı hökmünə əsasən X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 262.3-cü maddəsi ilə təqsirli bilinib 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2014-cü il tarixli qərarı ilə hər iki şəxsə təyin edilmiş cəza 9 ilə qaldırılmışdır. Ali Məhkəmənin 28 oktyabr 2015-ci il tarixli qərarı ilə Eyyub İsmayılovun vəkili və məhkum Fərid Ağayev özü tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilmədən qərar dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 dekabr 2013-cü il tarixli, 1(101)-248/2013 saylı qanuni qüvvəyə minmiş hökmü ilə baş vermiş hadisədə cavabdehlərin məsuliyyəti təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestindən verilmiş 14-2-14/2-2043/2023 nömrəli 22 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, mərhum həyat yoldaşı X5 əmək haqqı 2012-ci ildə 1099,5 manat olmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestindən verilmiş **********30420308X00071 nömrəli 16 aprel 2020-ci il tarixli arayışdan görünür ki, “Neftqaztikinti” trestinin dəniz şəraitində işləyən 5-ci dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırıcısı peşəsi üzrə 2012-ci il üçün orta aylıq əmək haqqı 1021,73 manat təşkil etmişdir. 1.021,73x4 (ay)=4.086,92 manat 1.021,73x12 (ay)=12.260,76 manat 12.260,76x11 (il)=134.868,36 manat 1.021,73x2 (ay)=2.043,46 manat 4.086,92+2.043,46+134.868,36=140.998,74 manat. Hazırda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin dəniz şəraitində işləyən 5-ci dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırıcı peşəsi üzrə əmək haqqı 1496 manatdan çoxdur. Onunla hesablansa, iddiaçıya daha çox zərər vurulmuş sayılır. Lakin qanunun tələbinə əsasən həyat yoldaşı vəfat edənədək sağlığında dolanacaq üçün aldıqları son məbləğ 2012-ci ildə olmuşdur. O hesabla həyat yoldaşı vəfat etməsəydi, 200 min manat ətrafında vəsait almalı idi. Lakin cavabdehin məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətlərinə görə baş verən hadisə nəticəsində yuxarıda hesabladığı məbləğdə, yəni 140.998,74 manat zərər vurulmuşdur. Göstərilənlərə əsasən, ailəni dolandıranın ölümü (ailə başçısının itirilməsi) nəticəsində vurulmuş ziyanın 141.000 (yüz qırx bir min) manat məbləğində pulun cavabdehlər "xxxx" Qapalı Səhmdar Cəmiyyətindən və Cavabdeh1ndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh1 nümayəndəsi məhkəməyə iddia ərizəsinə etiraz yanaşı, iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı X2 cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə (ADY) qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək ADY-dən ailənin dolandıranın ölümü (ailə başçısının itirilməsi) nəticəsində 141.000 manat məbləğində maddi ziyanın ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edilir ki, iddia qanunvericiliyin tələbləri pozularaq verildiyindən qanunsuz və əsassızdır, buna görə də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir, həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. İddiaçı əri xx.xx.2012-ci il tarixdə vəfat etmiş və iddiaçının da bundan xəbəri olmuşdur. Beləliklə, iddiaçı ümumi iddia müddətini buraxmışdır. Göstərilənləri nəzərə alaraq, İddiaçı cavabdeh “Azərbaycan Dəmir Yolları" QSC-yə qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsini iddia müddəti buraxıldığı üçün rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(006)- 2048/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçı ərinin ölümünü ailəni dolandıranın ölümü (ailə başçısını itirmək) kimi qiymətləndirərək, ona vurulan zərərin ödənilməsini tələb etsə də, işin faktiki halları Mülki Məcəllənin “ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” adlanan 1121-ci maddəsində nəzərdə tutulan şərtlərə uyğun gəlmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi Mülki Məcəllənin “ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” adlanan 1121-ci maddəsində ailə başçısının itirilməsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ olan şəxslərin dairəsi konkret olaraq müəyyən edilmişdir. Bundan başqa, qeyd edilən maddənin 3-cü bəndində zərərin əvəzinin kimlərə ödənilməsinin də dairəsi konkret olaraq müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1121.3-cü maddəsinə əsasən zərərin əvəzi aşağıdakılara ödənilir:yetkinlik yaşına çatmayanlara- on səkkiz yaşına çatanadək; on səkkiz yaşından yuxarı tələbələrə- əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə-ömürlük; əlilliyi olan şəxslərə əlillik müddəti üçün; ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə- qulluq etdikləri on dörd yaşına çatanadək. Göründüyü kimi, iddia tələbi Mülki Məcəllənin 1121-ci maddəsinin əhatə dairəsinə düşmür. İddiaçı əri vəfat edənə kimi onun himayəsində olmasını və həmçinin, onun öldüyü günədək ondan dolanacaq təminatı almasını bildirsə də, qanunvericiliyin tələbinə əsasən məhz bu amillə bağlı zərərin əvəzini tələb hüququna malik olan şəxslər əmək qabiliyyəti olmayan şəxslərdir. Hazırki iş üzrə isə iddiaçı ərinin vəfat etdiyi tarixədək onun himayəsində olmasını və əmək qabiliyyətinin olmamasını təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Sübut olaraq məhkəməyə təqdim edilən əlilliyi qiymətləndirilən şəxs barədə xx.xx.2017-ci il tarixli məlumatdan isə göründüyü kimi iddiaçı ilkin müayinə zamanı xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbilə 5 il müddətinə ikinci dərəcəli əlil hesab edilmiş, yüngül işlərdə işləyə bilməsi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının əri vəfat etdikdən 5 il sonra o, əlil hesab edilmiş və həmçinin buna baxmayaraq iddiaçı yenə də əmək qabiliyyəti olmayan şəxs hesab edilməmişdir. Bundan başqa, Mülki Məcəllənin 33.6-cı maddəsinə əsasən on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində himayəçilik təyin edilir. Həmçinin, Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən göründüyü kimi himayəçi yetkinlik yaşına çatmayanlar üzərində, habelə spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə etməsi və ya qumara qurşanması nəticəsində fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılmış fiziki şəxslər üzərində təyin edilir. Hazırki iş üzrə bu hallar müəyyən edilmir. Həmçinin, ərin və arvadın bir-birini saxlamaq vəzifəsinin olması bir-birinin himayəsində olması kimi qiymətləndirilməməlidir (hazırki mübahisədə ər-arvad bir birinə münasibətdə birinin digəri üzərində himayəçisi anlamını daşımır). Eyni zamanda, məhkəmə qeyd etmişdir ki, iddiaçı daha əvvəl ərinin vəfat etməsi ilə əlaqədar cavabdeh "xxxx" QSC-yə qarşı ona dəymiş mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və iddiası qismən təmin edilərək, ona ərinin vəfat etməsi ilə bağlı 10.000 manat məbləğində mənəvi ziyanın əvəzi ödənilmişdir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, hazırki iş üzrə iş üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmadığına və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşmadığına görə iddiaçı X1 cavabdehlər "Azərbaycan Yerüstü Nəqlıyyat Agentlıyı” X27 və "Azərbaycan Dəmır Yolları" X9rşı "maddi ziyanın ödənilməsi"nə dair iddia tələbi əsassız hesab edilməklə rədd edilməlidir. Bundan başqa, məhkəmə cavabdeh "Azərbaycan Dəmır Yolları" X15 nümayəndəsi tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizəyə münasibətdə qeyd etmişdir ki, iddianın özü əsassız hesab edildiyindən iddia müddətinin tətbiqinə də zərurət qalmamışdır. Belə ki, iddia müddəti yalnız iddia tələbi əsaslı olduğu təqdirdə ona tətbiq edilməli olan hüquq olduğundan bu halda tətbiq edilməsi mümkün deyildir. Həmçinin, məhkəmə hazırki iddia tələbinə cavab verməli olan şəxslərin dairəsinə münasibətdə qeyd edir ki, iddia tələbi əsassız olduğundan cavabdehlərin dairəsinə münasibət bildirilməsinə prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırılmasına zərurət qalmamışdır. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə müraciəti iddiaçının ərinin ölməsindən sonra əlil olması əsası ilə deyil. Cavabdehin dəlilləri ilə bağlı fikir bildirərkən iddiaçının hadisədən sonra əlil olmasını qeyd etmişdir. İddia ərizəsində də bu hala toxunulmamışdır. Əksinə ərizədə və məhkəmə iclasında verilmiş izahatda Mülki Məcəllənin 1121.1.1-ci maddəsində nəzərdə tultulan ölənin himayəsində olmuş şəxs olaraq iddia irəli sürüldüyü bildirmişdir. Məhkəmə isə iddianı əsassız olaraq təmin etməmişdir. Digər tərəfdən iddiaçı mərhumun həyat yoldaşı olduğundan ailə başçısı olan ərinin himayəsində sayılır. İrəli sürülmüş iddia tələbinin qanuni əsası Mülki Məcəllənin 1121.1.1. maddəsinin 1-ci hissəsində nəzərdə tutulub və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır. İrəli sürülmüş iddia tələbinin qanuni əsasının mövcud olmasına və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşdığı halda məhkəmə qətnamədə bunun əksini qeyd edərək, iddianı əsassız olaraq təmin etməmiş, işi pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələndirmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətınin nümayəndəsi X17 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər cavabdeh öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə:
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. 1121.3. Zərərin əvəzi aşağıdakılara ödənilir: 1121.3.1. yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; 1121.3.2. on səkkiz yaşından yuxarı tələbələrə - əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək; 1121.3.3. əlli beş yaşından yuxarı qadınlara və altmış beş yaşından yuxarı kişilərə - ömürlük; 1121.3.4. əlilliyi olan şəxslərə - əlillik müddəti üçün; 1121.3.5. ölənin himayəsində olmuş uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan valideynlərdən birinə, arvada (ərə) və ya digər ailə üzvünə - qulluq etdikləri on dörd yaşına çatanadək.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin 3.1-ci bəndinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir.
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi:
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarından görünür ki, xx.xx.2012-ci il tarixdə iddiaçının əri X16 qəsəbəsində "xxxx"xxxx"xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinin 124 saylı marşrut üzrə sürücüsünün qanun pozuntusu nəticəsində avtobusun qatarla toqquşmasından baş vermiş qəza nəticəsində aldığı xəsarətdən vəfat etmişdir. Hadisədən sonra Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı və "xxxx" Məhdud Məsuliyətli Cəmiyyətinin 124 saylı marşrut üzrə sürücüsü müvafiq məhkəmə qərarları əsasında 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər. Vəfat etməmişdən əvvəl iddiaçının mərhum həyat yoldaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Neftqaztikinti” Trestinin dəniz şəraitində 5-ci dərəcəli polad və dəmir beton konstruksiyaların quraşdırıcı peşəsində çalışmışdır. İddiaçı həyat yoldaşı vəfat edənə kimi onun himayəsində olduğunu, onun aldığı əmək haqqı ilə dolandığını iddia edərək, ailəni dolandıranın ölümü (ailə başçısının itirilməsi) nəticəsində ona vurulmuş 141.000 (yüz qırx bir min) manat pulun ödənilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasını tələb edir. Cavabdehlər isə iddiaçının cavabdehlərdən maddi ziyan tələb etmək hüququ yaranmaması əsası ilə iddiaya etiraz etmişdirlər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddiaçı ərinin ölümünü ailəni dolandıranın ölümü (ailə başçısını itirmək) kimi qiymətləndirərək, ona vurulan zərərin ödənilməsini tələb etsə də, birinci instansiya məhkəməsinin düzgün olaraq bu nəticəyə gəlmişdir ki, işin faktiki halları baxımından Mülki Məcəllənin “ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi” adlanan 1121-ci maddəsində nəzərdə tutulan şərtlərə uyğun gəlmir. Belə ki, iddiaçı əri vəfat edənə kimi onun himayəsində olmasını və həmçinin, onun öldüyü günədək ondan dolanacaq təminatı almasını bildirsə də, qanunvericiliyin tələbinə əsasən məhz bu amillə bağlı zərərin əvəzini tələb hüququna malik olan şəxslər əmək qabiliyyəti olmayan şəxslərdir. Hazırki iş üzrə isə iddiaçı ərinin vəfat etdiyi tarixədək onun himayəsində olmasını və əmək qabiliyyətinin olmamasını təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əlilliyi qiymətləndirilən şəxs barədə xx.xx.2017-ci il tarixli məlumatdan isə göründüyü kimi iddiaçı ilkin müayinə zamanı xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbilə 5 il müddətinə ikinci dərəcəli əlil hesab edilmiş, yüngül işlərdə işləyə bilməsi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının əri vəfat etdikdən 5 il sonra o, əlil hesab edilmiş və həmçinin buna baxmayaraq iddiaçı yenə də əmək qabiliyyəti olmayan şəxs hesab edilməmişdir. İddia tələbi məhkəmədə araşdırılmış sübutlarla və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Belə ki, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, irəli sürülmüş iddia tələbinin qanuni əsası Mülki Məcəllənin 1121.1.1. maddəsinin 1-ci hissəsində nəzərdə tutulub və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşır. Halbuki iddiaçının istinad etdiyi normaya əsasən iddiaçının həyat yoldaşının himayəsində olmaqla yanaşı əmək qabiliyyəti olmayan şəxs olmalıdır ki, həmin hallar öz təsdiqini tapmamışdır. Yəni, iddiaçının həyat yoldaşının himayəsində olmaqla yanaşı əmək qabiliyyəti olmayan şəxs olması barədə mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, e-2(006)- 2048/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov