Məhkəmə qərarları › İş №2(103)-5515/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5515/2023

18.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5515/2023 18.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X4 Cavabdeh qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: («alimentin artırılması») hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi X3 və cavabdehin iştirakı ilə, iddiaçı X4 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3769/2023 saylı işi üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı X7 Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından doğulmuş uşaqların tələbatları artdığı, cavabdehin ödədiyi aliment uşaqların saxlanılmasına kifayət etmədiyi və iddiaçı uşaqların ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyi üçün cavabdehdən hər ay ölkə üzrə uşaqlar üçün yaşayış minimumuna uyğun hər uşaq üçün 220 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə (Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarına; “Uşaq hüquqları haqqında” BMT-nin Konvensiyasının 3-cü maddəsinə; Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə; Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli, 8-2/2016 №-li Qərarının 8.2-ci bəndinə; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiyasının 17; Ailə Məcəlləsinin 75.4,76.2; Mülki Prosessual Məcəllənin 112.1.3, 119-cu maddələrinə istinadən) iddia tələbinin qismən təmin olunması, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-6568/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilməli olan 31,04 manat dövlət rüsumunun Cavabdeh dövlət gəlirlərinə alınması qət edilmişdir.

3. İşin icraatı zamanı müəyyən edilmişdir: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, 2(011)-6568/2018 saylı qətnaməsinə əsasən, həmin qətnamə ilə xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün Cavabdeh X4 xeyrinə hər ay hər uşağa görə 154 manat alimentin tutulması qət edilmişdir; - Doğum haqqında şəhadətnamələrin surətinə əsasən, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X6 atasıdır; - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023- cü il tarixli, 005 saylı arayışına əsasən, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində gözətçi vəzifəsində işləyir və aylıq vəzifə maaşı 384 manat təşkil edir (iş səh. 4-5, 6-7, 38). Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. Cavabdeh apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-6568/2018 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 76, 78.1, 112.1; Mülki-Prosessual Məcəlləsinin 9, 77, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o, iddiaçı ilə ailə şəklində yaşayarkən də həmin işdə işləyir, həmin məbləği qazanırdı, dəyişdirilməsi tələb edilən qətnamə çıxarılarkən də. İddiaçı özü də uşaqların xərclərində cavabdeh qədər məsuliyyət, vəzifə və öhdəlik daşıyır və bir uşağın saxlanması üçün 2023-cü il xərc tələb etdiyi halda iddiaçının özü heç bir xərc çəkmədən uşaqların saxlanması üçün sabit pul məbləğində tutulan alimenti artırmaq deyil, aldığı məbləğin 1/3-ni tələb etməsi əsaslı olardı. Məhkəmə çəkişmə prinsipinin tələblərini pozaraq cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Belə ki, o, iş materialları ilə tanış olmamış, iş üzrə iddia ərizəsi ilə tanış olmamış, izahat və ya etiraz verməmiş məhkəmə tələm-tələsik qətnamə qəbul etmişdir. İddiaçı öz tələbini əsaslandıran halları sübut edə bilməmişdir. Belə ki, iddiaçı alimentin dəyişdirilməsinin əsaslarını sübut edə bilməmiş, nəyə görə sabit pul məbləğindən onun aldığı əmək haqqının 1/3 hissəsini tələb etdiyini, özünün maddi vəziyyətinin necə pisləşdiyini, ağırlaşdığını və ya onun maddi vəziyyətinin necə yaxşılaşdığını əsaslandırmamışdır. Əgər yaşayış minimumu ölkə üzrə dəyişirsə bu təkcə uşaqlar üçün ağırlaşmır, onun üçün də ağırlaşır. Yəni ərzaq qiyməti, geyim qiyməti və s bahalaşdığı təqdirdə tək iddiaçı üçün deyil, onun üçün də ağırlaşır.Bu halın iddiaçı üçün ağırlaşdırıcı, onun üçün isə maddi vəziyyətin yaxşılaşması kimi izah olunması məhkəmənin ədalət tərəzisinin düzgün işləməməsinin nəticəsidir. Məhkəmə alimentin miqdarı müəyyən edildikdən sonra əgər tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, tərəflərdən birinin iddiasına əsasən alimentin miqdarını dəyişə bilər maddəsi ilə bağlı bütün faktiki halları araşdırmamışdır. İddiaçının maddi vəziyyətinin dəyişib-dəyişməməsi ilə bağlı, ilkin aliment məbləği məhkəmə tərəfindən müəyyən olunan vaxtla sonradan alimentin artırılması ilə bağlı iddia irəli sürülən zamankı vəziyyətdə heç bir dəyişik olmamasına baxmayaraq, bu məsələni araşdırmamış, obyektiv olmayan qətnamə qəbul etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş, 380 manat əmək haqqı aldığını və başqa qazancı olmadığını qeyd etmiş, uşaqların saxlanılmasında onun qədər iddiaçının da məsuliyyət daşımalı olduğunu bildirmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 cavabdehin gündəlik məişət və digər xərclərinin çəkilməsində hər hansı maddi dəstəyinin olmadığını qeyd etmiş və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya baxışının hədləri:

7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: təqdim olunmuş sübutlar əsasında, maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

8. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını “Uşaq hüquqları” haqqında Qanunun 5, 6, 13; Ailə Məcəlləsinin 75-78, 99, 112; Mülki Prosesual Məcəllənin 14, 76, 77, 80- 82, 106.2, 119.1, 216, 217, 385-390-cı maddələrinə; “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və bunun göstəricisi olan “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmiş, apellyasiya şikayətlərinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun (uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının) alternativ forması sübuta yetirilmir. Maddi vəziyyətə gəldikdə isə qeyd edilməlidir ki, iddiaçının da maddi vəziyyətinin üstün olmadığı müəyyən edillir. Kollegiya hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.

11. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəfə aid edilməlidir. Həmçinin mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qəbul edilmiş qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.

12. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3769/2023 saylı işi üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar