Məhkəmə qərarları › İş №2(103)-5516/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5516/2022

20.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5516/2022 20.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “avtomobil krediti müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 dekabr 2016-ci il tarixli 2(006)-10368/2016 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2(006)- 10368/2016 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, “Bank VTB (Azərbaycan” ASC ilə Cavabdeh arasında bağlanmış avtomobil krediti müqaviləsinə əsasən Cavabdeh 14128,07 ABŞ dolları məbləğində əsas borc, 1048,70 ABŞ dolları məbləğində faiz borcu, 107 ABŞ dolları cərimə borcu, cəmi 15283,77 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ASC-yə verilməsi, tələbin cavabdeh X1 məxsus olan “Hyundai Elantra minik” markalı **-SA-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaitinin Cavabdeh qaytarılması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 114732-1-7530/1 saylı xx.xx.2016-cı il tarixli avtomobil krediti müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Cavabdeh apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apelyasiya şikayəti vermişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-10368/2016 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilmiş, qətnamədən cavabdehin apelyasiya şikayəti vermə müddətinin buraxılması üzrlü hesab edilərək, bərpa edilmiş və apelyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası iş materiallarını, apelyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apelyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Belə ki, iş materiallarından görünür ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qoşma hissəsində «məhkəmə dövlət rüsumu» kimi qeyd olunsa da, apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, işə apelyasiya qaydasında baxılması qeyrimümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.4-cü maddəsinə əsasən bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Beləliklə, Mülki Prosessual Məcəllənin 363.1 və 363.1.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və qətnamədən verilən apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 dekabr 2016-ci il tarixli 2(006)- 10368/2016 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və apelyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar