Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5521/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı Ləğv prosesində olan «xxxxxxxxx» ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 30 000 manat əsas, 3106.67 manat faiz, 9586,88 manat cərimə pulu olmaqla, cəmi 42 693,55 manat borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdehdən 30 000 manat əsas, müqavilə müddəti üçün hesablanmış 4800 manat faiz, gecikdirilmiş vaxt üçün hesablanmış 3281,79 manat faiz, 2000 manat dəbbə pulu olmaqla cəmi 40081,79 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İddiaçı qətnamə ilə razılaşmış və onu mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlili: Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verib birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verildiyini bildirmiş, bu səbəbdən, rayon məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi: «xxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 040/15 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh illik 16% hesablanmaqla (vaxtı keçmiş kredit faizi illik 32 % hesablanmaqla) 12 ay müddətinə 30 000 manat məbləğində kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. «xxxxxxxxx» ASC iləCavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 040/15 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli, 040/15/1 əlavəyə əsasən: 1. Fiziki şəxs Cavabdeh xx xxxxx 2015-ci il tarixli 040/16 saylı kredit müqaviləsinə əsasən verilmiş 30 000 (otuz min) manatın ödəniş müddəti xx xxxxx 2015-ci il tarixli 040/15 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvədə qalmaqla xx xxxxx 2017-ci il tarixədək uzadılmışdır. 2. Kredit müqaviləsinin digər bəndləri dəyişdirilmədən saxlanılmışdır. 3. Kredit müqaviləsinə dəyişilik imzalandığı andan qüvvəyə minmişdir. xx xxxxxx 2017-ci il tarixli, 10/H7493 saylı maliyyə arayışından görünürki, ləğv prosesində olan «xxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 040/15 saylı kredit müqaviləsi üzrə banka 30 000 manat əsas, 3106,67 manat faiz, 9586,88 cərimə, cəmi 42 693,55 manat məbləğində borcu qalmışdır. xx xxxxx 2018-ci il tarixli, № 10/H955 saylımaliyyə arayışından görünür ki, ləğv prosesində olan «xxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 040/15 saylı kredit müqaviləsi üzrə banka 30 000 manat əsas, 4799,99 manat faiz, cəmi 34799,99 manat məbləğində borcu qalmışdır. xx xxxxxx 2018-ci il tarixli, 10/H547 saylı xəbərdarlıqdan görünürki, borcluya banka olan borcunun ödənilməsi barədə ləğv prosesində olan «xxxxxxxxx» ASC tərəfindən xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2018-ci il tarixli 24404 nömrəli ekspert rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 040/15 saylı, xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürməklə xx xxxxx 2016-cı il tarixə Cavabdeh iddiaçı “xxxxxxxxx” ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx xxxxx 2016-cı il tarixə olan borc üzrə: əsas borc üzrə 30000,00 manat, faiz borcu üzrə 4800,00 manat. xx xxxxxx 2017-ci il tarixə olan borcu üzrə : əsas borc üzrə 30000,00 manat, faiz borcu üzrə 7266,67 manat. Aparılmış tədqiqatın dəyəri 145 manatdır. Ləğv prosesində olan «xxxxxxxxx» ASC-nin xx xxxx 2019-cu il tarixli, **********303 nömrəli arayışından görünür ki, ləğv prosesində olan «xxxxxxxxx» ASCilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 040/15 saylı kredit müqaviləsi üzrə banka xx xxxx 2019-cu il tarixinə yaranmış tələb: 1) Müqavilə üzrə əsas borc : 30000 manat. 2) Müqavilənin müddəti xx xxxxx 2015 – xx xxxxx 2017. 3) Müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər: 9599,99 manat. 4) Müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə: 20079,99 manat. 5) AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi: 5%. Gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği: 3281,79 manat. 6) Müqavilənin tələbləri əsasında yaranmış ümumi borc : 62961,77 manat. Kassa məxaric orderindən görünür ki, Cavabdeh xx xxxxx 2015-ci ildə “xxxxxxxxx” ASC-dən 30 000 (otuz min) manat məbləğində vəsait götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 31324 nömrəli ekspert rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 040/15 saylı, xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürməklə xx xxxxx 2016-cı il tarixə (müqavilənin bitdiyi tarixə) və xx.xx.2019-cu il tarixədək olan dövr üzrə Cavabdeh iddiaçı “xxxxxxxxx” ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx xxxxx 2016-cı il tarixə olan borc üzrə: əsas borc üzrə 30000,00 manat, faiz borcu üzrə 4800,00 manat. xx xxxx 2019-cu il tarixə olan borcu üzrə: əsas borc üzrə 30000,00 manat, faiz borcu üzrə 9579,17 manat. Aparılmış tədqiqatın dəyəri 145 manatdır. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyasıiş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Rayon məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı sayır. MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə düzgün qənaətə gəldiyindən, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı qismən təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-84/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-5521/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5521/2020
23.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver