Məhkəmə qərarları › İş №2(103)-5523/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5523/2023

29.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5523/2023 29.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı “borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, kredit müqaviləsi üzrə əsas borc kimi 3.954,14 manat, faiz borcu kimi 1,61 manat, cəmi 3.955,75 manat cavabdehlərdən mütərək qaydada iddiaçının xeyrinə tutulsun. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin olunsun, əsas borc kimi 3.954,14 manat, faiz borcu kimi 1,61 manat, cəmi 3.955,75 manat, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 59,55 manat və bank xidmətinə görə ödənilmiş haqqın əvəzi kimi 0,40 manat cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulsun. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin əsassız olduğunu bildirdi, eyni zamanda bildirdi ki, birinci instansiya məhkəməsinin qətnaməsi artıq tam icra olunub, yəni qətnamədə göstərmiş məbləğ iddiaçıya ödənilib, ona görə də iddiaçı həmin qətnaməyə əsasən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi üçün xx.xx.2023-cü il tarixli ərizə ilə Nərimanov Rayon İcra Şöbəsinə müraciət edib. Cavabdehlər "xxxx" ASC və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı (kredit verən) ilə Cavabdeh2 (kredit alan) arasında xx.xx.2013-cü il tarixli İ-13/73 nömrəli kredit müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehə 31.897,47 manat kredit verib. Kredit 118 ay müddətinə verilib, kreditdən istifadəyə görə illik faiz dərəcəsi 12 faiz müəyyən edilib. İddiaçı ilə digər cavabdeh "xxxx" ASC-nin arasında eyni tarixdə zaminlik müqaviləsi bağlanıb. Zamin kredit müqaviləsi üzrə öhdəliklərin tam icrasına görə məsuliyyəti öz üzərinə götürüb. Təqdim edilmiş sübutlardan müəyyən olunur ki, kredit alanın kredit verənin qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İşin bu halı birinci instansiya məhkəməsinin qətnaməsidə düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Qətnamə qəbul edildikdən sonra borcun ödənilməsi faktı da həmin məbləğdə borcun olduğunu təsdiq edir, əks təqdirdə borc ödənilməzdi. Zaminin apellyasiya şikayətinin 2 dəlili var: birinci, birinci instansiya məhkəməsində icraat zamanı zaminə bildiriş verilməyib; ikinci, kredit alanın həyatda olub-olmadığı müəyyən edilməyib. Müəyyən olunur ki, zaminə bildiriş verilib, kredit alan isə sağdır. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 448, 472 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pulun tutulmasını qət etməklə düzgün nəticəyə gəlib, qətnamənin zaminə aid hissəsinin ləğv edilməsi üçün əsas yoxdur. Kredit alan apellyasiya şikayəti vermədiyinə görə qətnamənin ona aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılısn. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar