Məhkəmə qərarları › İş №2(103)-5526/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5526/2021

22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5526/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh Zülfüqar oğlunun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-85/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 və Cavabdeh Zülfüqar oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən ayrı-ayrılıqda verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh Zülfüqar oğluna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Zülfüqar oğlundan 27.06.2012ci il tarixli 069/12 nömrəli kredit müqaviləsi üzrə 30.08.2019-cu il tarixə yaranmış 132.466,51 manat əsas borc, 18.723,34 manat faiz (27.06.2013-cü il tarixə), 39.923,87 manat dəbbə, kredit müqaviləsinin müddəti bitdikdən sonra 5 faizlə 2223 gün üçün hər günə 18,40 manat olmaqla 40.899,03 manat (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləği olmaqla, cəmi 232.012,75 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh Zülfüqar oğlu arasında bağlanmış 27 iyun 2012-ci il tarixli, 069/12 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 12 ay müddətinə illik 14 faiz ödənilmək şərti ilə 300.000 manat kredit verilmişdir. Həmin kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla kreditin qalıq məbləğinin ödəniş müddəti 069/12 saylı kredit müqaviləsinə əlavə ilə 24.06.2015-ci il tarixə və sonradan 24.06.2017-ci il tarixədək uzadılmışdır. Cavabdeh Zülfüqar oğlu kredit müqavilələrinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-85/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Zülfüqar oğlundan 27.06.2012-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 69.434,50 manat əsas borc, 14.311,22 manat faiz, 500 manat dəbbə və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 84.275,72 (səksən dörd min iki yüz yetmiş beş manat yetmiş iki qəpik) manat pulun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərci 150 (yüz əlli) manat pulun Cavabdeh Zülfüqar oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh Zülfüqar oğlu ayrı-ayrılıqda apelyasiya şikayətləri vermişlər. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Samir Muradzadə apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-85/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsi əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrakinə uygun olaraq həyata keçirilir. Borcalan kredit və (və ya) ona hesablanmış faizləri ödəniş qrafıkin (əlavə 1) nəzərdə tutulmuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün aylıq ödəniş məbləğinin 1% cərimə və vaxtı keçmiş kredit üzrə 28% faizi ödəyir. Cavabdeh tərəfindən imza edilən 27.06.2012-cü il tarixli kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən isə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəmək borcalanın vəzifəsi kimi qeyd edilmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən ekspert rəyini əsas alaraq haqlı tələbi olan 132.466,51 manat əsas, 18.723,34 manat faiz və 39.923,87 manat cərimə borcunu tam təmin etməmişdir. Məhkəmə qətnamə qəbul edərkən Konstitusiya Məhkəməsinin Plenumunun 03.06.2013-cü il tarixli, 24.12.2014-cü il tarixli və 08.05.2008-ci il tarixli qərarların tələblərini nəzərə almamışdır. Məhkəmə qətnamə qəbul edərkən cavabdehdən tələb etdikləri 40.899,03 manat Konstitusiya Məhkəməsinin qərarına əsasən hesablanan faiz borcunu təmin etməmişdir. İddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur. Qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir, bu səbəbdən qətnamə ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-85/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsinin əsas borc, faiz borcu, cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiy Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin təmin edilməyən hissəsində ləğv edilərək, Bankın iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Zülfüqar oğlunun nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-85/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsi faiz və dəbbə borcu hissəsində ləğv olunmalıdır. Belə ki, məhkəmə iclası zamanı araşdırılan sübutlarla təsdiq olunmuşdur ki, Cavabdeh 27.06.2012-ci il tarixli kredit müqaviləsi üzrə 2018-ci ilin avqust ayınadək 292.963,83 manat kredit ödəmişdir. Kredit məbləğinin 300.000 manat olduğunu nəzərə alsaq ödəniş məbləği onu deməyə əsas verir ki, Cavabdeh müqavilə tərəfi olaraq öhdəliyin icra olunmasına münasibətdə vicdanlı davranmışdır. Lakin məlum 2015-ci ildə baş vermiş manatın devalivasiyaları onun ödəniş qabiliyyətini sarsıtdığından kreditin qalan məbləğini ödəyə bilməmişdir. 2020-ci ilin əvvələrindən isə məlum COVİD 19 pandemiyası səbəbindən iş yerlərinin bağlanması Cavabdeh kredit öhdəliyini ödəmək üçün etdiyi cəhdlərin uğursuz olmasına səbəb olmuşdur. Baxmayaraq ki, faiz müqavilə öhdəliyindən irəli gəlir, qeyd etdiyi iqtisadi çətinliklər öhdəliyin sonadək icra olunmasına imkan vermədiyi üçün məhkəmə hesablanmış faizi ləğv etməli idi. Apelyasiya şikayətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-85/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsinin faiz və dəbbə borcu hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh Zülfüqar oğlu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən Cavabdeh iştirаkı оlmаdаn işə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya məhkəməsinin iclasında, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 bank tərərfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərərfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə və bank tərərfindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, bank tərərfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərərfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-85/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsinin əsas borc, faiz borcu, cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiy Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz məbləğinin təmin edilməyən hissəsində ləğv edilərək, Bankın iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında, Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərərfindən verilmiş apelyasiya şikayətini müdafiə etdiyini, bank tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı isə etiraz etdiyini bildirdi, verdiyi apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, bank tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-85/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsinin faiz və dəbbə borcu hissəsində ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam, Cavabdeh nümayəndəsi və vəkili Vəkil isə apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək, qətnamənin faiz və cərimə hissəsində ləğv edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Samir Muradzadənin və Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəflərin apelyasiya şikayətlərinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş materiallarında olan, borc verən İddiaçı ASC ilə borc alan Cavabdeh Zülfüqar oğlu arasında bağlanmış 069/12 saylı, 27 iyun 2012-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC Cavabdeh Zülfüqar oğluna illik 14 faiz dərəcəsi olmaqla 12 ay müddətinə 300.000 manat məbləğində kredit verməyi, borcalan isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadə etməyi və krediti qaytarmağı, habelə faizləri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan, borc verən İddiaçı ASC ilə borc alan Cavabdeh Zülfüqar oğlu arasında bağlanmış 062/12/2 saylı, 24 iyun 2013-cü il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh Zülfüqar oğlu arasında bağlanmış 069/12 saylı, 27 iyun 2012-ci il tarixli kredit müqaviləsinin müddəti müqavilədə nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla kreditin qalıq məbləğinin ödəniş müddəti 24 iyun 2015-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan, borc verən İddiaçı ASC ilə borc alan Cavabdeh Zülfüqar oğlu arasında bağlanmış 062/12/2 saylı, 24 iyun 2015-ci il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, İddiaçı ASC ilə Cavabdeh Zülfüqar oğlu arasında bağlanmış 069/12 saylı, 27 iyun 2012-ci il tarixli kredit müqaviləsinin müddəti müqavilədə nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla kreditin qalıq məbləğinin ödəniş müddəti 24 iyun 2017-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş **********147 saylı, 16 sentyabr 2019-cu il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh Zülfüqar oğlunun həmin tarixə banka 132.466,51 manat əsas, müqavilə müddəti üçün hesablanmış 18.723,34 manat məbləğində faiz, borcun gecikdirildiyinə görə hesablanmış 39.923,87 manat cərimə, MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış faiz 40.899,03 manat borcu olmaqla, cəmi 232.012,75 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə kollegiyası iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayətinin əsas, faiz, cərimə borcunun az hesablanması və kredit müqaviləsi bitəndən sonra Konstitusiy Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən faiz məbləğinin hesablanmaması ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 dekabr 2019-cu il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilərək ekspert rəyi alınmışdır. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 1262 saylı, 17 iyun 2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh Zülfüqar oğlu 27.06.2012-ci il tarixli kredit müqaviləsi üzrə 30.09.2019-cu il tarixə kimi İddiaçı ASC-yə 230.565,50 manat əsas borc və 62.398,33 manat faiz borcu olmaqla, cəmi 292.963,83 manat vəsait ödəmişdir. Tərəflər arasında bağlanmış 069/12 saylı, 27.06.2012-ci il tarixli kredit müqaviləsinin, 24.06.2013cü il tarixli və 24.06.2015-ci il tarixli əlavə sazişlərin şərtləri əsas götürülməklə, Cavabdeh Zülfüqar oğlunun 27.06.2012-ci il tarixli 069/12 nömrəli kredit müqaviləsi üzrə 27.06.2013cü il tarixə 300.000 manat əsas borc və 21.126,67 manat faiz borcu qalmışdır (sualda qeyd olunan tarixə). Cavabdeh Zülfüqar oğlunun 27.06.2012-ci il tarixli 069/12 nömrəli kredit müqaviləsi üzrə 30.08.2019-cu il tarixə kimi 69.434,50 manat əsas borcu və 14.311,22 manat faiz borcu qalmışdır (maliyyə arayışında göstərilən tarixə). Faiz borcunun hesablanması 27.06.2013-cü il tarixə kimi 14%-lə, 27.06.2013-cü ildən 30.08.2019-cu il tarixə kimi isə 5%-lə həyata keçirilmişdir. Qeyd edilir ki, bank tərəfindən 27.06.2012-ci il tarixli kredit müqaviləsi üzrə hesablanan cərimə borcunun hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit razılaşması üzrə cərimə borcu hesablanmamışdır. Azərbaycan Republikası Mülki-Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 16.09.2019-cu il tarixli maliyyə arayışında və iddia tələbində Cavabdeh 27.06.2012-ci il tarixli kredit müqaviləsi üzrə 18.723,34 manat faiz borcunun ödənilməsini tələb etmiş (27.06.2012-27.06.2013-cü il tarixə), 27.06.2013-cü il tarixdən sonrakı dövr üçün isə - kredit müqaviləsinin müddəti bitdikdən sonra 5 faizlə 2223 gün üçün hər günə 18,40 manat olmaqla 40.899,03 manat (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləğinin ödənilməsini tələb etmişdir. İddiaçı 27.06.2012-ci il tarixli müqavilə üzrə 27.06.2013-cü il tarixdən 24.06.2017-ci il tarixə kimi cavabdehdən 14%-lə hesablanmış borcun tələb edilməsinə dair məhkəməyə iddia verməmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi iddiaçının 27.06.2012-ci il tarixli müqavilə üzrə 27.06.2013-cü il tarixdən 24.06.2017-ci il tarixə kimi hesablanan borcun 5%-lə deyil, 14%-lə hesablanması üçün təkrar ekspertiza təyin edilməsinə dair iddiaçının vəsatətini rədd edərək, tələb olmadığı təqdirdə, həmin hissədə yenidən ekspertiza keçirilməsinə lüzüm olmadığı nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı iddia tələbində 14%-lə hesablanmış faiz borcunu yalnız 27.06.2013-cü il tarixə kimi tələb etmişdir, sonradan iddia tələbinin həcminin artırılmasına dair məhkəməyə yazılı ərizə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC tərəfindən Cavabdeh vеrilmiş kredit məbləğinə görə 39.923,87 manat cərimə borcu tələb olunsa da, birinci instansiya məhkəməsi tərəfindən 500 manat məbləğində cərimənin cavabdehdən tutulması qanuni və əsaslıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən dəbbə pulunun iddia ərizəsində göstərilən həcmdə tutulmasının cavabdehin əmlak mənafelərinə xələl gətirə bilməsi qeyd edilərək, kredit müqaviləsindən irəli gələn dəbbə pulunun tələbi tənasübsüz surətdə yüksək olması nəzərə alınaraq, 069/12 saylı, 27 iyun 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas kredit məbləği üzrə tələb olunan 39.923,87 manat dəbbə pulunun 500 manat həddində azaldılması və iddianın həmin hissədə qismən təmin edilməsi işin hallarına və cavabdehin mənafeyinə uyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən isə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bu səbəbdən də iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin apelyasiya şikayətində göstərdiyi cərimə borcunun az hesablanması ilə bağlı dəlilləri əsasızdır. Məhkəmə kollegiyası həmçinin Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin bank tərəfindən hesablanmış faiz borcunun şişirdilməsi ilə bağlı dəlilinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Tərəflər arasında 069/12 saylı, 27 iyun 2012-ci il tarixli krеdit müqaviləsinin 1.1-ci bəndinə əsasən bоrcalan kreditdən istifadəyə görə 12 ay müddətinə illik 14 % ödəməyi öhdəsinə görürür. İş materiallarında olan, məhkəmə-mühasibatlıq ekspertizasının 1262 saylı, 17 iyun 2020-ci il tarixli rəyindən görünür ki, Cavabdeh Zülfüqar oğlunun 069/12 saylı, 27.06.2012ci il tarixli kredit müqaviləsi üzrə 30.08.2019-cu il tarixə kimi 69.434,50 manat əsas borcu və 14.311,22 manat faiz borcu qalmışdır “ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Bu səbəbdən də Cavabdeh nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində göstərdiyi faiz və cərimə borcunun artıq hesablanması ilə bağlı dəlilləri əsasızdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası yekun nəyicəyə gələrək hesab edir ki, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin və Cavabdeh nümayəndəsi və vəkili Vəkil ayrıayrılıqda verdikləri apelyasiya şikayətlərində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, tərəflət apelyasiya şikayətlərində istinad etdikləri hallarla bağlı məhkəmə kollegiyasına hər-hansı bir mötəbər sübutlar təqdim edə bilməmişlər. Hənçinin məhkəmə kollegiyası hesab edir ki, tərəflər apelyasiya şikayətlərində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını və düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, məhkəmənin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini qeyd etsələr də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdikləri etirazlarını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişlər. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Bütün bu hallara qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətlərində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Bеləliklə, məhkəmə kollеgiyası, iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadənin və Cavabdeh nümayəndəsi və vəkili Vəkil apеlyasiya şikayətlərində sadaladıqları dəlilləri işin faktiki hallarına uyğun olaraq araşdırıb hеsab еdir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosеssual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollеgiyası bеlə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqtеyi nəzərindən qanuni, əsaslı və ədalətli olduğundan, işdə, həmçinin apеlyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv еdilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar olmadığından, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-85/2021 saylı, 29 mart 2021-ci il tariхli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apеlyasiya şikayətləri təmin еdilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyas Qət etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh Zülfüqar oğlunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-85/2021 saylı, 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar