Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5529/2025 18.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ ərizəçi Cavabdeh1 qətnamədə düzəliş edilməsi barədə ərizəsinə dair iş üzrə Açar sözlər: apellasiya şikayətinin mümkünlüyü Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, ərizəçi Cavabdeh1 qətnamədə düzəliş edilməsi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2(006)-1623/2010 nömrəli qərardadından ərizəçi Cavabdeh1 şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1623/2010 saylı, 07 may 2010cu il tarixli qətnaməsinə əsasən Cavabdeh1 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 17 iyul 2008-ci il tarixli 1439A saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 6647,57 manat əsas, faiz borcu üzrə 1113,79 penya pulu 2000 manat olmaqla cəmi 9761,36 məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan məbləğ Cavabdeh1 məxsus BMW-523 markalı ** SQ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi və həmin avtomobil açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-159/2023 saylı, 17 aprel 2023cü il tarixli qərardadı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 may 2010-cu il tarixli, 2(006)-1623/2010 saylı qətnaməsinin icra üsulunun və aydasının dəyişdirilməsinə dair tələbkar ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxılaraq təmin edilməsi, qətnamənin icra üsulu və qaydasının dəyişdirilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 6647,57 manat əsas, 1113,79 faiz, 2000 manat pul alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi qərara alınmışdır.
3. Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Nəsimi rayon Məhkəməsinin 07 may 2010-cu il tarixli, 2(006)-1623/2010 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 6647.57 faiz borcu üzrə 1113,79 penya pulu 2000 manat olmaqla-cəmi 9761,36 məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan məbləğ Cavabdeh1 məxsus BMW-523 markalı ** SQ *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi və həmin avtomobil açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Sözügedən qətnamədə tutulmalı olan borc məbləğinin yönəldilməli olduğu “BMW-523” arkalı minik avtomobilinin qeydiyyat nişanı səhv qeyd edilmişdir. Belə ki, qətnamədə avtomobilin qeydiyyat nişanı “10-SQ338” kimi göstərilsə də, əslində qeydiyyat nişanı **-SG-*** olmalıdır. Odur ki, Nəsimi rayon İcra şöbəsi tərəfindən müəyyən icra tədbirləri görülməsinə baxmayaraq qətnamə icra edilə bilməmişdir. Bunu həmçinin AR DİN BDYPİ-nin Nəsiçmi rayon İcra şöbəsinə ünvanlandığı 11 oktyabr 2022-ci il tarixli məkubu da təsdiq edir. Belə ki, məktubda “BMW 523” markalı avtomobilə **-SQ-*** dövlət qeydiyyat nişanı təhkim edilmədiyi qeyd edilmişdir. Lakin DİN-in qeydiyyatda olan nəqliyyat vasitələr barədə arayışdan görünür ki, qeydiyyat nişanı ** SG *** şəklindədir və məhkəmə qətnaməsində hərf səhvi olduğundan qətnamə uzun müddət icra edilə bilməmiş, Nəsimi rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qərardadı ilə 07 may 2010-cu l tarixli 2(006)-1623/2010 saylı qətnamənin icra üsulu və qaydası dəyişdirilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qydada 6647,57 manat əsas, 1113,79 manat faiz, 2000 manat penya, cəmi 9761.36 manat pulun alınaraq ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi qət edilmişdir. Bu məsələ ilə bağlı bildirir ki, həmin borcun birbaşa gəlirlərinə yönəldilməsi maddi vəziyyətlərini pisləşdirməklə, minimum dolanacaq xərclərini qarşılamaqlarına mane olur. Bu səbəbdən hesab edir ki, hazırda qətnaməyə düzəliş edilməsi zərurəti yaranmışdır. Nəsimi rayon Məhkəməsinin 07 may 2010-cu il tarixli, 2(006)-1623/2010 saylı qətnaməsinin məzmununda düzəliş edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan 9761.36 manat borcun Cavabdeh1 məxsus “BMW-523” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yönəldilməsi və həmin avtomobilin açıq hərracda satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2(006)- 1623/2010 nömrəli qərardadı ilə ərizəçi Cavabdeh1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1623/2010 saylı, 07 may 2010-cu il tarixli qətnaməsinə düzəliş edilməsinə dair ərizəsi rədd edilmişdir.
Tətbiq edilən hüquq
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 263.1. İş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır; Maddə 267.1. Məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər; Maddə 267.3. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir; Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir; Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; Maddə 269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir; Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
6. Mülki Prosessual Məcəllənin 269.1-ci maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2 və 269.3-cü maddələrinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir.
7. Göründüyü kimi, MPM-in imperativ tələbinə əsasən birinci instansiya məhkəməsinin qərardadından şikayət verildiyi zaman şikayətə ilkin olaraq, qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılmalı, işə baxan hakim şikayətin əsaslı olmaması qənaətinə gəldikdə şikayəti baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərməlidir.
8. Hazırkı işdə isə, cavabdeh tərəfindən yenidən şikayət verilmiş, birinci instansiya məhkəməsi tərəfindən MPM-in 269-cu maddəsinin tələblərinə əməl olunmayaraq şikayətə ilkin olaraq məhkəmənin özü tərəfindən baxılmadan apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
9. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün şikayət qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.
10. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 avqust 2025-ci il tarixli, 2(006)- 1623/2010 nömrəli qərardadından ərizəçi Cavabdeh1 şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.