Məhkəmə qərarları › İş №2(103)-5530/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5530/2020

22.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5530/2020 22.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı QSC-nin nümayəndəsi x1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-313/2019saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh4 və Cavabdeh3tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli, 638 k/SKMF saylı kredit müqaviləsi üzrə 26.116,81 manat əsas, 83,19 manat faiz, cəmi 26.200 manat borcun tutulması, tələbin Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən mənzilə yönəltməklə həmin mənzilin açıq hərraca cıxarılaraq satılması hesabına 26.200 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 638k saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 istehsal məqsədi ilə 36 ay müddətinə illik 6 faizlə 30.000 manat məbləğində kredit verilmişdir. Yuxarıda qeyd olan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 məxsus ünvan 2 ünvanda yerləşən, 42,03 kv.m sahədən ibarət mənzil ipoteka qoyulmuş, bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Şəki filialı ilə ipotekaqoyan arasında xx xxxxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və İddiaçı SKT-nın Şəki filialının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci və 7.2-ci bəndinə əsasən borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Cavabdeh1 kredit müqaviləsinin şərtlərinə əməl etməmiş, 3.883.19 manat əsas kredit borcundan, 4.516,81 manat isə faiz borcundan ödəniş etmişdir. Cavabdeh əsas və faiz borcunun qrafıkə uyğun ödənişini mütəmadi gecikdirmişdir. Cavabdehin xx.xx.2017-ci il tarixə sözügedən kredit müqaviləsi üzrə əsas borcu 26.116,81 manat, faiz borcu 83,19 manat , cəmi borcu isə 26.200 manat təşkil edir. Borcun ödənilməsi barədə cavabdehlərə müraciət olunmasına, məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazimi nəticə əldə olunmamış, borc ödənilməmiş qalmışdır. Daha sonra İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının vəsatətinə əsasən Cavabdeh2 cavabdehlər (onun prosessual varisləri) İdrisova Zülfiyyə Rəşad qızı, Cavabdeh4, Cavabdeh3 və Böyük-zadə Səbinə Rəşad qızı ilə əvəz edilmişlər. Eyni zamanda, iddiaçı bir neçə dəfə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və nəticədə Cavabdeh1 xx xxxxxx 2015-ci il tarixli, 638 k/SKMF saylı kredit müqaviləsi üzrə 24.292,09 manat əsas, 2.447,50 manat faiz, illik 5 %-lə hesablanmış 1.231,26 manat faiz, cəmi 27.970,85 manat borcun tutulması, tələbin kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş (mərhum) Cavabdeh2 mülkiyyətində olmuş, hazırda onun qanuni vərəsələri olan cavabdehlər İdrisova Zülfiyə Rəşad qızı, Cavabdeh4, Cavabdeh3 və Böyük-zadə Səbinə Rəşad qızının sahibliyində və idarəçiliyində olan ünvan 1 ünvanında yerləşən 42,03 kv.m sahədən ibarət mənzilə yönəltməklə həmin mənzilin açıq hərraca cıxarılaraq satılması hesabına 29.970,85 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-313/2019saylı xx xxxxxx 2019-cu il tarixliqətnaməsi ilə iddianın qismən təmin edilməsi, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 24.292,09 (iyirmi dörd min iki yüz doxsan iki manat, doqquz qəpik) manat məbləğində əsas, kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi, yəni xx.xx.2018-ci il tarixinə hesablanmış 1.164,19 (bir min bir yüz altmış dörd manat, on doqquz qəpik) manat məbləğində faiz, kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 1.231,26 (bir min iki yüz otuz bir manat, iyirmi altı qəpik) manat məbləğində faiz, cəmi 26.687,53 (iyirmi altı min altı yüz səksən yeddi manat, əlli üç qəpik) manat məbləğində kredit borcu, habelə 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh1 Məhəmməd oğlundan İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, tutma həmin kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospekti, 19 saylı evin, 8 saylı mənzilinə yönəldilməsi, mənzil açıq hərrac yolu ilə satılaraq əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi cavabdehlər İdrisova Zülfiyyə Rəşad qızına, Cavabdeh4, Cavabdeh3 və Böyük-zadə Səbinə Rəşad qızına qaytarılması, hərraca çıxarılarkən ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospekti, 19 saylı evin, 8 saylı mənzilinin ilkin satış qiymətinin 110.000 (bir yüz on min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh4 və Cavabdeh3 birgəapellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbi üzrə ədalətli sayıla biləcək yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsi üzrə tələbin tam təmin edilməsi onların əsassız maddi zərərlərə düşmələrinə səbəb olur. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC-nin nümayəndəsi Məmmədov Samid Eldəniz oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmişcavabdehlər məhkəmə kollegiyasının iclаsınа gəlməmiş və gəlməmələrinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddia tələbinin təmin olunan hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iş üzrə çıxarılmış qətnaməni cavabdeh yalnız qeyd edilən hissədə mübahisələndirməklə həmin hissə ilə bağlı apellyasiya şikayəti vermişdir. İddiaçı iddia tələbinin təmin olunmayan hissəsində qətnaməni mübahisələndirməmişdir. Ona görə də, hazırki halda məhkəmə qətnamənin yalnız mübahisələndirilən hissədə baxır. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-313/2019saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 638K/SKMF saylı kredit müqaviləsinə əsasən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh1 kompot, mürəbbə, cem istehsalı məqsədi ilə 36 ay müddətinə illik 6% dərəcəsi ilə faiz hesablamaq şərti ilə 30.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatından həmin məbləğdə pulu almış və həmin müqavilə üzrə müəyyən edilmiş şərtlərlə və müddətlərdə kredit məbləğini qaytarmağı, habelə əsas kredit borcuna hesablanmış faizlərin ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, nəticədə banka borcu yaranmışdır. Bununla bağlı, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2017-ci il tarixə 26.116,81 manat əsas və 83,19 manat faiz borcunun yarandığını iddia edərək, həmin məbləğin cavabdehdən tutulmasını tələb etmişdir. Lakin sonradan tələbinin həcmini artırmış və cavabdehin xx.xx.2019-cu il tarixə 24.292,09 manat əsas, kredit müqaviləsi üzrə kredit müdddətinin bitdiyi tarixə 2.447,50 manat faiz, kredit müqaviləsi üzrə kredit müddəti bitdiyi tarixdən xx.xx.2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanmış 1.231,26 manat faiz, cəmi 27.970,85 manat borcunun yarandığını iddia edərək, bu məbləğin tutulmasını tələb edir. Cavabdeh1 iddianı qəbul etmir. Həmin kredit müqaviləsi üzrə kredit müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını - yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Nəhayət istinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəlləsinin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə haqlı olaraq qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Bununla belə, məhkəmə düzgün olaraq iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunun ayrı-ayrılıqda nəzərdən keçirib, hesab etmişdir ki, iddia tələbi əsas borcun tutulması hissəsində əsaslıdır və tam təmin edilməli, Cavabdeh1 iddiaçının xeyrinə 24.292,09 manat məbləğində əsas borc tutulmalıdır. Belə ki, maliyyə sənədlərinə, o cümlədən xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarına əsasən mövcud olan əsas borc üzrə xx.xx.2017-ci il tarixdə 906,19 manat, xx.xx.2017-ci il tarixdə 776,05 manat, xx.xx.2017-ci il tarixdə 675,99 manat, xx.xx.2017-ci il tarixdə 758,40 manat, xx.xx.2017-ci il tarixdə 766,56 manat, xx.xx.2017-ci il tarixdə 189,71 manat, xx.xx.2018-ci il tarixdə 635,01 manat və xx.xx.2019-cu il tarixdə 1.000 manat, cəmi 5.707,91 manat məbləğində ödəniş edilmişdir. Əsas borcun 30.000 manat, əsas borc üzrə aparılmış ödənişlərin ümumi məbləğinin isə 5.707,91 manat olması nəzərə alındığı təqdirdə bu məbləğlərin fərqi (30.000 - 5.707,91 = 24.292,09) məhz 24.292,09 manat təşkil edir. Məhkəmə iddia tələbinin “faiz borcunun tutulması” hissəsi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, iddiaçı həmin müqavilə üzrə xx.xx.2017-ci il tarixə 83,19 manat faiz borcunun yarandığını göstərmişdir. Bu tarixdən sonra qeyd edilən müqavilə üzrə yaranmış əsas borcdan xx.xx.2017-ci il tarixdə 189,71 manat, xx.xx.2018-ci il tarixdə 635,01 manat və xx.xx.2019-cu il tarixdə 1.000 manat ödəniş edilmişdir. Bununla da həmin tarixlərdə əsas borc məbləği azalmış və bu da öz növbəsində hesablanmış faiz borcunun məbləğinə də azalma baxımından təsir etməli idi. Lakin məhkəmə əsas borc məbləğinin məhz 26.116,81 manat kimi qəbul edib, illik faiz dərəcəsinin isə 6% olduğunu nəzərə alıb, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 8 ay 8 gün təkil etdiyini əsas götürməklə hesablama aparıb, belə qənaətə gəlir ki, 1 il üzrə faiz borcu (26.116,81 x 6% / 100 = 1.567 manat) 1.567 manat, 1 ay üzrə faiz borcu (1.567 / 12 = 130,60) 130,60 manat, 1 gün üzrə faiz borcu (130,60 /30 = 4,40 manat) 4,40 manat təşkil edir. Belə olan halda həmin müqavilə üzrə kredit müddətinin sonuna faiz borcu (130,60 x 8 ay = 1044,80 manat) + (4,40 x 8 gün = 36,20 manat) = 1.081 manat təşkil edir. Bununla belə, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi “faiz borcunun tutulması” hissəsində qismən təmin edilməli, həmin müqavilə üzrə cavabdehin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 1081 manat faiz borcunun yarandığı, həmin tarixədək isə faiz borcunun 83,19 manat olduğu (ilk tələbdə bu məbləğdə faiz borcu tələb edilirdi) əsas götürülməklə, ondan İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə ümumilikdə (1081 + 83,19 = 1.164,19 manat) 1.164,19 manat məbləğində faiz borcu tutulmalıdır. Məhkəmə iddia tələbinin “kredit müqaviləsi üzrə kredit müddətinin bitdiyi, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək illik 5% olmaqla hesablanmış 1.231,26 manat faiz borcu tutulması” hissəsi ilə bağlı da haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməli, Cavabdeh1 İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə illik 5 faiz dərəcəsi ilə hesablanmış 1.231,26 manat məbləğində faiz borcu tutulmalıdır. Belə ki, kredit müqaviləsi üzrə kredit müddətinin sonuna həmin müqavilə üzrə 25.292,09 manat əsas borcu olmuşdur və xx.xx.2019-cu il tarixdə əsas borcdan əlavə olaraq 1.000 manat da ödənilmişdir və yalnız xx.xx.2019-cu il tarixə cavabdehin 24.292,09 manat əsas borc qalmışdır. Cavabdehin xx.xx.2019-cu il tarixə deyil, xx.xx.2018-ci il tarixə 24.292,09 manat əsas borcunun qaldığı əsas götürüldükdə (cavabdehin üçün daha əlverişli müddət) illik 5 % dərəcəsi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, yəni 1 il 2 ay 25 gün üçün aparılmış hesablama nəticəsində onun yalnız 1 il üçün (24.292,09 x 5 /100 = 1.214,61) 1.214,61 manat faiz borcu yaranmış olur. Qalan 2 ay və 25 gün üzrə hesablama aparıldığı təqdirdə onun faiz borcu iddia üzrə tələb edilən 1.231,26 manatdan da artıq olacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bəzi müddəalar xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada): 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımıncz icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir; 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır (əvəlki redaksiyada). 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun (bəzi müddəalar xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada): xx.xx.2018-ci il tarixədək qüvvədə olan 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Eyni zamanda müəyyən edilir ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliyin icrasının təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospekti, 19 saylı evin, 8 saylı mənzilini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla bağlı, iddiaçı tərəfindən bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, bu bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Cavabdeh2 xx.xx.2018-ci il tarixdə vəfat etmiş (onun həyat yoldaşı Həsənova Alimə Allahverdi qızı xx.xx.2018-ci il tarixdə vəfat etmişdir), bundan sonra onun vərəsələri İdrisova Zülfiyə Rəşad qızı, Cavabdeh4, Cavabdeh3 və Böyük-zadə Səbinə Rəşad qızı Bakı şəhəri 13 saylı Dövlət Notariat Kontoruna müraciət edərək, Cavabdeh2 miras qalmış Bakı şəhəri, Binəqədi rayonu, A.Z.Bünyadov prospekti, 19 saylı evin, 8 saylı mənzilinə və “Mitsubishi Pajero” markalı avtomobilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini (mirası qəbul etmələri barədə ərizə vermişlər) xahiş etmişdilər. Dinar Firmasının mütəxəssis rəyinə əsasən əmlakın ilkin (likvid) satış qiyməti 110.000 manat məbləğində qiymətləndirilmişdir. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi bu hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh1 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb qeyd edilən kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospekti, 19 saylı evin, 8 saylı mənzilinə yönəldilməli, həmin mənzil açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməlidir. Qeyd edilməlidir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə həmin məbləğ cavabdehlər İdrisova Zülfiyyə Rəşad qızına, Cavabdeh4, Cavabdeh3 və Böyük-zadə Səbinə Rəşad qızına qaytarılmalıdır. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti ilə bağlı da haqlı olaraq hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiyməti Dinar Firmasının rəyi ilə müəyyən olunmuş məbləğdə, yəni 110.000 manat məbləğində müəyyən edilməlidir. Apellyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər apellyasiya şikayətində ümumiyyətlə hər hansı əsaslandırma aparmamış və prosessual qanunvericiliyin maddələrini sadalamaqla kifayətlənmişdir. Ona görə də şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbinin qismən təmin edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-313/2019saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh4 və Cavabdeh3tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-313/2019saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Qürbət Əsgərov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar