Məhkəmə qərarları › İş №2(103)-5532/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5532/2020

21.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5532/2020 21.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-186/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC Cavabdeh qarşı – aralarında bağlanmış xx.xx.2013-cü il tarixli 116919-1-8621 saylı kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə Banka borclu olduğu 13416,44 manat məbləğində əsas borc, 27,30 manat məbləğində faiz borcu, 109,76 manat məbləğində cərimə üzrə borcu, ümumilikdə isə 13553,50 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Sportage” minik markalı, qara rəngli, **-SJ-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 116919-1-8621 saylı “Avtomobil krediti müqaviləsi”-nə əsasən Cavabdeh illik 18 faiz hesablanması şərti ilə 60 ay müddətinə 27895 ABŞ dolları məbləğində kredit verilmişdir. Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli “kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə” 01 saylı Razılaşmaya əsasən cavabdehin xx.xx.2015-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 17537 manat məbləğində olan borcu illik 23 faiz hesablanması şərti ilə 34 ay müddətinə uzadılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehin mülkiyyətində olan “Kia Sportage” minik markalı, qara rəngli **-SJ- *** dövlət nömrə nişanlı avtomobili xx.xx.2013-cü il tarixli 1169xx-xx-12287 nömrəli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda “Kredit müqaviləsi”-nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2013-cü il tarixli 116919- 16-12287 saylı “ipoteka müqaviləsi”nə dəyişiklik edilməsi barədə 01 saylı xx.xx.2015-ci il tarixli Razılaşma bağlanmışdır. Lakin borclu cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2018-ci il tarixdən icra etməmiş və nəticədə banka 13416,44 manat əsas, 27,30 manat faiz, 109,76 manat cərimə üzrə, ümumilikdə 13553,50 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmişdir, lakin öhdəliklər lazımınca icra edilməmişdir. Bundan başqa tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən borc alan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə girov saxlayanın ipoteka predmetinə ödəniş yönəltmək hüququ vardır. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 116919-1-8621 saylı avtomobil krediti müqaviləsinə, 116919-1-8621 saylı avtomobil krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə xx.xx.2015-ci il tarixli 01 saylı Razılaşmaya əsasən xx.xx.2020-ci il tarixə Banka borclu olduğu 6472,70 manat məbləğində əsas borc, 27,30 manat faiz borcu, 109,76 manat cərimə üzrə borcu, ümumilikdə 6609,76 manat pul məbləğini və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, tutmanın bank qarşısında ipoteka ilı yüklü edilmiş ”Kia Sportage” minik markalı, qara rəngli, **-SJ-*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5532/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 5624,20 (beş min altı yüz iyirmi dörd manat iyirmi qəpik) manat məbləğində əsas borc, 27,30 (iyirmi yeddi manat otuz qəpik) məbləğində faiz borcu, 109,76 (yüz doqquz manat, yetmiş altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 5761,26 (beş min yeddi yüz altmış bir manat iyirmi altı qəpik) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tələbin Cavabdeh məxsus “Kia Sportage” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və avtomobilin açıq hərracdan satılsması, həmin avtomobilin satılmasından əldə edilən vəsaitdən 5761,26 (beş min yeddi yüz altmış bir manat iyirmi altı qəpik) manat və 30 (otuz) manat məbləğində dövlət rüsumunun “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 145 (yüz qırx beş) manat məbləğində pul vəsaitinin Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı “Bank VTB (Azərbaycan)” ASC apellyasiya şikayəti verərək, Xətai Rayon Məhkəməsinin 2(011)-186/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsinin əsas borcun müəyyən edilməsi hissəsində dəyişdirilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışı ilə ekspert rəyi arasında əsas və faiz borcunun hesablanmasında fərq yaranmışdır. İddiaçı hesab edir ki, ekspert rəyində əsas və faiz borcu hissəsində yanlış nəticəyə gəlinmişdir və iddiaçı həmin rəy ilə razılaşmamışdır. xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixinədək ödənilmiş 19136 USD məbləğdən ekspert rəyində göstərildiyi kimi əsas borcdan 11988.58 USD deyil, 11943.78 USD silinmişdir. Faiz borcundan isə 7147.42 USD deyil, 7019.87 USD silinmişdir. Əlavə olaraq cərimə borcundan da 54.80 USD və xx.xx.2014-cü il tarixində kredit müqaviləsi üzrə vaxtından əvvəl ödənişə görə 118.42 USD komissiya silinmiş və bu ekspert rəyində nəzərə alınmamışdır. Hesablanmış və ödənilmiş cərimə ekspeıt rəyində nəzərə alınmamışdır. Müştəriyə 72.20 USD cərimə hesablanmışdır və bunun 54.80 USD məbləği müştəri tərəfindən ödənilmişdir. Qalıq cərimə borcu - 17.40 USD kreditin restrukturizasiyası zamanı AR Mərkəzi bankının 1.0491 kursu ilə konvertasiya olunaraq 18.25 AZN yeni kreditə keçmişdir. xx.xx.2015-ci il tarixində bağlanmış 1 saylı Razılaşmaya əsasən müştərinin borcu kapitallaşdırılaraq 17537 AZN məbləğində müəyyən olunmuşdur. AR Mərkəzi bankının 1.0491 kursu ilə konvertasiya olunaraq 16734.43 AZN əsas borc və 713.81 AZN faiz borcu kapitallaşdırılmışdır. Müştəridən 87.69 AZN kreditin restrukturizasiyası üçün komissiya tutulmuşdur, bu da kapitallaşdırılan məbləğə daxil edilmişdir. xx.xx.2015-ci il tarixdən xx.xx.2019-cu il tarixədək müştəri tərəfindən ekspert rəyində qeyd olunduğu kimi 12853.74 AZN vəsait ödənilmişdir. Cari hesabda qalan 1.07 AZN vəsait daxil olmaqla əsas borcdan - 8364.30 USD, faiz borcundan isə - 4490.51 USD silinmişdir. Hesablanmış cərimə məbləği ekspert rəyində nəzərə alınmamışdır. Müştəriyə 91.51 AZN cərimə hesablanmışdır. xx.xx.2019-cu il tarixinə əsas borc 9172.70 AZN, faiz borcu 27.30 AZN, cərimə borcu 109.76 AZN, cəmi 9309.76 AZN olmuşdur. Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi V.Qocayev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixli, 116919-1-8621 saylı “Avtomobil krediti müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə avtomobil almaq üçün illik 18 faiz ödəmək şərti ilə, 60 ay müddətinə 27895 ABŞ dolları məbləğində kredit verilmişdir. “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 1169xx-xx-12287 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh bank qarşısında olan öhdəliklərinin icrasının təmin olunması üçün ipoteka predmeti olan “Kia Sportage” minik markalı qara rəngli, 2013-cü il buraxılışlı avtomobili bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin İpoteka müqaviləsi xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-də qeydə alınaraq, ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən AA seriyalı 101045 saylı çıxarış verilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin (AC seriyalı, 065113 nömrəli) surətinə əsasən, buraxılış ili 2013-cü il olan, “Kia Sportage” minik markalı, **-SJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. İş materiallarından həmçinin görünür ki, xx.xx.2015-ci il tarixli “xx.xx.2013-cü il tarixli 116919-1-8621 nömrəli “Avtomobil kredit müqaviləsi”-nə dəyişiklik və əlavələr edilməsi barədə 1 saylı Razılaşma”-ya əsasən cavabdehin kredit borcu Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2015-ci il tarixinə mövcud olan məzənnəsi ilə konvertasiya edilərək 17537 manat məbləğində müəyyən edilərək, borcalanın həmin kreditdən 34 ay ərzində istifadə edərək və xx.xx.2018-ci il tarixədək qaytarmağı və kreditdən istifadəyə görə banka illik 23 faiz ödəmək öhdəliyi müəyyən edilmişdir. “Bank VTB (Azərbaycan)” ASC cavabdehə kredit borcunun ödənməsi ilə bağlı xəbərdarlıq məktubları və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərmişdir. İş materiallarında olan bildirişin qeydə alınmasına dair ərizədən görünür ki, həmin ərizə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ QİŞ-də qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 32149 nömrəli ekspert rəyinə əsasən xx.xx.2013-cü il tarixli 116919- 1-8621 nömrəli kredit müqaviləsi və 1 saylı Razılaşmanın şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2019-cu il tarixə “xxxxxxxxxxxxxxxxxxxxxASC-yə borcu ümumilikdə 9082,12 manat məbləğində, o cümlədən əsas borc üzrə 8324,20 manat, faiz borcu üzrə 757,92 manat məbləğində müəyyən edilir. Ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən 2700 manat məbləğində ödəniş aparılmışdır. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borcun hesablanma tarixi xx.xx.2019-cu il tarixə göstərildiyindən 2700 manat məbləğində ödəniş nəzərə alınmadı. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqısatqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Qeyd olunan normalara əsasən kollegiya hesab edir ki, iddiaçı müqavilə üzrə öhdəliyini lazımınca icra etsə də, Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan aldığı kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini icra etməməklə, müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Kollegiya cavabdehdən əsas borc və ona hesablanmış faiz borcunun tutulmasına dair iddia tələbinin həcminə görə tam əsaslı olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Ekspertin yanlış nəticəyə gəlməsinə dair iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, işin hallarından ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal müəyyən edilmədiyindən və ya iddiaçı tərəfindən hər hansı sübutla təsdiq edilmədiyindən birinci instansiya məhkəməsi həmin rəyə istinad etməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsinin ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız həmin hissədə yoxlayır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-186/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar