Məhkəmə qərarları › İş №2(103)-5533/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5533/2020

04.08.2020 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5533/2020 04.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçının vəkili X2 iştirakı ilə İddiaçılar İddiaçı1 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ümumi mülkiyyətdə olan mənzilin açıq hərracdan satılaraq əldə olunmuş pulun paylara mütənasib bölünməsi" tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4757/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından qətnamə ilə maraqlarına toxunan Maraqlı şəxs şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4757/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1, X1, Cavabdeh1 və Cavabdeh2 ümumi paylı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yerləşən 19 saylı evin 103 saylı 5 otaqlı mənzilin açıq hərracda satılması və həmin mənzilin açıq hərracdan satılması nəticəsində əldə olunacaq pul vəsaitinin paylarına mütənasib olaraq 20/48 hissə İddiaçı1, 4/48 hissə İddiaçı2 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən maraqlarına toxunulan şəxs Maraqlı şəxs apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4757/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ilə Maraqlı şəxs həmin qətnamədən verdiyi apellyasiya şikayəti qətnamə onun maraqları toxunmadığından və onun sözügedən qətnamədən apellyasiya şikayəti vermək hüququ olmadığından geri qaytarılmışdır. Həmin qərardaddan Maraqlı şəxs şikayət verərək onun ləğv edilməsini xahiş etmiş, şikayətini onun mübahisəli evdə yaşadığı və buna görə də qətnamənin onun da maraqlarına toxunduğu arqumentləri ilə əsaslandırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4757/2019 saylı, xx xxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş, baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili şikayətin əsassız olduğunu bildirərək onun təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq digər iddiaçı, cavabdehlər, habelə apellyator məhkəmə iclasına gəlməmiş, kollegiya məhkəmə iclasının onları iştirakı olmadan keçirilməsi və müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Kollegiya şikayəti iş materialları ilə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd olunmalıdır ki, şəxsin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınması üçün məhz işə məhkəmələrdə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır. İş materiallarından göründüyü kimi Maraqlı şəxs mübahisə üzrə tərəf (iddiaçı və ya cavabdeh) olmamış, habelə, işdə iştirak etməyə cəlb edilməmişdir. Belə olan halda, onun apellyasiya şikayəti vermək hüququna malik olan şəxs kimi qəbul edilə bilməsi üçün işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi tanınmasına ehtiyac vardır. Nəzərə alınmalıdır ki, iş materiallarından mübahisəli mənzilin onun mülkiyyətində olması müəyyən olunmur. Mülki-Prosessual Məcəllənin 363.1.1-ci maddəsinə görə apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə isə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. Şikayətdə irəli sürülənlərlə bağlı kollegiya qeyd edir ki, Maraqlı şəxs sözügedən mənzildə yaşasa da həmin mənzilin mülkiyyətçisi deyildir. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi onun üçün hər hansı hüquq və ya vəzifə yaratmır. Kollegiya həmçinin onu da qeyd edir ki, Maraqlı şəxs əri Cavabdeh2 hazırki iş üzrə cavabdehdir və onun qətnamədən apellyasiya şikayəti vermək hüququ vardır. Bu əsasdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda, bu barədə qərardaddan verilmiş şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398, 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4757/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar