Məhkəmə qərarları › İş №2(103)-5537/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5537/2025

28.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-5537/2025 28.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. Mülkiyyətçi İddiaçı ilə alıcı (ipoteka qoyan), borc alan Maraqlı şəxs və ipoteka saxlayan “X1 QSC Azərbaycan” arasında bağlanmış ## ######## 2020-ci il tarixli, **-**/YKB- IP nömrəli alqı-satqı və ipoteka müqaviləsinə əsasən satıcı Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 23/25, mənzil 47 ünvanında yerləşən və mülkiyyət hüquqları Daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən ## ###### 2012-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi 1112003211 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı Alıcı-Ipoteka qoyanın mülkiyyətinə verir. Daşınmaz əmlakın satış qiyməti 68000 manatdır, daşınmaz əmlakın dəyərinin 28400 manat məbləğində olan hissəsi Alıcı- Ipoteka qoyanın özü tərəfindən, 39600 manat məbləğində olan hissəsi isə Kreditor-Ipoteka saxlayan tərəfindən Kreditor-Ipoteka saxlayan və Alıcı-Ipoteka qoyan/Borcalan arasında Bakı şəhərində bağlanmış ## ######## 2020-ci il tarixli, 43 **/YKB nömrəli Kredit müqaviləsinə əsasən Alıcı-Ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir.

2. Cavabdeh tərəfindən əlyazısı ilə tərtib olunaraq imzası ilə təsdiq olunmuş ## #### 2022-ci il tarixli borc qəbzinə əsasən o, ## ######## 2020-ci il tarixdə Maştağa qəsəbəsi, Subtropik sovxozu, 21 ünvanında yaşayan İddiaçı mənzilinin satışından olan 65000 manat pulu yerləşdirmiş, hər ay 356 manat (minimum 250 manat) ödəməyi öhdəsinə götürmüşdür.

3. Cavabdeh tərəfindən əlyazısı ilə tərtib olunaraq imzası ilə təsdiq olunmuş ## #### 2022-ci il tarixli borc qəbzinə əsasən o, Bakı şəhəri, M.Seyidov 25 ünvanında yaşayan Cavabdeh Maştağa qəsəbəsi, Subtropik sovxozu ünvanında yaşayan İddiaçı 7 min manat məbləğində borc pul götürdüyünü, aşağıda imza etməklə 7000 manatı sentyabr ayında ödəməyi öhdəsinə götürmüşdür.

4. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıq məktubuna əsasən ##.##.2022-d ildə İddiaçı yazılı iltizam verərək, İddiaçı məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 23/25 ünvanda yerləşən ** saylı mənzilin ##.##.2020-ci il tarixində satışından əldə olunan 65000 manatı hər ay 356 manat olmaqla İddiaçı geri qaytarılmasını vəd etdiyini, bundan başqa, ##.##.2022-ci ildə İddiaçı yazılı iltizam verərək, İddiaçı aldığı 7000 manat pulu 2022-ci ilin sentyabrında geri qaytarmağa söz verdiyini, lakin hazırki tarixədək nə 65000 manat pul vəsaiti, nə də ki, 7000 manat pul vəsaiti tərəfinizdən İddiaçı qızma geri qaytarmadığını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, bordu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gedkdirilmiş vaxt üçün illik beş faiz ödəməyə bordudur. Qeyd edilənlərə əsasən, 2 gün ərzində 65000 manatı, həmin məbləğə AR MM-in 445.7-ci maddəsinə əsasən hesablanmış 16250 manat faizləri, 7000 manatı, həmin məbləğə AR MMin 445.7-d maddəsinə əsasən hesablanmış 1050 manat faizləri, cəmi 89300 manatı İddiaçı geri qaytanlmasını təklif etdiyini, əks təqdirdə müvafiq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

5. “xxxx” QSC-nin ##.##.2025-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə daxil olmuş, ****** nömrəli cavab məktubuna əsasən İddiaçı adına “xxxx” QSC-də 2020-ci il tarixdən hazıradək əmanət hesabı mövcud olmamışdır. Cavabdeh adına ##.##.2020-ci il tarixdən hazıradək “xxxx” QSC-də olan əmanət hesablarına dair məlumat aşağıdakı kimidir: - ##.##.2019-cu il tarixdə ilkin əmanət məbləği-15580 manat olan AZ**ACAB******************** nömrəli hesab açılmışdır. - ##.##.2020-ci il tarixdən-##.##.2021-ci il tarixə kimi ilkin əmanət məbləği-45000 manat olan AZ**ACAB******************** nömrəli hesab açılmışdır. - ##.##.2021-ci il tarixdən-##.##.2021-ci il tarixə kimi ilkin əmanət məbləği-35000 manat olan AZ**ACAB******************** nömrəli hesab açılmışdır.

6. “xxxx” QSC-nin hesabdan çıxarışına əsasən AZ**ACAB******************** nömrəli hesab üzrə Cavabdeh 35000 manat məbləği ##.##.2021-ci il tarixdə banka mədaxil etmiş, ##.##.2021-ci il tarixdə isə 35000 manat məbləği məxaric etmişdir.

7. “xxxx” QSC-nin hesabdan çıxarışına əsasən AZ**ACAB******************** nömrəli hesab üzrə Cavabdeh 45000 manat məbləği ##.##.2020-ci il tarixdə banka mədaxil etmiş, ##.##.2021-ci il tarixdə isə 45000 manat məbləği məxaric etmişdir.

8. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Məhkəmə Ekspertiza Mərkəzinin */**** nömrəli, ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixli yazılı iltizamına əsasən iddiaçı İddiaçı 7000 manat məbləğində götürdüyü borc üzrə ##.##.2022-ci il tarixdən ##.##.2025-ci il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən gecikdirilmiş vaxt üçün müəyyən edilən illik beş faiz uçot dərəcəsi məbləği 833,19 manat təşkil edir. Cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixli yazılı iltizamına əsasən iddiaçı İddiaçı 65000 manat məbləğində götürdüyü borc üzrə ##.##.2025-ci il tarixdən ##.##.2025-ci il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən gecikdirilmiş vaxt üçün müəyyən edilən illik beş faiz uçot dərəcəsi məbləği 99,31 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

9. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 65000 manat, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən həmin pul məbləğinin ödənilməsini gecikdirməsinə görə 16250 manat məbləğində faizlər, cəmi 81250 manat, bundan başqa 7000 manat, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən həmin pul məbləğinin ödənilməsini gecikdirməsinə görə 1050 manat məbləğində faizlər olmaqla, 8050 manat pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Cavabdeh inanaraq və onun təklifi ilə ## ######## 2020-ci il tarixdə özünə məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 23/25 ünvanda yerləşən ** saylı mənzili Maraqlı şəxs 68000 manata satmışdır. Həmin alqı-satqı müqaviləsi Bakı şəhəri * saylı Notariat Ofisində icra olunmuş və bu zaman Cavabdeh orada onunla ilə birlikdə olmuş, bütün sənədlərin hazırlanmasında iştirak etmişdir. Əvvəlcədən də plaşlaşdırdığı kimi, Cavabdeh alqı-satqı müqaviləsi bağlandıqdan sonra ona təklif etmişdir ki, mənzilin satışından əldə edilmiş vəsaitdən 65000 manat pulu “xxxx” QSC-yə depozit kimi qoyulsun və sonra yüksək faiz alınsın. Bunun nəticəsində o, 65000 manatı Cavabdeh vermiş və onun təklifi ilə birlikdə “xxxx” QSC-nin Bakı, Tbilisi prospekti 3 ünvanında yerləşən Mərkəzi ofisinə getmişlər. Bankda pulu depozitə qoyarkən o, elə bilmişdir ki, depozit onun adına açılır və bütün sənədlər də onun adına olacaqdır. Lakin sənədlər rəsmiləşdirildikdən və bankdan çıxdıqdan sonra depozit müqaviləsinə baxmaq istədikdə, Cavabdeh ona bildirmişdir ki, guya depoziti onun adına, yəni İddiaçı adına rəsmiləşdirmək mümkün olmamışdır, buna görə də Cavabdeh məcbur olub 65000 manat pulu öz adına banka depozitə qoymuşdur və demişdir ki, narahat olmasın, o, özü, yəni Cavabdeh İddiaçı hər ay 356 manat ödəyəcəkdir. ##.##.2022-ci ildə Cavabdeh həmin pulu aldığını təsdiq edən iltizamı da yazıb ona vermişdir. Bundan başqa, ##.##.2022-ci ildə Cavabdeh ondan 7000 manat pul aldığı barədə iltizamı yazıb imzalamış və həmin pulu 2022-ci ilin sentyabrında geri qaytarmağa söz vermişdir. Amma hazırki tarixədək cavabdeh Cavabdeh nə 65000 manat pul vəsaitini, nə də ki, 7000 manat pul vəsaitini ona geri qaytarmamışdır.

11. Cavabdeh Cavabdeh nümayəndəsi Nümayəndə ##.##.2025-ci il tarixində elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçı iddia ərizəsində ##.##.2020-ci il tarixində özünə məxsus mənzili 68000 manata satdıqdan sonra cavabdeh Cavabdeh verdiyini və “xxxx” QSC-də depozit hesabına qoymasına tapşırdığını bildirmiş, lakin bankdan çıxdıqdan sonra ona müəyyən olmuşdur ki, pul cavabdeh Cavabdeh hesabına qoyulmuşdur. Yəni, iddiaçıya hüququnun pozulduğu ##.##.2020-ci il tarixində müəyyən olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsində qeyd edilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 373.2-ci maddəsində qeyd edilir ki, Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Yuxarıda yazılanlara əsasən iddia müddətinin tətbiq edilərək, iddia tələbinin 65000 manat olan hissəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 65000 manat əsas borc və gecikdirilmiş vaxt üçün 99,31 manat faiz borcu, 7000 manat əsas borc və gecikdirilmiş vaxt üçün 833,19 manat faiz borcu olmaqla, cəmi 72932,5 manat məbləğində pulun tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

13. Qətnamənin əsaslarına görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, cavabdeh Cavabdeh ## #### 2022-ci il tarixli borc qəbzinə əsasən iddiaçı İddiaçı 65000 manat məbləğində borc pul aldığını və hər ay 356 manat olmaqla ödəməyi və 7000 manat məbləğində borc pul aldığını və sentyabr ayında ödəməyi öhdəsinə götürmüşdür. Qanunvericiliyin tələbinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımının icra müddəti bitdikdə başlanmasını nəzərə alsaq, müəyyən olunur ki, iddiaçı ##.##.2025-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə iddia müddətini ötürməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı İddiaçı ##.##.2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X4 prospekti, ev 23/25, mənzil 47 ünvanında yerləşən mənzili 68000 manata Maraqlı şəxs satmışdır. Cavabdeh Cavabdeh həmin mənzilin satışından əldə olunmuş pul vəsaitindən 45000 manatı ##.##.2020-ci il tarixdə “xxxx” QSC-də əmanət hesabına yerləşdirmiş, ##.##.2021-ci il tarixdə 45000 manat məbləği məxaric etmiş, ##.##.2021-ci il tarixdə 35000 manatı “xxxx” QSC də əmanət hesabına yerləşdirmiş, ##.##.2021-ci il tarixdə isə 35000 manat məbləği məxaric etmişdir. Cavabdeh əlyazısı ilə tərtib edərək imzaladığı ##.##.2022-ci il tarixli borc qəbzi ilə ## ######## 2020-ci il tarixində İddiaçı mənzilinin satışından olan 65000 manat məbləğində pulu aldığını hər ay 356 manat (minimum 250 manat) ödəməyi öhdəsinə götürdüyünü, həmçinin əlyazısı ilə tərtib edib imzaladığı ##.##.2022-ci il tarixli borc qəbzi ilə İddiaçı 7000 manat məbləğində borc pul götürdüyünü, imza etməklə 7000 manatı sentyabr ayında ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. Hazırda iddiaçı İddiaçı cavabdeh Cavabdeh 65000 manat, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən həmin pul məbləğinin ödənilməsini gecikdirməsinə görə 16250 manat faizlər, cəmi 81250 manat və 7000 manat, AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən həmin pul məbləğinin ödənilməsini gecikdirməsinə görə 1050 manat faizlər, cəmi 8050 manat məbləğində pul tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdehin öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilə (borc qəbzi) və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, tərəflər arasında borc qəbzi tərtib edilsə də, həmin qəbzin məzmunundan müəyyən edilən şərtlər baxımından məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı hüquq münasibətləri borc müqaviləsinin qanunla müəyyən edilən ünsürlərinə (şərtlərinə) uyğun gəlmişdir. Qanunla nəzərdə tutulmuş yazılı müqavilənin formasına dair tələblərinə tam cavab verməsə də, tərəflərın aralarındakı münasibətin nə ilə bağlı yarandığını göstərən sadə yazılı formada tərtib etdiyi hər hansı bir sənəd yazılı borc müqaviləsi kimi qəbul oluna bilər. Həmçinin cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək, 3 illik iddia müddətinin ötürülməsini qeyd etməsi də, cavabdeh tərəfin tərəflər arasında olan münasibətlərin borc münasibətləri olmasını qəbul etdiyini təsdiq edir. Məhkəmə hesab etmişdir ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə əsasən cavabdeh borcu iddiaçıya qaytarmağı öhdəsinə götürmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə (borc qəbzi) öhdəliyi yerinə yetirməmişdir. Borc müqaviləsinin anlayışını verən MM-nin 739.1-ci maddəsinin mənasından da görünür ki, borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları borcluya verməklə, həmin əşyalara mülkiyyət hüququnu borc alana keçirməsi borc müqaviləsinin bağlanmasının əsas şərtlərindən biridir. Işin mübahisəsiz hallarından da göründüyü kimi, iddiaçı tələb etdiyi pul vəsaitini (pula dair mülkiyyət hüququnu) cavabdehə vermiş, cavabdeh həmin pulu qəbul etmiş, onun qaytarılması müddəti və qaydası barədə öhdəlik də götürmüş, lakin öhdəliyini yerinə yetirməmiş və pulu qaytarmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsas borc hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddiaçının AR Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən pul məbləğlərinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi tələbinə münasibətdə qeyd edir ki, göründüyü kimi, cavabdeh öhdəliyin icrasını gecikdirmiş, bununla da, iddiaçının dəymiş zərərin əvəzini, gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini cavabdehdən tələb etmək hüququ yaranmışdır. Məhkəmə iş üzrə tam və obyektiv nəticəyə gəlinməsi üçün məhkəməmühasibatlıq ekspertizası təyin etmişdir. Ekspert rəyinə əsasən cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixli yazılı iltizamına əsasən iddiaçı İddiaçı 7000 manat məbləğində götürdüyü borc üzrə ##.##.2022-ci il tarixdən (sentyabr ayında borcu qaytarmağı öhdəsinə götürmüşdü) ##.##.2025-ci il tarixədək (iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarix) Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən gecikdirilmiş vaxt üçün müəyyən edilən illik beş faiz uçot dərəcəsi məbləği 833,19 manat, cavabdeh Cavabdeh ##.##.2022-ci il tarixli yazılı iltizamına əsasən iddiaçı İddiaçı 65000 manat məbləğində götürdüyü borc üzrə ##.##.2025-ci il tarixdən (pretenziya göndərildiyi tarix) ##.##.2025-ci il tarixədək Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən gecikdirilmiş vaxt üçün müəyyən edilən illik beş faiz uçot dərəcəsi məbləği 99,31 manat təşkil etmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 372, 373.2, 375.2, 377.1, 377.2, 377.3, 380.1, 385.1, 390.1, 406.1, 425.1, 427.2, 427.3, 442, 443.1, 445.1, 445.2.1, 445.2.2, 445.3, 445.7, 448.1, 449.1, 739.1, 739.2, 740.1, 740.2, 882.5ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2001-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməklə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayətinin dəlillərinə görə, birinci instansiyada sübut kimi təqdim edilən “öhdəlik kağızı”nın elektron sistemə yüklənmiş surətində açıq-aşkar sonradan edilən əlavələr görünür: sənəd üzərinə “##.##.2022” tarixi və “Axundovoй Э.A.” qeydi əlavə edilmişdir. Bu əlavələr əsil mətndən və orijinal əlyazmadan fərqli əl yazısı ilə yazılmışdır. Həmin sənədin əsas nümunəsində isə “20 sentяbrя 2020 qoda / ##.##.2020” tarixinin mənim əlyazımla qeyd olunduğu aydın görünür. Bu uyğunsuzluq məhkəmə tərəfindən araşdırılmamış, sənədin gerçək tərtib tarixi müəyyən edilməmiş, nəticədə iddia müddətinə dair hüquqi qiymətləndirmə yanlış istiqamətdə aparılmışdır. Qeyd olunan hal sənədin etibarlılığına ciddi şübhə yaradır və prosessual ədalət prinsipini pozur. Birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamış mühüm fakt odur ki, satışdan əldə edilən 65000 manat vəsaitin 45000 manat hissəsi birbaşa əmanət hesabına mədaxil olunmuş, qalan 20000 manat hissəsi isə iddiaçının yaşadığı evin və həyətyanı sahənin təmiri-abadlaşdırılmasına sərf edilmişdir. Daha sonra, vəsaitin daha səmərəli istifadəsi məqsədilə, iddiaçı ilə razılaşdırılaraq əmanət hesabından çıxarışlar edilərək torpaq sahələrinin alınmasına yönəldilmişdir (ümumilikdə 30000 manat). Faktiki ödənişlər də məhkəmədə nəzərə alınmamışdır. ##.##.2020-ci ildən 08.2024-cü ilədək hər ay faktiki olaraq 350 manat olmaqla, ümumilikdə 16450 manat ödəniş edilmişdir. Satışdan sonra və razılaşmalarına uyğun olaraq 20000 manat iddiaçının faktiki yaşadığı evin və həyətyanı sahənin təmiri-abadlaşdırılmasına sərf olunmuş, 30000 manat dəyərində vəsait iddiaçı ilə razılaşdırılmaqla torpaq sahələrinin alınmasına yönəldilmişdir. Sonuncu istiqamətdə ödənişlərdən sonra aldadılma faktı üzə çıxmış, bununla bağlı məhkəmə və prokurorluq orqanlarına müraciət edilmiş, bir iş üzrə vəsaitin geri qaytarılması barədə məhkəmə qərarı əldə olunmuş, digər iş üzrə icraat davam edir. Ayrı bir borc münasibəti olaraq ##.##.2022-ci il tarixində 7000 manat məbləğində borc götürülmüş, bu borcdan 5500 manat geri qaytarılmış, qaytarılmanı təsdiq edən video və foto materiallar mövcuddur. Bundan əlavə, iddiaçının özündə də cavabdehin icra etdiyi bütün ödənişlərlə bağlı xüsusi dəftər mövcuddur. Həmin dəftərdə ödənişlərin hər biri iki tərəfli qaydada qeydə alınmışdır ki, bu da faktiki ödənişlərin mövcudluğunu təsdiq edən əlavə sübutdur. Bundan əlavə, 2021-ci ilin aprel ayında iddiaçı ilə razılaşdıraraq vəsaiti dəyərli torpaq sahələrinin alınması üçün yatırım etməyə qərar vermişlər və vəsait əmanət hesabından məxaric olunmuşdur. Torpaq sahəsinin alınmasını və sənədləşdirilməsini öz üzərinə götürən şəxslərə 15000 manat və 15000 manat olmaqla ödənişlər edilmişdir. Lakin bir müddət sonra məlum olmuşdur ki, həmin şəxslər cavabehi aldatmışlar. Bu şəxslər barəsində vəsaitin geri qaytarılması üçün məhkəməyə və prokurorluq orqanlarına müraciət etmiş, iddiası təmin olunmuş, bir şəxs barəsində vəsaitin geri qaytarılması ilə bağlı qərar qəbul olunmuş, digər şəxs barəsində isə icraat davam edir (qərarın nömrəsi, surəti və digər iş materialları əlavə ediləcəkdir). Belə ki, qeyd edilmişdir ki, qanunvericiliyə görə müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Tərəflərin münasibətləri 2020-ci ildən formalaşmışdır, lakin iddia daha sonrakı dövrdə irəli sürülmüşdür. Beləliklə, iddia müddəti açıq şəkildə ötürülmüşdür ki, bu da işin mahiyyət üzrə araşdırılmasını mümkünsüz edir. Bundan başqa, tərəflər arasında heç bir yazılı borc müqaviləsi olmayıb. Təqdim edilən “öhdəlik” kağızı isə hüquqi baxımdan borc müqaviləsi hesab edilə bilməz. Orada borcun məbləği və icra müddəti göstərilməmiş, yalnız ayda minimum 250 manat ödəniş barədə qeyri-müəyyən qeyd edilmişdir. Bu cür sənəd hüquqi öhdəlik yaratmır və iddianın əsası ola bilməz. Həmçinin, təqdim olunmuş sübutlarda ciddi uyğunsuzluqlar var. Sənəddə sonradan əlavə edilmiş tarix və qeydlər mövcuddur ki, bu da onun etibarlılığını şübhə altına alır. Məhkəmə yalnız qanuni qaydada əldə olunmuş, ziddiyyətsiz və inandırıcı sübutlara əsaslanaraq qərar çıxarmalıdır. Hazırki iş üzrə isə belə sübutlar təqdim edilməyib.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdeh Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.

19. Iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 377.3. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi Maddə 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.3. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli Qərarı: “... sırf yazılı formaya riayət edilməməsi səbəbindən tərəflər arasında faktiki yaranmış borc münasibətinin etibarsız hesab edilməsi və bununla da qanunvericilikdə müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş hüquqi müdafiədən məhrum edilməsi müqavilə azadlığı, mülki dövriyyənin təmin edilməsi və mülkiyyət hüququnun müdafiəsi prinsipləri ilə uzlaşmır. ... fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. ... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının təsviriəsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqelərə əsasən məsələ qanunvericilik qaydasında həll edilənədək fiziki şəxslər (tərəflər) arasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.”

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, birinci instansiya məhkəməsinin bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edilən qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qətnamə apellyasiya şikayətinin dəlilləri üzrə iddianın təmin edildiyi hissədə yoxlanılmalı, apellyasiya şikayətinin dəlilləri ilə ehtiva olunmayan hissələrə toxunulmamalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

26. Əvvəla qeyd olunmalıdır ki, apellyasiya şikayətində irəli sürülmüş dəlillər işə birinci instansiya məhkəməsində baxıldığı zaman irəli sürülməmiş, etirazın əsasını yalnız iddia müddətinin keçməsi təşkil etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia müddətinin ötürülməməsi ilə bağlı düzgün əsaslandırma aparılaraq müddətin ötürülməməsi qənaətinə gəlindikdən sonra apellyasiya şikayətində yeni dəlillər irəli sürülmüşdür.

27. Apellyasiya şikayətində irəli sürülmüş dəlillər ondan ibarətdir ki, satışdan əldə edilən 65000 manat vəsaitin 45000 manat hissəsi birbaşa əmanət hesabına mədaxil olunmuş, qalan 20000 manat hissəsi isə iddiaçının yaşadığı evin və həyətyanı sahənin təmiriabadlaşdırılmasına sərf edilmişdir. Daha sonra, vəsaitin daha səmərəli istifadəsi məqsədilə, iddiaçı ilə razılaşdırılaraq əmanət hesabından çıxarışlar edilərək torpaq sahələrinin alınmasına yönəldilmişdir (ümumilikdə 30000 manat). Faktiki ödənişlər də məhkəmədə nəzərə alınmamışdır. ##.##.2020-ci ildən 08.2024-cü ilədək hər ay faktiki olaraq 350 manat olmaqla, ümumilikdə 16450 manat ödəniş edilmişdir. Satışdan sonra və razılaşmalarına uyğun olaraq 20000 manat iddiaçının faktiki yaşadığı evin və həyətyanı sahənin təmiri-abadlaşdırılmasına sərf olunmuş, 30000 manat dəyərində vəsait iddiaçı ilə razılaşdırılmaqla torpaq sahələrinin alınmasına yönəldilmişdir. Sonuncu istiqamətdə ödənişlərdən sonra aldadılma faktı üzə çıxmış, bununla bağlı məhkəmə və prokurorluq orqanlarına müraciət edilmiş, bir iş üzrə vəsaitin geri qaytarılması barədə məhkəmə qərarı əldə olunmuş, digər iş üzrə icraat davam edir. Ayrı bir borc münasibəti olaraq ##.##.2022-ci il tarixində 7000 manat məbləğində borc götürülmüş, bu borcdan 5500 manat geri qaytarılmış, qaytarılmanı təsdiq edən video və foto materiallar mövcuddur. Bundan əlavə, iddiaçının özündə də cavabdehin icra etdiyi bütün ödənişlərlə bağlı xüsusi dəftər mövcuddur. Həmin dəftərdə ödənişlərin hər biri iki tərəfli qaydada qeydə alınmışdır ki, bu da faktiki ödənişlərin mövcudluğunu təsdiq edən əlavə sübutdur. Bundan əlavə, 2021-ci ilin aprel ayında iddiaçı ilə razılaşdıraraq vəsaiti dəyərli torpaq sahələrinin alınması üçün yatırım etməyə qərar vermişlər və vəsait əmanət hesabından məxaric olunmuşdur. Torpaq sahəsinin alınmasını və sənədləşdirilməsini öz üzərinə götürən şəxslərə 15000 manat və 15000 manat olmaqla ödənişlər edilmişdir.

28. MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

29. Apellyator tərəfindən nəinki qeyd olunan normaların tələbinə zidd olaraq subutlar birinci instansiya məhkəməsinə təqdim olunmamış, şikayətdə irəli sürülmüş dəlillərə dair ümumiyyətlə sübut təqdim olunmamışdır. Buna görə də məhkəmə kollegiyası cavabdeh tərəfindən irəli sürülmüş arqumentləri subyektiv mülahizə kimi qiymətləndirir və sübutlar təqdim olunmadığından həmin dəlillər üzrə araşdırma aparılmasına zərurət görmür.

30. Apellyasiya şikayətində irəli sürülmüş dəlillərdən biri də bundan ibarətdir ki, birinci instansiyada sübut kimi təqdim edilən “öhdəlik kağızı”nın elektron sistemə yüklənmiş surətində açıq-aşkar sonradan edilən əlavələr görünür: sənəd üzərinə “##.##.2022” tarixi və “Axundovoй Э.A.” qeydi əlavə edilmişdir. Bu əlavələr əsil mətndən və orijinal əlyazmadan fərqli əl yazısı ilə yazılmışdır. Həmin sənədin əsas nümunəsində isə “20 sentяbrя 2020 qoda / ##.##.2020” tarixinin mənim əlyazımla qeyd olunduğu aydın görünür. Bu uyğunsuzluq məhkəmə tərəfindən araşdırılmamış, sənədin gerçək tərtib tarixi müəyyən edilməmiş, nəticədə iddia müddətinə dair hüquqi qiymətləndirmə yanlış istiqamətdə aparılmışdır. Qeyd olunan hal sənədin etibarlılığına ciddi şübhə yaradır və prosessual ədalət prinsipini pozur.

31. Lakin iş materiallarından görünür ki, əlyazamalar iş materiallarının 91 və 92-ci vərəqələrində olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin arxa hissəsinə yazılmışdır, vizual müşahidə ilə də həmin sənədlər üzərində hər hansı əlavələrin olunması, fərqli əl yazısı ilə sözlərin yazılması müəyyən olunmur.

32. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar