Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5540/2022 19.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2121/2022 saylı iş üzrə 13 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə dair mülki işə yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və iddia tələblərinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 78 saylı mənzildən cavabdehlərin əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılaraq iddiaçının qanuni sahibliyinə qaytarılması, cavabdehlərin evi zəbt etdikləri vaxtdan, yəni 2021-ci ilin noyabr ayından qətnamə icra olunan dövrə qədər aylıq 400 manat olmaqla, kirayə haqqının iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2121/2022 saylı iş üzrə 13 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində yerləşən 78 saylı mənzildən cavabdehlər Cavabdeh1, Cavabdeh2 əşyaları ilə birlikdə çıxarılması, mənzil boşaldılaraq İddiaçı qanuni sahibliyinə qaytarılması, iddianın qalan hissədə rədd edilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Kollegiya hesab edir ki, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş şikayətə baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, apellyasiya şikayətdə bir neçə maddi və prosessual hüquq normaları sadalanmış və həmin normalara əsasən qətnamənin əsassız olması qeyd edilsə də, həmin normaların işin hansı faktiki hallarına düzgün tətbiq edilməməsi göstərilməmişdir. Kollegiya qeyd edir ki, şikayətlərin məzmununa münasibətdə gözlənti ondan ibarətdir ki, orada hər bir məhkəmə aktı sıralanmaqla göstərilməli və hər birinin qarşısında məhkəmə aktı çıxarılarkən nəzərə alınmayan hüquqi mövqenin (sözügedən məhkəmə aktlarında təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməməsi) nədən ibarət olduğuna dair münasibəti aydın şəkildə ifadə edən müvafiq izah verilməlidir. Lakin, cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması konkret olaraq göstərilməmiş və apellyasiya şikayətini ümumiyyətlə əslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci və 366.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2121/2022 saylı iş üzrə 13 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 366, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r а r а а l d ı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2121/2022 saylı iş üzrə 13 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayət geri qaytarılması üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5540/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5540/2022
19.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver