Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5550/2022 05.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “pul tələbinə dair” ilkin, iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı “öhdəliyin icrasına məcbur edilmə tələbinə dair” qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 2(009)-1180/2022 saylı qərardadından MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh1 MMC-yə qarşı pul tələbinə dair ilkin, iddiaçı Cavabdeh1 MMC cavabdeh İddiaçı qarşı öhdəliyin icrasına məcbur edilməyə dair qarşılıqlı iddia tələbinə dair iddia ərizələri ilə məhkəməyə müraciət etmişlər. MMC-nin nümayəndəsi-vəkili Vəkil1 iş üzrə icraatın dayandırılması barədə vəsatətlə məhkəməyə müraciət edərək, hazırki mülki işin icraatını Bakı şəhəri Nərimanov rayon X1 barəsində CM-nin 179.3.2-ci maddəsi ilə aparılan cinayət işi üzrə yekun qərar qəbul edilənədək dayandırılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 2(009)-1180/2022 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh MMC tərəfdən şikayət verilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 2(009)-1180/2022 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 395-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından aşağıdakı hallarda şikayət verə bilərlər: bu Məcəllədə göstərilən hallarda; məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Cavabdeh MMC-nin nümayəndəsi-vəkili iş üzrə icraatın dayandırılması barədə vəsatət vermiş, məhkəmə tərəfindən vəsatətin təmin edilməməsi barədə qərardad qəbul edilmiş, həmin qərardadın “qərara aldı” hissəsində “Qərardaddan 10 gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər” göstərilmiş olsa da, qanunvericiliyin tələbinə əsasən həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi qərardadda şikayət verilməli olması göstərilsə belə, həmin qərardaddan şikayət verilməsi nəzərdə tutulmadığı üçün verilmiş şikayəti geri qaytarmalı olduğu halda, həmin şikayətə baxaraq təmin etməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi qeyd edilən hallara diqqət yetirməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 2(009)-1180/2022 saylı qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətinin icraata qəbul olunması barədə qərardad ləğv olunaraq, şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və iş apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 2(009)-1180/2022 saylı qərardadından Cavabdeh1 MMC tərəfindən verilmiş şikayətin icraata qəbul olunması barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 iyul 2022-ci il tarixli 2(103)-5550/2022 saylı qərardadı ləğv olunsun, şikayət üzrə apelyasiya qeyri-mümkün hesab edilsin və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5550/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5550/2022
05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver