Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5552/2024 23.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Açar sözlər: prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2024-cü il il tarixli, 2(005)-1969/2024 nömrəli qərardadından Cavabdeh şikayətinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1203/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin tutulması qaydası dəyişdirilərək, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay Cavabdeh qazancının (başqa gəlirlərinin) ¼ hissəsində alimentin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunması, hüquqi yardım üçün iddiaçı tərəfindən ödənilmiş 300 manat, ilkin mediasiya sessiyası üçün ödənilmiş 50 manat xərcin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(005)- 1969/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(005)-1203/2021 nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilməsi, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 18 iyul 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay qazancının (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 300 manat vəkilin göstərdiyi hüquqi xidmət haqqı və 50 manat mediasiya xərci iddiaçı X4 xeyrinə tutulması qət edilmişdir.
3. Cavabdeh tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(005)-1969/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti 25 iyun 2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə daxil olmuşdur.
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, e-2(005)- 1969/2024 nömrəli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(005)-1969/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilmədiyindən geri qaytarılmışdır.
5. Daha sonra Cavabdeh nümayəndəsi Vəkil2 22 iyul 2024-cü il tarixdə EMİS vasitəsilə yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda prosessual müddətin bərpasına dair ərizə vermişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh bir ata kimi övladının həmişə qayğısına qalmışdır. Sadəcə olaraq məhkəmə alimentin məbləğini həddən artıq yüksək təyin etdiyindən, hal-hazırda bu qədər aliment ödəməyə maddi vəziyyəti imkan vermir. Həmin qətnamədən şikayət 25 iyun 2024-cü il tarixdə apellyasiya şikayəti göndərilmişdir. Lakin apellyasiya şikayəti göndərilərkən dövlət rüsumu ödənilmədiiyndən müvafiq qərardadla şikayət geri qaytarılmışdır. Qeyd edir ki, o iş üzrə cavabdehin vəkili və nümayəndəsi olmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən ona etibarnamə verilmiş və birinci instansiya məhkəməsi üçün vəkil xidmətlərinin göstərilməsi üçün müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında vəkil orderi və etibarnamə iş materiallarına əlavə olunmuşdur. Bu səbəbdən iş üzrə qət olunmuş qətnamə "Elektron məhkəmə" informasiya sistemində elektron kabinetimə yerləşdirilmişdir. AR MPM-nin müvafiq maddəsinə uyğun olaraq apellyasiya şikayəti qanunda nəzərdə tutulan müddətdə göndərilmişdir. Lakin texniki səhv olaraq rüsumun ödənilməməsinə görə şikayətin geri qaytarılmasından məlumatsız olmuşdur. Buna səbəb Asan İmza nömrəsinin pin koda düşməsi ilə əlaqədar olmuşdur. Habelə müəyyən müddətdir ki, Respublikadan kənarda olmuşdur. Lakin geri qaytarılma qərardadı cavabdehin rəsmi qeydə alındığı ünvana göndərilməli olduğu halda ona göndərilməmiş və bu barədə məlumatlandırılmamışdır. Bu səbəbdən apellyasiya şikayət vermə prosessual müddəti ötürülmüşdür. Hesab edir ki bu hal üzrlü hal kimi hesab olunaraq prosessual müddəti bərpa edə bilər. Bildirir ki, qanunda apellyasiya şikayətinin göndərilməsi vəkil orderi vasitəsi ilə məcburi hal kimi göstərilməmişdir. Belə ki, qərardad cavabdehin rəsmi qeydiyyat ünvanına rəsmi şəkildə göndərilməyibdir. Hesab edir ki, məhkəmə qətnamədən şikayət vermə müddətini onun elektron kabinetinə yerləşdiyi tarixdən deyil, cavabdehin rəsmi ünvanına göndərilməli olduğu vaxtdan hesablamaqla məhkəmə işin faktiki hallarını dərin araşdıraraq ötürülmüş prosessual müddəti bərpa edə bilər.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2024-cü il il tarixli, 2(005)-1969/2024 nömrəli qərardadı ilə ərizənin rədd edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(005)-1969/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsindən imtina edilməsi qərara alınmışdır.
8. Qərardad onunla əsaslandırılmışdır ki, hazırda məhkəmədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(005)-1969/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən ötürülmüş prosessual müddətin üzrlü səbəbləri müəyyən edilmir. Belə ki, cavabdeh prosessual müddətin bərpasına dair məhkəməyə ərizə təqdim etsə də, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində apelyasiya şikayətini vermək iqtidarında olmamasını sübut edəcək hər hansı dəlil, sübut təqdim etməmişdir. İddiaçı mülki iş üzrə çıxarılmış məhkəmə aktından apellyasiya şikayət verilməsi üçün buraxılmış müddətin EMİS-də yaradılmış şəxsi kabinetinin texniki nasazlıq nəticəsində elektron imzanın işləməməsi, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının cavabdehə rəsmi təqdim edilməməsi və s. kimi formal dəlillərlə əsaslandırmağa çalışsa da, buna dair məhkəməyə müvafiq sübutu təqdim etməmişdir.
9. Cavabdeh tərəfindən həmin qərardaddan şikayət verilərək, qərardadın ləğv edilməsi və müddətin bərpası barədə ərizənin təmin olunması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
10. Şikayət onunla əsaslandırılmışdır ki, hakim bu qərarı çıxartmaqla cavabdehin müdafiə hüququnu məhdudlaşdırmışdır. Ərizədə qeyd olunan halları üzrlü hal kimi qiymətləndirməmişdir. Habelə vətəndaşın apellyasiya şikayəti verərkən vəkillə müqavilə bağlamaq məcburiyyəti olmadığını nəzərə almamışdırr. Həmin qətnamədən şikayət 25 iyun 2024-cü il tarixdə apellyasiya şikayəti göndərilmişdir. Lakin apellyasiya şikayəti göndərilərkən dövlət rüsumu ödənilmədiyindən müvafiq qərardadla şikayət geri qaytarılmışdır. Qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən ona etibarnamə verilmiş və birinci instansiya məhkəməsi üçün vəkil xidmətlərinin göstərilməsi üçün müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında vəkil orderi və etibarnamə də iş materiallarına əlavə olunmuşdur. Bu səbəbdən iş üzrə qət olunmuş qətnamə "Elektron məhkəmə" informasiya sistemində elektron kabinetimə yerləşdirilmişdir. AR MPM-nin müvafiq maddəsinə uyğun olaraq apellyasiya şikayəti qanunda nəzərdə tutulan müddətdə göndərilmişdir. Lakin texniki səhv olaraq rüsumun ödənilməməsinə görə şikayətin geri qaytarılmasından məlumatsız olmuşdur. Buna səbəb Asan İmza nömrəsinin pin koda düşməsi ilə əlaqədar olmuşdur. Habelə müəyyən müddətdir ki, respublikadan kənarda olmuşdur. Lakin geri qaytarılma qərardadı cavabdehin rəsmi qeydə alındığı ünvana göndərilməli olduğu halda ona göndərilməmiş və bu barədə məlumatlandırılmamışdır. Bu səbəbdən apellyasiya şikayət vermə prosessual müddəti ötürülmüşdür. Hesab edir ki, bunu cavabdehin təqsirsizlik prezumpsiyası prinsipinə riayət edərək üzrlü hal kimi prosessual müddəti bərpa edə bilər. Belə ki, məhkəmə çıxartdığı qərardadı mülki prosessual qanunvericilik birinci instansiya məhkəməsinin qətnaməsindən verilən şikayətlər üçün müddətin məhz məhkəmə aktının tərəfə təqdim olunduğu gündən hesablandığı, yəni MPM-in “Apelyasiya şikayətinin verilmə müddəti” adlanan 360-cı maddəsi ilə əsaslnadırsa da, qanunun əsas tələbini unutmuşdur. Cavabdeh şəxsən özü sözü gedən qətnaməni rəsmi şəkildə əldə etməmişdir. Bu hal məhkəmə tərəfindən üzrlü hal kimi nəzərə almamışdır. Ona görə də qərardadı qanunsuz hesab edir. Həmçinin məhkəmə qanunun tələblərini öz şəxsi iradəsi, qərəzli bir münasibət şəkildə həyata keçirtmişdir. Belə ki, konkret səbəbi üzürlü hesab etmək məhkəmənin səlahiyyətinə buraxıldığından vəzifə üstünlüyünə güvənərək işin faktiki hallarını gözdən qaçırtmışdır. Həmçinin ötürülmüş müddəti bərpa etmək məhkəmənin vəzifəsi deyil, hüququ olaraq qeyd etmişdir. EMİS-də yaradılmış şəxsi kabinetinin texniki nasazlıq nəticəsində elektron imzanın işləməməsin, iş üzrə qəbul edilmiş məhkəmə aktlarının cavabdehə rəsmi təqdim edilməməsi və s. kimi formal dəlillərlə əsaslandırmağı tələb etmişdir. Belə ki, cavabdeh sözü gedən qətnaməni rəsmi şəkildə etmək üçün Nərimanov Rayon Məhkəməsinə ilkin addımları ataraq ərizə ilə müraciət etmişdir. Hesab edir ki, məhkəmə bunu nəzərə almaqla müddəti bərpa edə bilər. Gördündüyü kimi, yuxarıda göstərilən halları nəzərə alaraq hakim qətnaməni cavabdehin öz rəsmi qeydə alındığı ünvana göndərilməsini məhkəmədən tələb etməli, qanunvericlikdə nəzərdə tutulan prosessual qaydaları izah edərək ötürülmüş hal üçün müsbət addımlar atmalı idi. Hesab edir ki, məhkəmə məhkəmənin gözdən qaçırtdığı məsələlərə obyektiv yanaşaraq ötürülmüş müddəti bərpa edə bilər.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 avqust 2024-cü il il tarixli, 2(005)-1969/2024 nömrəli qərardadına əsasən şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; Maddə 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
14. İş materiallarından görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(005)-1969/2024 nömrəli qətnaməsi 03 iyun 2024-cü il tarixdə Cavabdeh nümayəndəsinin elektron kabinetinə yerləşdirərək rəsmi qaydada çatdırılmışdır.
15. Cavabdeh qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş müddətin buraxılmasının üzrlü səbəbi kimi rüsumun ödənilməməsinə görə şikayətin geri qaytarılmasından məlumatsız olmasını, buna səbəb Asan İmza nömrəsinin pin koda düşməsini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut əlavə olunmamışdır.
16. Digər dəlil kimi qərarın cavabdehin rəsmi qeydiyyat ünvanına rəsmi şəkildə göndərilməməsi qeyd olunmuşdur.
17. Kollegiya cavabdehlərin bu dəlillərini müddətin buraxılmasına səbəb olan üzrlü səbəblər kimi qəbul etməyərək qeyd edir ki, buraxılmış prosessual müddətin bərpası üçün elə üzrlü səbəblər mövcud olmalıdır ki, bunun nəticəsində tərəf prosessual hərəkətləri etmək imkanından məhrum olsun. Hazırkı vəsatətdə isə cavabdehin göstərdiyi hal yuxarıda qeyd olunan “üzrlü səbəblər” dairəsinə aid edilə bilməz. Belə ki, məhkəmənin qətnaməsi cavabdehin nümayəndəsinin elektron kabinetinə yerləşdirilməklə ona rəsmi qaydada çatdırılmışdır və müddətin başlanğıcı da həmin vaxtdan hesablanmalıdır.
18. Beləliklə, hazırkı mübahisəyə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
19. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2024-cü il il tarixli, 2(005)-1969/2024 nömrəli qərardadından verdiyi şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 avqust 2024-cü il il tarixli, 2(005)- 1969/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.