Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5555/2024 20.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-226/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" SS MMC tərəfindən ona verilən ünvan 1 ünvanında çoxmərtəbəli binanın C bloku, 9-cu mərtəbəsində yerləşən 132 nömrəli mənzilin sahəsinn 15.61 kv.m artıq göstərilməsinə görə dəymiş 35.903 manat ziyanın ona qaytarılması (74.5 kv.m - 58.89 kv.m x 2.300 = 35.903), MMC-nin günahı ucbatından bu günə qədər kirayədə yaşadığına görə, ödədiyi 18.000 manat (60 x 300 =18.000) kirayə haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-226/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən mənzilin sahəsinə görə 10.012,50 manat məbləğində pulun, 18.000 manat kirayə pulunun tutularaq, İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia üçün ödənilmiş 227 manat dövlət rüsumunun 117 manatının Cavabdeh MMC-dən tutulması, qalan hissədə iddiaçıya aid edilməsi, ekspertizalar üçün ödənilmiş 100 manat ekspertiza xərcinin 52 manatının Cavabdeh MMC-dən, 48 manatını isə İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-226/2024 saylı qərardadı ilə geri qaytarılmışdır. Qeyd edilən qərardaddan İddiaçı tərəfindən verilmiş şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 226/2024 saylı qərardadı ilə geri qaytarılmışdır. İddiaçı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 226/2024 saylı qərardadından da şikayət verərək, həmin qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 226/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, habelə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-226/2024 saylı qərardadından verilmiş şikayətin məzmununu nəzərdən keçirib, hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 226/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə apellyasiya şikayətinin formasına (məzmununa) və qaydasına dair tələblər əks olunmuş və bu tələblərə riayət edilməməsi verilmiş apellyasiya şikayətinin geri qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Həmçinin, Mülki-Prosessual Məcəlləyə edilmiş dəyişikliklələrlə apellyasiya şikayətinin forması (Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 09 iyul 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) məzmun etibarı ilə dəqiqləşdirilmişdir. Bu tələblərə qərardadlardan şikayətlər tərtib edilərəkən də riayət edilməlidir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsi iddiaçının apellyasiya şikayətini müəyyən edilmiş forma və məzmunla bağlı tələblərə cavab verməməsi əsası ilə xx.xx.2024-cü il tarixli qərardadla geri qaytarmışdır. Bu qərardaddan verilmiş şikayət də məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə eyni əsaslarla geri qaytarılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verilmiş şikayətin məzmununa istinadən qeyd etməyi zəruri hesab edir ki, həmin şikayətdə yalnız iddiaçı, mübahisələndirilən qərardad (nömrəsi və tarixi) və şikayəti imzalayan şəxs barədə məlumat əks olunmuşdur. Lakin birinci instansiya məhkəməsi tərəfindən hansı hüquq normalarının pozulduğu və ya düzgün tədbiq edilmədiyi göstərilməmiş, şikayətə ümumiyyətlə bu barədə hər hansı məlumat daxil edilməmişdir. Hüquqi nəticə etibarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının hansı əsasla ləğv edilməli olması aydın deyil. Halbuki, iddiaçı ümumi şəkildə (sadə dildə) olsa da, ən azı qeyd edilən qərardadın ləğv edilməsi əsasını göstərməli idi. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının xx.xx.2024-cü il tarixli, 2(005)- 226/2024 saylı qərardaddan şikayətini geri qaytarmışdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 226/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-5555/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5555/2024
20.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver