Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5556/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçı xxxxxxxxxxxxxxxx X2 nümayəndəsi X4 və Cavabdeh iştirakları ilə, iddiaçı xxxxxxxxxxxxxxxx X2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-436/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti "xxxxxxxxxxxxxxxx” X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 4245 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə vurulmuş ziyanın dəqiq məbləğinin hesablanması məqsədi ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixlı, 534 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində, xx.xx.2019-cu il tarixdə Cavabdeh idarə etdiyi **-CH-*** dövlət nömrə nişanlı avtomobilin işıq dirəyi ilə toqquşub zədələməsi nəticəsində sonuncu yararsız vəziyyətə düşdüyündən, tədqiq olunan bir ədəd "xxxxxxxxxxxxxxxx" EŞM-nə məxsus "Fonar" adlı işıq dirəyinin, xx.xx.2019-cu il tarixli aktda olan məlumatlar, doqquz il istismar müddəti və köhnəlməsi nəzərə alınaraq hal-hazırki bazar qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq təxminən 3093,12 manat müəyyən edilir(səh.39). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-436/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh maddi ziyana görə 3093,12 manat və ödənilmiş dövlət rüsumunun 21,60 manat hissəsi olmaqla, cəmi 3114,72 manat pul vəsaiti tutulub iddiaçı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti "xxxxxxxxxxxxxxxx” X2 xeyrinə tutulması, iddia tələbi qalan hissədə təmin edilməsi, ekspertiza tədqiqatının dəyərinin 86,40 manat hissəsi Cavabdeh, 33,60 (otuz üç manat altmış qəpik) manat hissəsi iddiaçı "xxxxxxxxxxxxxxxx" EŞM-dən tutulub dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədə Mülki Məcəllənin 21.1, 459.1, 1097.1, 1108.1; Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh idarə etdiyi "BMW" markalı, **-CH- *** dövlət nömrə nişanlı avtomaşının yol-nəqliyyat hadisəsi zamanı iddiaçı "xxxxxxxxxxxxxxxx" EŞM-nə məxsus "Fonar" adlı işıq dirəyi ilə toqquşaraq ona maddi ziyan yetirməsi, ekspert rəyi ilə dəymiş ziyanın məbləğinin 3093,12manat müəyyən edilməsi sübuta yetirimişdir. Ona görə də, iddia tələbi dəymiş ziyanın ödənilməsi hissəsində qismən təmin edilərək ekspert rəyi ilə müəyyən edilmiş 3093,12 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.iddia tələbi təqribən 72 faiz təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumunun 21,60 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ekspertizanın keçirilməsinə xərclənmiş 120 manat məbləğində pulun 86,40 manat hissəsi cavabdehdən, 33,60 manat hissəsi iddiaçıdan tutulub dövlət büdcəsinə köçürülməlidir. İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətinin təmin edilməsi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-436/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməsi, 4245 manat məbləğində vurulmuş maddi ziyanın və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 4275 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş olunmuşdur. Şikayətdə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 114.3.2, 114.3.1, 114.10; Mülki Prosesual Məcəlləsinin 88, 103.1, 119.1, 206.1; Mülki Məcəlləsinin 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, xx.xx.2019-cıı il tarixdə Cavabdeh, etibarnamə əsasında idarə etdiyi “BMW” minik markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə Mir Qasımov küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi törətmiş və nəticəsində Bakı şəhər İcra Hakimiyyəti “xxxxxxxxxxxxxxxx” X3 məxsus olan 1 ədəd “Fonar” tipli işıq dirəyi zərərə uğrayaraq sıradan çıxmışdır. Bakı şəhəri DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokola və TP ******* saylı X8 haqqında qərara əsasən, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs kimi Cavabdeh tanınmışdır. Hadisə nəticəsində sıradan çıxmış 1 ədəd “Fonar” tipli işıq dirəyinin qiyməti təzə vəziyyətdə 4908,19 manat məbləğindədir. İşıq dirəyinin 10 (on) il istismar müddətini (köhnəlməsini) nəzərə alaraq amartizasiya xərci tətbiq edildikdən sonra dirəyə dəymiş ziyan hesablanmış və nəticədə 4245 manat məbləğində müəyyən edilmişdir. Zərərin ödənilməsi üçün cavabdeh müəssisəmizə dəfələrlə dəvət edilsə də, gəlməmiş və ödənişdən imtina etmişdir. 1 ədəd “Fonar” tipli işıq dirəyi qurğu olduğu halda Ekspertizanın icraçısı həmin dirəyi xx.xx.2020-ci il tarixli, 534 saylı Ekspert rəyində, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 114.3.2-ci maddəsinə əsasən maşınlar və avadanlıqlar kimi götürmüş və illik amortizasiyanı 5% hesablayaraq, qeyd edilən dirəyin dövlət müəssisələrinə dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan qurğu olduğunu nəzərə almamışdır. Bu səbəbdən ekpertin gəldiyi nəticə yalnış olmuşdur. “Fonar” tipli işıq dirəyi dövlət büdcəsindən ayrılmış vəsait hesabına podratçı şirkət tərəfindən quraşdırılaraq, təhvil-təslim aktı əsasında müəssisəmizin balansına keçriİmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı xxxxxxxxxxxxxxxx X2 nümayəndəsi X4 apellyasiya şikayətini müadfiə edərək, ekspert rəyi ilə razı olmadıqlarını, iddianın tam təmin olunmasını xahiş etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən avabdeh Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, qəymətin şişirildiyini, ekspert rəyi ilə razı olduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatı zamanı tədqiq olunmuş xx.xx.2014-cü il tarixli 524006 saylı qaimə-fakturanın kötüyünə əsasən, yekun məbləğ 191975,60 manat nüəyyən edilmişdir (səh.18). Bakı şəhəri İşığı EŞM-nin baş mühəndisinin xx.xx.2019-cu il tarixli aktına əsasən müəyyən edilir ki, yol- nəqliyyat hadisəsi zamanı "Fonar ” tipli işıq dirəyinin zədələnməsi nəticəsində müəssisəyə 4245 manat məbləğində ziyan vurulmuşdur (səh.19). Birinci instansiya məhkəməsi qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 60, 71, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152-166, 1096, 1097,1108,1114,1115; MPMin 50, 76, 97, 101, 103-ci maddələrinə istinadən tam və hərtərəfli araşdırma aparıb, apellyasiya şikayəti ilə əlaqəli şəkildə nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilərək iddia ərizəsi üzrə düzgün olmayan nətcəyə hasil olunmuşdur. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına yararsız hala salınmış (ekspert rəyində qeyd edilib) dirəyin aşınması əlavə olaraq hesablanmış, halbuki tələbdə köhnəlmə faizi artıq nəzərə alınmışdır. Məhkəmə ekspert rəyi üzrə məbləğə, qanunvericiliyin tətbiqinə istinad etmədən, əsaslanmışdır. Qarşı tərəf yararsız hala salınmış dirəyin bərpa edilməsi mümkünlüyü barədə və ya naturada əvəzləşdirilməsi barədə əsaslı mülahizələr müzakirəyə təqdim etməmişdir. Ona görə iddia tələbi tam (apellyasiya şikayəti) təmin edilməli və tələb üzrə məhkəmə xərcləri cavabdehə, apellyasiya şikayəti üzrə məhkəmə xərci iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı xxxxxxxxxxxxxxxx X5 tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-436/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı xxxxxxxxxxxxxxxx X2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh tərəfindən maddi ziyana görə 4245 (dörd min iki yüz qırx beş) manat və ödənilmiş dövlət rüsumu üçün 30 (otuz) manat olmaqla, cəmi 4275 (dörd min iki yüz yetmiş beş) manat pul vəsaiti tutulub iddiaçı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti "xxxxxxxxxxxxxxxx” X3 ödənilsin. Ekspertiza xərci olan 120 (yüz iyirmi) manat məbləğdə pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5556/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5556/2020
31.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver