Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5557/2021 27.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Məmmədova (sədirlik edən və məruzəçi) Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Bağırlı Mərziyyə Tofiq qızının katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(004)- 2699/2021 saylı qərardadından cavabdehlər tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin bixxxxsında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Ağcabədi Regioxxxxl X5 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(004)- 2699/2021 saylı qərardadı ilə İddiaçı Ağcabədi Regioxxxxl X3 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qanunsuz tikilinin sökülməsi və sair” tələbinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Cavabdehlər ayrılıqda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(004)-2699/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılması üçün məhkəmənin icraatıxxxx qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)2699/2021 nömrəli, 19.04.2021-ci il tarixli və 29.04.2021-ci il tarixli qərardadları ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətlər oxşar məzmunlu olmaqla onunla əsaslandırmışdır ki, 2(004)-2699/2021 saylı iş üzrə əgər Bakı şəhəri Yasamal rayon məhkəməsi tərəfindən müvafiq araşdırma aparılardısa, bu halda məhkəmə tam əmin olacaqdır ki. hazırki iş üzrə əmlakın yerində müayinəsinə, ekspertizanın keçirilməsinə, eləcə də iş üzrə qəbul ediləcək qətxxxxmənin gələcəkdə icrasının daha da asan ola biləcəyinə ehtiyac olmayacaqdır. Çünki. Ağcabədi Regioxxxxl X3 iddia tələbinin bir hissəsi üzrə qüvvədə olan məhkəmə qərarları mövcuddur, qanunvericiliyə uyğun olaraq məhkəmələr tərəfindən Qərardad və Qətxxxxmə qəbul olunmuş və həmin hüquqi aktlar. AR Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyası tərəfindən dəyişdirilməmiş saxlanılmış, digər tərəfdən isə Ağcabədi Regioxxxxl X3 iddia tələbi AR MM-in 373-375 maddələrinin tələblərinə uyğun olmayan qaydada tərtib edilmişdir. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, maraqlıdır, eyni məhkəmədə, eyni iddia tələbindən biri. Bakı şəhəri. Yasamal rayon məhkəməsi tərəfindən icraata qəbul olunmuş, hazırda həmin iş baxılmamış saxlanılmışdır. Digər iş üzrə həmin məhkəmə tərəfindən iddia tələbinin başqa məhkəməyə aid olduğu barədə Qərardad çıxarılmışdır. Hesab edir ki, 2(004)-2699/2021 saylı iş Bakı şəhəri. Yasamal rayon məhkəməsi tərəfindən icraata götürülməli, tərəflər, onların nümayəndələri və vəkilləri məhkəməyə dəvət olunmalı. onların fikir və izahatları dinlənilməli, məhz bundan sonra iş üzrə obyektiv qərar qəbul olunmalı idi. Lakin, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə almamış, sənədləri iddiaçı Ağcabədi X1ytarmış, bir sözlə məhkəmə şəxsi mülahizəsinə üstünlük vermişdir. Bundan əlavə. Meşələrin İnkişafı Xidmətinin Ağcabədi Regioxxxxl X3 direktoru Cahid Məmmədov, 19.03.2021-ci il tarixli iddia ərizəsində, Cavabdeh1, eləcə də. Zərdab rayon sakini Cavabdeh2 tərəfindən, guya dövlət fonduxxxx aid olan torpaqları zəbt edərək orada qanunsuz tikintilər inşa etmələri, tələb isə ondan ibarət olmuşdur ki, inşa edilmiş tikintilər sökülərək əvvəlki vəziyyətə qaytarılmalıdır. Bununla əlaqədar olaraq, göstərmək istəyirəm ki. mərkəzin direktoru Cahid Məmmədov, iddia ərizəsində (ərizədə tarix göstərilməmişdir). Şirvan İnzibati-İqtisadi Məhkəməsinə. "xxxx" MMC-nin direktoru Cavabdeh1, eləcə də Zərdab rayon sakini Cavabdeh2 tərəfindən, dövlət meşə fondu ərazisində qanunsuz tikililər inşa etmiş, həmən tikililər cavabdchlərin öz vəsaitləri hesabıxxxx sökülərək, ərazinin əvvəlki vəziyyətinə gətirilməsi barədə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi məhkəməsinə 2-2(086)-245/2018 saylı 11.07.2018-ci il tarixli Qərardadı ilə, iddia tələbi əsassız olduğundan təmin edilməmişdir. X8 Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2-2( 106)-93/2018 saylı 04.12.2018-ci il tarixli Qətxxxxməsi ilə Şirvan İnzibati-İqtisadi məhkəməsinin (sədirlik edən Tofiq Heydərov) 2- 2(086)-245/2018 saylı 11.07.2018-ci il tarixli Qətxxxxməsi dəyişdirilmədən saxlanılmış, həmən Qətxxxxmə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-2(102)-218/2019 saylı. 22.05.2019-cıı il tarixli Qərarı ilə (sədirlik edən Nigar Rəsulbəyova) Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(106)-93/l8 saylı 04.12.2018-ci il tarixli Qətxxxxməsi dəyişdirilmədən saxlanılmışdır (qərarın surəti əlavə olunur). Bakı şəhəri. Yasamal rayon məhkəməsində, yuxarıda göstərilən tələblər hərtərəfli, tam və obyektiv araşdırılmalı, iş iizrə qanunvericiliyin tələblərinə uyğun olan obyektiv qərar qəbul edilməli olduğu halda, qeyd edilənləri təmin etməmiş, sənədləri əsassız olaraq iddiaçıya qaytarılmasıxxxx üstünlük vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 şikayətin təmin edilməsini xahiş etmişdir. İş üzrə digər tərəflərə məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasıxxxx gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası tərəfi dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayətlər qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(004)- 2699/2021 saylı qərardadı ləğv edilməli və məhkəmə aidiyyəti məsələsinin müzakirəsi üçün mülki iş həmin məhkəməyə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı əvvəllər də publik səlahiyyətlərdən çıxış edərək oxşar iddialarla inzibati məhkəməyə müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə görə inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuxxxx əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə görə inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinin tələblərinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati işlər üzrə məhkəmələr və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. "İnzibati və mülki hüquq müxxxxsibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində qeyd olunmuşdur ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtixxxx olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatıxxxx qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya izah edilməlidir ki, cavabdeh orqanın və yaxud vəzifəli şəxsin qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafıq qaydada "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə İnzibati məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, mülki prosessual qanunvericilik mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının qaydalarını tənzimlədiyindən həmin Məcəllənin 261.0.1-ci maddəsində “işə məhkəmədə baxılmalı deyildirsə” ifadəsi işə məhz mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr tərəfindən baxılması mümkünlüyünü nəzərdə tutur. Əgər ümumi məhkəməyə daxil olmuş iddia ərizəsi müvafiq mübahisəyə ixtisaslaşdırılmış məhkəmə tərəfindən baxılmasını tələb edirsə, həmin iddia MPM-in 261.0.1-ci maddəsinin təsir dairəsinə düşür. Göründüyü kimi mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən edən əsas meyarlardan biri işdə iştirak edən şəxslərin subyektiv tərkibidir. Baxılan iş üzrə iddiaçı publik səlahiyyətlərdən çıxış edir. Lakin birinci instansiya məhkəməsi qeyd oluxxxxn hala qiymət vermədən, iddia ərizəsini əlavə olunmuş sənədlərlə birgə geri qaytarmış və iddiaçıya digər ümumi məhkəməyə müraciət hüququnu izah etmişdir. Oxxxx görə də Məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli, iş birinci instansiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxarkən birinci instansiya məhkəməsi işdə iştirak edən şəxslərin subyektiv tərkibini nəzərə almaqla məhkəmə aidiyyəti məsələsi üzrə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qərar qəbul etməlidir. MPM-in 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququxxxx malikdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayətlər qismən təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2699/2021 saylı iş üzrə 31 mart 2021-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə aidiyyəti məsələsinin müzakirəsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-5557/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5557/2021
27.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver