Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5558/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı, Cavabdeh və nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1432/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2641/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq cavabdehdən xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutularaq özünə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi zamanı 160 manat, cəmi 320 manat sabit pul məbləğdə aliment miqdarını müəyyən edən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2641/2019 saylı qətnaməsinin surəti (səh.16), AZ-İİ seriyalı, 347202 saylı nikah haqqında şəhadətnamənin surəti (səh.39) sübut kimi təqdim edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1432/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-2641/2019 saylıqətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilməsi, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi və iddianın tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək,Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(011)-1432/2020 saylı qətnaməsini ləğv edərək, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.Qətnamədə Ailə Məcəlləsinin75.1 , 78.2; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimləri D.Spilman və G.Malinverm Məhkəmənin “Maksimov Rusiyaya qarşı” xx xxxx 2010-cu il tarixli qərarına xüsusi rəy; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci maddəsi; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.1 , 88, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o həm iddia ərizəsinə qarşı verdiyi yazılı etiraz ərizəsində, həm də məhkəmə çıxışlarında dəfələrlə maddi vəziyyətinin çətin olduğunu və iddia tələbinin təmin edilməyərək məsələyə qanun çərçivəsində baxılmasını dəfələrlə qeyd etməyinə baxmayaraq məhkəmə buna məhəl qoymadan sadəcə qarşı tərəfin qadın olması əsasından çıxış edib öz qərarını vermişdir. Belə ki, birinci instansiya məhkəməsinə iş yerindən təqdim etdiyi arayışa və orada qeyd edilən əmək haqqının məbləğinə diqqət edilmədən alimentin miqdarı yenidən sabit pul məbləğində artırılmış formada müəyyən olunmuşdur. Xətai rayon məhkəməsi xx.xx.2020-ci il tarixdən hal-hazıradək “xxxxxx” MMC-nin satış şöbəsində satış təmsilçisi vəzifəsində işləməyini və aylıq əmək haqqının 500 manat olmasını ümumiyyətlə öz qərarında qeyd etməmiş (iş materiallarında olan sübutlar kimi nəzərdən keçirməmiş, sadəcə verilmiş ifadələr arasında qısaca qeyd etmişdir), dolayısıyla bu fakta hüquqi qiymət vermədən öz qərarını çıxartmışdır. Bu hesabla da 500 manat əmək haqqından vergi və sosial ödənişlər (məcburi ödənişlər) çıxıldıqdan sonra qalan 460 manatın üçdə bir hissəsi, yəni 153 manat aliment məbləğinin ödənilməli olduğu nəzərə alınmamışdır. Bundan əlavə uşaqlara görə hər ay ödədiyi 50 manat əlavə xərc məbləği də diqqətdən kənar qalmışdır. Məhkəmənin qərarı ilə müəyyən edildiyi kimi 340 manat aliment tutulduğu halda, 50 manat əlavə xərc məbləği ilə birlikdə hər ay özünü və ailəsini dolandırmaq üçün cəmi 70 manat pul qalır. Bununla iki (çox yaxında üç) nəfərlik ailəni necə dolandıracağı ümumiyyətlə məhkəmə araşdırmasının kənarında qalmış, məhkəmə bu faktları araşdırmadan və onlara hüquqi qiymət vermədən qərar vermişdir. Bir digər hal isə odur ki, məhkəmə iş materiallarına əlavə olunmuş sənədlər arasında xx.xx.2019-cu il tarixində X6 ilə olan nikahları istinad etdiyi halda, etiraz ərizəsində və məhkəməyə təqdim etdiyi xəstəxana arayışında həyat yoldaşının hamilə olmasını və bununla da ailəsinin maddi vəziyyətinin daha da çətinləşməsi faktını da araşdırmamış və buna hüquqi qiymət verməmişdir. Öz ailəsi ilə birlikdə valideynlərinin evində yaşayır. Evlərində sadəcə atası və işləyir, anası evdar xanımdır, bacısı və qardaşı isə işləmir. Həyat yoldaşı da hamilə olması səbəbiylə işləmir. Göründüyü kimi öhdəliyndə iddiaçı ilə birgə nikahlarından olan iki övladından başqa da şəxslər var. Bundan əlavə, hər həftə övladlarıı ilə görüş keçirilən zaman onların lazım olan bütün maddi ehtiyaclarını da qarşılamağa çalışır. Lakin məhkəmə bütün bu faktları tam araşdırmadan, onlara qiymət vermədən, iddiaçının işləmə faktını və əlavə gəlirlərinin olması halını da nəzərə almadan, ümumiyyətlə bu haqda sübutları toplamadan iş üzrə birtərəfli qərar vermişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək yenidən ailə həyatı qurduğunu, 3 övladın maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, oğlunun ikinci evliliyindən bir uşağın dünyaya gəldiyini, uşaqların saxlanılması üçün müəyyən edilən məbləğin azldılmaını tələb etdiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin qüvvədə saxlanmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; Uşaq hüquqları Bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipi; “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; AM-nin 75-78, 81, 99, 112; MPM 14.2, 76, 77.1, 80- 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmiş, habelə apellyasiya şikayətinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması sübuta yetirilmir, maddi imkanın aşağı olması və başqa vəzifələr isə valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, uşağ üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalıdırlar. Apellyasiya şikayəti üzrə digər məsələlər uşaqların himayəsini qanunla müəyyən edimiş dərəcədə həyata keçirən qurumlara müraciət edilməsini, habelə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılması zamanı (təqdim edilmiş sübutların) müzakirəsini istisna etmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1432/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5558/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5558/2020
31.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver