Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5559/2024 15.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Musayeva Cəmilə Ceyhun qızı (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və Abdıyev Fuad Vilayət oğlundan ibarət tərkibdə, İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə, cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MTK, Cavabdeh3 MTK, Cavabdeh1 qarşı “protokoldan çıxarış və maliyyə arayışının təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4 noyabr 2023-cü il tarixli, 2(005)-3078/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayətin mümkünlüyünə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK, Cavabdeh3 MTK, Cavabdeh1 qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu. H.Əliyev prospekti, 105. 1951 saylı məhəllədə tikilmiş yaşayış binasının 2-ci giriş 3-cii mərtəbəsində yerləşən 2 otaqlı 1 saylı mənzilə dair iclas protokolundan çıxarışın, mənzilin tam dəyərinin ödənilməsinə dair maliyyə arayışının ona təhvil verilməsi öhdəliyinin cavabdeh “Euro Tikinti" MTK-nin və Cavabdeh1 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4 noyabr 2023-cü il tarixli, 2(005)- 3078/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Bakı şəhəri, Nərimanov rayonu. H.Əliyev prospekti, 105, 1951 saylı məhəllədə tikilmiş yaşayış binasının 2-ci giriş 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 1 saylı mənzilə dair İddiaçı adına çıxarışın alınması üçün "xxxx" Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi yığıncağının qərarının və ya müvafiq protokoldan çıxarışın, eyni zamanda mənzilin əldə olunması ilə bağlı İddiaçı MTK-ya hər hansı borcunun olmamasına dair maliyyə arayışının İddiaçı təqdim edilməsi öhdəliyinin "xxxx" MTK-nın üzərinə qoyulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 9 aprel 2024-cü il tarixli, 2(005)- 3078/2023 saylı qərardadı ilə ərizə təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4 noyabr 2023-cü il tarixli, 2(005)-3078/2023 saylı qətnaməsindən maraqlı şəxs Azayeva Gülşəhər Kazım qızı apellyasiya şikayəti vermə müddətinin buraxılması səbəbləri üzrlü hesab edilərək bərpa edilməsi, xx.xx.2024-cü il tarixdə verilmiş apellyasiya şikayətinin mülki işin materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi MK-nın 06 sentyabr 2024-cü il tarixli 2(103)- 5559/2024 saylı qərardadı ilə işə apellyasiya qaydasında baxılması mümkün hesab olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, evini, pulunu, bağını hər şeyini satmışdır və sənədləri məhkəməyə təqdim etmişdir. Məhkəmədən əvvəl çox instansiyalardan keçmişdir. Sadəcə olaraq qarşı tərəf binanı təhvil verməmiş çıxıb getdi. Bina şərikli binadır, Cavabdeh1 binanı onlara satandan sonra çıxıb getdi. Daha sonra onu Sərdar Rüstəmov əvəz elədi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MTK-nın nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, bu işdə maliyyə arayışı verilməsi öhdəliyi hissəsi onların marağına toxunur. Maliyyə arayışı verilməsi o deməkdir ki, tərəf maliyyə yükünü yerinə yetirmişdir və onlar da maliyyə arayışı verməlidir. Cavabdeh1 münasibətdə isə marağına toxunan hissə ondan ibarətdir ki, Cavabdeh1 "xxxx" MTK-nin direktorudur. Qarşı tərəf maliyyə öhdəliyini yerinə yetirməmişdir, onun birinci instansiya məhkəməsinə təqdim etdiyi qəbzlər mötəbər qəbzlər deyildir. Bunun bağlı birinci instansiya məhkəməsi sübutların mötəbərliyi ilə bağlı heç bir hərəkət etməmişdir. Cavabdeh1 "xxxx" MTK-nin direktorudur və təsisçi kimi öhdəliklər daşıyır, bu şəxs hal-hazırda Azərbaycan Respublikasında deyildir. Cavabdeh1 maraqlarına toxunan hissə odur ki, bu tələb gələcəkdə tərəfindən icra edilməli olacaqdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 69.1-69.3-cü maddələrinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Təşkilat rəhbərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədləri ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4 noyabr 2023-cü il tarixli, 2(005)-3078/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu. H.Əliyev prospekti, 105, 1951 saylı məhəllədə tikilmiş yaşayış binasının 2-ci giriş 3-cü mərtəbəsində yerləşən 2 otaqlı 1 saylı mənzilə dair müvafiq sənədlərin təqdim edilməsi vəzifəsi "xxxx" MTK-nın üzərinə qoyulması qət edilmiş, iddia digər cavabdehlərə münasibətdə təmin edilməmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsindən hazırkı apellyasiya şikayəti, yönəldilən iddia ona münasibətdə rədd olunmuş və qətnamə ilə hər hansı vəzifəsi yaranmamış Cavabdeh1 tərəfindən verilmişdir. Halbuki qanunvericiliyin tələblərindən göründüyü kimi işdə iştirak edən şəxslər tərəfindən apellyasiya şikayəti verilməsi qətnamə ilə onların hüquq və vəzifələrinə toxunduğu hallarda mümkündür. Qəbul edilən qətnamənin şikayət verənin hüquq və vəzifələrinə toxunması müəyyən edilərsə və apellyasiya şikayətinin icraata qəbul olunması Mülki Prosessual Məcəllənin tələblərinə zidd deyilsə, bu barədə qərardad qəbul edilməklə apellyasiya şikayəti üzrə icraat mümkün hesab edilməlidir. Cavabdeh1 direktoru olduğu hüquqi şəxsin adından məhkəmədə müvafiq prosessual hərəkətlərin edilməsi üçün səlahiyyətli olmasına dair dəlili ilə əlaqədar kollegiya qeyd etməyi zəruri sayır ki, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edə bilər. Bununla belə edilən bütün prosessual hərəkətlər müvafiq qaydada səlahiyyət verilmiş nümayəndəsi vasitəsi ilə hüquqi şəxsin öz adından həyata keçirilir. Belə ki, dövlət qeydiyyatına alındığı andan istənilən hüquqi şəxs mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır, məhkəmədə də öz hüquq və vəzifələrini şəxsən və ya adından iştirak edən səlahiyyətli şəxs vasitəsilə həyata keçirir. Hazırki halda da apellyasiya icraatının başlanılmasına əsas olmuş apellyasiya şikayəti Cavabdeh1 tərəfindən direktoru olduğu hüquqi şəxsin adından deyil, şəxsən öz adından verilmişdir. O, verdiyi apellyasiya şikayətində iş üzrə çıxarılmış qətnamə ilə hansı hüquqlarının pozulduğu və bu pozuntunun nədən ibarət olduğu barədə mövqeyini aydın şəkildə ifadə edən izah verməmişdir. Qeyd edilməlidir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə üzərinə vəzifə qoyulmuş "xxxx" MTK, həmin qətnamə ilə razılaşaraq ondan ümumiyyətlə apellyasiya şikayəti vermədiyi halda, Cavabdeh1 bu qətnaməni apellyasiya icraatı qaydasında mübahisələndirməyi ağlabatan deyildir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Cavabdeh1 iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul edildiyindən, onun apellyasiya şikayətinə apellyasiya qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264,366.3 və 402.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi MK-nın 6 sentyabr 2024-cü il tarixli qərardadı ləğv edilməklə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4 noyabr 2023-cü il tarixli, 2(005)- 3078/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayət yuxarıda qeyd edilən hallar nəzərə alınmaqla geri qaytarılması üçün işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-5559/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5559/2024
15.10.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver