Məhkəmə qərarları › İş №2(103)-556/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-556/2022

28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-556/2022 28.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X19 Məmmədovanın sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdehlər İddiaçı6, İddiaçı5 və İddiaçı11 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-12/2020 saylı, 09 oktyabr 2020ci il tarixli qətnaməsindən cavabdehlər İddiaçı5 və İddiaçı11 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı7, İddiaçı8, X20, İddiaçı3, İddiaçı4, İddiaçı10, İddiaçı11, İddiaçı5 cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativinə, "xxxx" MMM-ə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nərimanov rayon Bələdiyyəsinə, "xxxx" ASC-nə, "xxxx" ASC-nə, "xxxx" ASC-nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “müqavilənin və ondan irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin bilavasitə idarəçiliyinə verilməsi və mənzil-tikinti kooperativinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanlarında yerləşən, “MARS" MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların idarəçiliyi və kommunal xidmətlərin göstərilməsi ilə bağlı Cavabdeh2 ilə “Xəzər Mənzil Serviz" MMM arasında bağlanmış müqavilənin və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin, o cümlədən binaların qaz, su, elektrik və istilik enerjisi təchizatı ilə bağlı cavabdeh "xxxx" MMM-nin müvafiq təchizatçılarla bağlamış olduğu müqavilələrin etibarsız hesab edilməsinə, binaların sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi hüququnun tanınmaqla binaların sahə mülkiyyətçilərinin bilavasitə idarəçəliyinə verilməsinə, İddiaçılar tərəfindən artıq ödənilmiş kommunal xidmət haqlarının və avtomobil dayanacaqlarına görə ödənilmiş məbləğin müəyyən edilərək "xxxx" MMM-dən alınıb iddiaçılara ödənilməsinə və Cavabdeh2-nın ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar X17, X5, X15, X18, X6, X21 cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativinə, "xxxx" MMM-ə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nərimanov rayon Bələdiyyəsinə, "xxxx" ASC-nə, "xxxx" ASC-nə, "xxxx" ASC-nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “müqavilənin və ondan irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin bilavasitə idarəçiliyinə verilməsi və mənzil-tikinti kooperativinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanlarında yerləşən, “MARS" MTK tərəfindən inşa edilmiş çoxmənzilli binaların idarəçiliyi və kommunal xidmətlərin göstərilməsi ilə bağlı Cavabdeh2 ilə “Xəzər Mənzil Serviz" MMM arasında bağlanmış müqavilənin və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin, o cümlədən binaların qaz, su, elektrik və istilik enerjisi təchizatı ilə bağlı cavabdeh "xxxx" MMM-nin müvafiq təchizatçılarla bağlamış olduğu müqavilələrin etibarsız hesab edilməsinə, binaların sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi hüququnun tanınmaqla binaların sahə mülkiyyətçilərinin bilavasitə idarəçəliyinə verilməsinə, İddiaçılar tərəfindən artıq ödənilmiş kommunal xidmət haqlarının və avtomobil dayanacaqlarına görə ödənilmiş məbləğin müəyyən edilərək "xxxx" MMM-dən alınıb iddiaçılara ödənilməsinə və Cavabdeh2-nın ləğv edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 oktyabr 2017-ci il tarixli qərardadı ilə iddiaçılar X17, X5, X15, X18, X6, X21 cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativinə, "xxxx" MMM-ə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nərimanov rayon Bələdiyyəsinə, "xxxx" ASC-nə, "xxxx" ASC-nə, "xxxx" ASC-nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “müqavilənin və ondan irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin bilavasitə idarəçiliyinə verilməsi və mənzil-tikinti kooperativinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(005)-7046/2017 nömrəli mülki iş hazırki mülki işə birləşdirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı7, İddiaçı8, X12, İddiaçı3, İddiaçı4, İddiaçı10, İddiaçı11, İddiaçı5, X7, X1, X3, X8, X2, X13 cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativinə, "xxxx" MMM-ə və cavabdehin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Nərimanov rayon Bələdiyyəsinə, "xxxx" ASC-nə, "xxxx" ASC-nə, "xxxx" ASC-nə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə qarşı “müqavilənin və ondan irəli gələn bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin bilavasitə idarəçiliyinə verilməsi və mənzil-tikinti kooperativinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. "xxxx" MMM İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı7, İddiaçı8, X16, İddiaçı3, İddiaçı4, İddiaçı10, İddiaçı11, İddiaçı5 qarşı “protokolların etibarsız sayılması və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 iyun 2017-ci il tarixli hər iki protokollar etibarsız hesab edilməsi, İddiaçı11 savayı digər cavabdehlərin üzərinə "xxxx" MMM-in təqdim etdiyi müqavilələrin imzalanması öhdəliyinin qoyulması, İddiaçı5 - 5907 azn (dövr yanvar 2014 - avqust 2017), İddiaçı11 - 5733 azn (dövr oktyabr 2012 - avqust 2017), İddiaçı4 - 1245 azn (dövr aprel 2017 - avqust 2107), İddiaçı8 - 1085 azn (dövr yanvar - avqust 2017), İddiaçı10 - 905 azn (dövr aprel 2017 - avqust 2017), İddiaçı9 - 881 azn (dövr fevral 2017 - avqust 2017), İddiaçı3 - 729 azn (dövr may 2017 - avqust 2017), İddiaçı2 - 628 azn (dövr may 2017 - avqust 2017), İddiaçı6 Xaqani qızından - 595 azn (dövr may 2017 – avqust 2017), İddiaçı7 - 360 azn (dövr iyun 2017 - avqust 2017) və İddiaçı1 - 360 azn (dövr iyun 2017 - avqust 2017) vəsaitin və indiyə kimi olan cəmi 18 428 manat borc vəsaitin bilərəkdən cavabdehlər tərəfindən ödənilməməsi nəticəsində dəymiş 922 manat cərimə pulunun müştərək qaydada cavadehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli qərardadı ilə mülki iş üzrə cavabdeh "xxxx" MMM tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMM dəftərxana vasitəsi ilə məhkəməyə şikayət təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 fevral 2018-ci il tarixli, 2(005)-257/2018 nömrəli qərardadının ləğv ediməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli qərardadı ilə məhkəmənin 08 fevral 2018-ci il tarixli, 2(005)-257/2018 nömrəli qərardadından verilmiş şikayət təmin edilməyərək, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 aprel 2018-ci il tarixli 2(103)-4972/2018 nömrəli Qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 mart 2018-ci il tarixli qərardadı qismən təmin edilmiş və "xxxx" MMM-in qarşılıqlı iddiasının baxılıb-baxılmaması məsələsi həll edilməsi üçün məhkəməyə qaytarılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli, 2(005)- 257/2018 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMM-in cavabdehlər İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı7, İddiaçı8, X16, İddiaçı3, İddiaçı4, İddiaçı10, İddiaçı11, İddiaçı5 qarşı “protokolların etibarsız sayılması və pul” tələbinə dair iddia ərizəsi iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılmışdır. İddiaçı "xxxx" MMM-in direktoru Nümayəndə qeyd olunan qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.09.2018-ci il tarixli, 2(005)-257/2018 nömrəli qərardadına əsasən iddiaçı "xxxx" MMM-in cavabdehlər İddiaçı6, İddiaçı1, İddiaçı2, İddiaçı7, İddiaçı8, X16, İddiaçı3, İddiaçı4, İddiaçı10, İddiaçı11, İddiaçı5 qarşı “protokolların etibarsız sayılması və pul” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2018-ci il tarixli, 2(005)-257/2018 nömrəli qərardadı ləğv edilmiş və mülki iş məhkəmə baxışına təyin edilmişdir. Cavabdeh İddiaçı6 məhkəməyə vəsatətlə müraciət edərək, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı "xxxx" MMM məhkəmə baxışı dövründə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, S.Rəhman küçəsi ev 11 mənzil 65də yaşayan, İddiaçı7 2017-ci ilin iyun-noyabr ayları üzrə 648 manat, hazırki binanın 100cü mənzilində yaşayan, İddiaçı1 2017-ci ilin iyun-noyabr ayları üzrə 648 manat, Bakı şəhəri, S.Vurğun küçəsi ev 138, mənzil 25-də yaşayan X9 2017-ci ilin maynoyabr ayları üzrə 980,91 manat, həmin ünvanda yaşayan 27 saylı mənzilin sahibi İddiaçı8 Mahmud oğlunun 2017-ci ilin yanvar- noyabr ayları üzrə 1381,03 manat, həmin ünvanda yaşayan 4 saylı mənzilin sahibi İddiaçı9 2017-ci ilin fevral-noyabr ayları üzrə 1179,06 manat, həmin ünvanda yaşayan 9 və 10 saylı mənzillərin sahibi İddiaçı3 2017-ci ilin may-noyabr ayları üzrə 1250,01 manat, S.Vurğun küçəsi ev 138, mənzil 44-də yaşayan İddiaçı10 2017-ci ilin aprel-noyabr ayları üzrə 1260 manat, həmin ünvanda yaşayan 37 saylı mənzilin sahibi İddiaçı11 2012-ci ilin oktyabr ayından 2017-ci ilin noyabr ayına qədər olan müddət ərzində 6039,08 manat, S.Vurğun küçəsi ev 140, mənzil 28-də yaşayan İddiaçı5 2014-cü ilin yanvar ayından 2017-ci ilin noyabr ayına qədər olan müddət ərzində 6367,93 manat, S.Vurğun küçəsi ev 138, mənzil 51-də yaşayan İddiaçı6 2017-ci ilin may-noyabr ayları üzrə 1102,05 manat, cəmi 20 858,14 borcun, "xxxx" MMM-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMM məhkəmə baxışı dövründə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, S.Rəhman 11, mənzil 100-də yaşayan İddiaçı1 2017-ci ilin iyun noyabr ayları üçün - 648 manat, S.Vurğun 140, mənzil 25-də yaşayan İddiaçı2dan 2017-ci ilin may noyabr ayları üçün - 980.91 manat, S.Vurğun 138, mənzil 27də yaşayan İddiaçı8 2017-ci ilin yanvar – noyabr ayları üçün - 1332,72 manat, S.Vurğun 158, mənzil 4-də yaşayan İddiaçı9 2017-ci ilin fevral-noyabr ayları üçün - 1098,63 manat, S.Vurğun 138, mənzil 9 və 10 sahibi İddiaçı3dan 2017-ci ilin mart-noyabr ayları üçün - 1250,10 manat, S.Vurğun 138, mənzil 51-də yaşayan İddiaçı6 2017-ci ilin aprel-noyabr ayları üçün - 1102,5 manat, S.Vurğun 138, mənzil 37-də yaşayan İddiaçı11dan oktyabr 2012-noyabr 2017 aylar üçün- 5534,40 manat, S.Vurğun 140, mənzil 28-də yaşayan İddiaçı5 yanvar 2014- noyabr 2017 aylar üçün - 5546,03 manat, cəmi 17493.29 manat borcun "xxxx" MMM-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1318 saylı, 28.12.98-ci il tarixli sərəncamına əsasən «Mars-FK»LTD şirkətinə ünvan 2 ünvanda çoxmərtəbəli yaşayış binaları kompleksinin layihələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Həmin tikinti «Mars-FK» LTD şirkəti tərəfindən müqavilə əsasında Cavabdeh2-ya sifariş edilmiş və tikinti tamamlanmışdır. Ərazidə 3 bina: - 17 mərtəbəli, 4 qeyri-yaşayışlı, 60 mənzilli, S.Vurğun 138 saylı, 17 mərtəbəli, 4 qeyri-yaşayışlı, 49 mənzilli S.Vurğun 140 saylı və 22 mərtəbəli, 4 qeyri yaşayışlı, 103 mənzilli S.Rəhman 11 saylı binalar inşa edilmiş, sakinlərin istifadəsinə verilmişdir. 3 bina üzrə sakinlərin əksəriyyəti orderlərlə təmin edilmişdir. Tikinti işləri tamamlanmış 3 bina üzrə 2 binanın, o cümlədən S.Vurğun 138 və 140 saylı binaların mətbəxinə qaz təchizatı təmin edilsə də, S.Rəhman 11 saylı bina üzrə mətbəxə qazın verilməsi təmin edilməmişdir və sakinlər suyun qızdırılması üçün ümumi istilik xəttindən istifadə edirlər. Binalar sakinlərin istifadəsinə verildikdən soııra Cavabdeh2 ilə "xxxx" MMM arasında 20 iyul 2006-cı il tarixli müqaviləyə əsasən kommunal xidmətlər göstərilmişdir. S.Rəhman 11 binasının 103 mənzil sakinindən 60-dan çoxusu "xxxx" MMM tərəfindən təşkil edilən kommunal xidmətdən razıdır, xidmət haqlarını ödəmək öhdəliyini götürüb və hazırda onların binasına xidmət bütünlüklə göstərilir. Böyük bir təsərrüfat olan bu işlər uzun müddətdən bəri yüksək keyfiyyətlə və uyğun qiymətlərlə həyata keçirilmişdir. Cavabdeh1-in sakinlərə təqdim etdiyi tariflərə bina üzrə real xərclərin aylar və ya illər üzrə cəm halda hesablanması və ümumi xərclərin binanın ümumi kvadratına bölünərək hər bir metr kvadrat üçün əmsal çıxarılması, daha sonra isə həmin əmsalın sakinlərəin istifadəsində olan ümumi sahəyə vurulması yolu ilə icra edilmişdir. Tarif şurasının qiymət artımı nəticəsində aprel ayından təyin edilən yeni qiymətlərin ödənilməsində sakinlərin çətinliyini nəzərə alan "xxxx" MMM, həm Cavabdeh2nın, həm sakinlərin, həm də rayon üzrə məsul vəzifəli şəxs və deputatın müraciətini nəzərə alaraq mənfəətsiz işləməyə razı olmuş və həmin ərazi üzrə binalarda tarifləri yay ayları üçün 0.70 azn, qış ayları üçün 1.10 azn, ortalama yay-qış üçün isə 0.90 azn müəyyənləşdirmişdir. Lakin iddiaçılar həqiqəti əks etdirməyən və uydurma olaraq öz ərizələrində şirkətin əvvəlki tariflərini yazaraq bilərəkdən çaşqınlıq yaradırlar. Tarif (Qiymət) Şurası 2016-cı ilin dekabr ayında enerji daşıyıcılarının qiymətlərində artım müəyyən etsə də, bizim şirkətimiz bu artımdan sonra aprel 2017-ci ilə qədər sadəcə qaz və elektrik enerjisinin artan dəyərini sakinlərə tətbiq edərək almaqla kifayətlənmiş, digər xidmət sahələrində heç bir qiymət dəyişikliyi baş verməmişdir. Daha sonra aprel 2017-ci ildə sakinlərin hər birinə fərdi şəkildə müqavilələr və bildirişlər təqdim edilmiş və imzalanması, sualları olduğu təqdirdə müraciət edəcəkləri ünvan göstərilmişdir. Müqavilələrin əksər hissəsi sakinlər tərəfindən imzalanmış və xidmət göstərilməsinə razılıq verilmişdir.Bundan əlavə cavabdehlərin bir qismi uzun müddətdir ki, "xxxx" MMMə xidmət haqqını ödəmir. Digər hissəsi isə aprel 2017-ci ildən xidmət haqqı ödəmələrini saxlayaraq, təzyiq vasitəsi kimi istifadə etmək niyətindədir. Məhkəmənin diqqətinə çatdırır ki, ödənilməsi nəzərdə tutulan borclar saxlandığı təqdirdə, dövlət orqanlarına olan borclara görə onlar təchizatı dayandırır. Bu halda isə ödənişi icra etməyən sakinlər təqsiri özündə axtarmaq əvəzinə onların üzərinə atırlar. Onların bu qanunsuz hərəkətklərindən digər kommunal xidmət haqqını vaxtında ödəyənlər istehlakçılar əziyyət çəkirlər. Nəticədə isə eyni həyətin və qonşu binaların sakinləri arasında qarşıdurma yaranır. Belə bir qarşıdurma indiyə kimi bir neçə dəfə baş vermişdir. Tezliklə qış aylarının gəlməsi və soyuqların düşməsi nəticəsində sakinlərin istilik və isti su təchizatında yaranan problemlərə, həmçinin digər bütün xoşagəlməz hadisələrə görə məsuliyyət İddiaçı6 üzərinə düşür. Mövcud qanunvericiliyə əsasən çoxmənzilli binada yaşayan və ya yaşamasa da mənzili olan şəxslər birmənalı olaraq binanın saxlanması və s. xərcləri ödəməlidirlər. Halbuki cavabdehlər mənzilləri üzrə bütün kommunal xidmət resurslarından istifadə etsələr də, xidmət haqqını ödəmirlər.Həmçinin məhkəmənin diqqətinə çatdırır ki, hazırda cavabdehlər bütün kommunal xidmətlərdən istifadəedir: lift ilə qalxıb-düşür, onun zibili daşınır, mənzillərə verilən su nasoslan tərəfimizdən ödənilən elektrikenerjisinin hesabına mümkün olur, həyət və binalar nəzarətçilər tərəfindən qorunur, torpağın icarə haqqı ödənir, dövriyyədən şirkət üzrə hesablanan vergilər və digər ödənişlər vaxtında yerinə yetirilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(005)- 12/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı1 kommunal xidmət haqqı qismində yığılmış 216 manat, İddiaçı2 kommunal xidmət haqqı qismində yığılmış 420.39 manat, İddiaçı8 kommunal xidmət haqqı qismində yığılmış 345,33 manat, İddiaçı9 kommunal xidmət haqqı qismində yığılmış 677,43 manat, İddiaçı3 kommunal xidmət haqqı qismində yığılmış 837,76 manat, İddiaçı11 kommunal xidmət haqqı qismində yığılmış 5102,4 manat, İddiaçı5 kommunal xidmət haqqı qismində yığılmış 4985,51 manat, İddiaçı6 kommunal xidmət haqqı qismində yığılmış 472,50 manat borc tutularaq Cavabdeh1-ə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 145 manat məbləğində pul İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı1, İddiaçı8, X10, İddiaçı3, İddiaçı11 tutulması, “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142319, Büdcə səviyyəsinin kodu: 3” hesabına keçirilməsi qət olunmuşdur. Qətnamədən cavabdehlər İddiaçı5 və İddiaçı11 birgə apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-12/2020 saylı iş üzrə 09.10.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırırlar ki, Nərimanov Rayon Məhkəməsinin 09.10.2020-ci il tarixli qətnaməsi iddianın təmin olunması hissəsində qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Lakin, "xxxx" МММ binanın ümumi yığıncağının idarəetmə orqanı ilə yox, Cavabdeh2 ilə müqavilə bağlamışdır. Halbuki Cavabdeh2 Mənzil Məcəlləsinin 109-cu maddəsinin normalarına uyğun olaraq mülkiyyət hüququ mülkiyyətçilərin əlli faizindən çoxuna keçdiyi vaxtdan ləğv edilməli idi. Nərimanov rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qətnaməsi qanunsuz və əsassız olduğundan, ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər İddiaçı5 və İddiaçı11 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(005)-12/2020 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, ondan kommunal xidmət haqqı qismində yığılmış 472,50 manat borc tutularaq Cavabdeh1-ə ödənilməsi qət edilmişdir. Əlavə olaraq bildirmişdir ki, mənzilini Daşınmaz Əmlakın Dövlət Reyesterində qeydiyyata alaraq çıxarış aldığı üçün, qətnamə üzrə ondan tutulan 472,50 manat borcu Cavabdeh1-ə ödəmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəflərin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Mars MTK ilə "xxxx" MMM arasında bağlanmış 20.07.2006cı il tarixli müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1318 saylı, 28.12.98ci il tarixli sərəncamına əsasən «Mars-FK»LTD şirkətinə ünvan 3 ünvanda çoxmərtəbəli yaşayış binaları kompleksinin layihələndirilməsi və tikintisinə icazə verilmişdir. Həmin tikinti «Mars-FK»LTD şirkətinin nəzdində yaradılmış Cavabdeh2 üzvlərinin vəsaiti hesabına həyata keçirilir. Cavabdeh2 Nərimanov rayonu, 942-943-cü məhəllədə-S.Vurğun 138/140 və S.Rəhman 11 ünvanlarında çoxmərtəbəli yaşayış binaları kompleksini inşa edir və sakinlərə xidmət göstərilməsinitəşkil edir. Müqavilənin 1.1-ci bəndinə əsasən Sifarişçi kommunal xidmət göstərilməsini bu müqavilə ilə İcraçıya həvalə edir. İcraçı tərəfindən göstərilən bütün kommunal və digər xidmətlər üzrə yaranan münasibətlər icraçı ilə sakinlər arasında imzalanan fərdi müqavilələr ilə tənzimlənir. İş materiallarında olan 01.04.2017-ci il tarixli Sifarişçi İddiaçı1 ilə icraçı X22 arasında bağlanmış müqaviləyə əsasən sifarişçinin tapşırığı ilə icraçı öz üzərinə, ünvan 5 ünvanında yerləşən 21- ci mərtəbədə, sahəsi 120 kv.m olan 100 saylı mənzil sahəsinə sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanması və.s öhdəliyini üzərinə götürür. İş materiallarında olan 01.04.2017-ci il tarixli Sifarişçi YX29 qızı ilə icraçı X22 arasında bağlanmış müqaviləyə əsasən sifarişçinin tapşırığı ilə icraçı öz üzərinə, ünvan 6 ünvanında yerləşən 9- cu mərtəbədə, sahəsi 155,7 kv.m olan 25 saylı mənzil sahəsinə sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanması və.s öhdəliyini üzərinə götürür. İş materiallarında olan 01.04.2017-ci il tarixli Sifarişçi İddiaçı8 ilə icraçı X22 arasında bağlanmış müqaviləyə əsasən sifarişçinin tapşırığı ilə icraçı öz üzərinə, ünvan 7 ünvanında yerləşən 8-ci mərtəbədə, sahəsi 127,9 kv.m olan 27 saylı mənzil sahəsinə sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanması və.s öhdəliyini üzərinə götürür. İş materiallarında olan 01.04.2017-ci il tarixli Sifarişçi İddiaçı9 ilə icraçı X22 arasında bağlanmış müqaviləyə əsasən sifarişçinin tapşırığı ilə icraçı öz üzərinə, ünvan 7 ünvanında yerləşən 4 saylı mənzil sahəsinə sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanması və s öhdəliyini üzərinə götürür. İş materiallarında olan 01.04.2008-ci il tarixli Sifarişçi İddiaçı3 ilə icraçı X22 arasında bağlanmış müqaviləyə əsasən sifarişçinin tapşırığı ilə icraçı öz üzərinə, ünvan 7 ünvanında yerləşən 9 və 10 saylı mənzil sahəsinə sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanması və.s öhdəliyini üzərinə götürür. İş materiallarında olan 01.04.2017-ci il tarixli Sifarişçi İddiaçı11 ilə icraçı X22 arasında bağlanmış müqaviləyə əsasən sifarişçinin tapşırığı ilə icraçı öz üzərinə, ünvan 7 ünvanında yerləşən 37 saylı mənzil sahəsinə sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanması və s öhdəliyini üzərinə götürür. İş materiallarında olan 01.04.2017-ci il tarixli Sifarişçi İddiaçı5 ilə icraçı X22 arasında bağlanmış müqaviləyə əsasən sifarişçinin tapşırığı ilə icraçı öz üzərinə, ünvan 6 ünvanında yerləşən 28 saylı mənzil sahəsinə sahə-kommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanması və.s öhdəliyini üzərinə götürür. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)-10201/2021 saylı qərardadı ilə təyin olunmuş məhkəməxəttşünaslıq ekspertizası ilə bağlı 25 yanvar 2022-ci il tarixdə məhkəməyə daxil olmuş 13 yanvar 2022-ci tarixli, 4/1754 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 4-cü cildinin 108-110-cu vərəqələrində İddiaçı12 МММ ilə vətəndaş İddiaçı5 arasında olan 01 aprel 2008-ci il tarixli Mənzil-kommunal xidməti haqqında müqavilənin 3-cü vərəqində “Sifarişçi” qrafasındakı imza - İddiaçı5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz halları onda ibarətdir ki, iddiaçı "xxxx" MMC ilə İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı1, İddiaçı8, X20, İddiaçı3 və İddiaçı11 arasında bağlanan "mənzil kommunal xidmət haqqında” müqavilələrə əsasən sonuncular yəni, icraçılar yaşadıqları mənzil sahəsinə sahəkommunal xidmətlərin həyata keçirilməsi, həyətyanı sahənin yaşıllaşdırılması, abad saxlanması və s öhdəliyini öz üzərinə götürmüşlər. Hazırda mübahisə həmin kommunal xərclərin ödənilməməsi ilə bağlıdır. V.Ələsgərovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 29.12.2015-ci il tarixli qərarında göstərilmişdir ki, özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin "b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu "Bakı şəhər icra hakimiyyəti başçısının "Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Plenum qərarında daha sonra göstərilmişdir ki, çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1 -ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. İş materiallarında olan "mənzil kommunal xidmət haqqında” müqavilələrin surətlərindən görünür ki, idarəçiliyində və istismarında olan binanın sakinləri kommunal xidmətlərlə bağlı müqavilə şərtlərini razılaşdıraraq bir-birilərinin qarşısında hüquq və vəzifələrini müəyyən etmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş 25.11.2019cu il tarixli, 19/56 saylı auditor rəyindən aşağıdakılar müəyyən edilir: Bakı şəhəri S. Rəhman küçəsi ev 11 mənzil 65-də yaşayan İddiaçı7 120 m2 sahəsi olan, iyun-noyabr 2017-ci il 6 ay ödənilməmiş kommunal xərcləri qalmışdır. Cəmiyyətin tətbiq etdiyi hər m2 -na hesablanmış tarifə görə 0.90 manat cəmi 648 (120m2 x 6ay x 0.90) manat məbləğində borcu qalmışdır. Bakı şəhəri S. Rəhman küçəsi ev 11 mənzil 100-də yaşayan İddiaçı1 120 m2 sahəsi olan, iyun-noyabr 2017-ci il 6 ay ödənilməmiş kommunal xərcləri qalmışdır. Cəmiyyətin tətbiq etdiyihər m2 -na hesablanmış tarifə görə 0.90 manat cəmi 648 (120m2 x 6ay x 0.90) manat məbləğində borcu qalmışdır. Bakı şəhəri, S.Vurğun küçəsi ev 138, mənzil 25-də yaşayan İddiaçı2 155.70 m2 sahəsi olan, may-noyabr 2017-ci il 7 ay ödənilməmiş kommunal xərcləri qalmışdır. Cəmiyyətin tətbiq etdiyi hər m2 -na hesablanmış tarifə görə 0.90 manat cəmi 980,91 (155.7 m2 x 7ay x 0.90) manat məbləğində borcu qalmışdır. Bakı şəhəri, S.Vurğun küçəsi ev 138, mənzil 27-də yaşayan İddiaçı8 127.90 m2 sahəsi olan 2017-ci il üzrə 11 ay ödənilməmiş kommunal xərcləri qalmışdır. Cəmiyyətin tətbiq etdiyi yanvar-aprel ayları hər m2 -na hesablanmış qış tarifi üzrə 1.03 manat cəmi 526.95 (127.90 m2 x 4ay x 1.03) manat, may-noyabr ayları hər m2 -na hesablanmış yay tarifi üzrə 0.90 manat cəmi 805.77 (127.90m2 x 7ay x 0.90) məbləğində borcu qalmışdır. Ümumilikdə 11 ay ödənilməmiş kommunala görə borc 1332.72 (526.95+805.77) manat borc çalmışdır. Bakı şəhəri, S.Vurğun küçəsi ev 138, mənzil 4-də yaşayan İddiaçı9 117 m2 sahəsi olan, 2017-ci il üzrə 10 ay ödənilməmiş kommunal xərcləri qalmışdır. Cəmiyyətin tətbiq etdiyi fevral-aprel ayları hər m2 -na hesablanmış qış tarifi üzrə 1.03 manat cəmi 361.53 (117m2 x 3ay x 1.03) manat, may-noyabr ayları hər m2 -na hesablanmış yay tarifi üzrə 0.90 manat cəmi 737.10 (117 m2 x 7ay x 0.90) məbləğində borcu qalmışdır. Ümumilikdə 10 ay ödənilməmiş kommunala görə borc 1098.63 (361.53+737.10) manat borc qalmışdır. Bakı şəhəri, S.Vurğun küçəsi, ev 138, mənzil 9-un sahibi İddiaçı3 78.05.kv.m sahəsi olan mart-noyabr 2017-ci il 9 ay ödənilməmiş kommunal xərcləri qalmışdır. Cəmiyyətin tətbiq etdiyi hər kv.m görə hesablanmış tarifə görə 0.90 manat cəmi 635.85 (78.5 m2 x 9 ay x 0.90) manat məbləğində borcu qalmışdır. Bakı şəhəri, S.Vurğun küçəsi, ev 138, mənzil 10-un sahibi İddiaçı3 97.5.kv.m sahəsi olan may-noyabr 2017-ci il 7 ay ödənilməmiş kommunal xərcləri qalmışdır. Cəmiyyətin tətbiq etdiyi hər kv.m görə hesablanmış tarifə görə 0.90 manat cəmi 614.25 (97.5 m2 x 7 ay x 0.90) manat məbləğində borcu qalmışdır. Bakı şəhəri, S.Vurğun küçəsi ev 138, mənzil 44-də yaşayan İddiaçı10 175 m2 sahəsi olan, aprel-noyabr 2017-ci il 8 ay ödənilməmiş kommunal xərcləri qalmışdır. Cəmiyyətin tətbiq etdiyihər m2 -na hesablanmış tarifə görə 0.90 manat cəmi 1260 (175m2 x 8ay x 0.90) manat məbləğində borcu qalmışdır. Bakı şəhəri, S.Vurğun küçəsi ev 138, mənzil 51-də yaşayan İddiaçı6 175 m2 sahəsi olan, may-noyabr 2017-ci il 7 ay ödənilməmiş kommunal xərcləri qalmışdır. Cəmiyyətin tətbiq etdiyi hər m2 -na hesablanmış tarifə görə 0.90 manat cəmi 1102.50 (175m2 x 7ay x 0.90) manat məbləğində borcu qalmışdır. Bakı şəhəri, S.Vurğun küçəsi ev 138, mənzil 37-də yaşayan İddiaçı11 120 m2 sahəsi olan, oktyabr 2012-ci ildən noyabr 2017-ci il tarixədək 62 ay ödənilməmiş kommunal xərcləri qalmışdır. Cəmiyyətin tətbiq etdiyihər m2 -na hesablanmış tarifə görə oktyabr 2012-ci ildən dekabr 2016-cı il üzrə 51 ay 0.70 manat cəmi 4284.00 (120m2 x 51ay x 0.70) manat, yanvar-aprel 2017-ci ilhər m2 -na hesablanmış qış tarifi üzrə 1.03 manat cəmi 494.40 (120m2 x 4ay x 1.03) manat, may-noyabr ayları hər m2 -na hesablanmış yay tarifi üzrə 0.90 manat cəmi 756.00 (120 m2 x 7ay x 0.90) manat məbləğində borcu qalmışdır. Ümumilikdə 62 ay ödənilməmiş kommunala görə 5534.40 (4284.00+ 494.40+756) manat borcu qalmışdır. Bakı şəhəri, S.Vurğun küçəsi ev 138, mənzil 28-də yaşayan İddiaçı5 155.70 m2 sahəsi olan, yanvar 2014-ci ildən noyabr 2017-ci il tarixədək 47 ay ödənilməmiş kommunal xərcləri qalmışdır. Cəmiyyətin tətbiq etdiyihər m2 -na hesablanmış tarifə görəyanvar 2014ci ildən dekabr 2016-ci il üzrə 36 ay 0.70 manat cəmi 3923.64 (155.70 m2 x 36ay x 0.70) manat, yanvar-aprel 2017-ci üzrə m2 -na hesablanmış qış tarifi üzrə 1.03 manat cəmi 641.48(155.70 rı2 x 4ay x 1.03) manat, may-noyabr ayları yay tarifi üzrə 0.90 manat cəmi 980.91 (155.70 m2 x 7ay x 0.90) manat məbləğində borcu qalmışdır. Ümumilikdə 47 ay ödənilməmiş kommunala görə 5546.03 (3923.64 + 641.48+ 980.91) manat borcu qalmışdır. Bakı şəhəri, S.Vurğun küçəsi ev 140, mənzil 42 və 46-nin sahibi olan İddiaçı4 236.2 m2 sahəsi olan, aprel -avqust 2017-ci il 5 ay ödənilməmiş kommunal xərcləri qalmışdır. Cəmiyyətin tətbiq etdiyi hər m2 -na hesablanmış tarifə görə cəmi 1062.90 (236.20 kv.m x 5ay x 0.90) manat məbləğində borcu qalmışdır. İddiaçı4 tərəfindən borc ödənilmişdir. Hal-hazırki dövrə kommunal xərclərdən borc qalmamışdır. İddiaçı7 648.00 manat, İddiaçı1 648 manat, X11 980.91 manat, İddiaçı8 1332.72 manat, X14 1098.63 manat, İddiaçı3 1250.10 manat, İddiaçı10 1260.00 manat, İddiaçı6 1102.50 manat, İddiaçı11 5534.40 manat, İddiaçı5 5546.03 manat, İddiaçı4 0.00 manat, cəmi 19401.29 manat məbləğində “Xəzər Mənzil Servis" MMM-yə borcu qalmışdır. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18111/24072 saylı, 22 yanvar 2020-ci il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, audit rəyində qeyd olunanlara, mülki iş materiallarına əsasən hazırki ekspertiza zamanı İddiaçı7 648.00 manat, İddiaçı1 648.00 manat, X11 980,91 manat. İddiaçı8 1332.72 manat, İddiaçı9 1098.63 manat, İddiaçı3 1250.10 manat, İddiaçı10 1260.00 manat. İddiaçı6 1102.50 manat, İddiaçı11 5534.40 manat, İddiaçı5 5546.03 manat, İddiaçı4 0.00 manat, cəmi 19401.29 manat məbləğində "xxxx" MMM-yə borcu qaldığı müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, ekspert rəyi və "xxxx" MMMC-nin 01.08.2017- 31.12.2017-ci il tarixə olan hesabdan çıxarışı nəzərə alınmaqla borc məbləğləri hesablanmalıdır. Belə ki, hesabdan çıxarışa əsasən həmin tarixdən başlayaraq mənzil sakinləri İddiaçı6, İddiaçı2, İddiaçı5, İddiaçı1, İddiaçı8, X20, İddiaçı3 və İddiaçı11 tərəfindən ödənişlər "xxxx" MMMC-yə edilməyə başlanılmışdır. Ona görə də həmin məbləğlər hesablanmış borc məbləğlərindən çıxılmalı yerdə qalan pul məbləğlər hər bir cavabdehə münasibətdə iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası iddiaçı "xxxx" MMC-nin iddia tələblərinə hüquqi qiymət verərək onu qismən əsaslı hesab edir. Belə ki, cavabdehlərdən İddiaçı5 və İddiaçı6 iddiaya etirazın əsası kimi çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin, habelə kommunal xidmətlərə görə haqqın yazılı müqavilə əsasında ödənilməli olmasını, belə bir müqavilənin isə aralarında bağlanmadığı göstərmişdir. Həmçinin, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2021-ci il tarixli, 2(103)-10201/2021 saylı qərardadı ilə təyin olunmuş məhkəmə-xəttşünaslıq ekspertizası ilə bağlı 25 yanvar 2022-ci il tarixdə məhkəməyə daxil olmuş 13 yanvar 2022-ci tarixli, 4/1754 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 4-cü cildinin 108-110-cu vərəqələrində İddiaçı12 МММ ilə vətəndaş İddiaçı5 arasında olan 01 aprel 2008-ci il tarixli Mənzil-kommunal xidməti haqqında müqavilənin 3-cü vərəqində “Sifarişçi” qrafasındakı imza - İddiaçı5 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 2.1-ci maddəsində mənzil hüquqlarının əsasları müəyyən edilmişdir. Həmin maddəyə əsasən, fiziki və hüquqi şəxslər mənzil hüquqlarını öz mülahizəsinə görə və mənafeləri üçün həyata keçirir, o cümlədən onlar barəsində sərəncam verir. Fiziki və hüquqi şəxslər müqaviləyə və (və ya) mənzil qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslara görə özlərinin mənzil hüquqlarının müəyyənləşdirilməsində və həyata keçirilməsində azaddırlar. Mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. 12.2-ci maddəsinə əsasən, yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara,qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. 18-ci maddəsiniə görə mülkiyyət formasından asılı olmayaraq mənzil fondunun istifadəsi və saxlanılmasına, habelə yaşayış sahələrinin və kommunal xidmətlərin müəyyən edilmiş tələblərə uyğunluğuna dövlət nəzarəti qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir. Mənzil qanunvericiliyinə əsasən yaşayış fondunun saxlanması və ondan istifadə edilməsi mənzil hüququnun tərkib hissəsidir. Belə ki, Mənzil Məcəlləsinin 6-cı maddəsi müəyyən edir ki, çoxmənzilli binaların idarə edilməsi (maddə 6.0.8.); mənzil-tikinti kooperativlərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin yaradılması və fəaliyyəti, onların üzvlərinin hüquq və vəzifələri (maddə 9.); kommunal xidmətlərin göstərilməsi (maddə 6.0.10.); yaşayış sahəsinə və kommunal xidmətlərə görə xidmət haqlarının müəyyən edilməsi və ödənilməsi (maddə 11.) və digər münasibətlər mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdir. Həmçinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 137.8-ci maddəsinə görə yaşayış evlərinin mülkiyyətçiləri həmin evlərin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini çəkir, müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq kommunal xidmətlərə görə haqq ödəyirlər. 137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 142.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsi yazılı formada tərəflərin imzaladığı bir sənədin tərtib edilməsi yolu ilə bağlanılır. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən idarəedici təşkilat seçilərkən, həmin binanın hər bir sahə mülkiyyətçisi ilə ümumi yığıncağın qərarında göstərilən şərtlərlə idarəetmə müqaviləsi bağlanılır. 142.2-ci maddəsinə əsasən çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür. V.Ələsgərovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 29.12.2015-ci il tarixli qərarında göstərilmişdir ki, özəl fonda aid çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmət şərtlərinin keyfiyyətcə yaxşılaşdırılmasında və xidmət xərclərinin müəyyən edilməsində azaddırlar. "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin "b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri(mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Konstitusiya Məhkəməsinin Plenumu "Bakı şəhər icra hakimiyyəti başçısının "Mənzil xidməti tariflərinin tənzimlənməsi haqqında” 1999-cu il 5 oktyabr tarixli 961 saylı sərəncamı barədə” 2 mart 2000-ci il tarixli Qərarında qeyd etmişdir ki, tam özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçilərinin evə xidmət və onun təmiri üçün müstəqil surətdə təşkilatlar, o cümlədən dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları, kooperativlər, xüsusi firmalar və başqa təsərrüfatçılıq subyektləri seçməyə ixtiyarı vardır. Beləliklə, özəl mülkiyyətdə olan çoxmənzilli binalarda mənzillərin mülkiyyətçiləri kommunal xidmətin təşkilində sərbəstdirlər və istədikləri təşkilatla müqavilə bağlamaqda azaddırlar. Plenum qərarında daha sonra göstərilmişdir ki, çoxmənzilli yaşayış sahələrində mənzil mülkiyyətçilərinin binaya aid ümumi yerlərdən və vasitələrdən (binanın fasadı, zirzəmisi, dəhlizi, lifti, damı və s.) birgə istifadə etmək ehtiyacı, həmin yaşayış binasının birgə idarə edilməsi zərurətini yaradır. Mənzil Məcəlləsinin 141.1 -ci maddəsinə müvafiq olaraq, çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında kommunal xidmətlərlə bağlı bəzi hallarda müqavilə bağlanması faktı aşkar olunmasa da, cavabdehlərin iddiaçı ilə belə bir müqavilə bağlamasının zəruriliyi yuxarıda sadalanan qanunvericiliyin tələblərindən irəli gəlir. Lakin onların belə müqavilə olmadığı halda kommunal xidmət haqlarını ödəməli olmamasına dair dəlillərini məhkəmə kollegiyası əsassız sayır. Belə ki, istifadə etdiyi liftin istismarı, eləcə də, mənzilinə verilən suyun nasos vasitəsilə həyata keçirilməsi zamanı istifadə edilən elektrik enerjisinin haqqını, daha sonra binada onun yaşadığı mənzilin mühafizəsi, binanın yerləşdiyi torpağın icarə haqqını və MMM-nin binanın istismarı və idarəçiliyi ilə bağlı digər ödənişləri iddiaçı tərəfindən həyata keçirilməsi faktı mübahisəsizdir. İddiaçının məhkəməyə təqdim etdiyi çoxsaylı "mənzil kommunal xidmət haqqında” müqavilələrin surətlərindən görünür ki, idarəçiliyində və istismarında olan binanın sakinləri kommunal xidmətlərlə bağlı müqavilə şərtlərini razılaşdıraraq bir-birilərinin qarşısında hüquq və vəzifələrini müəyyən etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin xidmət göstərilməsinə dair müqavilələrin olmamasınaistinad edərəkonların kommunal xidmət haqlarını ödəməkdən yayınması hüquqdan sui-istifadə kimi qiymətləndirilir. Halbuki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1 -ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə, hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Oxşar mövqe X25 Məhkəməsi tərəfindən ifadə edilmiş, "Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquqverilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyribərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Yuxarıda sadalananlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 18111/24072 saylı, 22 yanvar 2020-ci il tarixli ekspert rəyi əsas götürülərək və "xxxx" MMMC-nin 01.08.2017-31.12.2017-ci il tarixə olan hesabdan çıxarışı nəzərə alınmaqla,

1. İddiaçı11 120 kv.m sahəsi olan, mənzilə dair kommunal xidmətlərlə bağlı borcu cəmiyyətin tətbiq etdiyi hər m2 -na hesablanmış tarifə görə oktyabr 2012-ci ildən dekabr 2016-ci il üzrə 51 ay 0.70 manat cəmi 4284.00 (120m2 x 51ay x 0.70) manat, yanvar-aprel 2017-ci ilhər m2 -na hesablanmış qış tarifi üzrə 1.03 manat cəmi 494.40(120m2 x 4ay x 1.03) manat, may-iyul ayları hər m2 –na hesablanmış yay tarifi üzrə 0.90 manat cəmi 324 manat (120 m2 x 3ay x 0.90) ümumilikdə 5102,4 manat məbləğində borcu;

2. İddiaçı5 155.70 m2 sahəsi olan, mənzilə dair kommunal xidmətlərlə bağlı borcu cəmiyyətin tətbiq etdiyihər m2 -na hesablanmış tarifə görə yanvar 2014-ci ildən dekabr 2016-ci il üzrə 36 ay 0.70 manat cəmi 3923.64 (155.70 m2 x 36ay x 0.70) manat, yanvaraprel 2017-ci üzrə m2 -na hesablanmış qış tarifi üzrə 1.03 manat cəmi 641.48 manat (155.70 kv.m x 4ay x 1.03), may-iyul ayları yay tarifi üzrə 0.90 manat cəmi 420,39 manat (155.70 m2 x 3ay x 0.90) ümumilikdə 4985,51 manat məbləğində borcu; Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin "iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, "nə kimi halların müəyyən edilməməsi”, "tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi də zəruri hesab edir ki, hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir və məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 153 (bir yüz əlli üç) manat cavabdeh İddiaçı5 və İddiaçı12 МММ-dən müştərək qaydada alınaraq AZ. MEM, VÖEN ********** AZ41NABZ013601**********3944 X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAZ22. Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3 hesaba keçirilməlidir. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli, 2(005)- 12/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Apellyasiya baxışı zamanı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 153 (bir yüz əlli üç) manat cavabdeh İddiaçı5 və İddiaçı12 МММ-dən müştərək qaydada alınaraq AZ. MEM, VÖEN ********** AZ41NABZ013601**********3944 X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 34CTRE******************** SWİFT BİK CTREAZ22. Büdcə təsnifatının kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3 hesabına keçirilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar