Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5562/2024 09.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Açar sözlər: (kredit borcunun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(007)-1545/2024 saylı qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1."xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2023-cü il tarixli NMS-577-0009- 23 saylı kart vasitəsilə kreditin verilməsinə dair müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 12 ay müddətinə illik 0% ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. 2.Cavabdeh bu müqavilənin şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi yerinə yetirməmiş, nəticədə xx.xx.2024-ci il tarixə 647,98 manat əsas, 104,12 manat cərimə, cəmi 752,10 manat borcu yaranmışdır. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə iddiaçı arasında bağlanmış 10 aprel 2023-cü il tarixli NMS-577-0009-23 saylı kart vasitəsilə kreditin verilməsinə dair müqaviləsinə əsasən, cavabdehdən 647,98 manat əsas kredit borcu, 104,12 manat cərimə borcu, cəmi 752,10, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2023-cü il tarixli NMS-577-0009-23 saylı kart vasitəsilə kreditin verilməsinə dair müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, 1500 (bir min beş yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixinə 647.98 AZN əsas kredit borcu, 104.12 manat cərimə borcu, cəmi 752.10 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. 5.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 26 iyul 2024-cü il tarixli, 2(007)-1545/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Ülkər Yusifova) iddia qismən təmin edilərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 343 manat əsas, 70 manat cərimə borcu olmaqla, cəmi 413 manat borc və ödənilmiş dövlət rüsumunun 16,47 manatının "xxxx" ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan: 6."xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2023-cü il tarixli NMS-577-0009-23 saylı kart vasitəsilə kreditin verilməsinə dair müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədləri üçün 12 ay müddətinə illik 0% ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. 7.Ödəniş cədvəlindən görünür ki, Cavabdeh hər ayın 10-dan gec olmayaraq 12 ay müddətinə hər ay 125 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 8."xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, bank ilə borclu arasında bağlanmış 10 aprel 2023-cü il tarixli NMS-577-0009-23 saylı kart vasitəsilə kreditin verilməsinə xx.xx.2024-cü il tarixinə 343 manat əsas, 70 manat cərimə borcu olmaqla, cəmi 413 manat borcu yaranmışdır. Banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi borcluya təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. 9.xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə 647,98 manat əsas, 104,12 manat cərimə, cəmi 752,10 manat borcu vardır. 10.xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. 11.Məhkəmə müəyyən etmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 10 aprel 2023-cü il tarixli NMS-577-0009-23 saylı kart vasitəsilə kreditin verilməsinə dair müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən Cavabdeh 1500 manat məbləğində kredit verilmişdir. Cavabdeh qeyd olunan məbləği kredit müqaviləsində göstərilən 12 ay müddətinədək geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, kredit müqaviləsinə əsasən, cavabdeh müqavilədə üzərinə düşən öhdəliklərə layiqincə əməl etməmişdir. 12.Məhkəmənin mövqeyinə görə cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri ödəməlidir. 13.Məhkəmə iddianın qismən təmin edilməsi üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh iddiaçı "xxxx" ASC ilə bağladığı 10 aprel 2023-cü il tarixli NMS-577-0009-23 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
14. İşin hallarından görünür ki, tərəflər arasında qanunla müəyyən olunan qaydada kredit müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə öhdəliklərini yerinə yetirərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə versə də, sonuncu öz öhdəliklərinə əməl etməmiş və layiqincə icra etməmişdir. 15.Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2023-cü il tarixli NMS-577- 0009- 23 saylı kart vasitəsilə kreditin verilməsinə dair müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 12 ay müddətinə illik 0% ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi yerinə yetirməmiş, nəticədə xx.xx.2024-ci il tarixə 647,98 manat əsas, 104,12 manat cərimə, cəmi 752,10 manat borcu yaranmışdır. 16.Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarındə şərh olunanlara əsasən hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 647,98 manat əsas, 104,12 manat cərimə, cəmi 752,10 manat, xx.xx.2024-cü il tarixli bildirişə əsasən 343 manat əsas, 70 manat cərimə borcu olmaqla, cəmi 413 manat borc qeyd edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsi ilə müqaviləyə xitam vermiş sayılır. Bu səbəbdən məhkəmə cavabdehin mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən 343 manat əsas, 70 manat cərimə borcu olmaqla, cəmi 413 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. 17.Məhkəmə xərcləri ilə bağlı qeyd edilmişdir ki, iddia tələbi qismən təmin edildiyindən və iddiaçı tələb etdiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 16,47 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumunun 13,53 manatı iddiaçıya aid edilməlidir. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 442, 443.1, 448.1, 462.1, 465.2, 739.1, 739.2-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 216-220-ci maddələrinə isinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19.Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və Cavabdeh 647,98 (altı yüz qırx yeddi manat doxsan səkkiz qəpik) manat əsas kredit borcu, 104,12 (bir yüz dörd manat on iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 752,10 (yeddi yüz əlli iki manat on qəpik) manat, həmçinin 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə qəbul etdiyi qətnamə üzrə hallara düzgün hüquqi rəy verilməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixinə 647,98 (altı yüz qırx yeddi manat doxsan səkkiz qəpik) manat əsas, 104,12 (bir yüz dörd manat on iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 752,10 (yeddi yüz əlli iki manat on qəpik) manat borcu vardır. Lakin məhkəmə tərəfindən iddia ərizəsinə əlavə edilmiş bütün sənədlər düzgün tədqiq edilməmişdir. Məhkəmə iddiaçı tərəfindən cavabdehə göndərilən xx.xx.2024-cü il tarixli bildirişdə qeyd olunan “343 (üç yüz qırx üç) manat əsas, 70 (yetmiş) manat cərimə borcu olmaqla, cəmi 718 (yeddi yüz on səkkiz) manat” ifadəsinə əsaslanmış, maliyyə arayışını və bildirişdəki yekun məbləği nəzərə almamışdır. Sözügedən bildirişdə yekun məbləğ 718 (yeddi yüz on səkkiz) manat olaraq qeyd olunmuşdur və əsas borc olaraq göstərilən 343 (üç yüz qırx üç) manat texniki olaraq yalnış yazılmışdır. Eyni zamanda bildiriş xx.xx.2024-cü il tarixində göndərildiyi və müqavilə şərtlərinə əsasən müvafiq cərimələr hesablandığı üçün xx.xx.2024-cü il tarixdə təqdim edilən maliyyə arayışında borc məbləği 752,10 (yeddi yüz əlli iki manat on qəpik) manat göstərilmişdir. İddiaçı tərəfindən Mülki Məcəllənin pozulduğu iddia edilən 443.1-ci maddəsinə əsasən, cavabdeh müqavilə üzrə aldığı krediti qaytarmalı, kreditdən istifadəyə görə faizləri, həmçinin, vurduğu zərəri tam həcmdə ödəməli olduğu halda, iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışı üzrə ümumi borc məbləği məhkəmə tərəfindən nəzərə alınmamış, iddia tam şəkildə təmin edilməmişdir.Təəssüflər olsun ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş bütün sübutlar tam tədqiq edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş maliyyə arayışı Cavabdeh iddiaçıya olan ümumi borc məbləğini əks etdirsə də, məhkəmə qeyd edilən sübutları qiymətləndirməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22.Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. 23.İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 24.Maddə 6.2.Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 25.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 26.Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 27.Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 28.Maddə 739.2.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 29.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və yalazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icraedilməsi) başa düşülür. 30.Maddə 445.1.İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğuzərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 31.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 32.Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 33.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 34.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 36.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
37.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 38.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin apellyasiya şikayətinin dəlilləri həcmində iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı qətnaməni həmin hissədə mübahisələndirmiş, cavabdeh isə iddianın təmin edilən hissəsindən apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsnin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 40.Məhkəmə kollegiyasının iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2023-cü il tarixli NMS-577-0009- 23 saylı kart vasitəsilə kreditin verilməsinə dair müqaviləsinə əsasən Cavabdeh istehlak məqsədləri üçün 12 ay müddətinə illik 0% ödəmək şərtilə 1500 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi yerinə yetirməmişdir. Maliyyə arayışına əsasən cavabdehin xx.xx.2024-ci il tarixə 647,98 manat əsas, 104,12 manat cərimə, cəmi 752,10 manat borcu yaranmışdır. 41.Məhkəmə xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 647,98 manat əsas, 104,12 manat cərimə, cəmi 752,10 manat, xx.xx.2024-cü il tarixli bildirişə əsasən 343 manat əsas, 70 manat cərimə borcunun qeyd edilməsini və iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini ona bildirməsinə əsasən hesab etmişdir ki, müqaviləyə həmin vaxtdan xitam verildiyindən iddia qismən təmin edilməli, cavabdehdən 343 manat əsas, 70 manat cərimə borcu olmaqla, cəmi 413 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır. 42.Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə pretenziya məktubu göndərərkən artıq müqavilədən imtina barədə iradə ifadəsini bildirdiyindən ondan sonrakı borc məbləğinin tutulması yolverilməzdir və həmin bildirişdə cavabdeh tərəfə bildirilmişdir ki, onun müqavilə üzrə 343 manat əsas, 70 manat cərimə borcu vardır. 43.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarıda şərh olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. 44.İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, bank ilə borclu arasında bağlanmış 10 aprel 2023-cü il tarixli NMS-577-0009-23 saylı kart vasitəsilə kreditin verilməsinə xx.xx.2024-cü il tarixinə 343 manat əsas, 70 manat cərimə borcu olmaqla, ümumi olaraq 718 manat borcu yaranmışdır. Banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etməyi borcluya təklif edilmişdir. Əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. 45.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən pretenziya məktubunun göndərilməsi ilə xitam verilmiş hesab edildiyindən məhkəmə iddianı düzgün olaraq həmin tarixə qədər yaranmış borc məbləği həcmində təmin etmişdir. 46.Kollegiya apellyatorun bildirişdə ümumi olaraq 718 manat borcun yaranması ilə bağlı qeyd olunan hala görə araşdırma aparılmaması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, həmin bildirişlə cavabdehə əsas borcun 343 manat, cərimə borcunun 70 manat olması bildirilmiş, həmin məbləğlərin düzgün olmaması ilə bağlı cavabdeh tərəfə hər hansı məlumat verilməmiş, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Digər tərəfdən iddiaçının təqdim etdiyi maliyyə arayışında borc məbləği ilə bağlı hər hansı izahlı məlumat verilməmişdir. 47.Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 48.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 49.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin mübahisələndirilən hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 50.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 51.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, 2(007)-1545/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. .
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov