Məhkəmə qərarları › İş №2(103)-5571/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5571/2025

13.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5571/2025 13.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ərazi aidiyyətinin mübahisələndirilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(001)-6398/2025 nömrəli qərardadına əsasən ərazi aidiyyətinin mübahisələndirilməsi məsələsinə baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsindən 11520,62 manat zərər və 125 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-179/2025 nömrəli qərardadı ilə mülki işin ərazi aidiyyəti üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

3. Qərardadın əsaslarına görə, əsas cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsi olduğundan hazırki işə həmin hərbi hissənin yerləşdiyi ərazi üzrə məhkəmə tərəfindən baxılmalıdır.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 sentyabr 2025-ci il tarixli, 2(001)- 6398/2025 nömrəli qərardadı ilə mülki iş ərazi aidiyyətinin həll olunması üçün məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Qərardadın əsaslarına görə, hazırki iş üzrə iddia tələbi cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı yönəlmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi müstəqil qurum olmamaqla yanaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində (tərkibində) fəaliyyət göstərən hərbi hissədir. Yəni, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə tabe orqandır. İddia ərizəsində həmin hərbi hissəyə məxsus nəqliyyat vasitəsi ilə zərərin vurulması qeyd edilsə də, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi hazırki iddia tələbi üzrə cavab verməli olan tərəf deyil. Bu baxımdan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hansı ərazidə fəaliyyət göstərməsindən aslı olmayaraq, hazırki işə (iddiaçının seçimindən asılı olmayaraq) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yerləşdiyi ərazi üzrə baxılmalıdır. “Azemis” X1 əldə edilmiş çıxarışda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquqi ünvanının ünvan 1 iş baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə 36.2. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Maddə 40.1. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir; Maddə 45.4. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Məhkəmələr arasında yaranmış fikir ayrılığı ondan ibarətdir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsi əsas cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsi olduğundan hazırki işə həmin hərbi hissənin yerləşdiyi ərazi üzrə məhkəmə tərəfindən baxılmasını hesab edir, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi isə qeyd edir ki, tələb cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə qarşı yönəlmişdir, hərbi hissə müstəqil qurum olmamaqla yanaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində (tərkibində) fəaliyyət göstərən hərbi hissədir, buna görə də hazırki işə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yerləşdiyi ərazi üzrə baxılmalıdır.

8. Məhkəmə kollegiyası Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin mövqeyi ilə bağlı onu qeyd edir ki, qanunveiricilikdə “əsas cavabdeh” anlayışı yoxdur. Tələb bir neçə cavabdehə qarşı yönəldikdə qanunvericilk iddiaçının seçiminə uyğun olaraq rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilmə imkanını nəzərdə tutur.

9. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsi müstəqil qurum olmamaqla yanaşı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində (tərkibində) fəaliyyət göstərən hərbi hissədir, yəni, nazirliyə tabe orqandır.

10. Azemis” X1 əldə edilmiş çıxarışda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquqi ünvanının ünvan 3 məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hansı ərazidə fəaliyyət göstərməsindən aslı olmayaraq, hazırki işə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquqi ünvanının olduğu yer üzrə, yəni, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır.

12. Göstərilənlərə əsasən və MPM-in 44, 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəyə qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar