Məhkəmə qərarları › İş №2(103)-5575/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5575/2024

24.09.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5575/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı cavabdeh ‘‘İnşaat Konstruksiyaları’’ MMC-yə qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4616/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ‘‘İnşaat Konstruksiyaları’’ MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 072001 saylı müqavilə ilə dəyərini tam ödədiyi Bakı şəhəri, Yasamal Rayonu, A.M.Şərifzadə 33 ünvanında olan yaşayış binasının 1-ci blokunda, 16-cı mərtəbəsində ümumi sahəsi 57.6 kv.m olan 1 otaqlı 72 saylı mənzilin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4616/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə İddiaçı iddia ərizəsi, ona əlavə olunmuş sənədlər və iddia ərizəsi verilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilərək, mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisələndirdiyi əmlak Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında olan yaşayış binasının 1 ci blokunun 16-cı mərtəbəsində yerləşən 72 saylı mənzildir. Məhkəmə hər hansı əsas olmadığı halda iddia ərizəsini geri qaytarmışdır. Ümumiləşdirilmiş məhkəmə təcrübəsinə əsasən müstəsna aidiyyat olaraq mənzilin yerləşdiyi ərazi üzrə artıq məhkəmə aktları mövcuddur və davam edən məhkəmə prosesləri də var. Hesab edir ki, mənzilə dair mübahisənin əmlakın yerləşdiyi yer üzrə baxılması əsaslı və qanunidir. Göstərilənlərin nəzərə alınmasını və qərardadın ləğv edilərək, iddia ərizəsinin icraata qəbul edilməsini və mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4616/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4616/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir; 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir; 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür; 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh "xxxx" MMC hüquqi şəxs olaraq ünvan 3 ünvanı üzrə qeydiyyata alınmışdır. İddiaçı cavabdehlə aralarında bağlanmış xx.xx.2019cu il tarixli müqaviləyə istinad edərək, həmin müqavilədə göstərilən mənzilin dəyərini tam ödədiyini, buna baxmayaraq, mənzilin başqa şəxsin qanunsuz istifadə və sahibliyində olduğunu bildirir və mənzilin məhz onun qanuni sahibliyinə və istifadəsinə verilməsini tələb edir. Hüquqi nəticə etibarı ilə iddiaçı cavabdehdən aralarında yaranmış müqavilə münasibətlərindən irəli gələn öhdəliklərin icrasını tələb edir. Bu da öz növbəsində iddiaya baxmalı olan məhkəməni müstəsna aidiyyət qaydalarına uyğun olaraq, yəni mənzilin yerləşdiyi yer əsas götürülməklə müəyyən edilməsini istisna edir və iddianın məhz cavabdehin hüquqi ünvanının olduğu yerə görə verilməsini şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Hazırki iddia tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin predmeti olan mənzilin faktiki olaraq yerləşdiyi yerin məhkəməsinə, yəni Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilməz. Bu səbəbdən şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 35-ci, 39-cu, 263-264cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4616/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar