Məhkəmə qərarları › İş №2(103)-5576/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5576/2020

15.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5576/2020 15.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Möhübbəddin qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-479/2020 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Möhübbəddin qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 19500 manat və 5500 ABŞ dolları məbləğində borcun, habelə 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, o, xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan dövrdə Cavabdeh Möhübbəddin qızına hissə-hissə olmaqla ümumilikdə 19400 manat və 5500 ABŞ dolları məbləğində borc vermiş, cavabdeh borcun qısa müddətdə qaytarılmasını vəd etsə də, müxtəlif bəhanələr gətirməklə borcu qaytarmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-479/2020 saylıqətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Möhübbəddin qızından 5000 manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun yarısının, yəni 15 manat hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması, qalan 15 manat pulun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçıapelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti belə əsaslandırılmışdır ki, onun şikayət ərizəsi əsasında Bakı şəhəri Xətai Rayon Polis İdarəsində aparılmış ibtidai araşdırma zamanı Cavabdeh Möhübbəddin qızı ondan 18500 manat məbləğində borc almasını etiraf etməsinə və ibtidai araşdırma zamanı verilən borcun məbləğinin 19400 manat və 5500 ABŞ dolları olmasının müəyyən edilməsinə baxmayaraq, birinci instansiya məhkəməsi verilən pulların bir qisminin müxtəlif şəxslərə məxsus olmasını əsas gətirərək iddianı qismən təmin etmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, maddi hüquq normalarını pozmuşdur. İddiaçı ərizədə pulların kimə məxsus olmasını ona görə qeyd etmişdir ki, pulu aldığı adamların kim olması və verilmiş pulların haradan əldə edilməsini göstərsin. Halbuki, iddiaçı cavabdehə verdiyi pulların hamısının özünə məxsus olmasını göstərə bilərdi. Belə ki, cavabdeh də pulun yalnız iddiaçıya məxsus olmasını bilirdi. Buna görə də məhkəmə iddiaçının həmin pul məbləğlərini tələb etməyə subyektiv hüququnun olmaması barədə yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə kollegiyası mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)- 479/2020 saylıqətnaməsi qismən ləğv edilməli və iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində aparılmış araşdırmanın nəticəsi olaraq qəbul olunmuş xx xxxxx 2018-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı şikayət ərizəsi ilə Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək xx xxxxxx 2017-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək olan dövrdə Cavabdeh Möhübbəddin qızının onun 19400 manat və 5500 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. Ərizə ilə bağlı Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılmış, tərəflər arasında mübahisənin mülki xarakterli olması qənaətinə gəlinərək cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı Cavabdeh İddiaçı cəmi 18500 manat məbləğində borc aldığını, Güneldən aldığı pulları öz borclarına sərf etdiyini, həmin puldan 1500 ABŞ dolları və 600 manat pulu qaytardığını, qalan pulu maddi imkanı olmadığına görə qaytara bilmədiyini, lakin borclarını tezliklə qaytaracağını bildirmişdir. Toplanmış materiallardan görünür ki, İddiaçı Cavabdeh verdiyi pulun 1500 ABŞ dolları və 1500 manat hissəsi özünə, 7500 manat və 800 ABŞ dolları məbləğində hissəsi qaynatası Yadigar İsmayılova, 4900 manat və 3200 ABŞ dolları hissəsi xalası qızının əri Vüqar Axıyevə, 3000 manat hissəsi bibisi Gülayə Əliyevaya, 2500 manat hissəsi isə xalası qızı Sahilə Axıyevaya məxsus olmuşdur. Bu hallar adları çəkilmiş şəxslərin izahatları ilə də təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıdan cəmi 18500 manat məbləğində borc aldığını etiraf etsə də, Xətai RPİ-nin İstintaq Şöbəsində aparılmış araşdırma zamanı alınmış borcun 19400 manat və 5500 ABŞ dolları məbləğində olması təsdiq olunmuş, bu hal cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda öz əksini tapmış, Cavabdeh həmin qərardan şikayət verməmişdir. Cavabdeh izahatında Günel İbrahimovadan cəmi 18500 manat məbləğində borc aldığını etiraf etsə də, izahatında həmçinin manatdan başqa ABŞ dolları ilə də borc aldığını göstərmişdir. Bundan əlavə, Cavabdeh izahatında borcunun 1500 ABŞ dolları və 600 manat hissəsini qaytardığını bildirsə də, bu hal digər sübutlarla təsdiq olunmamışdır. Birinci instansiya məhkəməsi 5000 manat pulun Cavabdeh İddiaçı xeyrinə tutulmasını qət etməklə iddianı qismən təmin edərkən ona istinad etmişdir ki, cavabdehə verilən pulun yalnız 5000 manat hissəsi iddiaçıya məxsus olmuş, qalan pullar isə İddiaçı yuxarıda adı çəkilən başqa qohumlarına məxsus olduğundan, həmin pulları tələb etmək hüququ pul vəsaitlərinin mülkiyyətçilərinə məxsusdur. Məhkəmə kollegiyası hesab edir ki, borc münasibətləri Cavabdeh Möhübbəddin qızı ilə məhz İddiaçı arasında yarandığından, yuxarıda adı çəkilən digər şəxslər bu münasibətlərdə bilavasitə iştirak etmədiklərindən, 19400 manat və 5500 ABŞ dolları məbləğində pulu Cavabdeh tələb etmək hüququ məhz İddiaçı məxsusdur. İbtidai araşdırma zamanı da cavabdeh həmin pul məbləğlərini məhz İddiaçı aldığını etiraf etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.4-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)- 479/2020 saylı qətnaməsi qismən ləğv edilməli, iddia ərizəsində 19500 manat və 5500 ABŞ dolları məbləğində borcun qaytarılması tələb olunsa da, borc məbləğinin 19400 manat və 5500 ABŞ dolları olması təsdiq olunduğundan, iddia qismən təmin olunmalı, Cavabdeh Möhübbəddin qızından19400 manat və 5500 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Azərbaycan manatının ABŞ dollarına nisbətən məzənnəsi ilə manatla) məbləğində pul tutularaq İddiaçıödənilməlidir. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(011)-479/2020 saylı qətnaməsi qismən ləğv edilsin. İddia qismən təmin edilsin. Cavabdeh Möhübbəddin qızından 19400 manat və 5500 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş Azərbaycan manatının ABŞ dollarına nisbətən məzənnəsi ilə manatla) məbləğində pul tutularaq İddiaçıödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu və apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar