Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5576/2024 24.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X2 ibarət tərkibdə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh qarşı “pul” tələbinə ilkin, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı “müqavilənin etibarsız sayılması” qarşılıqlı iddialara dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2359/2023 saylı, 8 avqust 2024cü il tarixli qərardadından ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) X3 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış 19 aprel 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, 130.000 (bir yüz otuz min) ABŞ dolları məbləğində kreditin (borc pul vəsaitinin), həmçinin 511 (beş yüz on bir) manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia rədd edilməklə, ilkin iddiaçı ilə onun ilə arasında bağlanılmış 19 aprel 2019-cu il tarixli 130.000 ABŞ dollarına dair kredit müqaviləsinin əhəmiyyətsiz əqd sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2359/2023 saylı qətnaməsinə əsasən, ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh 130.000 (bir yüz otuz min) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş günü manata məzənnə ilə manatla və 511 (beş yüz on bir) manat dövlət rüsumu İddiaçı ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi”nə dair qarşılıqlı iddia tələbinin təmin edilməsi qət edilmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh xx.xx.2023-cü il tarixdə EMİS vasitəsilə apelyasiya şikayəti təqdim edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-2359/2023 saylı qətnaməsinin ləğv edilməsini, Cavabdeh iddiasının təmin olunmamasını, Cavabdeh qarşılıqlı iddiasının təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2359/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən apelyasiya şikayəti ona geri qaytarılmışdır. Daha sonra ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) X3 yenidən apellyasiya şikayəti və ona əlavə edilmiş qətnamədən şikayət vermək üçün buraxılmış müddətin üzrlü hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayəti üçün buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2359/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən, ərizə təmin edilərək, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) X3 tərəfindən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-2359/2023 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilmiş və müddət bərpa edilmiş, apelyasiya şikayəti mülki iş ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1396/2024 saylı, 12 yanvar 2024-cü il tarixli qərardadı ilə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmasının qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərardaddan ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkil Əzimov Rəşad Mikayıl oğlu kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmiş və mülki iş baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 1 mart 2024-cü il tarixli, 2(102)-1380/2024 nömrəli qərardadı ilə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkil Əzimov Rəşad Mikayıl oğlu) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmiş, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1396/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərardadı ilə kassasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1396/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Əzimov Rəşad Mikayıl oğlu tərəfindən verilmiş kassasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 14 may 2024-cü il tarixli, 2(102)-1723/2024 nömrəli qərardadı ilə ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməədn, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1396/2024 nömrəli, 12 yanvar 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili X3 xx.xx.2024-cü il tarixdə EMİS vasitəsi ilə məhkəməyə apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2359/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda prosessual müddətin bərpasına dair ərizə əlavə etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2359/2023 saylı, xx.xx.2024cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-2359/2023 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa olunmasına dair ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh vəkili (nümayəndəsi) X3 tərəfindən verilmiş “prosessual müddətin bərpa olunmasına dair” ərizə təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli, e-2(005)- 2359/2023 saylı qətnaməsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi (vəkili) X1 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmiş, həmin qətnamədən verilən ilkin apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Lakin işin hallarından göründüyü kimi, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş şikayətlər gah forma və məzmuna riayət edilmədən, gah da dövlət rüsumu lazımi məbləğdə ödənilmədən (hansı ki, sonuncu dövlət rüsumunu ödəməkdən azad edilməsi ilə bağlı hallara istinad etməmişdir), eyni zamanda qərardaddan şikayət verilməsi müddətlərinə əməl edilmədən verilmişdir. Belə olanda hazırda məhkəmədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)-2359/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən ötürülmüş prosessual müddətin üzrlü olması öz təsdiqini tapmır. Belə ki, cavabdeh prosessual müddətin bərpasına dair məhkəməyə ərizə təqdim etsə də, məhkəmə, ərizədə qeyd edilən halları əsaslı hesab etmir. Ən azından ona görə ki, apelyasiya şikayəti qeyri-mümkün hesab edildikdən sonra müvafiq qaydada dövlət rüsumunu ödəməklə, təkrarən apellyasiya şikayəti vermək imkanı olduğu halda bunu etməmişdir. Göründüyü kimi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh dövlət rüsumunun müvafiq qaydada ödənilməməsini maddi vəziyyəti ilə əlaqələndirsə də, qanunvericiliklə dövlət rüsumunun ödənilməsindən azad edilən şəxslər kateqoriyasına aid olmadığını bilirdi. Belə ki, apellyasiya şikayəti onun nümayəndəsi və vəkili tərəfindən imzalanmışdır. Lakin cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh bütün bunlara baxmayaraq, əsassız şikayətlər verməklə, mübahisə üzrə yekun məhkəmə aktının qəbul edilməsi vaxtını ləngitməyə çalışmışdır. Həmin qərardaddan ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) X3 tərəfindən şikayət vermişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixdə, e-2(005)-2359/2023 saylı iş üzrə, məhkəmə, Cavabdeh hüqüqlarını pozan bir qərardad çıxarmış və onu faktiki olaraq ziyanına olan, qərəzli qətnamədən şikayət vermə hüququndan məhrum etməyə çalışmışdı. Qərardadda qeyd olunur ki, onların iştirakı olmadan keçirilən iclasda, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirak etmiş və müddətin bərpasına dair ərizənin təmin edilməsinə etiraz edərək, müddətin bərpa olunması üçün heç bir əsas olmadığını, onların bir ilə yaxın müddətdir ki, vaxt uzadılmasına çalışdıqlarını bildirmişdi. Daha sonra, o, Cavabdeh kifayət qədər əmlaklarının olmasına baxmayaraq, dövlət hesabına vəkillə təmin olunması ilə bağlı müraciət etməsinə etiraz edərək, Cavabdeh qərəzli mövqeyini göstərdiyindən və üzrlü səbəbin mövcud olmaması səbəbindən ərizənin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Ərizəçi hesab edir ki, X4 nümayəndəsi qətnamənin apellyasiya instansiyasında ləğv olunacağından ehtiyat edərək, ərizələrinə etiraz etməklə qısa müddətdə qətnamənin icra olunmasına çalışır. Mülki işin materiallarından göründüyü kimi, bu mülki işdə R.N.Mədətov həm də cavabdeh olmuş, bundan başqa onunla birlikdə AR CM-nin 178-ci maddəsi ilə başlanan cinayət işində zərərçəkmiş şəxs olaraq qalmasına faktdır və o sadəcə kredit müqaviləsi rəsmiləşdirməklə onu tanımaya-tanımaya borclu çıxarmışdır. Hazırki vəziyyətdə onların mövqeyi qərəzlidir, onun imkanlı şəxs kimi təqdim etmələri bilərəkdən edilir və onlar çox yaxşı bilirlər ki, cinayət nəticəsində bütün əmlakını itirmiş və az deyilmiş hələ İddiaçı da ona qarşı pul tələbi irəli sürmüşdür. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxmış və iclası təxirə salmaması ilə, onların İddiaçı dediklərinə qarşı söyləyəcəklərinin qarşısını almışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2359/2023 saylı, 21 avqust 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, mülki prosessual hüquqlardan istifadə etməklə proses iştirakçıları vicdanla hərəkət etməli, qanunla onlara verilən hüquqlardan sui-istifadəyə yol verməməlidirlər. Bununla əlaqədar qeyd edilməlidir ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Belə ki, buraxılmış müddətin bərpası haqqındakı ərizələrə baxılarkən edilməli prosessual hərəkətlərin mülki prosesin uzadılması məqsədi ilə edilib-edilməməsi, mülki proses iştirakçılarının mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq prinsipi çərçivəsində davranıb-davranmaması kimi hallar araşdırılmalı, işin hallarından asılı olaraq işdə iştirak edən şəxsin şikayət vermək hüququndan sui-istifadəyə yol veribverməməsi ağlabatanlıq meyarlarına uyğun olaraq dövlət tərəfindən təminat verilən ədalətli məhkəmə baxışına olan hüququn mütənasibliyi prinsipləri əsasında müəyyənləşdirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə də, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə aktlarından şikayət vermək üzrə subyektiv hüququ lazımi qaydada həyata keçirməmiş, bu hüququnu realizə edərkən digər proses iştirakçısının «ədalətli məhkəmə baxışına olan hüququ»nu pozmaqla sui-istifadəyə yol vermişdir. Odur ki, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(005)- 2359/2023 saylı qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Beləliklə də yuxarıda göstərilənlərə əsasən kollegiya hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi (vəkili) X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2359/2023 saylı 8 avqust 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-5576/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5576/2024
24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver