Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5579/2021 03.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı “xxxx” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Yasamal Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(004)-5008/2020 saylı qətnaməsi ilə İddiaçı ASC-nin iddia ərizəsi təmin edilməklə, 26.02.2019-cu il tarixli 24-MZ-1-0- 81-19 saylı kredit müqaviləsi üzrə 1521,52 manat əsas borc, 171,11 manat faiz borcu olmaqla, cəmi 1692,63 (bir min altı yüz doxsan iki manat altmış üç qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər tərəfindən 16 aprel 2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə apellyasiya şikayəti daxil olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5008/2020 saylı, 19.04.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli, 2(004)- 5008/2020 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5008/2020 saylı, 19.04.2021-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, buraxılmış müddətin bərpa edilərək mülki işin apelyasiya şikayəti ilə birlikdə mahiyyəti üzrə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5008/2020 saylı, 03.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib,Sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmamalı, Yasamal Rayon Məhkəməsinin 2(004)-5008/2020 saylı, 19.04.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Poçt xəbərnaməsindən görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 23 oktyabr 2020-ci il tarixli qətnaməsini ayrı-ayrılıqda 10.11.2020-ci il tarixində imza etməklə qəbul etmişlər. Mülki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 08 yanvar 2022-ci il tarixində icra edilməsi üçün Bakı şəhər Yasamal rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Cavabdehlər tərəfindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülmüş, müddətin ötürülməsinin üzrlü hesab edilərək, buraxılmış müddətin bərpa edilməsinə dair ərizə də əlavə edilməmişdir. Göründüyü kimi cavabdehlər sözügedən qətnamədən xəbəri olmuş və həmin qətnamədən apellyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı olmuşdur. Kollegiya hesab edir ki, qətnamədən apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən, cavabdehlər qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmədiyindən, apellyasiya şikayətinin geri qaytarılmasını qərara almaqla birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400,405-ci maddələrini rəhbər tutaraq, kollegiya qərara aldı: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırkı iş üzrə 19 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5579/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5579/2021
03.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver