Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-5583/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 (həmçinin digər Cavabdeh3 və Cavabdeh2 Xondulu oğlunun hüquqi varisi X2 nümayəndəsi) iştirakı ilə, İddiaçı «xxxxxxxxxx» BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 22/2020 saylı qətnaməsindən iddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxxx» BOKT MMC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə imzalanmış xx xxxx 2007-ci il tarixli, AZBA- 000804 saylı Kredit müqaviləsinin (xx xxxxxx 2012-ci il tarixli,AZBA-000804002 saylı Razılaşma, xx xxxx 2016-cı il tarixli, AZBA-000804-002 saylı Razılaşmaya dəyişiklik və əlavə edilməsinə dair Saziş, xx xxxxxx 2014-cü il tarixli, BAKU0-498-11295\1 saylı və xx xxxxxx 2014-cü il tarixli, BAKU0-498-11295\2 saylı Razılaşmalar, xx xxxx 2016-cı il tarixli, BAKU0-498-11295/2 saylı Razılaşma nəzərə alınmaqla) ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 iddiaçının xeyrinə birgə qaydada xx xxxxxx 2014-cü il tarixli, BAKU0-498- 11295\1 saylı və xx xxxxxx 2014-cü il tarixli, BAKU0-498-11295/2 saylı Razılaşmalara (xx xxxx 2016-cı il tarixli, BAKU0-498-11295/2 saylı Razılaşma nəzərə alınmaqla) əsasən verilmiş kredit üzrə 16393,80 ABŞ dolları əsas borcun, 6209,55 ABŞ dolları ödənilməmiş faiz borcunun və 42183 ABŞ dolan məbləğində dəbbə borcunun, cəmi 64786,35 ABŞ dolları pulun, xx xxxxxx 2012-ci il tarixli, AZBA-000804-002 saylı Razılaşmaya (xx xxxx 2016-cı il tarixli, AZBA- 000804-002 saylı Razılaşmaya dəyişiklik və əlavə edilməsinə dair Saziş nəzərə alınmaqla) əsasən verilmiş kredit üzrə 29257,16 ABŞ dolları əsas borcun, 10986,59 ABŞ dolları faiz borcunun və 120953,08 ABŞ dolan məbləğində dəbbə borcunun, cəmi 161196,83 ABŞ dolları məbləğində borcun, ipoteka predmetinin 2016-2019-cu illər ərzində sığorta etdirilməsi üçün ödənilmiş 797 manat sığorta haqqının və bildirişin DƏDRX-də qeydə alınması üçün ödənilmiş 30 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun alınması, tutmanın daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınan Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətdə olan 0.1084 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 121,8 kv.m yaşayış, 82,48 kv.m köməkçi sahədən ibarət 4755A nömrəli bağ evinə yönəldilməsi, ipoteka predmetinin illik satış qiymətinin 100000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılaraq qeyd olunan borcun ödənilməsinə yönəldilməsi, hərrac keçirildikdən və o, satıldıqdan sonra bir ay müddətində bağ evinin boşaldılması və Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 bağ evindən çıxarılması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 22/2020 iddiaçı «xxxxxxxxxx» BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2007-ci il tarixli, AZBA-000804 saylı kredit müqaviləsinin (onun tərkib hissəsi olan bütün kredit sazişləri və razılaşmaları) ləğv edilməsi, Cavabdeh1 xx.xx.2007-ci il tarixli, AZBA000804 saylı Kredit Müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxx 2012-ci il tarixli, AZBA000804-002 saylı Razılaşma (həmin razılaşmaya dəyişikliklər edilməsinə dair xx xxxx 2016-cı il tarixli Saziş nəzərə alınmaqla) üzrə 28491,05 ABŞ dolları məbləğində əsas, 10699,18 ABŞ dolları məbləğində faiz, 2800 ABŞ dolları məbləğində cərimə, cəmi 41990,23 ABŞ dolları məbləğində kredit borcunun, xx xxxxxx 2014-cü il tarixli, BAKU0- 498-11295\1 saylı və xx xxxxxx 2014-cü il tarixli, BAKU0-498-11295/2 saylı Razılaşmalar (həmin razılaşmalara dəyişikliklər edilməsinə dair xx xxxx 2016-cı il tarixli Saziş nəzərə alınmaqla) üzrə 15928,67 ABŞ dolları məbləğində əsas, 6030,34 ABŞ dolları məbləğində faiz, 1600 ABŞ dolları məbləğində cərimə, cəmi 23559,01 ABŞ dolları məbləğində kredit borcunun ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqının tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yülkü edilmiş Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.1084 ha torpaq sahəsində yerləşən 4755A nömrəli bağ evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına müəyyən edilmiş borc məbləğinin ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 qaytarılması, hərraca çıxarılarkən ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.1084 ha torpaq sahəsində yerləşən 4755A nömrəli bağ evinin ilkin satış qiymətinin 350000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Novxanı bağ massivində 0.1084 ha torpaq sahəsində yerləşən 4755A nömrəli bağ evinin açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həmin əmlakdan çıxmazsa, onların məcburi qaydada çıxarılması, iddianın qalan hissədə rədd edilməsi, qiymətləndirmə xidmətinin dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaitinin Cavabdeh1 alınaraq «xxxxxxxxxxxxxxx» MMC-yə ödənilməsi, ekspertiza tədqiqatının ümumi dəyərini təşkil edən 250 manat məbləğində pul vəsaitinin 240 manat hissəsinin Cavabdeh1, 10 manat hissəsinin isə «xxxxxxxxxx» BOKT MMC-dən tutularaq dövlət gəlirlərinə alınması qət olunmuşdur. Birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən iddiaçı və Cavabdeh1 apellyasiya şikayəti vermişlər. İpoteka qoyan Cavabdeh2 Xondulu oğlu vəfat etdiyindən onun qanun üzrə vərəsələri olan Cavabdeh1 (oğlu), Cavabdeh3 (qızı), Cavabdeh4 (həyat yoldaşı) və X3 (qızı) prosessual hüquq varisləri kimi cəlb olunmuşlar. Apellyasiya baxışı zamanı tərəflər məhkəmə kollegiyasına barışıq sazişi təqdim edərək, mübahisənin həlli ilə bağlı aralarında müvafiq razılığın əldə olunduğunu, bu səbəbdən də barışıq sazişinin təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını, barışıq sazişini və sazişinin təsdiq olunması, bununla bağlı ərizələri nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-22/2020 saylı qətnaməsi ləğv olunaraq, mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Təqdim olunmuş xx xxxxxxxx 2020-ci il tarixli barışıq sazişinin şərtlərinə görə; 1) Tərəflər cavabdehlərin xx xxxx 2007-ci il tarixli AZBA-000804 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan xx xxxxxx 2012-ci il tarixli AZBA-000804-002 saylı Razılaşma, xx xxxxxx 2014-cü il tarixli BAKU0-498-11295/1 saylı və xx xxxxxx 2014-cü il tarixli BAKU0-498-11295/2 saylı Razılaşmalar üzrə iddiaçıya olan ümumi borc məbləğini 45.000 (qırx beş min) ABŞ dolları məbləğində müəyyən edirlər. Bu məbləğ üzrə faiz hesablanmır. 2) Razılaşdırılmış 45.000 (qırx beş min) ABŞ dolları məbləğində borcun 15.000 (on beş min) ABŞ dolları təşkil edən hissəsi 2020-ci ilin sentyabr ayının 30-na kimi, qalan 30.000 (otuz min) ABŞ dolları isə 2020-ci ilin noyabr ayından başlayaraq 48 (qırx səkkiz) təqvim ayı ərzində, hər təqdim ayı ən azı 300 (üç yüz) ABŞ dolları olmaqla, cavabdehlər tərəfindən xx xxxxxx 2024-cü il tarixinədək birgə qaydada iddiaçıya qaytarılmalıdır. 3) ABŞ dollarının Azərbaycan Respublikası ərazisində alğı-satqı məzənnəsi 1 ABŞ dolları = 1,85 (bir manat 85 qəpik) AZN və ya daha yuxarı olarsa, tərəflər məzənnə dəyişildiyi tarixə ödənilməmiş qalıq borcu 1 ABŞ dolları = 1,85 (bir manat 85 qəpik) AZN olmaqla hesablayacaqlar. 4) Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. 5) Cavabdehlər Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-5583/2020 saylı mülki işlə bağlı iddiaçının aşağıdakı xərclərini xx xxxxxx 2020-ci il tarxədək ödəməyi öz öhdəsinə götürürlər: - ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş – 30 manat; - işin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu – 30 manat.. 6) Bu Saziş bağlandığı andan 2020-ci ilin sentyabr ayının 30-na kimi 15.000 (on beş min) ABŞ dollarının və 2020-ci ilin noyabr ayından başlayaraq xx xxxxxx 2024-cü il tarixinədək 48 (qırx səkkiz) təqvim ayı ərzində, hər təqdim ayı ən azı 300 (üç yüz) ABŞ dollarının gecikməyə yol verilmədən ödəniləcəyi halda, qalıq borcun qaytarılması müddəti uzadılacaqdır. 7) Bu Sazişlə müəyyənləşdirilmiş 45.000 (qırx beş min) ABŞ dolları qaytarıldıqdan sonra cavabdehlərin xx xxxx 2007-ci il tarixli, AZBA-000804 saylı Kredit müqaviləsi və onun tərkib hissəsi olan xx xxxxxx 2012-ci il tarixli, AZBA-000804-002 saylı Razılaşma, xx xxxxxx 2014-cü il tarixli BAKU0-498-11295/1 saylı və xx xxxxxx 2014-cü il tarixli BAKU0- 498-11295/2 saylıRazılaşmalar üzrə iddiaçı qarşısında yaranmış kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (Cavabdeh2 Xondulu oğluna məxsus olan, Daşınmaz Əmlakın Dövlət Reyestrində 2 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınan Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətdə olan 0,1084 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 121,8 kv.m yaşayış, 82,48 kv.m köməkçi sahədən ibarət 4755A nömrəli bağ evi) ipoteka ilə yüklülükdən (girovdan) azad ediləcək və zaminlik müqavilələri ləğv ediləcəkdir. 8) Bu Sazişlər müəyyən edilmiş şərtlərin icra edilməməsi, o cümlədən 2020-ci ilin sentyabr ayının 30-na kimi 15.000 (on beş min) ABŞ dollarının və 2020-ci ilin noyabr ayından başlayaraq xx xxxxxx 2024-cü il tarixinədək 48 (qırx səkkiz) təqvim ayı ərzində, hər təqdim ayı ən azı 300 (üç yüz) ABŞ dolları olmaqla, 30.000 (otuz min) ABŞ dollarını qaytarmaq öhdəliyinin vaxtında icra edilməməsi, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. 9) Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər-hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər-hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər. 10) Cavabdehlərin qaytardıqları məbləğ nəzərə alınmaqla, 45.000 (qırx beş min) ABŞ dolları borcun qaytarılmamış hissəsi iddiaçının xeyrinə onlardan birgə qaydada tutulur. 11) Tutma ipoteka predmeti olan Daşınmaz Əmlakın Dövlət Reyestrində 2 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınan Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətdə olan 0,1084 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 121,8 kv.m yaşayış, 82,48 kv.m köməkçi sahədən ibarət 4755A nömrəli bağ evinə yönəldilir, həmin əmlakın ilkin satış qiyməti icra haqqında qanunvericiliyin tələbləri əsasında müəyyən edilməklə, açıq hərracdan satılır, ipoteka predmeti məcburi boşaldılır və rəsmi qeydiyyatda olanlar mənzildən çıxarılır və satışdan əldə olunmuş pul vəsaiti cavabdehlərin iddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra xərclərinin ödənilməsinə yönəldilir. 12) Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” AR Qanununa əsasən icra edilir. Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi ilə bağlamaqla qurtara bilərlər. MPM-in 52.4-cü maddəsinə əsasən məhkəmə prosesinin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. MPM-in 191.1-ci maddəsinin tələbinə görə tərəflərin barışıq sazişi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, tərəflər barışıq sazişinin şərtlərini və nəticələrini aydın surətdə göstərmişlər, barışıq sazişi qanuna zidd olmamaqla, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, barışıq sazişi təsdiq edilməli, qətnamə ləğv edilməklə, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1cimaddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «xxxxxxxxxx» BOKT MMC-nin Cavabdeh1 və qeyrilərinə qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış xx xxxxxxxx 2020-ci il tarixli barışıq sazişi aşağıda göstərilən şərtlər nəzərə alınmaqla təsdiq olunsun: 1) Tərəflər cavabdehlərin xx xxxx 2007-ci il tarixli AZBA-000804 saylı kredit müqaviləsi və onun tərkib hissəsi olan xx xxxxxx 2012-ci il tarixli AZBA-000804-002 saylı Razılaşma, xx xxxxxx 2014-cü il tarixli BAKU0-498-11295/1 saylı və xx xxxxxx 2014-cü il tarixli BAKU0-498-11295/2 saylı Razılaşmalar üzrə iddiaçıya olan ümumi borc məbləğini 45.000 (qırx beş min) ABŞ dolları məbləğində müəyyən edirlər. Bu məbləğ üzrə faiz hesablanmır. 2) Razılaşdırılmış 45.000 (qırx beş min) ABŞ dolları məbləğində borcun 15.000 (on beş min) ABŞ dolları təşkil edən hissəsi 2020-ci ilin sentyabr ayının 30-na kimi, qalan 30.000 (otuz min) ABŞ dolları isə 2020-ci ilin noyabr ayından başlayaraq 48 (qırx səkkiz) təqvim ayı ərzində, hər təqdim ayı ən azı 300 (üç yüz) ABŞ dolları olmaqla, cavabdehlər tərəfindən xx xxxxxx 2024-cü il tarixinədək birgə qaydada iddiaçıya qaytarılmalıdır. 3) ABŞ dollarının Azərbaycan Respublikası ərazisində alğı-satqı məzənnəsi 1 ABŞ dolları = 1,85 (bir manat 85 qəpik) AZN və ya daha yuxarı olarsa, tərəflər məzənnə dəyişildiyi tarixə ödənilməmiş qalıq borcu 1 ABŞ dolları = 1,85 (bir manat 85 qəpik) AZN olmaqla hesablayacaqlar. 4) Ödənişlər müəyyən edilmiş aylar ərzində hər ayın sonuncu təqvim gününədək yerinə yetirilməlidir. 5) Cavabdehlər Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-5583/2020 saylı mülki işlə bağlı iddiaçının aşağıdakı xərclərini xx xxxxxx 2020-ci il tarxədək ödəməyi öz öhdəsinə götürürlər: - ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş – 30 manat; - işin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu – 30 manat. 6) Bu Saziş bağlandığı andan 2020-ci ilin sentyabr ayının 30-na kimi 15.000 (on beş min) ABŞ dollarının və 2020-ci ilin noyabr ayından başlayaraq xx xxxxxx 2024-cü il tarixinədək 48 (qırx səkkiz) təqvim ayı ərzində, hər təqdim ayı ən azı 300 (üç yüz) ABŞ dollarının gecikməyə yol verilmədən ödəniləcəyi halda, qalıq borcun qaytarılması müddəti uzadılacaqdır. 7) Bu Sazişlə müəyyənləşdirilmiş 45.000 (qırx beş min) ABŞ dolları qaytarıldıqdan sonra cavabdehlərin xx xxxx 2007-ci il tarixli, AZBA-000804 saylıKredit müqaviləsi və onun tərkib hissəsi olan xx xxxxxx 2012-ci il tarixli, AZBA-000804-002 saylı Razılaşma, xx xxxxxx 2014-cü il tarixli BAKU0-498-11295/1 saylı və xx xxxxxx 2014-cü il tarixli BAKU0- 498-11295/2 saylıRazılaşmalar üzrə iddiaçı qarşısında yaranmış kredit öhdəlikləri tam icra olunmuş hesab olunacaq və həmin öhdəliklərin təminatı olan ipoteka predmeti (Cavabdeh2 Xondulu oğluna məxsus olan, Daşınmaz Əmlakın Dövlət Reyestrində 2 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınan Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətdə olan 0,1084 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 121,8 kv.m yaşayış, 82,48 kv.m köməkçi sahədən ibarət 4755A nömrəli bağ evi) ipoteka ilə yüklülükdən (girovdan) azad ediləcək və zaminlik müqavilələri ləğv ediləcəkdir. 8) Bu Sazişlər müəyyən edilmiş şərtlərin icra edilməməsi, o cümlədən 2020-ci ilin sentyabr ayının 30-na kimi 15.000 (on beç min) ABŞ dollarının və 2020-ci ilin noyabr ayından başlayaraq xx xxxxxx 2024-cü il tarixinədək 48 (qırx səkkiz) təqvim ayı ərzində, hər təqdim ayı ən azı 300 (üç yüz) ABŞ dolları olmaqla, 30.000 (otuz min) ABŞ dollarını qaytarmaq öhdəliyinin vaxtında icra edilməməsi, öhdəliklərin lazımi qaydada və vaxtında icra edilməməsi hesab olunacaq. 9) Cavabdehlər bu Sazişlə müəyyən edilmiş öhdəliklərin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə və bu Sazişi təsdiq edən qərardad məcburi icraya yönəldikdə hər-hansı irad, etiraz olmadan və bu kredit öhdəliyi ilə bağlı hər-hansı mübahisə (iddia, şikayət, etiraz və sair) qaldırmadan aşağıdakı tələbləri icra etməyi qəbul edirlər. 10) Cavabdehlərin qaytardıqları məbləğ nəzərə alınmaqla, 45.000 (qırx beş min) ABŞ dolları borcun qaytarılmamış hissəsi iddiaçının xeyrinə onlardan birgə qaydada tutulur. 11) Tutma ipoteka predmeti olan Daşınmaz Əmlakın Dövlət Reyestrində 2 nömrəli reyestr kitabının 5 nömrəli vərəqində qeydiyyata alınan Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətdə olan 0,1084 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 121,8 kv.m yaşayış, 82,48 kv.m köməkçi sahədən ibarət 4755A nömrəli bağ evinə yönəldilir, həmin əmlakın ilkin satış qiyməti icra haqqında qanunvericiliyin tələbləri əsasında müəyyən edilməklə, açıq hərracdan satılır, ipoteka predmeti məcburi boşaldılır və rəsmi qeydiyyatda olanlar mənzildən çıxarılır və satışdan əldə olunmuş pul vəsaiti cavabdehlərin iddiaçıya olan borc qalığının ödənilməsinə, ipoteka predmetinin açıq hərracdan satılması ilə bağlı yaranmış xərclərin və icra xərclərinin ödənilməsinə yönəldilir. 12) Cavabdehlər öhdəliklərini bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bu Saziş üzrə məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və «İcra haqqında» Qanuna əsasən icra edilir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)- 22/2020 saylı qətnaməsi ləğv edilsin, mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5583/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-5583/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver