Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5584/2020 05.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-38/2020 nömrəli qətnaməsindən iddiaçı “xxxxxxxxxx” BOKT məhdud məsuliyyətli cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-38/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh X4 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 1.368,02 (bir min üç yüz altmış səkkiz manat, iki qəpik) manat əsas, 139,54 (bir yüz otuz doqquz manat, əlli dörd qəpik) manat faiz, cəmi 1.507,56 (bir min beş yüz yeddi manat, əlli altı qəpik) manat borc, habelə 30 (otuz) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən ümumilikdə 245 (iki yüz qırx beş) manat məbləğində pul vəsaitinin 145 (bir yüz qırx beş) manat hissəsinin iddiaçıdan, 100 (bir yüz) manat hissəsinin isə cavabdehdən tutulub dövlət gəlirlərinə alınması qət edilmişdir. Qətnamədən “xxxxxxxxxx BOKT” məhdud məsuliyyətli cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin istinad etdiyi ekspert rəyində xeyli sayda yanlışlıqlar olmuşdur. Belə ki, ekspertizanın aparılması üçün təqdim olunan xx xxxx 2018-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh ümumilikdə 9.969,10 manat ödəniş etmişdir, halbuki bu məbləğ xx xxxxxx 2019-cu il tarixli № 8288 saylı ekspert rəyində 10.684.10 manat kimi göstərilmişdir. Bundan başqa ödəniş cədvəlindən göründüyü kimi X2 müqaviləsinin sonuna kimi ümumilikdə 12.141.94 manat məbləğində ödəniş etməli idi, lakin cavabdeh tərəfindən ödənilən məbləğ 9.969.10 manat olmuşdur və buna görə də ekspert rəyində göstərildiyi kimi cəmi qalıq borcun məbləği 1.507.56 manat olması qeyri mümkündür. İşə baxılması vaxtı və yeri haqqında tərəflərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, “xxxxxxxxxx” MMC ilə X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin tələblərinə uyğun olaraq tərəflər arasında həmin tarixli iki razılaşma bağlanmış və bu razılaşmalara əsasən “xxxxxxxxxx” BOKT MMC tərəfindən X6 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə faiz hesablamaq şərti ilə ümumilikdə 8.600 manat (4.900 manat və 3.700 manat) məbləğində kredit verilmişdir. Cavabdeh X7 həmin məbləğdə krediti Bankdan qəbul etmiş və müqavilə ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür. X3 üzərinə götürdüyü öhdəlikləri vaxtında yerinə yetirməmiş, müqavilə ilə müəyyən edilmiş məbləğlərdə və müddətlərdə ödənişlər etməmişdir. Nəticədə banka borcu yaranmışdır. “xxxxxxxxxx” MMC X5 xx xxxx 2017-ci il tarixə 2.872,08 manat məbləğində əsas, 303,34 manat məbləğində faiz, cəmi 3.175,42 manat məbləğində borcunun yarandığını bildirməklə, həmin borcun tutulması üçün ilk öncə əmr icraatı qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin müvafiq əmri ilə bu məbləğ X4 tutulmuşdur. X1 yazılı etirazı əsasında həmin əmr ləğv edilmiş və iş iddia icraatına keçirilmişdir. İddiaçı hazırda da həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Kredit müqaviləsi (razılaşmalar) üzrə kredit müddəti xx.xx.2017-ci il tarixdə bitmişdir. Mülki iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 3972 nömrəli ekspert rəyinə əsasən cavabdeh X5 həmin müqavilə üzrə xx.xx.2017-ci il tarixinə 1.197,02 manat məbləğində əsas və 23,10 manat məbləğində faiz borcunun, xx.xx.2019-cu il tarixli, 8288 nömrəli ekspert rəyinə əsasən isə 1.368,02 manat məbləğində əsas, 139,54 manat məbləğində faiz borcunun yarandığı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi üçün əsas ola bilməz. Əvvəla, birinci instansiya məhkəməsi tərəfindən tələb edilən borcun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən iki dəfə istifadə edilmişdir. Ekspertlər də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəylər vermişdir. Məhkəmə də sonuncu, yəni daha artıq məbləğdə borcun qaldığı rəyi əsas götürüb iddianın qismən təmin etmişdir. İkincisi, ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə alınmış sonuncu ekspert rəyinin əsaslılığı, onun birnci rəydən kəskin fərqlənmədiyi hər hansı bir şübhə doğurmur. Ona görə də məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı “xxxxxxxxxx” bank olmayan kredit təşkilatı məhdud məsuliyyətli cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(001)-38/2020 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5584/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5584/2020
05.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver