Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5584/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(005)-649/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən reqres qaydasında 85000 manatın alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı hərbçi olduğundan bir müddət Gəncədə (hazırda Beyləqan-Fizuli cəbhəsində) yaşamalı olmuşlar, yaşadıqları mənzilin yanında gözəllik salonu olmuş, salon Türkiyə vətəndaşlarının olsa da, onu faktiki cavabdeh idarə etmişdir. O orada işə düzəlmiş, lakin X6 tanımamış, işgüzar münasibətləri olmamış, heç vaxt ondan pul götürməmişdir. Dəmirçi “xxxx” MMC-nin təsisçisi olmaqla işgüzar münasibəti gözəllik salonunun faktiki işlədən Cavabdeh ilə olmuş, sonuncu hələ 2012-ci ildə MMC-yə direktor təyin edilmiş, O.Dəmirçi Cavabdeh 100 min manatlıq Türkiyədən gətirilmiş avadanlıq vermişdir. 2018-ci ilin fevralında Uğur təcili Türkiyəyə getməsi və oradan göndərilən avadanlıqla bağlı hesabat aparması gündəliyə gəldiyindən, müqavilə bağlanarkən Cavabdeh (deməsinə görə) şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən və bu səbəbdən notariusun müqaviləni təsdiq etmədiyindən sonuncunun xahişi ilə 45.000 manat və 55.000 manat pulun alınmasına dair 3M-27 və 3M-28 nömrə ilə reyestrdə qeydə alınaraq təsdiq olunmuş 11 fevral 2018-ci il tarixli kredit müqavilələri imzalamışdır. Borcu Bəybala ödəməli idi. Müqavilələrdəki pulu almağına dair etdiyi qeydləri ona notarius yazdırmışdır. Bəybala borcu bağlamadığından Uğur onu Bərdə rayon məhkəməsinə verib 100 min manat tələb etmişdir. Bəybala məhkəməyə ərizə verərək iddiaçının göstərdiklərini təsdiq etmiş, ərizəsinə əlavə elədiyi X4 Bakı şəhəri 9 saylı notariat kontorunda imzası təsdiq olunmuş ərizəsini təqdim etmişdir. Məhkəmədə ifadəsi alınarkən göstərdiklərini bir daha təsdiq etmiş, müqavilədə göstərilən 100 min manat pulun borc alınmadığını, şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən və Dəmirçi Türkiyəyə getdiyindən onun xahişi ilə Süleymanovanın müqavilələri imzalamasını, bunun üçün notariusa 500 manat rüşvət verdiklərini, borcun avadanlıq alınmasından yarandığını, bu puldan 15 min manat Dəmirçiyə ödədiyini, 85 min manat borclu qaldığını göstərmişdir. Dəmirçinin Bakı şəhəri 9 saylı notariat kontorunda imzası ilə təsdiq olunmuş ərizəsi ilə təsdiq olunur ki, X5 İddiaçı yox Cavabdeh işgüzar münasibəti olmuş, birgə müəssisə işlətmişlər və '‘Buta” gözəllik mərkəzində olan bütün avadanlıqları Bəybala 15 min qiymətinə ona hesablanmış və ondan tələb edilən borc əvəzinə Dəmirçiyə vermişdir. İşdə Dəmirçinin ona 100 min manat borc verməsinə səbəb yaradan hər hansı bir sübut olmamışdır. Hər iki müqavilənin eyni gün, eyni saat və eyni dəqiqədə, eyni məkanda imzalanması müqavilələrin görüntü xətrinə bağlanmasını təstiq edir. İki müqavilə yazılmasına səbəb Dəmirçinin Türkiyədə avadanlıqla bağlı 2 yerə hesabat verməsi ilə əlaqədar olmuşdur. Bununla belə müqavilələri əsas götürən Bərdə rayon məhkəməsinin 14 may 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilərək ondan cəmi 85000 manat borc və 20 manat dövlət rüsumunun tutularaq X7 verilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsi, onun reqres qaydada Cavabdeh qarşı məhkəmədə iddia qaldırmaq hüququnun olmasının izah edilməsi qət edilmişdir. Tərəfimdən qətnamədən apelyasiya və kassasiya şikayəti şikayəti verilsə də təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 2(005)- 649/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, Bərdə rayon məhkəməsinin 14 may 2019-cu il tarixli 2(021)-374/2019 saylı qətnaməsi onun reqres tələb hüququnun 85 min borcu tam ödədikdən sonra yaranmasını nəzərdə tutmur. Qətnamənin nəticəvi hissəsinə əsasən Azərbaycan Respublikası MM-nin 509-cu maddəsinə əsasən 85 min manat pulu reqres qaydasında cavabdehdən tələb edə bilər. O, işləmir, azyaşlı uşağı olan evdar qadındır, cavabdeh pulu ödəsin ki, o da məhkəmə qətnaməsini icra edə bilsin. Bakıdakı notariusda onlar arasında kredit müqaviləsi olmayıb, yalnız orada Dəmirçinin Bərdə rayon məhkəməsinin sədrinə ünvanladığı ərizəsindəki imzası təsdiq edilib. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli 2(021)-374/2019 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilərək cavabdeh İddiaçı cəmi 85.000 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq X4 xeyrinə verilməsi, qarşılıqlı iddia əsassız olduğundan təmin olunmayaraq, iş üzrə ödənilməmiş 10 manat dövlət rüsumunun İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.08.2020-ci il tarixli 2(102)-3770/2020 nömrəli qərarı ilə cavabdeh İddiaçı kasassiya şikayəti təmin edilmədən Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-3201/2019 nömrəli iş üzrə 22 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bərdə Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli 2(021)-374/2019 nömrəli qətnaməsi ilə Mülki Məcəllənin 509.1, 509.3 və 431.3-cü maddələrinə istinadən İddiaçı izah olunmuşdur ki, o, reqres qaydada Cavabdeh qarşı iddia qaldırmaq hüququna malikdir. Cavabdeh tərəfindən Bərdə Rayon Məhkəməsinə ünvanlanan ərizənin surətindən görünür ki, 16.08.2018-ci il məhkəmə əmrinə əsasən xx.xx.1984-cü ildə Bərdə rayon Əmirli kəndində anadan olmuş, Bərdə rayon Əmirli kəndində yaşayan İddiaçı 100.000 manat tutularaq krediti X4 xeyrinə ödənilməsi əmr edilmişdir. Lakin həmin məbləği o götürmüşdür. Həmin məbləğin 15000 manat məbləğini ödəmişdir. Qalan 85.000 manat məbləğini də özü ödəyəcək. Onun şəxsiyyət vəsiqəsinin müddəti bitdiyi üçün yanlışlıqla İddiaçı ilə kredit müqaviləsi bağlanmışdır. Təsdiq üçün notarius qaydası üzrə ödəniş barədə təsdiq edilmiş ərizənin surəti izahata əlavə olunmuşdur. Bu səbəbdən əmrdən verilmiş etirazı düzgün hesab etmişdir. Türkiyə Respublikası, Kurucuova kəndi ünvanında qeydiyyatda olan Demirci Mustafa tərəfindən olan ərizənin surətindən görünür ki, X2 məxsus “Buta” gözəllik mərkəzində olan bütün avadanlıqları dəyərində qiymətləndirərək ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh borcun əvəzinə təhvil vermişdir. 08.08.2012-ci il tarixli “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin qərarının surətindən görünür ki, cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Cavabdeh təyin edilmiş, Cəmiyyətin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün müvafiq dövlət orqanına müraciət edilmişdir. Dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydiyyata alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsi və (3-cü şəxsə etibarnamə vermək səlahiyyəti) Cavabdeh həvalə edilmişdir. 08.08.2012-ci il tarixli əmrin surətindən görünür ki, “xxxx” MMC-nin təsisçiləri Osman Demirçi və Mustafa Demirçinin 08.08.2012-ci il tarixli qərarını nəzərə alaraq Cavabdeh 08.08.2012-ci il tarixdən “xxxx” MMC-nin direktoru təyin edilmişdir. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri 9 saylı notariat ofisinin 26.02.2021-ci il tarixli 405 nömrəli məktubundan görünür ki, “elektron notariat” avtomatlaşdırılmış informasiya sisteminə baxış keçirlərkən İddiaçı və X9 arasında Bakı şəhəri 9 saylı notariat ofisində kredit müqaviləsi ilə bağlı heç bir əməliyyat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 377.4-cü maddəsinə görə reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Birinci instansiya məhkəməsi qeyd olunanlara əsaslanaraq belə nəticəyə gəlmişdir ki, iddiaçının reqres qaydada tələb etmək hüququ borc öhdəliyini yerinə yetirdiyi andan əmələ gəlir. Vurulmuş zərərin əvəzini ödəmiş şəxsin reqres qaydada tələb hüququ yaranır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmə qətnaməsilə tutulmuş məbləğin X3 tam ödənilmədiyini bildirmiş və pulun ödənilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir, ona görə iddia tələbi təmin edilməməlidir. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə 85000 manatın İddiaçı tutulması müəyyən edilmişdir, sonuncu isə hazırda reqres qaydada həmin pulu tələb etsə də, həmin borc öhdəliyini icra etdiyini sübuta yetirə bilməmişdir, qanunvericiliyin tələbinə əsasən əsas öhdəliyi icra etdiyi andan reqres qaydada tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, Kollegiya hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər qətnaməni əsassız hesab etmək və onu ləğv etmək üçün əsas deyil. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-649/2021 saylı iş üzrə 29 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-5584/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5584/2021
14.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver