Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5584/2022 10.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh2 və X3 qarşı “icarə müqavilələrinin ləğv olunması və icarə haqqının ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(007)-1089/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və X3 qarşı iddia ərizəsi, daha sonra iddia həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh2 arasında 24 sentyabr 2021-ci il tarixdə E04/21 və E05/21 saylı 2 ədəd “Mopedin” icarə müqavilələrinin ləğv edilməsi, cavabdehlərdən hər iki müqavilə üzrə ödənilməmiş icarə haqqı məbləği olaraq 1220 manat, 276 manat dəbbə pulu və mopedləri qaytarmadıqlarına görə 4000 manat və dövlət rüsumu olaraq ödənilən 75 manat olmaqla, ümumilikdə 5571 manat pulun tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh2 arasında 24 sentyabr 2021-ci il tarixdə E04/21 və E05/21 saylı 2 ədəd “Mopedin” icarə müqavilələri bağlanmış, müqavilələrin 2-ci bəndinə əsasən müqavilə müddəti 2 ay təşkil edir. Həmin müqavilələrin 3-cü bəndinə uyğun olaraq iddiaçı öz mülkiyyətində olan mopedi cavabdehə günlük 10 AZN icarə haqqı ödəmək şərti ilə icarəyə vermişdir. Cavabdeh mopedin icarə müqaviləsi əsasında istifadəsi əvəzində icarə haqqını İddiaçı MMC müəssəsinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh hər iki müqavilə üzrə öhdəliklərini icra etməyərək 2 aylıq icarə haqqını ödəməmişdir. 2 ay üzrə icarə haqqı hər biri üzrə 61 manat olmaqla, ümumilikdə 1220 manat təşkil edir. Cavabdeh iddiaçının mülkiyytəində olan hər iki mopedi qaytarmamışdır. Müqavilə şərtlərinə əsasən moped oğurlanarsa 2000 manat ödəməyi öhdəsinə götürmüşdür. Hər iki moped cavabdeh tərəfindən qaytarılmadığına görə hər biri 2000 manat olmaqla 4000 manat pulu ödəməlidir. Müqavilənin 9-cu bəndində qeyd olunmuşdur ki, “icarəçi” icarə haqqını ödəməli tarixdən gecikdirmə baş verərsə, gecikdirilmiş hər günə görə 2% cərimə ödəməlidir. Hər iki müqavilə üzrə dəbbə pulu hər biri 333 AZN olmaqla 660 AZN təşkil edir. Qeyd olunan müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə X4 ilə İddiaçı MMC arasında 24 sentyabr 2021-ci il tarixində zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən Cavabdeh2 öz öhdəliklərini tam şəkildə yerinə yetirənədək X4 İddiaçı MMC birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür ona görə də onun daa cavabdeh qismində məhkəmədə iştirak etməsi zərurəti meydana gəlmişdir. İddiaçı MMC-nin direktoru Nəriman Şahbazovun müraciəti əsasında Sabunçu RPİ-nin 11 dekabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda iddiaçıya vurulmuş maddi ziyan öz əksini tapmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 may 2022-ci il tarixli 2(007)-1089/2022 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və X2 600 manat məbləğində icarə haqqı pulu, 50 manat məbləğində cərimə pulu və dövlət rüsumu kimi ödənilmiş 8,9 manat məbləğində pulun əvəzinin müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumunun 66,1 manatının iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, cavabdeh icarə obyektini (mopedi) başqa şəxsə icarəyə vermiş, həmin şəxs də icarə obyektini cavabdehə qaytarmamışdır, bununla da iddiaçının icarə obyekti ilə bağlı əmlak mənafeləri pozulmuşdur. Cavabdeh icarə müqaviləsinə xitam verilərkən icarə obyektini qaytarmalıdı, lakin icarə obyekti mövcud deyil, ona görə də iddiaçı icarə obyektinin dəyərini tələb etməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (iddia tələbinin mopedləri qaytarmadıqlarına görə 4000 manat tələb edilməsinin təmin edilməməsi hissəsində) ləğv edilməli, yeni qətnamə qəbul edilməklə həmin hissədə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan icarə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli E04/21 X6ndən görünür ki, icarəçi özünə məxsus olan mopedi kuryerlik məqsədi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər gün 10 manat ödənilmək şərti ilə icarəçiyə icarəyə vermişdir. Müqavilənin 9-cu bəndinə əsasən icarəçi icarə haqqını müəyyən edilmiş vaxtda vermədikdə gecikdirilmiş hər günə görə 2% cərimə ödəməlidir. Müqavilənin 12-ci bəndinə əsasən müvafiq icazə olmadan mopedin başqa şəxsə verilməsi qadağandır. İcarə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli E05/21 X6ndən görünür ki, icarəçi özünə məxsus olan mopedi kuryerlik məqsədi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hər gün 10 manat ödənilmək şərti ilə icarəçiyə icarəyə vermişdir. Müqalənin 9-cu bəndinə əsasən icarəçi icarə haqqını müəyyən edilmiş vaxtda vermədikdə gecikdirilmiş hər günə görə 2% cərimə ödəməlidir. Müqavilənin 12-ci bəndinə əsasən müvafiq icazə olmadan mopedin başqa şəxsə verilməsi qadağandır. İcarə verən İddiaçı MMC ilə zamin X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli N04/21 saylı zaminlik müqaviləsindən görünür ki, zamin İcarəçinin İcarəyə verən qarşısında xx.xx.2021-ci il tarixdə bağlanmış E04 X6 üzrə İcarəyə verənə ödənilməli olan xərclərinin və İcarəçinin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində İcarəyə verənə dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün İcarəçiylə eyni həcmdə məsuliyyət daşıyır. İcarə verən İddiaçı MMC ilə zamin X4 arasında bağlanmış xx.xx.2021-ci il tarixli N05/21 saylı zaminlik müqaviləsindən görünür ki, zamin İcarəçinin İcarəyə verən qarşısında xx.xx.2021-ci il tarixdə bağlanmış E05 X6 üzrə İcarəyə verənə ödənilməli olan xərclərinin və İcarəçinin öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində İcarəyə verənə dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s.) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün İcarəçiylə eyni həcmdə məsuliyyət daşıyır. xx.xx.2021-ci il tarixli E04/21 X6nə edilmiş əlavədən görünür ki, Cavabdeh2 “Moon” markalı mopedi icarəyə götürmüşdür. O, günlük 10 AZN ödəyəcəkdir. Moped oğurlanarsa 2000 AZN ödəyəcəkdir. İcarəyə götürdüyü mopedi satmayacaqdır, icarəyə verməyəcəkdir. Qeyd olunanların hüquqi müstəvidə qiymətləndirilməsindən ötrü öz imzası ilə təsdiq edir. xx.xx.2021-ci il tarixli E05/21 X6nə edilmiş əlavədən görünür ki, Cavabdeh2 “Moon” markalı mopedi icaərəyə götürmüşdür. O, günlük 10 AZN ödəyəcəkdir. Moped oğurlanarsa 2000 AZN ödəyəcəkdir. İcarəyə götürdüyü mopedi satmayacaqdır, icarəyə verməyəcəkdir. Qeyd olunanların hüquqi müstəvidə qiymətləndirilməsindən ötrü öz imzası ilə təsdiq edir. İddiaçı MMC-nin məlumatından görünür ki, Cavabdeh2 610 manat icarə haqqı borcu, 138 manat cərimə borcu, moped oğurlandığı üçün 2000 manat borcu vardır. 1 mopedə dəymiş zərər 2748 manatdır. Bakı şəhəri Sabunçu RPİ-in İŞ-nin 11 dekabr 2021-ci il tarixli qərarından görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən icarə müddəti 1 ay, yəni xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək olmaqla iddiaçı tərəfindən 2 ədəd “Moped” Cavabdeh2 icarəyə verilmişdir. Məhkəmə də haqlı olaraq 1 aylıq icarə haqqı məbləğinin iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. İcarə müqavilələrinin 9-cu bəndlərinə əsasən icarə haqqı müəyyən edilmiş vaxtda ödənilmədikdə icarəçi gecikdirilmiş hər günə görə 2% cərimə ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Kollegiya hesab edir ki, məhkəmənin işin hallarını nəzərə alaraq tələb edilən cərimə məbləğinin əsas borc məbləğinə münasibətdə yüksək olduğunu görə azaldılaraq 50 manat müəyyən edilməsi barədə qənaəti düzgün olmuşdur. İddia tələbinin mopedlərinin qaytarılmadığına görə 4000 manat tutulması hissəsində birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, məhkəmə araşdırması zaman, həmçinin iş materiallarına əlavə edilmiş sübutlarla oğurluq faktı təsdiq edilməmişdir. İddiaçı isə məhz oğurluq olması halına əsaslanaraq (əmlakları və ya onların dəyərini tələb etmir) 4000 manatın ödənilməsini istəyir. Hazırkı halda isə oğurluq halı öz təsdiqini tapmadığından iddia tələbi mübahisələndirilən hissədə təmin edilməməlidir. Kollegiya hesab edir ki, məhkəmənin bu hissədə qənaəti düzgün olmamışdır. Tərəflər arasında bağlanmış hər iki müqaviləyə edilmiş əlavədən görünür ki, Cavabdeh2 “Moon” markalı mopedi icarəyə götürmüşdür. O, günlük 10 AZN ödəyəcəkdir. Moped oğurlanarsa 2000 AZN ödəyəcəkdir. İcarəyə götürdüyü mopedi satmayacaqdır, icarəyə verməyəcəkdir. Qeyd olunanların hüquqi müstəvidə qiymətləndirilməsindən ötrü öz imzası ilə təsdiq edir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Göründüyü kimi məhkəmə müqavilə şərtini təfsir edərkən “moped oğurlanarsa 2000 manat ödəyəcəm” ifadəsini hərfi mənada yanaşaraq, hazırda oğurluq halının olmadığına görə iddianı təmin etməmişdir. Kollegiya qeyd edir ki, oğurlanma halının müəyyən edilməməsi iddianın rədd edilməsinə əsas vermir. İş materiallarından görünür ki, müqavilələrə əsasən iki moped Cavabdeh2 təhvil verilmiş, lakin sonuncu tərəfindən mopedlər qaytarılmamışdır, yəni mülkiyyətçinin mülkiyyətindən çıxmışdır. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, cavabdeh izahatında götürdüyü 2 ədəd mopedi tanıdığı Vüsal adlı şəxsə gündəlik 10 manata icarəyə verərək icarə müqaviləsi bağladığını bildirmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən isə icarəyə götürülmüş mopedin başqa şəxsə icarəyə verilməməsi, satılmaması nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, iddiaçının tələbi bu hissədə əsaslı olmuşdur. Eyni zamanda bu hissədə məhkəmə qeyd etmişdir ki, göstərilən tələb hər iki cavabdehə qarşı yönəlsə də, bu tələblə bağlı cavabdeh X4 heç bir öhdəlik götürməmiş və buna dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında olan zaminlik müqavilələrin 3.1-ci bəndlərində göstərilmişdir ki, zamin icarə müqaviləsi üzrə icarəyə verənə odənilməli olan xərclərinin və icarəçinin öhdəliyi icra etməməsi və ya lazimınca icra etməməsi nəticəsində icarəyə verənə dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün icarəçiylə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Kollegiya hesab edir ki, bu hissədə iddia tələbi təmin edilərək, cavabdehlərdən mopedlərin qaytarılmadığına görə 4000 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1089/2022 saylı iş üzrə 25 may 2022-ci il il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən - mopedlərin dəyərinin tutulmaması hissəsində ləğv edilsin və yeni qətnamə çıxarılmaqla həmin hissədə iddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və X2 hər bir moped üçün 2000 manat olmaqla, cəmi 4000 manat məbləğində pul İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-5584/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5584/2022
10.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver